Sahə iqtisadiyyatı və menecment fənninə giriş. İqtisadiyyat anlayışının yaranması İqtisadiyyatın sahələri


IDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI



Yüklə 124,6 Kb.
səhifə62/67
tarix01.01.2022
ölçüsü124,6 Kb.
#104154
1   ...   59   60   61   62   63   64   65   66   67
29. IDARƏETMƏ QƏRARLARININ MAHİYYƏTİ VƏ TƏSNİFATI
Menecment həmişə qərarların hazırlanması, qəbul edilməsi və həyata keçirilməsi ilə əlaqədardır. İqtisadiyyatın istənilən bir səviyyəsində idarəetmə qərarlarının hazırlanması və həyata keçirilməsi idarəetmənin təkmilləşdirilməsini və onun çevikliyini təmin etməlidir.

İdarəetmə qərarlarına aşağıdakı əsas tələblər verilir: hərtərəfli əsaslandırma; səriştəlilik; qanunilik; direktivlik və məcburilik; lazımi tamlıq və komplekslik; operativlik və vaxtında verilməsi; əvvəl qəbul olunmuş qərarla uzlaşma; nəticəlilik; qərarların dəqiq və aydın ifadə olunması; qənaətlilik və səmərəlilik.

İdarəetmə qərarları müxtəlif əlamətlərinə görə təsnifləşdirilir.

İdarəetmə qərarlarının kehfiyyətinə bir çox amillər təsir göstərir. Həmin amilləri iki qrupa ayırmaq olar:



1. Qərarın qəbul edliməsinin keyfiyyətini müəyyən edən amillər. Buraya daxildir: təsirin məqsədi; idarəolunan sistemin qanunları; idarəetmənin qanunauyğunluqları və prinsipləri; qərarın hazırlaması metodu və metodikası; qərarın hazırlanmasının təşkili; informasiyanın həcmi, tamlığı və əhəmiyyəti; qərarın hazırlanması vaxtı; qiymətləndirmənin subyektiv amilləri.

2. Qərarın həyata keçirilməsinin keyfiyyətini müəyyən edən amillər. Bu amillər sırasına daxildir: idarəolunan sistemin vəziyyəti; idarəetmə kadrları; idarəetmə metodları; idarəetmənin təşkilat formaları; idarəetmənin təsərrüfat mexanizmi; qərarların həyata keçirilməsi vaxtı; sosial-psixoloji iqlim; rəhbərin nüfuzu.

İdarəetmə situasiyasının mürəkkəbliyindən, onun konkret məzmunundan, idarəetmənin məqsəd və vəzifələrindən asılı olaraq qərarların qəbul edilməsinin konkret prosedurası və ya operqramı hazırlana bilər, yəni idarəetdə tsiklinin elementləri müəyyən oluna bilər. İdarəetmə tsiklinin bütün mərhələlərinin ardıcıl həyata keçirilməsi idarəetmə qərarlarının qəbul edilməsi texnologiyasını təşkil edir.

İdarəetmə qərarlarının hazırlanması və həyata keçirilməsi üzrə birtipli proses dörd mərhələdən ibarətdir:

1. Problemin əsaslandırılması. Qərarın və vəzifələrinin müəyyən edilməsi.

2. İnformasiyanın yığılması və problemin həlli üçün lazım olan resursların öyrənilməsi.

3. İdarəetmə qərarlarının hazırlanması.

4. İdarəetmədə qərarların qəbul edilməsi və həyata keçirilməsi.

Birinci mərhələdə idarəetmə obyekti öyrənilir, onun xarici və daxili mühitinə dair məlumatlar toplanır. Bu mərhələdə həll olunan problem əsaslı və dəqiq şəkildə ifadə olunmalıdır. Qərarın məqsədi, vəzifələri, məqsədin əldə edilməsi kriteriləri dəqiq müəyyən olunur.

İkinci mərhələ informasiyanın yığılması, oxşar problemlərin həlli təcrübəsinin öyrənilməsi, həll ediləcək problem üzrə biliklərin həcmi və səviyyəsinin qiymətləndirilməsi, problemin həlli üçün lazım olan resursların öyrənilməsi məsələlərini əhatə edir.

Üçüncü mərhələdə qərarların hazırlanması üçün müxtəlif modellər və metodlardan istifadə olunur, idarəetmə qərarlarının modeli hazırlanır. Mühüm əməliyyatlardan biri qərar layihəsinin bir neçə variantinin hazırlanmasıdır. Sonra bu variantlar içərisindən ən səmərəlisi seçilir. Qərar layihələri geniş müzakirə olunmalıdır. Qərarın layihəsinin mütəxxəsislər və idarəetmə aparatı işçiləri arasında müəssisə yığıncaqlarında və müşahidə şuralarında geniş müzakirəsi istehsalın idarə edilməsinə bütün əməkdaşların cəlb olunmasına, qərarın ən yaxşı variantının və onun həyata keşirilməsi metodlarının seçilməsinə imkan verər.

Dördüncü mərhələ idarəetmə qərarlarının qəbul edilməsi və həyata keçirilməsini əhatə edir. Idarəetmə qərarının ən yaxüı variantı inzibati aktlarla rəsmiyyətə salınır. Bu zaman qərarın yerinə yetirilməsi müddəti, məsul şəxslər, lazımi resurslar, yerinə yetirmə metodları və hesabatların təqdim olunması metodları göstərilməlidir.

Qəbul olunmuş qərarı həyata keçirdikdən sonra onun faktiki səmərəliliyini, idarəetmə obyektinin vəziyyətini və planlaşdırılmış səviyyədən kənarlaşmasını qiymətləndirmək, idarəolunan obyekt üzrə sonrakı qərarlara tələbatı müəyyənləşdirmək lazımdır.

Axırda idarəetmə qərarının həyata keçirilməsi, qoyulmuş məqsədin və vəzifələrin yerinə yetirilməsi sahəsində kollektivin işinə qiymət verilməlidir, çünki bu, çox böyük sosial-siyasi və tərbiyəvi əhəmiyyətə malikdir.


Yüklə 124,6 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin