Sahələri hesab edilir



Yüklə 22,18 Kb.
səhifə1/5
tarix23.04.2022
ölçüsü22,18 Kb.
#115487
  1   2   3   4   5
sərgilər haqqında


sahələri hesab edilir. £Sərgilər-muzey ekspozisiyasının fəaliyyət istiqamətlərindəndirTLakin sərgilərdən fərqli olaraq daimi ekspozisiya adından məlum olduğu kimi tematikaya uyğun heç bir ciddi dəyişiklik edilmədən uzun müddət üçün nəzərdə tutulur. Bundan çıxış edərək daimi ekspozisiya muzeyin əsas nümayiş forması hesab edilir/ Lakin son on illərdə muzey fəaliyyətində baş verən kardinal dəyişikliklər, innovasiya texnologiyalarının muzeylərdə tətbiqi daimi ekspozisiyaya münasibətdə yeni yanaşmalarla müşayiət olunduğunu göstərir. Müasir dövrdə bəzi dünya muzeylərində daimi ekspozisiya anlayışından yan keçmə meylləri hiss olunmağa başlayır. Muzeoloqlar bunu cəmiyyətin bütün sahələrində olduğu kimi, muzey fəaliyyətinin də dinamikası ilə, müasir insanların yeniliyə, müasirliyə olan tələbatları ilə əlaqələndirməyə çalışırlar. Yəni müasir insan beş il əvvəl

gördüyü ekspozisiyanı yenidən gəlib, elə eyni vəziyyətdə görmək istəmir. O yeni, daha maraqlı vizuallıqla qarşılaşmaq istəyir. Çünki insan ruhu daim yeniliyə can atır. Hətta bir çox tədqiqatçılar muzeylərə marağın zəifləməsində bu amili qabardırlar. Əslində, bu vəziyyətin haqlı tərəflərinə göz yummaq düzgün deyil. Lakin əvvəlki nəslin mənimsədiyi mədəniyyəti yeni nəslin də görməsi, dərk etməsi faktını da nəzərdən qaçırtmaq olmaz. Bu xüsusiyyətlər ekspozisiya fəaliyyətinin müasirliklə uzlaşmasının qaçılmaz olduğunu bir daha sübut edir. Məsələn, İsveçrə muzeylərinin ekspozisiya siyasətindəki dəyişiklik tendensiyaları bunu bir daha sübut edir. Belə ki, ölkənin iri və aparıcı muzeyləri öz daimi ekspozisiyalarının dəyişdirilməsi siyasətinə üstünlük verir. Ölkənin Bazel şəhərindəki iri etnoqrafik muzeyi (xalqşünaslıq muzeyi və 1892-ci ildə yaranmış İsveçrənin xalq mədəniyyəti muzeyi) 1996-sı ildə Mədəniyyət muzeyi adı altında fəaliyyətini davam etdirdi. Bu tarixdən etibarən etnoqrafik kolleksiyaların böyük hissəsi (300 min muzey əşyası) daimi ekspozisiyadan ehtiyat fonduna köçürüldü. Bu isə, ekspozisiyanın yeni siyasətinin formalaşmasına təkan verdi: pullu xidmətlərə (ekskursiya, film nümayişi, konsert, məruzə və s.) üstünlük verən muzey hər ay təşkil olunan yeni sərgilərlə bir-birini təkararlamayan eksponatların nümayişini həyata keçirir. Klassik muzey ekspozisiyaları azlıq təşkil edir. Bu yeni sərgilər muzey dizaynının yeni nailiyyətlərini əks etdirməklə, həm də eksponatların interaktiv rejimdə nümayişini həyata keçirirlər.

Sərgi ekspozisiyası bir növ köməkçi forma mahiyyəti kəsb etdiyindən tematik cəhətdən məhdud olub, daha çox operativ informasiya səciyyəsi daşıyır. Muzey təlimatlarına uyğun olaraq əgər daimi ekspozisiya
Yüklə 22,18 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin