Sahə iqtisadiyyatı və menecment fənninə giriş. İqtisadiyyat anlayışının yaranması İqtisadiyyatın sahələri


İnvestisiyanın obyektləri və subyektləri



Yüklə 124,6 Kb.
səhifə48/67
tarix01.01.2022
ölçüsü124,6 Kb.
#104154
1   ...   44   45   46   47   48   49   50   51   ...   67
İnvestisiyanın obyektləri və subyektləri.

İnvestisiya prosesinin əsas iştirakçıları (subyektləri) xa­rici fiziki və hüquqi şəxslər, habelə dövlət, beynəlxalq təş­kilatlar, şirkətlər və ayrı-ayrı şəxslərdir. Onlar hər bir in­vestisiya prosesində həm təklif, həm də tələblər tə­rə­fin­dən iştirak edə bilirlər.

İnvestisiya (investisiya resurslarına) pul vəsaitlərini, məq­sədli bank əmanətləri, texnologiyalar, maşınlar, təchi­zat, lisenziya, o cümlədən əmtəə nişanları, kreditlər, eləcə də sahibkarlıq fəaliyyəti obyektlərinə qoyulan iqtisadi və so­sial səmərə və gəlir əldə etmək üçün digər əmlak, əm­la­ka hüququ və intellektual dəyərlər aid edilə bilər.

İnvestisiya fəaliyyətinin obyektlərinə yeni yaranmış və mo­dernləşdirilmiş fondlar və xalq təsərrüfatının müxtəlif sahələrindəki dövriyyə vəsaitləri, qiymətli kağızlar, məq­səd­li pul qoyuluşları, elmi-texniki məhsul, eləcə də digər əm­lak obyektləri, əmlak hüququ və intellektual əmlak hü­qu­qu aiddir.

İnvestisiya fəaliyyətinin subyektlərini investorlar, si­fa­rişçilər, iş icraçıları, investisiya fəaliyyəti ob­yekt­lə­ri­nin istifadəçiləri, eləcə də təminatçılar, hüquqi şəxslər (bank, sı­ğorta və vasitəçi təşkilatlar, investisiya birjaları) və in­ves­tisiya prosesinin digər iştirakçıları təşkil edir. İnves­ti­si­ya fəaliyyətinin subyektləri fiziki və hüquqi şəxslər, o cüm­­lədən xarici hüquqi fiziki şəxslər, dövlət və beynəl­xalq təşkilatlar da ola bilər.İnvestor rolunda aşağı­da­kı­lar iştirak edə bilər:

- dövlət və bələdiyyə  əmlakını və ya əmlak hüququnu idarəetmə səlahiyyətinə sahib orqanlar;

- yerli fiziki və hüququ şəxslər, sahibkar birlikləri;

- xarici fiziki və hüquqi şəxslər, dövlət və beynəlxalq təşkilatlar.

Sifarişçi rolunda investorlar, eləcə də investor tərə­fin­dən səlahiyyət verilmiş fiziki və hüquqi şəxslər çıxış edə bi­lər. Bu halda bu şəxslər investisiya prosesinin digər işti­rak­çılarının sahibkarlıq və başqa fəaliyyətlərinə müdaxilə et­məməlidirlər.



İnvestisiya prosesi – kapital təklifləri ilə onun tələ­bat­çı­­larının məqsəd və maraqlarının üst – üstə düşərək gös­tər­­dik­ləri fəaliyyət prosesidir. İnvestisiya prosesi tələblə tək­­li­fin qarşılaşdırma mexanizmidir.

İnvestisiya prosesi uzunmüddətli prosesdir. Prosesin son məqsədi olan mənfəət aşağıdakı mərhələləri keçdik­dən sonra reallaşır:

1)  Araşdırılma ,2)  Təhlil ,3)  Qərar qəbulu ,4)  İnvestisiya mənbələrinin müəyyən olunması ,5)  Sənədlərin hazırlanması , 6)  Danışıqlar və rəsmiyyət ,7)  Maliyyə vəsaitlərinin formalaşdırılması, 8)  İnşaat ,9)  İstehsalat ,10)  Məhsulun reallaşdırılması,11)  Qoyulan vəsaitin qaytarılması,12)  Mənfəətə keçid 


Yüklə 124,6 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin