Sahibinə səhmdar cəmiyyətinin idarə edilməsində iştirak etmək və xalis mənfəətdən divident almaq hüququnu verən sənəddir



Yüklə 0.57 Mb.
səhifə3/8
tarix13.06.2018
ölçüsü0.57 Mb.
1   2   3   4   5   6   7   8

  • Repo şəhadətnaməsinə uyğun olaraq Kommersiya bankı tərəfindən qiymətli kağızların müvəkkil banka satıldığı gündür

  • Repo şəhadətnaməsinə uyğun olaraq Mərkəzi Bank tərəfindən qiymətli kağızların müvəkkil bankdan aldığı gündür

  • Repo şəhadətnaməsinə uyğun olaraq Kommersiya bankı tərəfindən qiymətli kağızların müvəkkil bankdan aldığı gündür

  • Repo şəhadətnaməsinə uyğun olaraq Birja tərəfindən qiymətli kağızların müvəkkil banka satıldığı gündür




    1. Reponun açılma tarixi:

    1. Repo şəhadətnaməsinə uyğun olaraq müvəkkil bank tərəfindən qiymətli kağızların Mərkəzi Banka satıldığı gündür

    2. Repo şəhadətnaməsinə uyğun olaraq müvəkkil bank tərəfindən qiymətli kağızların Emitent banka satıldığı gündür

    3. Repo şəhadətnaməsinə uyğun olaraq müvəkkil bank tərəfindən qiymətli kağızların Birjalarda satıldığı gündür

    4. Repo şəhadətnaməsinə uyğun olaraq müvəkkil bank tərəfindən buraxılan qiymətli kağızların Mərkəzi Bank tərəfindən alındığı gündür

    5. Repo şəhadətnaməsinə uyğun olaraq müvəkkil bank tərəfindən buraxılan qiymətli kağızların Kommersiya bankı tərəfindən alındığı gündür




    1. Reponun bağlanma tarixi:

    1. Repo şəhadətnaməsinə uyğun olaraq Mərkəzi Bank tərəfindən qiymətli kağızların müvəkkil bankdan satın alındığı gündür

    2. Repo şəhadətnaməsinə uyğun olaraq Kommersiya bankı tərəfindən qiymətli kağızların müvəkkil bankdan satın alındığı gündür

    3. Repo şəhadətnaməsinə uyğun olaraq Birja tərəfindən qiymətli kağızların müvəkkil bankdan satın alındığı gündür

    4. Repo şəhadətnaməsinə uyğun olaraq Mərkəzi Bank tərfindən qiymətli kağızların müvəkkil bank tərəfindən satıldığı tarix hesab olunur

    5. Repo şəhadətnaməsinə uyğun olaraq Emitent bank tərfindən qiymətli kağızların müvəkkil bankdan satın alındığı tarixdir




    1. Əks-Reponun bağlanma tarixi:

    1. Repo şəhadətnaməsinə uyğun olaraq müvəkkil bank tərfindən qiymətli kağızların Mərkəzi Bankdan satın alındığı gündür

    2. Repo şəhadətnaməsinə uyğun olaraq müvəkkil bank tərfindən qiymətli kağızların Mərkəzi Banka satıldığı gündür

    3. Repo şəhadətnaməsinə müvafiq olaraq müvəkkil bank tərfindən qiymətli kağızların Kommersiya bankından satın alındığı gündür

    4. Repo şəhadətnaməsinə uyğun olaraq müvəkkil bank tərfindən qiymətli kağızların Kommersiya bankına satıldığı gündür

    5. Repo şəhadətnaməsinə uyğun olaraq müvəkkil bank tərfindən qiymətli kağızların emitent bankdan satın alındığı gündür




    1. Reponun açılma qiyməti:

    1. Reponun açıldığı gün Mərkəzi Bankın qiymətli kağızların müvəkkil banklara satışı qiymətidir

    2. Reponun açıldığı gün Mərkəzi Bankın qiymətli kağızlara təyin etdiyi satış qiymətidir

    3. Reponun açıldığı gün Mərkəzi Bankın qiymətli kağızların kommersiya banklarına satışı qiymətidir

    4. Reponun açıldığı gün Mərkəzi Bankın qiymətli kağızların birjalara satışı qiymətidir

    5. Reponun açıldığı gün Mərkəzi Bankın qiymətli kağızların maliyyə bazarlarına satışı qiymətidir




    1. Əks-Reponun açılma qiyməti:

    1. Əks-Reponun açıldığı gün müvəkkil banklar tərəfindən qiymətli kağızların Mərkəzi Banka satışı qiymətidir

    2. Əks-Reponun açıldığı gün müvəkkil banklar tərəfindən qiymətli kağızların Mərkəzi Bankdan satışı qiymətidir

    3. Əks-Reponun açıldığı gün müvəkkil banklar tərəfindən qiymətli kağızların kommersiya bankına satışı qiymətidir

    4. Əks-Reponun açıldığı gün müvəkkil banklar tərəfindən qiymətli kağızların birjalara satışı qymətidir

    5. Əks-Reponun açıldığı gün müvəkkil banklar tərəfindən qiymətli kağızların maliyyə bazarlarında satışı qiymətidir




    1. Reponun bağlanma qiyməti:

    1. Reponun bağlandığı gün Mərkəzi Bank tərəfindən qiymətli kağızların müvəkkil banklardan geri satın alma qiymətidir

    2. Reponun bağlandığı gün Mərkəzi Bank tərəfindən qiymətli kağızların maliyyə bazarlarında geri satın alınma qiymətidir

    3. Reponun bağlanma günü Kommersiya bankı tərəfindən qiymətli kağızların müvəkkil banklardan geri satın alınma qiymətidir

    4. Reponun bağlandığı gün Mərkəzi Bank tərəfindən qiymətli kağızların birjalardan geri satın alınma qiymətidir

    5. Reponun bağlandığı gün Emitentin bank tərəfindən qiymətli kağızların birjalardan geri satın alınma qiymətidir




    1. Əks-Reponun bağlanma qiyməti:

    1. Əks-Reponun bağlandığı gün Mərkəzi Bankın qiymətli kağızları müvəkkil banklara satışı qiymətidir

    2. Əks-Reponun bağlandığı gün Kommersiya bankının qiymətli kağızları müvəkkil banklara satışı qiymətidir

    3. Əks-Reponun bağlandığı gün Emitentin qiymətli kağızları müvəkkil banklara satışı qiymətidir

    4. Əks-Reponun bağlandığı gün Mərkəzi Bankın qiymətli kağızları Kommersiya banklarına satışı qiymətidir

    5. Əks-Reponun bağlandığı gün Mərkəzi Bankın dövriyyədən qiymətli kağızları geri yığdığı andır




    1. Qiymətli kağızların ödənilməsi dedikdə nə başa düşürsünüz?

    1. Qiymətli kağızların emitent tərəfindən dövriyyədən çıxarılması və sahiblərin hesabına onlara məxsus qiymətli kağızların nominal dəyəri miqdarında pul vəsaitinin köçürülməsidir

    2. Qiymətli kağızların müvəkkil bank tərəfindən dövriyyədən çıxarılması və onların dəyərinin sahiblərinə ödənilməsidir

    3. Qiymətli kağızların kommersiya bankı tərəfindən dövriyyədən çıxarılması və sahiblərinə qiymətli kağızların nominal dəyəri miqdarında pul vəsaitinin köçürülməsidir

    4. Qiymətli kağızların Mərkəzi Bank tərəfindən dövriyyədən çıxarılması və sahiblərinə qiymətli kağızların dəyərinin ödənilməsidir

    5. Qiymətli kağızların dövlət tərəfindən dövriyyədən çıxarılması və sahiblərinə həmin qiymətli kağızların dəyəri müqabilində yeni qiymətli kağızların verilməsi




    1. Qiymətli kağızların girov qoyulması:

    1. Qiymətli kağızların mülkiyyətçinin depo hesabında girov bölməsinə və ya girov saxlayıcının girov hesabına ötürülməsi ilə həyata keçirilir və həmin hesabda dondurulur

    2. Qiymətli kağızların emitentinin depo hesabında və ya girov saxlayıcının girov hesabına köçürülür və həmin hesabda saxlanılır

    3. Qiymətli kağızların sahibinin depo hesabında girov şöbəsində və ya girov saxlayanın girov hesabına ötürülür və həmin hesabda dondurulur

    4. Qiymətli kağızların sahibinin Mərkəzi bankdakı depo hesabındakı girov subhesabında saxlanılmaqla həmin hesabda deponentləşdirilir

    5. Qiymətli kağızların sahibinin Kommersiya bankındakı depo hesabındakı girov subhesabında saxlanılmaqla həmin hesabda deponentləşdirilir




    1. Qiymətli kağızların girovdan azad edilməsi:

    1. Qiymətli kağızların mülkiyyətçinin depo hesabının əsas bölməsinə ötürülməsi ilə həyata keçirilir və qiymətli kağızlar dondurulmadan azad olunur

    2. Qiymətli kağızlar emitentin depo hesabının əsas bölməsinə ötürülür və qiymətli kağızlar girovdan azad olunur

    3. Qiymətli kağızlar sahibinin depo hesabının əsas bölməsinə ötürülməklə, qiymətli kağızlar girovdan azad olunur

    4. Qiymətli kağızlar sahibinin Mərkəzi bankdakı depo hesabının əsas bölməsinə ötürülməsi yolu ilə girovdan azad edilir

    5. Qiymətli kağızlar sahibinin Kommersiya bankındakı depo hesabının əsas bölməsinə ötürülməsi yolu ilə girovdan azad edilir




    1. Qiymətli kağızların hesabda dondurulması:

    1. Qiymətli kağızların mülkiyyətçinin depo hesabında öhdəliklər bölməsinə ötürülməsi ilə həyata keçirilir və bu barədə qərar verənin tapşırığı olmayanadək qiymətlı kağızlar hərəkətsiz saxlanılır

    2. Qiymətli kağızların emitentin depo hesabında öhdəliklər bölməsində saxlanılır və bu barədə emitentin razılığı olmayanadək qiymətli kağızlar hərəkətsiz saxlanılır

    3. Qiymətli kağızların sahibinin depo hesabında öhdəliklər bölməsinə ötürülməsi ilə həyata keçirilir və bu barədə sahibinin razılığı olmadan dövriyyəyə buraxılmır

    4. Qiymətli kağızların Mərkəzi Bankın depo hesabında öhdəliklər bölməsinə ötürülməsi yolu ilə həyata keçirilir və bu barədə bankın tapşırığı olmadan qiymətli kağızlar dövriyyəyə buraxılmır

    5. Qiymətli kağızlar Kommersiya bankının depo hesabında öhdəliklər bölməsinə ötürülməsi ilə həyata keçirilir və bu barədə bankın tapşırığı olmadan qiymətli kağızlar dövriyyəyə buraxılır




    1. Mənzil sertifikatı və ipoteka kağızı ilə aparılan əməliyyatlar:

    1. Alqı-satqı, girovqoyma, girovdan çıxarma, indossament, bağlaşma, vərəsəliklə keçmə, mülkiyyət hüququnun rəsmiləşdirilməsi

    2. Monitorinq, alqı-satqı, girovqoyma, girovdan çıxarma, indossament, müqavilə, vərəsəliklə keçmə, mülkiyyət hüququnun rəsmiləşdirilməsi

    3. Statistik müşahidə, monitorinq, girovqoyma, girovsaxlama, əməliyyatların uçotu, vərəsəliklə keçmə, mülkiyyət hüququnun rəsmiləşdirilməsi

    4. Əməliyyatların auditi, monitorinq, girovqoyma, girovdan çıxarma, indossament, müqavilə, vərəsəliklə keçmə, mülkiyyət hüququnun rəsmiləşdirilməsi

    5. Aksionların aparılması, monitorinq, girovqoyma, girovdan çıxarma, indossament, müqavilə, vərəsəliklə keçmə, mülkiyyət hüququnun qorunması




    1. Aşağıdakı variantlardan hansı uçot təşkilati tərəfindən veksellərlə aparılan əməliyyatlara aid deyildir?

    1. Veksellərin dövriyyəyə buraxılması

    2. Veksellərin uçotu və onlara aval verilməsi

    3. Veksellərin üzrə ödənişin təmin edilməsi üçün veksellərin inkassaya qəbul edilməsi

    4. Veksellərin domisilyasiyası

    5. Veksellərin uçotu ödəniş vaxtı çatana qədər veksel saxlayan tərəfindən vekselin uçot kontoruna verilməsi




    1. Veksellərin inkassaya qəbul edilməsi:

    1. Veksel saxlayanların tapşırığı ilə veksellər üzrə ödəmə müddəti çatdıqda, ödəyicidən veksel məbləğinin tələb edilməsi üçün qəbul edilməsidir

    2. Veksel saxlayanların göstərişi ilə veksellər üzrə ödəmə müddəti çatdıqda, ödəyicidən vekselə görə faizlərin tələb edilməsi üçün uçota alınması

    3. Emitentin tapşırığı ilə veksellər üzrə ödəmə müddəti çatdıqda onların məbləğinin qeyri-şərtsiz qəbul edilməsidir

    4. Veksel buraxanların göstərişinə əsasən onların ödəmə müddəti çatdıqda, ödəyicidən veksellərə görə faizlərin tələb edilməsi üçün qəbul edilməsidir

    5. Veksel saxlayanların qərarına əssən veksellər üzrə ödəmə müddəti çatdıqda onların məbləğinin qeyri-şərtsiz ödənilməsinin keçirilməsi




    1. Veksellərin domisilyasiyası nədir?

    1. Ödəyicinin tapşırığına əsasən vekseldə müəyyən edilmiş müddətdə uçot təşkilatı tərəfindən ödəmənin həyata keçirilməsidir

    2. Müştərinin tapşırığı əsasında vekselin nominal dəyərinin göstərilən müddətdə uçot təşkilatı tərəfindən ödənilməsi başa düşülür

    3. Sahibinin tapşırığı əsasında vekselin məbləğinin əvvəlcədən müəyyən edilmiş müddətdə emitent tərəfindən ödənilməsinin qeyri-şərtsiz həyata keçirilməsidir

    4. Mərkəzi Bankın tapşırığına əsasən vekselin məbləğinin müəyyən edilmiş müddətdə ödəyiciyə geri qaytarılmasıdır

    5. Kommersiya bankının tapşırığına əsasən vekselin məbləğinin müəyyən edilmiş müddətdə sahibinə geri qaytarılmasıdır




    1. Vekselin protest edilməsi:

    1. Borclunun və ya akseptantın ödəmədən imtinası zamanı imtina aktının tərtib edilməsidir

    2. Müştərinin ödəmədən imtinası zamanı imtina barədə Mərkəzi banka məlumatın verilməsi

    3. Borclunun və ya akseptantın ödəmədən imtinası zamanı imtina məbləğinin müvafiq icra hakimiyyəti tərəfindən tələb edilməsidir

    4. Borclunun və ya akseptantın ödəmədən imtinası zamanı imtina haqqında məhkəmə orqanlarına yazılı məlumatın verilməsi

    5. Emitentin vekselin məbləğinin müştəri tərəfindən imtinası zamanı imtina ərizəsinin tələb edilməsi



    1. Azərbaycanda qiymətli kağızlar bazarının inkişaf mərhələləri:

    1. 1920-ci ilədək olan dövr; 1920-ci ildən 1991-ci ilədək olan dövr; 1991-ci ildən sonrakı dövr

    2. 1918-1920-ci ildəki dövr; 1920-1945-ci illərdəki dövr; 1945-1991-ci illərdəki dövr; 1991-ci ildən sonrakı dövr

    3. 1-ci müharibəyə qədər olan dövr; 2-ci dünya müharibəsində olan dövr; 1945-ci ildən sonrakı dövr

    4. 1918-ci ilədək olan dövr; 1918-ci ildən 1992-ci ilədək olan dövr; 1992-ci ildən sonrakı dövr

    5. Sovet hakimiyyətinə qədərki dövr; Sovet hakimiyyəti illərindəki dövr; bazar iqtisadiyyatı dövrü




    1. “Səhmdar cəmiyyəti haqqında” Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul edilib?

    1. 1994-cü il

    2. 1992-ci il

    3. 1993-cü il

    4. 1995-ci il

    5. 1998-ci il



    1. “Dövlət özəlləşdirmə opsionları” haqqında əsasnamə nə vaxt qəbul edilib?

    1. 1997-ci il

    2. 1994-cü il

    3. 1996-cı il

    4. 1998-ci il

    5. 1999-cu il




    1. “Milli depozit sistemi” haqqında əsasnamə nə vaxt qəbul edilib?

    1. 1997-ci il

    2. 1992-ci il

    3. 1995-ci il

    4. 1996-cı il

    5. 1999-cu il

    1. Qiymətli kağızlar üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman nə vaxt verilmişdir?

    1. 1998-ci il

    2. 1995-ci il

    3. 1997-ci il

    4. 2000-ci il

    5. 2002-ci il




    1. Maliyyə vasitəçiləri hansılardır?

    1. Bank, investisiya fondları, sığorta şirkətləri

    2. Bank, səhmdar cəmiyyətləri, brokerlər

    3. Bank, brokerlər, sığorta şirkətləri

    4. Bank, birjalar, sığorta şirkətləri

    5. Bank, birjalar, brokerlər




    1. Pul bazarında əsasən hansı vasitələrdən istifadə olunur?

    1. Kommersiya və maliyyə vekselləri, xəzinə vekselləri, kommersiya kağızları və bank sertifikatları

    2. Kommersiya və maliyyə vekselləri, bank notları, xəzinə vekselləri, və bank sertifikatları

    3. Kommersiya və maliyyə vekselləri, xəzinə vekselləri və bank sertifikatları

    4. Kommersiya və maliyyə vekselləri, bank notları, xəzinə vekselləri və büdcə vekselləri

    5. Kommersiya və maliyyə vekselləri, xəzinə vekselləri, dövlət vekselləri və bank çekləri




    1. Emitent kimdir?

    1. Qiymətli kağızların emissiyasının qanunvericiliklə müəyyən edilmiş qaydada həyat keçirən şəxs, müvafiq icra hakimiyyəti orqanı və müvafiq qaydada buna səlahiyyətləndirilmiş dövlət orqanı və bələdiyyədir

    2. AR-nın Mərkəzi Bankının qərarı ilə qiymətli kağızların buraxılışını həyata keçirən şəxsdir

    3. QKDK-nin razılığı ilə qiymətli kağızların buraxılışını və yerləşdirilməsini həyata keçirən səlahiyyətli şəxsdir

    4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən qiymətli kağızların buraxılışına lisenziya verilmiş hüquqi şəxsdir

    5. AR-nın Milli Məclisi tərəfindən qiymətli kağızların buraxılışına icazə verilmiş hüquqi və fiziki şəxsdir




    1. İnvestor kimdir?

    1. Qiymətli kağızları mülkiyyətinə əldə etmiş şəxsdir

    2. İnvestisiya layihələrini maliyələşdirən şəxsdir

    3. əsaslı vəsait qoyuluşlarını maliyyələşdirməyi öz üzərinə götürmüş hüquqi şəxsdir

    4. Qiymətli kağızları emissiya edərək onları əsaslı vəsait qoyuluşlarına istiqamətləndirən hüquqi şəxsdir

    5. Əsas və dövriyyə vəsaitlərini əldə etmək üçün pul vəsaitlərini qiymətli kağızlar emissiya etməklə əldə edən hüquqi şəxsdir




    1. Tələb xüsusiyyətinə görə qiymətli kağızlar bazarının təsnifatı:

    1. Borc və səhm bazarları

    2. Pul və səhm bazarları

    3. Kapital və səhm bazarları

    4. Borc və kapital bazarları

    5. Borc və spot bazarları




    1. Müddətinə görə qiymətli kağızlar bazarının təsnifatı:

    1. Pul və kapital bazaları

    2. Borc və səhm bazarları

    3. Pul və səhm bazarları

    4. Kapital və səhm bazarları

    5. Borc və kapital bazarları




    1. Satış xarakterinə görə qiymətli kağızlar bazarının təsnifatı:

    1. İlkin və ikinci bazarlar

    2. İlkin və spot bazarlar

    3. Borc və səhm bazarları

    4. İlkin və kapital bazarları

    5. İlkin və törəmə bazarları



    1. Ödəmə (təchizat) vaxtına görə qiymətli kağızlar bazarının təsnifatı:

    1. Spot və törəmə bazarları

    2. Borc və törəmə bazarları

    3. Borc və səhm bazarları

    4. Spot və səhm bazarları

    5. İlkin və spot bazarları




    1. Təşkil səviyyəsinə görə qiymətli kağızlar bazarının təsnifatı

    1. Təşkil olunan və təşkil olunmayan bazarlar

    2. İdarə olunan və idarə olunmayan bazarlar

    3. Tənzimlənən və tənzimlənməyən bazarlar

    4. Təşkil olunan və tənzimlənən bazarlar

    5. İdarə olunan və təşkil olunmayan bazarlar




    1. Əhatə dairəsinə görə qiymətli kağızlar bazarının təsnifatı:

    1. Daxili və beynəlxalq bazarlar

    2. Milli və beynəlxalq bazarlar

    3. Dövlət və xüsusi bazarlar

    4. Kooperativ və fərdi bazarlar

    5. Səhmdar və kooperativ bazarlar




    1. Qiymətli kağızlar bazarının tənzimlənməsində dövlətin vəzifələri:

    1. Qiymətli kağızlar bazarının inkişafı üzrə dövlət proqramlarının həyata keçirilməsi, peşəkar iştirakçılar və müştərilər üçün qiymətli kağızlar bazarının təhlükəsizliyinin təmin edilməsi, qiymətli kağızlar bazarı haqqında açıq informasiya sisteminin yaradılması

    2. Qiymətli kağızlar bazarının inkişafını təmin etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müvafiq qərarların qəbul edilməsi, peşəkar iştirakçılar və müştərilər üçün qiymətli kağızlar bazarının təhlükəsizliyinin təmin edilməsi, qiymətli kağızlar bazarı haqqında açıq informasiya sisteminin yaradılması

    3. Qiymətli kağızlar bazarının tənzimlənməsi məqsədilə Milli Məclis tərəfindən qanun layihələrinin hazırlanıb və qəbul edilməsi, peşəkar iştirakçıların bazarda təhlükəsizliyinin təmin edilməsi, qiymətli kağızlar bazarı haqqında açıq informasiya sisteminin yaradılması

    4. Qiymətli kağızlar bazarı və onun peşəkar iştirakçılarının fəaliyyətinin tənzimlənməsi və təhlükəsizliyinin qorunması məqsədilə QKDK- tərəfindən müvafiq qərarların qəbul edilməsi

    5. Qiymətli kağızlar bazarı və onun peşəkar iştirakçılarının fəaliyyətinin tənzimlənməsi və təhlükəsizliyinin qorunması məqsədilə Maliyyə Nazirliyi tərəfindən müxtəlif qərarların qəbul edilməsi



    1. Aşağıdakı variantlardan hansı QKDK-nin qiymətli kağızlar bazarının tənzimlənməsi vəzifələrinə aid deyildir?

    1. Qiymətli kağızlar bazarı haqqında açıq informasiya sisteminin yaradılması və bazar iştirakçıları tərəfindən informasiyanın məcburi açıqlanmasına nəzarət edilməsi

    2. Qiymətli kağızlarla fəaliyyət sahəsində, o cümlədən qiymətli kağızlar bazarında dövlət siyasətinin işlənib hazırlanması və onun həyata keçirilməsi, dövlət idarəetməsi, nəzarətin təmin edilməsi

    3. Qiymətli kağızlar bazarının təşkili və inkişaf etdirilməsi, əlverişli investisiya mühitinin yaradılması

    4. Qiymətli kağızlar bazarında emitentlərin, peşəkar iştirakçıların, fond bazarının fəaliyyəti üzərində nəzarətin təmin edilməsi

    5. Qiymətli kağızlar bazarında sağlam rəqabət mühitinin yaradılması




    1. Aşağıdakı variantlardan hansı qiymətli kağızlar bazarının özünü tənzimləmə təşkilatlarının məqsədinə aid deyildir?

    1. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının səmərəli fəaliyyət göstərməsi üçün müvafiq normativ – hüquqi bazanın yaradılması

    2. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının səmərəli peşəkar fəaliyyəti üçün şəraitin yaradılması

    3. Qiymətli kağızlar bazarında investorların və digər iştirakçıların maraqlarının qorunması

    4. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatının üzvləri arasında qarşılıqlı münasibətlərin tənzimlənməsi qaydalarının müəyyən edilməsi

    5. Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının özünü tənzimləyən təşkilatlarının üzvlərinin fəaliyyətinin etik normalarının müəyyən edilməsi və bu normalara riayət olunmasının təmin edilməsi




    1. Qiymətli kağızlar haqqında qanunvericilik pozulmasına görə məsuliyyətdə nə nəzərdə tutulur?

    1. Qanun pozuntularının aradan qaldırılması və investorların hüquqlarının müdafiə olunmasını

    2. Qanun pozuntularına görə qanunvericiliklə nəzərdə tutulmuş müvafiq cəza tədbirlərinin tətbiqi

    3. Qanun pozuntularına görə qanunvericiliklə nəzərdə tutulmuş cərimə və cəzaların tətbiqi

    4. Qanun pozuntuları və investorların hüquqlarının qorunması məqsədilə mövcud qanunvericilik aktlarından düzgün istifadə olunması

    5. Qanun pozuntularına yol verilməməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyətin təmin edilməsi




    1. Qiymətli kağızlar haqqında qanunvericilik pozulmasına görə şəxslər hansı məsuliyyəti daşıyırlar?

    1. Mülki, inzibati və cinayət

    2. Mülki və inzibati

    3. Hüquqi, mülki və cinayət

    4. Hüquqi, mülki və vergi

    5. Mülki, inzibati və konstitusiya




    1. Qiymətli kağızların buraxılması, qeydiyyatı və yerləşdirilməsi qaydalarının pozulmasına görə hansı cəza tədbiri görülür?

    1. Vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar minimum əmək haqqı məbləğinin 50 mislindən 70 mislinədək miqdarda, hüquqi şəxslər minimum əmək haqqı məbləğinin 150 mislindən 200 mislinədək miqdarda cərimə edilir


      Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8


    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
    rəhbərliyinə müraciət

        Ana səhifə