Sahibinə səhmdar cəmiyyətinin idarə edilməsində iştirak etmək və xalis mənfəətdən divident almaq hüququnu verən sənəddir



Yüklə 0.57 Mb.
səhifə2/8
tarix13.06.2018
ölçüsü0.57 Mb.
1   2   3   4   5   6   7   8

  • İpoteka müqaviləsi və ipoteka kağızının əsli və onların notarial qaydada təsdiqi, ipoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış, alınmış yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surəti



    1. Aşağıdakı variantlardan hansı ipotekanın əhəmiyyətinə aid deyil?

    1. Dövlət büdcəsinin vəsaitinin qorunması, vətəndaşların gəlirinin sabitləşməsi

    2. Ödəmə qabiliyyətli tələbin qarşılanması, vətəndaşların yaşayış vəziyyətinin yaxşılaşdırılması

    3. Maliyyə bazarının və tikinti sektorunun inkişafı

    4. Gəlirlərin rəsmiləşdirilməsi, əmək haqqı ödəmələrinin leqallaşdırılması

    5. Qanunvericiliyin inkişafı və təkmilləşdirilməsi, yaşayış sahələrinin qeydiyyata alınması




    1. Aşağıdakı variantlardan hansı ipoteka krediti üzrə güzəştlərə aid deyil?

    1. Güzəştlərin Maliyyə Nazirliyi ilə razılaşdırılması

    2. Güzəştlərin ipoteka kreditlərinin verilməsi prosesindən ayrılması prinsipi

    3. Güzəştli kateqoriyaların və güzəşt növlərinin müəyyənləşdirilməsi

    4. Güzəştlərin ünvanlı şəkildə ayrılması

    5. Güzəştlərin AİF-in kreditlərinə şamil edilməsi




    1. Aşağıdakı variantlardan hansı ipoteka krediti ilə bağlı gələcək tədbirlərə aid deyildir?

    1. Sərbəst vəsaitlərin müəyyənləşdirilməsi

    2. Normal bazanın tamamlanması

    3. İnstitsional quruculuq işlərinin tamamlanması

    4. Qanunvericilik təşəbüssü və əhalinin marifləndirilməsi

    5. Büdcədənkənar vəsaitlərin cəlb olunması, şərtlərin yumşaldılması




    1. Qoşa anbar şəhadətnaməsi:

    1. İki hissədən – biri digərindən ayrıla bilən anbar şəhadətnaməsi və girov şəhadətnaməsindən ibarətdir

    2. İki hissədən – bir digərindən ayrılmayan anbar şəhadətnaməsi və varrantdan ibarətdir

    3. Bir cüt və bir-birindən ayrılmayan anbar şəhadətnaməsi və sertifikatdan ibarətdir

    4. Bir cüt və bir-birindən ayrıla bilən anbar şəhadətnaməsi və anbar kitabından ibarətdir

    5. Surgucla möhürlənmiş iki hissədən ibarət anbar şəhadətnaməsi və girov kağızından ibarətdir



    1. Adi anbar şəhadətnaməsi:

    1. Malın saxlanması üçün qəbul edildiyini təsdiqləyən və mal anbarı tərəfindən verilən təqdim edənə qiymətli kağızdır

    2. Anbarda saxlanmasını təsdiq edən mal üçün verilən əsas qiymətli kağızdır

    3. Anbarda malın saxlanmasını təsdiq edən və sahibinə onu istənilən vaxt almağa şərait yaradan qiymətli kağızdır

    4. Malın saxlanması üçün qəbul edildiyini təsdiqləyən imtiyazlı çekdir

    5. Malın anbarda saxlanmasını təsdiqləyən və sahibinə bir sıra üstünlüklər verən qiymətli kağızdır




    1. Anbar şəhadətnaməsinin reystri:

    1. Mal anbarı tərəfindən verilən anbar şəhadətnaməsinin uçotunu özündə əks etdirən qeydiyyat sistemidir

    2. Mal anbarı tərəfindən qəbul edildikdən sonra verilən anbar şəhadətnaməsinin uçotudur

    3. Mal anbarı tərəfindən malın qəbulu və verilməsi üçün şəhadətnamənin uçota alınması sistemidir

    4. Mal anbarı tərəfindən malın alınması ilə bağlı təqdim edilən anbar şəhadətnaməsinin rəsmiləşdirilməsidir

    5. Mal anbarı tərəfindən verilən anbar şəhadətnaməsinin material qaydada təsdiq edilmişdir




    1. Mənzil sertifikatının üstünlükləri:

    1. Yeni binaların tikilməsi, mövcud binaların bərpa edilməsi, əhalinin mənzilə olan tələbatının ödənilməsi, mənzilə mülkiyyət hüququnun rəsmiləşdirilməsi və s.

    2. Əhalinin mənzilə tələbatının ödənilməsi, yeni torpaq sahələrinin paylanması, tikinti materialları ilə təchizat, mənzilə mülkiyyət hüququnun rəsmiləşdirilməsi və s.

    3. Dövlət və bələdiyyə orqanları tərəfindən əhaliyə torpaq sahələrinin və yeni mənzillərin verilməsi, həmin mənzil və torpaq sahələrinin rəsmiləşdirilməsi, mənzilə mülkiyyət hüququnun rəsmiləşdirilməsi

    4. Yeni binaların paylanması, mənzillərin istehlak vəsaitləri ilə təmin edilməsi, əhalinin mənzilə olan tələbatının ödənilməsi, mənzillərin qeydiyyata alınması və s.

    5. Əhalinin rahatlığı üçün mənzil və bağ evlərinin tikintisi, mənzillərin istehlak vəsaitləri ilə təmin edilməsi, mənzilə mülkiyyət hüququnun rəsmiləşdirilməsi




    1. Aşağıdakı variantlardan hansı mənzil serifikatının rekvizitlərinə aid deyildir?

    1. Mənzil serifikatı sahibinin şəxsiyyətini təsdiq edən sənəd formasının notarial qaydada təsdiq olunmuş surəti

    2. Sənədin adı olaraq “Mənzil sertifikatı” ifadəsi, mənzil sertifikatının nömrəsi və seriyası

    3. Adlı mənzil sertifikatının ilk sahibinin adı, soyadı, atasının adı

    4. Emitantin adı, olduğu yer, emitentin rəhbəri və baş mühasibinin möhürlə təsdiq edilmiş imzaları, ilk sahibinin mənzil sertifikatını əldə etdiyi tarix

    5. Tikilinin texniki və istehlak göstəriciləri, mənzil sertifikatının nominal dəyəri




    1. Aşağıdakı variantlardan hansıinvestisiya qiymətli kağızlarının emissiyası haqqında qərara aid deyildir?

    1. İnvestisiya fondunun formalaşdırılması üçün vəsaitlərin mənbələrinin müəyyən edilməsi

    2. Emitentin tam adı və olduğu yer, qəraraın qəbul edilməsi tarixi, qərarı qəbul etmiş emitantin idarəetmə orqanının adı

    3. Qiymətli kağızın növü, forması və nominal dəyəri

    4. Həmin buraxılışa daxil olan qiymətli kağızların sayı və ümumi məbləği, qiymətli kağızların yerləşdirilməsi qaydası, bir qiymətli kağızla təsbit edilən hüquqlar

    5. Qiymətli kağızların sahibləri qarşısında emitentin öhdəlikləri, emitentin rəhbərinin adı, soyadı, möhrlə təsdiqlənmiş imzası




    1. Aşağıdakı variantlardan hansı investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı üçün təqdim olunan sənədlərin aid deyildir:

    1. İnvestisiya qiymətli kağızının buraxılması üçün müəssisənin ümumyığıncağında qərarı

    2. İnvestisiya qiymətli kağızlarının qeydiyyata alınması üçün ərizə

    3. İnvestisiya qiymətli kağızlarının emissiyası haqqında qərar

    4. Emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnaməsinin və təsis sənədlərinin notarial qaydasında təsdiq olunmuş surətləri

    5. İnvestisiya qiymətli kağızlarının emissiya prospekti




    1. Aşağıdakı variantlarda göstərilmiş məlumatlardan hansı investisiya qiymətli kağızlarının emissiya prospektinə aid deyil?

    1. Emitentin yerləşdiyi yer, nizamnamə kapitalının həcmi və dövlət qeydiyyatı haqqında məlumat

    2. Emitentin tam adı, təşkilati-hüquqi forması və olduğu yer

    3. Hüquqi şəxslərin dövlət reystrində emitent barədə olan məlumatlar

    4. Emitentin idarə etmə orqanı, icra və nəzarət orqanları haqqında məlumat

    5. Emitentin filial və nümayəndəlikləri haqqında məlumat




    1. İnvestisiya qiymətli kağızları neçə üsulla yerləşdirilir?

    1. 2

    2. 3

    3. 4

    4. 5

    5. 6




    1. İnvestisiya qiymətli kağızlarının emissiyasının yekunları haqqında hesabat məlumatlarına aşağıdakı variantlardan hansı aid deyildir?

    1. İnvestisiya qiymətli kağızlarının emissiyası haqqında qərarın qəbul edilməsi

    2. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsinin başlanması və başa çatması tarixi

    3. Yerləşdirilmiş investisiya qiymətli kağızlarının sayı

    4. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsindən daxil olan vəsaitin ümumi məbləği

    5. İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi zamanı emitentlə investor arasında bağlanmış əqdlər haqqında məlumat




    1. Müvafiq icra hakimiyyəti orqanı investisiya qiymətli kağızlarının emissiyasının yekunları haqqında hesabata neçə iş günü müddətində baxır və qeydə alır?

    1. 15

    2. 10

    3. 20

    4. 25

    5. 30




    1. Qiymətli kağızların tədavülü?

    1. Yerləşdirmədən sonra qiymətli kağızlarla mülki-hüquqi əqdlərin bağlanması nəticəsində mülkiyyət hüququnun keçməsi və qeydiyyatı prosesidir

    2. Qiymətli kağızların dövriyyəyə buraxılaraq yerləşdirilməsi prosesidir

    3. Yerləşdirmədən sonra qiymətli kağızların sahibinə verdiyi mülkiyyət hüququ başa düşülür

    4. Yerləşdirmədən sonra qiymətli kağızların sahibinə sabit gəlir əldə etmək hüququ verən prosesdir

    5. Qiymətli kağızların dövriyyəyə buraxılması, yerləşdirilməsi və dövriyyədən çıxarılması prosesdir




    1. Adsız sənədli qiymətli kağızlar üzrə hüquqların ötürülməsi:

    1. Adsız sənədli qiymətli kağız üzrə hüquqlar onun sertifikatının yeni sahibinə verilməsi ilə ötürülür

    2. Adsız sənədli qiymətli kağız üzrə hüquqlar onun sahibinə əvəzi ödənilmədən ötürülür

    3. Adsız sənədli qiymətli kağız üzrə hüquqlar qanuna uyğun olaraq digər sahibinə ötürülür

    4. Adsız sənədli qiymətli kağız üzrə hüquqlar QKDK-nin göstərişlərinə əsasən əvəzsiz ötürülür

    5. Adsız sənədli qiymətli kağız üzrə hüquqlar bank idarələri tərəfindən nağdsız qaydada ötürülür




    1. Depozitorda saxlanılan adsız sənədli qiymətli kağızlar üzrə hüquqlar necə ötürülür?

    1. Qiymətli kağızların yeni sahibinin “depo” hesabına köçürülməsi yolu ilə ötürülür

    2. Qiymətli kağızların yeni sahibinə bank hesabı vasitəsilə ötürülür

    3. Qiymətli kağızların yeni sahibinə “repo” hesabına köçürülməsi yolu ilə ötürülür

    4. Qiymətli kağızların yeni sahibinə valyuta hesabı vasitəsilə ötürülür

    5. Qiymətli kağızların yeni sahibinə vasitəçi banklarla hissə-hissə ötürülür




    1. Adlı sənədsiz qiymətli kağızlar üzrə hüquqlar necə ötürülür?

    1. Qiymətli kağızların sahibinin “depo” hesabından yeni sahibinin“depo” hesabına köçürülməsi yolu ilə ötürülür

    2. Qiymətli kağızların sahibinin “repo” hesabından yeni sahibinin“depo” hesabına köçürülməsi yolu ilə ötürülür

    3. Qiymətli kağızların sahibinin “depo” hesabından yeni sahibinin“repo” hesabına köçürülməsi yolu ilə ötürülür

    4. Qiymətli kağızların sahibinin “repo” hesabından yeni sahibinin“repo” hesabına köçürülməsi yolu ilə ötürülür

    5. Qiymətli kağızların sahibinin hesablaşma hesabından yeni sahibinin hesablaşma hesabına köçürülməsi yolu ilə ötürülür



    1. Adlı sənədli qiymətli kağızlar üzrə hüquqlar necə ötürülür?

    1. Yeni sahibinə qiymətli kağızları verməklə reystrdə müvafiq qeydin aparılması yolu ilə ötürülür

    2. Yeni sahibinə qiymətli kağızları verməklə bank kapitalında müvafiq qeydlərin aparılması yolu ilə ötürülür

    3. Yeni sahibinə qiymətli kağızları verməklə elektron qeydlərin aparılması yolu ilə ötürülür

    4. Yeni sahibinə qiymətli kağızları verməklə“depo” hesablarda qeydlər aparılması yolu ilə ötürülür

    5. Yeni sahibinə qiymətli kağızları verməklə“depo” hesabında qeydlər aparılması yolu ilə ötürülür



    1. Aşağıdakı variantlardan hansı əqdin tərəflərinə aid deyildir?

    1. Sosial tərəf

    2. Təşkilati tərəf

    3. İqtisadi tərəf

    4. Hüquqi tərəf

    5. Etik tərəf




    1. Birja əqdləri hansı aktivlər üzrəbağlanır?

    1. Əmtəə və fond aktivləri

    2. Əsas və dövriyyə aktivləri

    3. Kapital və dövriyyə aktivləri

    4. Əmtəə və xammal aktivləri

    5. Dövriyyə və fond aktivləri



    1. Kassa əqdləri neçə iş günü ərzində həyata keçirilir?

    1. 3

    2. 8

    3. 10

    4. 15

    5. 20




    1. Kassa əqdlərinin neçə növü vardır?

    1. 2

    2. 3

    3. 4

    4. 5

    5. 6



    1. Hesablaşmaların aparılması vaxtına görə müddətli əqdlər neçə qrupa bölünür?

    1. 2

    2. 3

    3. 4

    4. 5

    5. 6




    1. Sadə əqdlər:

    1. Müqavilədə göstərilmiş müddətdə, qəbul edilmiş sabit qiymətlə icra olunmalıdır

    2. Müqavilədə göstərilmiş müddətdə, qəbul edilmiş dəyişən qiymətlə icra olunmalıdır

    3. Kontraktda göstərilmiş müddətdə, qəbul edilmiş pilləli qiymətlə icra olunmalıdır

    4. Müqavilədə göstərilmiş müddətdə, qəbul edilmiş əsasnamə əsasında icra olunmalıdır

    5. Müqavilə əsasında emitentlə müştəri arasında sabit qiymətlə icra olunmalıdır




    1. Fyuçers əqdləri:

    1. Birja müəyyən qaydalar qəbul edir və bu qaydalara əsasən əqdin standart həcmi, standart tədarük tarixləri və hansı etibarlı kağızların etibarlı tədarükə təminat verməsi təyin olunur

    2. Qiymətli kağızlar bazarı mövcud qanuna uyğun olaraq əqdin konkret tədarük tarixini qəbul edir və onun satışına təminat verir

    3. Bank müəyyən qaydalar qəbul edir və bu qaydalara əsasən əqdin bağlanmasını və qiymətli kağızların tədarükünü təmin edir

    4. Büdcə müəyyən qaydalar qəbul edir və büdcə kəsirini ötürmək üçün qiymətli kağızların dövriyyə buraxılması üçün etibarlı əqdlər bağlayır

    5. Maliyyə bazarları müəyyən qaydalar qəbul edir və əqdlərin bağlanması, qiymətli kağızların tədarükü zamanı bu qaydalara riayət olunmasına nəzarət edir



    1. Şərti əqdlər və ya mükafatlandırma əqdləri:

    1. Kontragentlərdən biri mükafat müqabilində əqdin yerinə yetirilməsi hüququnu əldə edir və ya onun yerinə yetirilməsindən imtina edir

    2. Emitentlərdən biri mükafat müqabilində əqdin yerinə yetirilməsi hüququnu əldə edir və ya onun yerinə yetirilməsi vaxtını uzadır

    3. Müştərilərdən biri mükafat müqabilində əqdin yerinə yetirilməsi hüququnu əldə edir və ya onun yerinə yetirilməsi vaxtını uzadır

    4. Qiymətli kağızın sahibi mükafat müqabilində əqdin yerinə yetirilməsi hüququnu əldə edir və ya onun yerinə yetirilməsindən imtina edir

    5. Birja iştirakçılarından biri mükafat müqabilində əqdin yerinə yetirilməsi hüququnu əldə edir və ya onun yerinə yetirilməsindən imtina edir



    1. Opsionun növü hansılardır?

    1. Alıcı və satıcı

    2. Alıcı və müştəri

    3. Tədarükçü və alıcı

    4. Sifarişçi və tədarükçü

    5. Makler və alıcı




    1. Vaxtı uzadıla bilən əqdlərin növü hansılardır?

    1. Report və deport

    2. Debitor və kreditor

    3. Aksept və deport

    4. Aksept və report

    5. Aksept və depozit




    1. Birja qiymətləndirilməsi dedikdə nə başa düşürsünüz?

    1. Birjanın hər iş günü ərzində birja satışları prosesində qiymətlərin müəyyən edilməsi və onların birja bülletenində dərc olunmasını bildirir

    2. Birjada hər ayın əvvəlində qiymətli kağızın satış qiyməti müəyyən edilir və mətbuatda dərc olunur

    3. Birjada hər həftənin sonunda qiymətlər müəyyənləşdirilir və birja bülletenlərində dərc olunur

    4. Hər ayın əvvəli və sonunda qiymətlər birja tərəfindən müəyyənləşdirilir və birja bülletenlərində dərc olunur

    5. Birjada hər iş gününün əvvəlində satışa buraxılan qiymətli kağızın qiyməti müəyyənləşdirilir və müvafiq mətbuat orqanlarında dərc olunur



    1. Qiymətli kağızların birləşdirilməsi dedikdə nə başa düşürsünüz?

    1. Bir növdən olan bütün qiymətli kağızların bir buraxılış daxilində bütün mülkiyyətçilərdə olan qiymətli kağızların sayının münasib azaldılması yolu ilə dəyişdirilməsidir

    2. Eyni emitent tərəfindən buraxılan qiymətli kağızların birləşdirilməsi yolu ilə sayının azaldılması başa düşülür

    3. Eyni tarixdə və eyni qiymətli kağızların birləşdirilməsi yolu ilə sayının münasib azaldılması yolu ilə dəyişdirilməsidir

    4. Qiymətli kağızların buraxılış tarixlərini nəzərə alaraq onların qısamüddətli qiymətli kağızların uzunmüddətli qiymətli kağızlara dəyişdirilərək ödənişmüddətinin dəyişdirilməsidir

    5. Birjalarda qiymətli kağızların eyni növlərinin birləşdirilərək sayının münasib azaldılması yolu ilə dəyişdirilməsidir




    1. Qiymətli kağızların xırdalanması dedikdə nə başa düşürsünüz?

    1. Bir qiymətli kağızın nominal dəyərinin mütənasib bölünməsi yolu ilə eyni növlü bir neçə qiymətli kağıza çevrilməsidir

    2. Bir qiymətli kağızın dəyərinin parçalanaraq eyni növlü qiymətli kağızlara bölünməsidir

    3. Bir qiymətli kağızın əsasında onun dəyərinə uyğun yeni qiymətli kağızların buraxılmasıdır

    4. İdarə heyətinin qərarı ilə bir qiymətli kağızın faktiki dəyərinə uyğun bir neçə yeni qiymətli kağızların buraxılmasıdır

    5. Bir qiymətli kağızdan kiçik dəyərli yeni qiymətli kağızların dövriyyəyə buraxılması nəticəsində onun sayının artırılmasıdır




    1. Qiymətli kağızların konvertasiyası dedikdə nə başa düşürsünüz?

    1. Bir emitentin bir növ investisiya qiymətli kağızların digər növlü investisiya qiymətli kağızlara və ya digər emitentin qiymətli kağızlarına əvəzsiz dəyşdirilməsidir

    2. Bir emitentin bir növ qiymətli kağızlarının digər növlü qiymətli kağızlara əvəzi ödənilməklə dəyşdirilməsidir

    3. Bir emitentin bir növ qiymətli kağızının digər emitentin qiymətli kağızına əvəzsiz dəyşdirilməsidir

    4. Birjalarda fəaliyyət göstərən emitentlərin birinin qiymətli kağızını digərinin qiymətli kağızına əvəzsiz dəyşdirilməsidir

    5. Müxtəlif emitentlərin müxtəlif növ qiymətli kağızlarını əvəzi ödənilməklə dəyşdirilməsidir




    1. Repo əməliyyatı dedikdə nə başa düşürsünüz?

    1. Mərkəzi Bank tərəfindən qiymətli kağızların müvəkkil banklara satışı və eyni zamanda müvəkkil bank tərəfindən həmin istiqrazları Mərkəzi Banka satmaq, Mərkəzi Bankın isə onları müvəkkil bankdan geri satın almaq öhdəliyini rəsmiləşdirən maliyyə əməliyyatıdır

    2. Mərkəzi Bank tərəfindən qiymətli kağızları kommersiya banklarına ötürməsi öhdəliyini rəsmiləşdirən maliyyə əməliyyatıdır

    3. Kommersiya bankları tərəfindən qiymətli kağızların müştərilərə satışını təşil etmək və vaxtı çatmış qiymətli kağızlarının dəyərinin ödənilməsini rəsmiləşdirən maliyyə əməliyyatıdır

    4. Müvəkkil banklar tərəfindən emitentin buraxdığı qiymətli kağızları dövriyyəyə buraxaraq yerləşdirilməsini təşkil etməkdir

    5. Birjalar vasitəsilə qiymətli kağızlara tələbatın müəyyənləşdirilərək emitentin müəyyən edilməsi, emitentin buraxdığı qiymətli kağızların yerləşdirilməsini rəsmiləşdirən maliyyə əməliyyatıdır



    1. Əks – repo əməliyyatı dedikdə nə başa düşürsünüz?

    1. Müvəkkil Bank tərəfindən qiymətli kağızların Mərkəzi Banka satışı və eyni zamanda Mərkəzi Bank tərəfindən həmin qiymətli kağızların müvəkkil banka satmaq, müvəkkil bank isə onları Mərkəzi Bankdan geri satın almaq öhdəliyini rəsmiləşdirən maliyyə əməliyyatıdır

    2. Müvəkkil bank tərəfindən qiymətli kağızların müvəkkil banka satışı və eyni zamanda müvəkkil bank tərəfindən həmin qiymətli kağızların Mərkəzi Banka satışını rəsmiləşdirən maliyyə əməliyyatıdır

    3. Kommersiya bankları tərəfindən Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızları qeyri-şərtsiz olaraq yerləşdirilməsini həyata keçirən maliyyə əməliyyatıdır

    4. Müvəkkil bank tərəfindən qiymətli kağızların kommersiya bankına satışı və eyni zamanda kommersiya bankı tərəfindən həmin qiymətli kağızların müvəkkil banka satışını rəsmiləşdirən maliyyə əməliyyatıdır

    5. Müvəkkil bank tərəfindən qiymətli kağızların birjalar vasitəsilə yerləşdirilməsini təşkil edən maliyyə əməliyyatıdır



    1. Müvəkkil bank dedikdə nə başa düşürsünüz?

    1. Mərkəzi Bank ilə Repo baş sazişini bağlayan bankdır

    2. Mərkəzi Bankla müvəkkil bank arasında sazişdir

    3. Kommersiya bankı ilə Repo baş sazişini bağlayan bankdır

    4. Birja ilə Repo baş sazişini bağlayan bankdır

    5. Qiymətli kağızlarla əməliyyatı həyata keçirən bankdır




    1. Repo baş sazişi dedikdə nə başa düşürsünüz?

    1. Repo əməliyyatları aparılan zaman Mərkəzi Bank və müvəkkil bank arasında qarşılıqlı münasibətləri tənzimləyən və Repo əməliyyatlarının əsas şərtlərini, tərəflərin hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirən sazişdir

    2. Repo əməliyyatları aparılan zaman Kommersiya bankı və müvəkkil bank arasındakı qarşılıqlı münasibətləri tənzimləyən və Repo əməliyyatlarının aparılmasının əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirən sazişdir

    3. Repo əməliyyatlarını aparan zaman Birjalarla müvəkkil banklar arasında qarşılıqlı münasibətləri tənzimləyən hüquqi sazişdir

    4. Repo əməliyyatları aparılan zaman əməliyyatı həyata keçirən banklar arasında bağlanan sazişdir

    5. Repo əməliyyatları zamanı emitent bankla müvəkkil bank arasındakı qarşılıqlı münasibətləri tənzimləyən və Repo əməliyyatlarının aparılmasının əsas şərtini, tərəflərin hüquq və vəzifələrini müəyyənləşdirən sazişdir




    1. Repo şəhadətnaməsi nədir?

    1. Mərkəzi Bankla müvəkkil bank arasında hər bir ayrıca Repo (əks-Repo) əməliyyatlarının aparılmasını təsdiqləyən sənəddir

    2. Kommersiya bankı ilə müvəkkil bank arasında hər bir ayrıca Repo (əks-Repo) əməliyyatlarının aparılmasını təsdiqləyən sənəddir

    3. Emintent bankla müvəkkil bank arasında hər bir ayrıca Repo (əks-Repo) əməliyyatlarının aparılmasını təsdiqləyən sənəddir

    4. Birja ilə müvəkkil bank arasında hər bir ayrıca Repo (əks-Repo) əməliyyatlarının aparılmasını təsdiqləyən sənəddir

    5. Mərkəzi Bankla kommersiya bankı arasında hər bir ayrıca Repo (əks-Repo) əməliyyatlarının aparılmasını təsdiqləyən sənəddir




    1. Reponun açılma tarixi:

    1. Repo şəhadətnaməsinə uyğun olaraq Mərkəzi Bank tərəfindən qiymətli kağızların müvəkkil banka satıldığı gündür


      Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8


    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
    rəhbərliyinə müraciət

        Ana səhifə