Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Vergi – dövlətin ən önəmli gəlir qaynağıdır.
Vergi ölkənin dövlət suverenliyinin əsas təzahür formalarından biridir.
Vergi – birbaşa dövlətin və ya dövlətin səlahiyyət verdiyi rəsmi orqanların dövlət xərclərinin maliyyələşdirilməsi üçün fiziki və hüquqi şəxslərdən aldığı məcburi ödəmələrdir.
Verginin aşağıdakı xüsusiyyətləri var:
Vergi dövlət tərəfindən alınır.
Vergi, dövlət xərclərinin maliyyələşdirilməsidir.
Vergi, fiziki və hüquqi şəxslərdən ödəmə qabiliyyətləri nisbətində alınır.