Sahələrarası standartlaşdırma sistemi”



Yüklə 392,66 Kb.
səhifə2/5
tarix25.05.2018
ölçüsü392,66 Kb.
#51476
1   2   3   4   5

A) Yığım vahidi B) Kompleks C) Detal D) Komplekt E) Qovşaq
134.KSVS standartlarına görə şriftlərin yazılması zamanı maillik bucağı neçə dərəcə

olur?


A) 75° B) 45° C) 60° D) 65° E) 15°
135.Konstruktor sənədlərinin növləri hansı standartla müəyyən edilir?

A) ГОСТ 2.102 – 68 B) ГОСТ 2.201 – 92 C) ГОСТ 2.301 – 93

D) ГОСТ 2.401 – 93 E) ГОСТ 2.501 – 93.
136.”İnşaat layihə - sənədləri sistemi” (İLSS) standartları neçənci sinfə mənsubdur?

A) 21- ci B) 15- ci C) 11- ci D) 55- ci E) 57- ci


137.”Fövqəladə hallarda təhlükəsizlik” standartları neçənci sinfə mənsubdur?

A) 22- cü B) 15- ci C) 14- ci D) 40- cı E) 45- ci


138.TSVS-in terminlərində “texnoloji əməliyyatın qısa yazılması” necə adlanır?

A) Texnoloji prosesin marşrut yazısı B) Texnoloji sənədlər komplekti

C) Normativ sənədlər D) Texnoloji sənədin yazısı E) Texnoloji sənədlər kompleksi

139.Yığım vahidi üçün məcburi sənəd hansıdır?

A) Spesifikasiya B) Qabarit çertyoju C) Nəzəri çertyoj D) Cədvəl E) Sxem
140.TSVS-in terminlərinə görə “bir işçi yerində başa çatmış texnoloji proses hissəsi” necə adlanır?

A) Texnoloji əməliyyat B) Tipli texnoloji proses C) Texnoloji metod D) Çilingər

əməliyyatı E) Texnoloji proses
141.TSVS sənədlərində “ümumi müddəalar və terminologiya” hansı standartla müəyyənləşdirilir?

A) ГОСТ 3.1109-82 B) AZS 1.0-96 C) ГОСТ 1.0-85 D) ГОСТ 2.109-82

E) ГОСТ 1.1109-82
142.”Məmulatların yeyilməyə qarşı davamlılığı sistemi” (MYQDS) standartları neçənci

sinfə mənsubdur?

A) 23- cü B) 3- cü C) 14- cü D) 15- ci E) 2- ci
143.”Avtomatik idarə olunmanın texniki sənədləri sistemi” (AİOTSS) standartları

neçənci sinfə mənsubdurlar?

A) 24- cü B) 15- ci C) 14- cü D) 41- ci E) 42- ci
144.Hansı konstruktor sənədlərində məmulatın həndəsi forması, tərkib hissələrinin

yerləşmə koordinatları verilir?

A) Nəzəri çertyojda B) Ümumi görünüşün çertyojunda C) Detalın çertyojunda

D) Qablaşdırma çertyojunda E) Elektrik-quraşdırma çertyojunda


145.Hansı konstruktor sənədində məmulatın ayrı-ayrı hissələrinin adı, sayı göstərilir?

A) Spesifikasiya cədvəlində B) Simplifikasiya cədvəlində C) Unifikasiya cədvəlində D) Kənardan alınmış məmulat cədvəlində E) İstinad olunmuş sənədlərin siyahısı

146.”Maşınqayırmada möhkəmliyə hesabat və sınaq standartları sistemi”(MMHSSS)

neçənci sinfə mənsubdur?

A) 25- ci B) 10- cu C) 15- ci D) 20- ci E) 5- ci
147.”Ölçmə və avtomatlaşdırma vasitələri standartları” neçənci sinfə mənsubdur?

A) 26- cı B) 27- ci C) 28- ci D) 29- cu E) 30- cu


148.”Texnikada etibarlılıq” standartları hansı sinfə mənsubdur?

A) 27- ci B) 28- ci C) 29- cu D) 30- cu E) 31- ci.


149.Konstruktor sənədlərinin işlənməsi zamanı texniki təklif baxıldıqdan sonra sənədə hansı litera işarəsi verilir?

A) “П” litera işarəsi B) “T” litera işarəsi C) “O” litera işarəsi D) “E” litera

işarəsi E) “O1” litera işarəsi
150.TSVS terminlərinə görə “ümumi konstruktiv və texnoloji göstəricilərə malik

məmulatlar qrupunun hazırlanmasının texnoloji prosesi” necə adlanır?

A) Tipli texnoloji proses B) Oxşar texnoloji proses C) Xüsusi texnoloji proses

D) Adi texnoloji proses E) Mürəkkəb texnoloji proses


151KSVS nədir?

A) Konstruktor sənədlərinin vahid sistemi B) Keyfiyyət sistemi və standartlaşdırma

C) Konstruktor sənədləri və sistemləri D) Konstrukor sənədlərinin vahid standartları

E) Keyfiyyət sistemi və sertifikatlaşdırma


152.ГОСТ 2.103-68 standartında “2” rəqəmi nəyi göstərir?

A) Sinfi B) Qrupu C) Standartın sıra nömrəsini D) Yarımqrupu E) Qeydiyyat ilini


153.ГОСТ 2.103-68 standartında “1” rəqəmi nəyi göstərir?

A) Qrupu B) Sinfi C) Standartın sıra nömrəsini D) Yarımqrupu E) Qeydiyyat ilini


154.ГОСТ 2.103-68 standartında “03” rəqəmi nəyi göstərir?

A) Standartın sıra nömrəsini B) Qrupu C) Sinfi D) Yarımqrupu E) Qeydiyyat ilini


155.ГОСТ 2.103-68 standartında “68” rəqəmi nəyi göstərir?

A) Qeydiyyat ilini B) Qrupu C) Standartın sıra nömrəsini D) Yarımqrupu E) Sinfi

156.KSVS-in 0 saylı təsnifat qrupu necə adlanır?

A) Ümumi müddəalar B) Əsas müddəalar C) Köməkçi müddəalar D) Sxemlərin

yerinə yetirilmə qaydaları E) Çertyojların yerinə yetirilmə qaydaları
157.KSVS-in 5 saylı təsnifat qrupu necə adlanır?

A) Konstruktor sənədlərinin tədavül qaydaları B) Əsas müddəalar C) Ümumi müddəalar D) Konstuktor sənədlərinin işlənmə qaydalarını E) İşarələnmə qaydalarını


158.KSVS-in 6 saylı təsnifat qrupu hansıdır?

A) İstismar və təmir sənədlərinin yerinə yetirilmə qaydaları B) Əsas müddəalar

C) Ümumi müddəalar D) İşlənmə qaydalarını E) İşarələnmə qaydalarını
159.KSVS-in 8 saylı təsnifat qrupu necə adlanır?

A) Layihələndirilmənin maket metodları B) Əsas müddəalar C) Ümumi müddəalar

D) Konstruktor sənədlərinin işlənmə qaydalarını E) Digər standartlar
160.Konstruktor sənədlərinin 9 saylı təsnifat qrupu necə adlanır?

A) Digər standartlar B) Əsas müddəalar C) Layihə standartları D) Ümumi müddəalar E) Keyfiyyət standartları


161.KSVS-in 11 saylı təsnifat qrupu hansıdır?

A) Yoxdur B) Əsas müddəalar C) Ümumi müddəalar D) Digər standartlar

E) Layihə standartları
162.Konstruktor sənədlərinin növləri hansı standartla müəyyənləşdirilir?

A) ГОСТ 2,102-68 B) ГОСТ 1.0-68 С) ГОСТ 3,1001-75 В) AZS 1.0-96 E) İSO 9001


163.Detalın quruluşu və onun hazırlanması üçün digər göstəriciləri özündə əks etdirən

konstruktor sənədinin növü necə adlanır?

A) Detalın çertyoju B) Detalın eskizi C) Detalın sxemi D) Detalın standartı

E) Detalın şəkli


164.Məmulatın hazırlanması və yığılması üçün lazım olan göstəricilərə malik olan

konstruktor sənədi necə adlanır?

A) Yığım çertyoju B) Yığım eskizi C) Yığım standartı D) Yığım sertifikatı

E) Yığım sxemi


165.Konstruksiyanın ümumi görünüşü, əsas tərkib hissələrinin qarşılıqlı əlaqəsi əks

etdirilən konstruktor sənədi hansıdır?

A) Ümumi görünüşün çertyoju B) Ümumi görünüşün sxemi C) Ümumi görünüşün

eskizi D) Ümumi görünüşün şəkli E) Ümumi görünüşün standartı


166.Məmulatın həndəsi forması, tərkib hissələrinin yerləşmə koordinatları verilən

konstruktor sənədi necə adlanır?

A) Nəzəri çertyoj B) Nəzəri sxem C) Nəzəri standart D) Nəzəri eskiz E) Layihə
167.Məmulatın qabarit ölçüləri, onun birləşmələrinin ölçüləri əks olunan konstruktor

sənədi necə adlanır?

A) Qabarit çertyoju B) Qabarit layihəsi C) Qabarit şəkli D) Qabarit sxemi

E) Eskiz layihəsi


168.Məmulatın elektrik quraşdırma işlərinə aid bütün verilənləri özündə əks etdirən

konstruktor sənədi necə adlanır?

A) Eletrik-quraşdırma çertyoju B) Elektrik-quraşdırma sxemi C) Elektrik sxemi

D) Quraşdırma sxemi E) Elektrik-quraşdırma layihəsi


169.Məmulatın kontur xətləri vasitəsilə quruluşu, onun istismar olunması üçün

yerləşdirilməsinə aid lazımi göstəriciləri verilən konstruktor sənədi necə adlanır?

A) Quraşdırma çertyoju B) Quraşdırma layihəsi C) Quraşdırma sxemi D) Eskiz

E) Quraşdırma standartı


170.Məmulatın qablaşdırılmasına aid verilənləri özündə əks etdirən konstruktor

sənədi hansıdır?

A) Qablaşdırma çertyoju B) Qablaşdırma layihəsi C) Qablaşdırma sxemi

D) Qablaşdırma eskizi E) Qablaşdırma standartı


171.Məmulatın yerləşdirilməsi üçün fundamentin (özülün) çertyoju əks olunan

konstruktor sənədi necə adlanır?

A) Quraşdırma çertyoju B) Özülün sxemi C) Fundamentin eskizi D) Layihə

E) Fundamentin sxemi


172.Yığım vahidlərinin tərkib sayını, hissələrin siyahısını özündə əks etdirən

konstruktor sənədi necə adlanır?

A) Spesifikasiya B) Sistemləşdirmə C) Sertifikat D) Standart E) Simplifikasiya
173.Məmulatın ayrı-ayrı hissələrinin adı, sayı göstərilən konstruktor sənədi necə

adlanır?


A) Spesifikasiya cədvəli B) Hissələrin cədvəli C) Mündəricat D) Simplifikasiya cədvəli

E) Sertifikasiya cədvəli


174.Əgər konstruksiyada digər konstruktor sənədlərindən istifadə edilibsə onda hansı

sənəd hazırlanır?



  1. İstinad olunmuş sənədlərin siyahısı B) İstifadə olunmuş sənədlərin siyahısı

C) Spesifikasiya cədvəli D) Mündəricat E) Sənədlər cədvəli
175.Məmulatın hazırlanması üçün kənardan alınan hissə və məmulatların siyahısı əks

olunan konstruktor sənədi necəadlanır?

A) Kənardan alınmış məmulatların cədvəli B) Spesifikasiya cədvəli C) Komplektin siyahısı D) Xaricdən gətirilən hissələrin siyahısı E) Mündəricat
176.Bu sənəddə məmulatın əslinin saxlandığı müəssisə və təşkilatın siyahısı verilir.

Sənəd necə adlanır?

A) Məmulatın əslinin saxlanma cədvəli B) Məmulatın etalonunun saxlanma cədvəli

C) Etalon bazası D) Nümunələr bazası E) Spesifikasiya cədvəli


177.Texniki təklif kimi qəbul olunmuş sənədləri özündə əks etdirən konstruktor sənədi necə adlanır?

A) Texniki təklif cədvəli B) Spesifikasiya cədvəli C) Təkliflər paketi D) Sənədlər

toplusu E) Sənədlər paketi
178.Eskiz layihəsinə daxil olan sənədlərin yerləşdirildiyi konstruktor sənədi necə

adlanır?


A) Eskiz layihəsinin cədvəli B) Eskiz layihəsinin siyahısı C) Spesifikasiya cədvəli

D) Sertifikasiya cədvəli E) Eskiz-layihə sənədləri


179.Texniki layihəyə aid sənədlərin verildiyi konstruktor sənədi necə adlanır?

A) Texniki layihənin cədvəli B) Texniki layihənin siyahısı C) Texniki şərtlər

D) Layihə sənədləri E) Texniki layihə sənədləri
180.Məmulatın hazırlanmasının texniki, texniki-iqtisadi əsaslandırılması, quruluşu və

iş prinsipi verilən konstruktor sənədi necə adlanır?

A) İzahat yazısı B) Texniki xarakteristika C) Texniki təklif İzahat yazısı

D) Texniki-iqtisadi təklif E) Texniki-iqtisadi xarakteristika


181.Məmulatın hazırlanmasına, ona nəzarətə, qəbul və satışına aid edilən şərtləri

özündə əks etdirən konstruktor sənədi necə adlanır?

A) Texniki şərtlər B) Qəbul sənədi C) Qəbul və satış sənədləri D) Nəzarət sənədi

E) Texniki reqlament


182.Məmulatın sınağı və ona nəzarət üsullarına aid texniki göstəriciləri özündə əks

etdirən konstruktor sənədi necə adlanır?

A) Sınağın proqram və metodikası B) Sınaq üsul və vasitələri C) Nəzarət üsulları

D) Sınaq və nəzarət üsulları E) Texniki göstəricilər


183.Konstruktor sənədlərində məmulatın təyinatına aid olan göstəricilər hansı şəkildə

verilir?


A) Cədvəl şəklində B) Mündəricat şəklində C) Spesifikasiya şəklində D) Diaqram

şəklində E) Siyahı şəklində


184.Məmulata aid olan möhkəmlik hesabatları, ölçü zəncirinin hesabatları və digər

hesabatlar daxil edilən konstruktor sənədi necə adlanır?

A) Hesabat B) Sənədlər toplusu C) Cədvəl D) Texniki şərt E) Mühəndis sənədləri
185.Məmulatın istismar, ondan istifadəyə və qulluğa aid göstəriciləri özündə əks

etdirən konstruktor sənədi necə adlanır?

A) İstismar sənədi B) İstifadə sənədi C) Qulluq sənədi D) Texniki şərt E) Patent
186.Bu sənəddə məmulatın patent təmizliyi, onun hazırlanması zamanı hansı ixtiralardan istifadə olunması haqda məlumat verilir. Sənəd necə adlanır?

A) Patent formulyarı B) İzahat vərəqi C) Hesabat cədvəli D) Təmizlik sənədi

E) İxtiraların siyahısı cədvəli
187.İşin yerinə yetirilmə mərhələlərindən asılı olaraq konstruktor sənədləri neçə növ olur?

A) 2 B) 3 C) 4 D) 5 E) 6


188.İşin yerinə yetirilmə mərhələlərindən asılı olaraq konstruktor sənədlərinin növləri

hansılardır?

A) Layihə və işci B) Layihə və konstruktor C) Layihə və nəzarət D) Layihə vəeskiz E) Layihə və çertyoj
189.Texniki tapşırığın optimal variantlarını təyin etmək üçün hazırlanan, lakin məhsul istehsalı üçün nəzərdə tutulmayan sənəd necə adlanır?

A) Layihə sənədi B) İşçi sənəd C) Nəzarət sənədi D) Maket E) Texniki sənəd


190.Məmulatın hazırlanması, qəbulu, təmiri, istismarı və satışına aid bütün tövsiyyə

və normaları özündə əks etdirən konstruktor sənədi növünü göstərin.

A) İşçi sənəd B) Texniki şərt C) Layihə sənədi D) Çertyoj E) Texnoloji sənəd
191.Yerinə yetirilmə üsulundan və istifadə olunma xarakterindən asılı olaraq konstruktor sənədlərinin neçə növü olur?

A) 4 B) 3 C) 2 D) 5 E) 6


192.Elə bir sənəddir ki, onun köməyi ilə sənədin əsli hazırlanır.Bu sənədi göstərin.

A) Orginal B) Etalon C) Layihə D) Dublikat E) İşçi


193.İmza və möhürlə təsdiq olunmuş konsrtruktor sənədi necə adlanır?

A) Layihə B) Orginal C) Sənədin surəti D)) Sənədin əsli E) Dublikat sənəd


194.Bu, sənədin əsli ilə eynidir, üzərində imza və möhür var, lakin əsli ilə müqayisədə ikinci dəfə verilmiş olur. Onu göstərin.

A) Dublikat B) Orginal C) Layihə D) Etalon E) İşçi


195.Sənədin əslinin və ya dublikatının birin-birə köçürülməsindən alınan konstruktor

sənədi necə adlanır?

A) Sənədin surəti B) Sənədin çertyoju C) Sənədin yenisi D) Sənədin layihəsi

E) Sənədin orginalı


196.Konstruktor sənədlərinin işlənmə mərhələləri hansı standarta əsaslanır?

A) ГOCT 2.103-68 B) ГOCT 1.0-68 C) ГOCT 1.0-82 D) AZS 1.0-96 E) İSO


197.Konstruktor sənədinin işlənməsi neçə mərhələdən ibarətdir?

A) 4 B) 3 C) 2 D) 5 E) 6


198.Konstruktor sənədinin işlənməsinin 4-cü mərhələsi neçə bənddən ibarətdir?

A) 2 B) 3 C) 4 D) 5 E) 6


199.Aşağıdakılardan hansı konstruktor sənədinin işlənmə mərhələlərinə aid deyil?

A) Sənədin nəşr edilməsi və yayılması B) Eskiz layihəsinin hazırlanması C) Texniki

layihənin hazırlanması D) İşçi konstruktor sənədlərinin hazırlanması

E) Texniki tapşırığın hazırlanması


200.Konstruktor sənədlərinin işlənmə mərhələlərindən birinin nəticəsi olan texniki

təklif hansı litera işarəsi ilə işarələnir?

A) “П” B) “TT” C) T” D) “E” E) “O”
201.Eskiz layihəsi hansı litera işarəsi ilə işarələnir?

A) “Э” B) “EL” C) “L” D) “П“ E) “Е”


202.Texniki layihəyə hansı litera işarəsi verilir?

A) “T” B) “TL” C) “L” D) “E” E) “O”


203.Təcrübi nümunələr hazırlanıb, ilkin sınaqdan keçdikdən sonra sənədə hansı

litera işarəsi verilir?

A) “О” B) “TN” C) “Е” D) “A” E) “C”
204.Konstruktor sənədi tam hazır olduqdan sonra istehsalçı müəssisəyə verilən

zaman ona hansı litera işarəsi qoyulur?

A) “O1” B) “K” C) “O” D) “Т” E) “A”
205.Konstruktor sənədinə uyğun olaraq məhsul istehasal olunan zaman məhsula

hansı litera işarəsi verilir?

A) “A” B) “K” C) “T” D) “C” E) “П”
206.Məmulatın növü hansı konstruktor sənədi ilə xarakterizə olunur?

A) ГOCT 2.101-68 B) ГOCT 1.0-68 C) ГOCT 1.0-82 D) AZS 1.0-96

E) İSO 9001
207.Məmulat dedikdə nə başa düşülür?

A) İstehsalat predmeti B) İstehsalat vasitəsi C) Ölçmə vasitəsi D) Xidmət vasitələri

E) İstehsalat prosesi
208.Təyinatından asılı olaraq məmulat neçə növ olur?

A) 2 B) 3 C) 4 D) 5 E) 6


209.İstehsalçı müəssisənin birbaşa istehlakçının tələbi əsasında hazırladığı məmulat

necə adlanır?

A) Əsas B) İstehlak C) İstehsal D) Köməkçi E) Əlavə
210.Müəssisənin müəssisədaxili təlabatını ödəmək üçün istehsal etdiyi məhsullar

necə adlanır?

A) Köməkçi B) İstehlak C) Əsas D) İstehsal E) Əlavə
211.Hazırlanma həcmindən asılı olaraq məmulatlar neçə növ olur?

A) 3 B) 2 C) 4 D) 5 E) 6


212.Bir və bir neçə (az sayda) nüsxədə hazırlanmış məmulat necə adlanır?

A) Fərdi B) Seriyalı C) Kütləvi D) Əsas E) Köməkçi


213.Periodik təkrarlanan partiyalarla istehsal olunan məmulatlar necə adlanır?

A) Seriyalı B) Fərdi C) Kütləvi D) Əsas E) Köməkçi


214.Davamlı periodda, fasiləsiz, böyük həcmdə istehsal olunan məmulatlar necə

adlanır?


A) Kütləvi B) Seriyalı C) Fərdi D) Əsas E) Köməkçi
215.Layihələndirilməsi, İstehsalı və onlara müvafiq konstruktor sənədləri hazırlanması baxımından bütün mövcud çoxadlı məmulatları əsasən neçə növə ayırırlar?

A) 4 B) 3 C) 2 D) 5 E) 6


216.Aşağıdakılardan hansı məmulatın növünə aid deyil?

A) Eskizlər B) Yığım vahidləri C) Komplekslər D) Komplektlər E) Detallar


217.Bir markalı materialdan hazırlanan, heç bir yığma əməliyyatına uğradılmayan

məmulatlat necə adlanırlar?

A) Detallar B) Yığım vahidləri C) Komplekslər D) Komplektlər E) Eskizlər
218.Qaynaq, yapışdırıcımaddə və tikmə yolu ilə birləşdirilmiş, eyni zamanda qoruyucu örtüklə örtülmüş məmulatlar hansı növ hesab edilirlər?

A) Detallar B) Yığım vahidləri C) Komplekslər D) Komplektlər E) Eskizlər


219.Bir neçə tərkib hissələrinə malik olub, yığma əməliyyatına uğradılmış məmulatlar necə adlanır?

A) Yığım vahidləri B) Detallar C) Komplekslər D) Komplektlər E) Eskizlər


220.Yığım vahidləri üçün məcburi sənəd nə hesab edilir?

A) Spesifikasiya və yığım çertyoju B) Sertifikat və yığım çertyoju C) Standart və

yığım çertyoju D) Eskizlər və yığım çertyoju E) Detal və yığım çertyoju
221.Müəssisədə yığma əməliyyatına uğradılmayan, lakin qarşılıqlı istismar funksiyalarını yerinə yetirən məmulatlar məcmusu necə adlanır?

A) Komplekslər B) Yığım vahidləri C) Detallar D) Komplektlər E) Eskizlər


222.Detallar üçün məcburi sənəd nə hesab edilir?

A) Çertyoj B) Sxem C) Şəkil D) Standart E) Sertifikat


223.Qəbuledici, antenna, gərginlik stabilizatoru birlikdə məmulatların hansı növünə

aiddirlər?

A) Komplekslər B) Yığım vahidləri C) Detallar D) Komplektlər E) Eskizlər
224.Komplekslər üçün məcburi sənəd nə hesab edilir?

A) Spesifikasiya B) Sxem C) Şəkil D) Çertyoj E) Sertifikat


225.Müəssisədə yığma əməliyyatına uğradılmayan, ümumi funksional təyinatlı köməkçi xarakterli məmulatlar məcmusu necə adlanır?

A) Komplektlər B) Yığım vahidləri C) Komplekslər D) Detallar E) Eskizlər


226.Komplektlər üçün məcburi sənəd nə hesab edilir?

A) Spesifikasiya B) Sxem C) Şəkil D) Çertyoj E) Sertifikat


227.Məmulat və konstruktor sənədlərinin işarələnmə qaydaları hansı standarta əsasən həyata keçirilir?

A) ГOCT 2.201-80 B) ГOCT 1.0-68 C) ГOCT 1.0-82 D) AZS 1.0-96 E) İSO 9001


228.Standarta görə hər bir məmulat işarələnməlidir.Əsas müddəalardan bəhs edən bu standart hansıdır?

A) ГOCT 2.101-68 B) ГOCT 1.0-68 C) ГOCT 1.0-82 D) AZS 1.0-96 E) İSO 9001


229.Əsas konstruktor sənədlərinin işarələnməsi zamanı XXXX. nəyi göstərir?

A) İşləyən təşkilatın kodunu B) Ölkənin kodunu C) Klassifikasiya xarakteristikasının kodunu D) Qeydiyyatın sıra nömrəsini E) Sənədin kodunu


230.Əsas konstruktor sənədlərinin işarələnməsi zamanı XXXXXX. nəyi göstərir?

A) Klassifikasiya xarakteristikasının kodunu B) Ölkənin kodunu C) İşləyən təşkilatın kodunu D) Qeydiyyatın sıra nömrəsini E) Sənədin kodunu


231.Əsas konstruktor sənədlərinin işarələnməsi zamanı XXX. nəyi göstərir?

A) Qeydiyyatın sıra nömrəsini B) Ölkənin kodunu C) Klassifikasiya xarakteristikasının kodunu D) İşləyən təşkilatın kodunu E) Sənədin kodunu


232.Əsas konstruktor sənədlərinin işarələnməsi zamanı işləyən təşkilatın kodu neçə

hərifdən ibarət olur?

A) 4 B) 3 C) 2 D) 5 E) 6
233.Klassifikasiya xarakteristikasının kodu kim tərəfindən qoyulur?

A) KSVS-in klassifikatoru B) SMPDK tərəfindən C) İSO tərəfindən

D) Standartlaşdırma üzrə Avropa təşkilatı tərəfindər E) Müəssisənin kodifikatoru tərəfindən
234.Əsas konstruktor sənədləri üçün 4 ədəd hərfdən ibarət olan işləyən təşkilatın kodu kim tərəfindən müəyyən edilərək qoyulur?

A) Təşkilatın kodifikatoru tərəfindən B) SMPDK tərəfindən C) İSO tərəfindən

D) KSVS-in klassifikatoru tərəfindən E) Avropa təşkilatı tərəfindən
235.Əsas konstruktor sənədlərinin işarələnməsi zamanı qeydiyyatın sıra sayı necə

götürülür?

A) 001-dən 999-a qədər B) 0001-dən 9999-a qədər C) 00001-dən 99999-a qədər

D) 000001-dən 999999-a qədər E) 0000001-dən 9999999-a qədər


236.Əsas olmayan konstruktor sənədləri üçün sənədin kodu necə işarələnir?

A) XXXX B) XX C) XXX D) X E) XXXXX


237.Əsas olmayan konstruktor sənədləri üçün məmulatın işarəsi aşağıdakılardan

hansıdır?

A) XXXX. XXXXXX. XXX B) XX. XX. C) XX.XXX. D) XX. X. E) XX.

238.KSVS-in təsnifçi üzrə təsnifat xarakteristikasının kodu hansı standart üzrə

həyata keçirilir?

A) ГOCT 2.201-80 B) ГOCT 1.0-68 C) ГOCT 1.0-82 D) AZS 1.0-96 E) İSO 9001


239.KSVS-in təsnifçi üzrə təsnifat xarakteristikasının kodu necə adlanır?

A) Klassifikatorun kodu B) Müəssisənin kodu C) Ölkənin kodu D) Standart-

laşdırma kodu E) Sertifikatlaşdırma kodu
240.KSVS-in təsnifçi üzrə təsnifat xarakteristikasının kodu yazılan zaman sinif

necə işarələnir?

A) XX B) X C) XXX D) XXXX E) XXXXX
241.Aşağıdakılardan hansı klassifikatorun kokoduna aid deyil?

A) Yarımnöv B) Yarımsinif C) Qrup D) Yarımqrup E) Sinif


242.AБВГ. XXXXXX. 002CБ hansı sənədin kodudur?

A) Yığım çertyojunun B) Yığım sxeminin C) Yığım vahidinin D) Yığım eskizinin E) Yığım şəklinin


243.AБВГ. XXXXXX. 002TO10 hansı sənədin kodudur?

A) Texniki göstəricinin B) Texniki şərtin C) Texniki layihənin D) Texniki çertyojun E) Texniki vasitənin


244.АБВГ. ХХХХХХ. 002Э3 hansı sənədin kodudur?

A) Elektrik sxeminin B) Elektrik çertyojunun C) Elektrik ötürücüsünün

D) Eletrik ölçmə vasitəsinin E) Elektrik intiqalının
245.Konstruktor sənədlərinin mətni hansı standart üzrə yazılır?

A) ГOCT 2.105-79 B) ГOCT 1.0-68 C) ГOCT 1.0-82 D) AZS 1.0-96 E) İSO 90001


246.KSVS standartlarının mətn sənədinin əlyazması hansı standarta əsaslanır?

A) ГOCT 2.304-81 B) ГOCT 1.0-68 C) ГOCT 1.0-82 D) AZS 1.0-96 E) İSO 9001


247.Konstruktor sənədlərinin mətn sənədlərində həriflərin hündürlüyü neçə millimetrdən az olmamalıdır?

A) 2,5mm-dən B) 2mm-dən C) 1,5mm-dən D) 3mm-dən E) 3,5mm-dən


248.KSVS standartlarının mətn sənədlərinin razılaşdırılması və təsdiq olunması üçün nə tərtib edilir?

A) Titul vərəqi B) İzahat vərəqi C) Hesabat vərəqi D) Qeydiyyat vərəqi E) Akt


249.KSVS standartlarının mətn sənədlərində düzəlişlərin qeydiyyatı hansı standarta

əsaslanır?

A) ГOCT 2.503-90 B) ГOCT 1.0-68 C) ГOCT 1.0-82 D) AZS 1.0-96 E) İSO9001
250.KSVS standartlarında qrafalara bölünmüş mətn sənədi necə adlanır?

A) Spesifikasiya B) Simplifikasiya C) Cədvəl D) Hesabat E) Raport


251.KSVS standartlarında işçi çertyojların işlənməsi hansı standart üzrə aparılır?

A) ГOCT 2.109-73 B) ГOCT 3.1001-75 C) ГOCT 1.0-96 D) AZS 1.0-96 E) İSO 9001


252.KSVS standartlarında spesifikasiya neçə bölmədən ibarət olur?

A) 8 B) 5 C) 6 D) 7 E) 4


253.Aşağıdakılardan hansı KSVS standartlarının spesifikasiya bölmələrinə aid deyil?

  1. Sertifikatlar B) Komplekslər C) Yığım vahidləri D) Komplektlər E) Detallar

254.İki və ya daha artıq məmulatların sabit və dəyişən göstəricilərini özündə əks etdirən konstruktor sənədi necə adlanır?

A) Qrup B) Baza C) Çertyoj D) Eskiz E) Maket
255.İki və ya daha artıq məmulatların sabit göstəricilərini özündə əks etdirən konsrtuktor sənədi necə adlanır?

A) Baza B) Qrup C) Çertyoj D) Eskiz E) Maket


256.ГOCT 2.701-84 standartı nəyə aiddir?

A) Sxemlərin yerinə yetirilməsinə B) Çertyojların yerinə yetirilməsinə C) Eskizlərin yerinə yetirilməsinə D) Maketlərin hazırlanmsına E) Ümumi müddəalara


257.Məmulat və onu təşkil edən hissələrin qarşılıqlı əlaqəsini şərti işarələrlə özündə

əks etdirən qrafiki konstruktor sənədi necə adlanır?

A) Sxem B) Çertyoj C) Eskiz D) Diaqram E) Cədvəl
258.TSVS nədir?

A) Texnoloji sənədlərin vahid sistemi B) Texniki sənədlərin vahid sistemi C) Tipli

sənədlərin vahid sistemi D) Təmir sənədlərinin vahid sistemi E) Texniki standartlaşdırma və sertifikatlaşdırma


Yüklə 392,66 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin