Sahə iqtisadiyyatı və menecment fənninə giriş. İqtisadiyyat anlayışının yaranması İqtisadiyyatın sahələri



Yüklə 124,6 Kb.
səhifə35/67
tarix01.01.2022
ölçüsü124,6 Kb.
#104154
1   ...   31   32   33   34   35   36   37   38   ...   67
13.Məhsulun maya dəyəri.

1. Maya dəyəri anlayışı

2. Maya dəyərinin növləri

1. Maya dəyəri anlayışı

Maya dəyərinin quruluşu dedikdə,ona daxil olan məsrəflərin nisbəti,yəni məhsulun tam maya dəyərində müxtəlif məsrəflərin xüsusi çəkisi başa düşülür.

Hazırda rabitədə məsrəflərin iqtisadi ünsürlərinə əsasən aşağıdakı qruplaşdırma qəbul edilmişdir: 1) xam­mal və əsas materiallar; 2) köməkçi materiallar; 3) kə­nar­dan alınan yanacaq; 4) kənardan alınan enerji; 5) əsas və­sa­itlərin amortizasiyası; 6) əmək haqqı; 7) ictimai sığorta üçün ayırmalar; 8) başqa pul xərcləri.

Əmək haqqı xərclərinə işçilərə natural və pul formasında ödənilən ödəmələr aiddir.Bura:


  1. tarif stafkasına,vəzifə dərəcəsinə və s. görə ödənilən əmək haqqı

  2. yüksək istehsal nəticələrinə görə ödəmələr

  3. ziyanlı iş şəraitinə, gecə və axşam saatlarına görə ödəmələr və s.

  4. yemək və iş geyiminə çəkilən xərclər

  5. məzuniyyət və təhsil xərcləri və s.

Əsas fondların xərcləri ilə əvvəlki dərslərimizdə artıq tanış olmuşuq. Bura əsas fondların aşınması xərcləri və amortizasiyası aiddir

Material məsrəflərinə aşağidakılar aiddir :

  1. material və ehtiyat hissələrinin alınmasına, həmçinin alətlərin, qurğuların, əsas fondların istismar prosesində yoxlanılmasını həyata keçirmək üçün laborator qurğuların alınmasına çəkilən xərclər

  2. yanacaq, su və enerjinin alınması xərcləri

  3. nəqliyyat xərcləri, əsasən də poçt daşımalarının dəmir yol,hava və digər nəqliyyat vasitələri ilə daşınmasına xərclər və s.

Digər xərclərə əvvəlki maddələrə daxil olmayan xərclər aiddir :

  1. əsas fondların təmiri

  2. lizinq (icarə) xərcləri

  3. mülkiyyətin könüllü və məcburi sığortalanması

  4. elmi və təcrübi konstruktor işləmələrinə xərclər

  5. kommunal xidmətlərə xərclər (istilik- təchizat, işıqlandırma, su təchizatı və s.)

  6. vergilərin ödənilməsinə xərclər

  7. xidmətlərin sertifikatlaşdırılması xərcləri

  8. xidməti nəqliyyatın saxlanmasına xərclər

  9. yanğından mühafizə xidmətinə xərclər

  10. kadrların hazırlanması üçün müqavilə üzrə işçilərin işə götürülməsi xərcləri

  11. auditor,hüquqi,informasiya xidmətlərinə xərclər

  12. ezamiyyət xərcləri

  13. marketinq,bazarın öyrənilməsi və reklam xərcləri

  14. təşkilatın idarə edilməsi xərcləri

  15. dəftərxana xərcləri.


Yüklə 124,6 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin