Şahlar həSƏNOĞLU


*******        *******      *******



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə11/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   7   8   9   10   11   12   13   14   ...   65
2016-2403

*******        *******      ******* 
 
Cəmilə  günorta  istirahətini  çox  qısa  keçirib,  bir  tikə 
boğazından addadıb, su içib yenə tək-tənha sahəyə çıxdı. Nəsə 
qəlbində gizli bir təlatüm vardı, coşub daşırdı qəlbi, fəqət bilə 
bilmirdi nədir bu, niyə belə dolub daşır qəlbi? Od kimi yığırdı. 
Onu  tək  qoymaq  istəməyib  ardınca  axışıb  gələn  qızlardan 
qaçırdı, ən çox sevib bir gəzdiyi öz ellisi Nərgizdən qaçırdı. 
Cəmilə  kənddə  doğulub  böyümüşdü.  Atası  Həmzə  kişi 
müharibədən sonrakı kəndin təşkilatçılarından biriydi. Briqadir, 
Sovet  sədri,  kolxoz  sədri  işləmişdi.  On  il  sədr  olmuşdu 
kolxozda.  Bu  on  il  Cəmilənin  5-15  yaşlarına  düşmüşdü.  Hər 
yay yaylaqlara getmişdi. Fermaları at çapa-çapa gəzmişdi. Beş 
qardaşın bir bacısı, həm də ailənin sonbeşiyi idi. O doqquzuncu 
sinifdə oxuyanda atası sədrlikdən çıxıb qoyun fermasında adicə 
baş  çoban  qoyulmuşdu.  Yeni  sədr  Həmzə  kişi  ilə  bərk 
düşmüşdü.  Nəinki  onun  özünü  layiq  olduğu  vəzifəyə 
qoymamışdı,  əksinə  hələ  bütün  qohum  əqrabalarını,  yaxın 
dostlarını belə işlərindən azad edib onlara heç bir iş vermirdi. 
Kolxozu da çevirib dərhal sovxoz elətdirmişdi. Həmzə kişinin 
vaxtında  kolxoz  təsərrüfatı  çox  möhkəmlənmiş,  iqtisadiyyatı 
sovxoz təsərrüfatı kimi qurulmağa imkanlı hala düşmüşdü. Indi 
direktor  əmrlə  işləyir,  heç  kəslə  hesablaşmırdı.  Raykomda  da 
şivən qoparmışdı: bəs Həmzə kişi qoymur onu işləməyə. Ona 
görə  də  rayonda  da  yaxşı  baxmırdılar  kişiyə.  “Ali  savadın 
yoxdu,  -
deyirdilər, indiyəcən tələb ayrı idi, indi tələb başqadı. 
Hələ gərək sən kömək edəsən təzə sədrə-direktora, nəinki onun 
ayağından çəkəcən!” Bu sözləri eşidib od götürdü kişini. Bütün 
kənd  birdən-birə  dönüb  kənddə  “qorxulu”  adama  çevrilmişdi. 
Ona şirin bir “salam” verməkdən ötrü direktor bir ayrı bəhanə 
qoyub ada
mları  işdən  çıxarırdı.  Həmzə  kişi  ilə  yaxınlıq 
direktorda xəstə bir kin doğururdu. Adamlar qaçırdılar ondan. 
Elə  bil  hər  tində  bir  agent  qoymuşdu  direktor,  kimlə  görüşsə, 
söhbət etsə çatdırılırdı ona. Həmzə kişinin baş çoban işləyən üç 


 
72 
böyük  oğlanları  işi  belə  görüb  qonşu  erməni  kəndinə  gedib 
orada  baş  çoban  işləməkdəydilər.  Dördüncü  oğlu  Kənd 
Təsərrüfatı institutunda oxuyurdu. Beşinci oğlu sovxozda şofer 
işləyirdi.  Rayonda  qınamasınlar  deyə  onu  da  işdən  çıxara 
bilmirdi direktor.  
Orta  məktəbdə  birdən-birə  Cəmiləyə  münasibət 
dəyişilmişdi. Nəinki şagird yoldaşları, müəllimlər də ona qarşı 
soyuq  olmuşdular.  Bacılıqları  hərəsi  bir  bəhanəylə  ondan 
küsüşüb  ayrılmışdılar.    Onların  hər  biriylə  bu  küsüşüb 
ayrılmalar  zamanı  göz  yaşları  tökmüşdü  Cəmilə.  Anlaya 
bimirdi 
nə  olub  onlara,  niyə  belə  incidib  qəlbinə  dəyirlər. 
Oğlanlar  tez-tez  ona  verilən  “əla”  qiymətlərə  qarşı  çıxıb 
etirazlarını bildiriridilər. Lakin siniflərində heç bir oğlan onunla 
rəqabət  apara  bilmiridi.  Cəmilə  elə  hazırlaşırdı  dərslərinə, 
müəllimlər  bu  danışıqdan  sonra  heç  kimin  cavabına  “beş” 
qiymət  qoya  bilmirdilər.  Qızlar  isə...  Bu  kənddə  nə  təhərdisə 
heç əzəldən qız uşağı dərs oxumazdı. 7-8 min əhalisi olan belə 
böyük  bir  kənddən  hələ  indiyədək  ali  savadlı  qız  uşağı 
yetişməmişdi. Indi-indi görürdün ala-babat oxuyan qız uşaqları 
gedib ali məktəblərə girirdilər. 
Artıq  10-cu  sinifdə  oxuyanda  fizika  və  əmək  təlimi 
müəllimləri  öz  fənlərindən  Cəmiləyə  “4”  qiymət  yazmağa 
başladılar.  Sonra  bu  bir  xəstəlik  kimi  o  biri  müəllimlərə  də 
keçdi.  Cəmilə  onuncu  sinifi  bitirəndə  yalnız  dil-ədəbiyyat 
fənlərindən qiyməti “5” oldu. Səlim müəllimin bu düzgünlüyü 
Cəmilədə bu fənnə sonsuz bir sevgi oyatdı. 
Ali  məktəblərdə  təhsil  alan  kənd  cavanları  tətillərdə 
məktəbə gəlirdilər. Müəllimlərlə görüşür, onları əvəz edib dərs 
deyi
r,  başlıcası  da  göz  altınca  yuxarı  siniflərin  qızlarına 
baxırdılar.  Girəvəyə  salıb  onlarla  şirin  söhbətlər  edir,  “könül 
xəstəliyinə” tutulurdular.  
Kənddə  bir  özündən  deyən  cavan  Cəmiləyə  nəinki 
yaxınlaşmır,  heç  gözucu  belə  baxmırdı.  Guya  məktəbin  ən 
gözəl  qızı  Cəmilə  deyildi,  qara  Gülnisəydi,  tısmırıq 


 
73 
Şamamaydı,  göygöz  Sərvnaz  idi.  Bir  vaxtlar  onu  görəndə  dili 
topuq  çalan  bu  cavanlar  indi  onun  yanından  saymazyana 
addayırdılar.  Bu  münasibətlər  Cəmilənin  uşaq  qəlbində  ilk 
yaralar  açırdı.  Bunların  səbəbini  açmaqdan  yana  günlərlə, 
saatlarla  fikirləşirdi,  gündəliyini  yazıb  doldururdu.  Fəqət  bir 
yerə  aparıb  bağlaya  bilmirdi  bu  səbəbləri.  Axırda  bu  qənaətə 
gəlirdi;  bəlkə  elə  o  özü  pisdir,  güzgülər  bəlkə  düzgün 
göstərmirlər,  aldadırlar  onu,  aldadırlar  belə  gözəl  olduğunu 
göstərməkləriylə.  Cəmilədə  adama  yovuşmaz  sərt  bir  təbiət 
formalaşırdı. Artıq onuncu sinifdə oxuyanda bu münasibətlərin 
əsil səbəbini anlamağa başlamışdı. Lakin bütöv bir kəndin belə 
haqsız,  üzüdönük  çıxmasına  heç  inana  bilmirdi.  əvvəllər  çox 
sevdiy
i  müəllimləri  bir-bir  gözlərindən  düşürdü.  Bacılıqları, 
şagird yoldaşları gözündən düşürdü. Küskünlük əmələ gəlmişdi 
onda. İnstitutlarda oxuyub tətillərdə məktəbə gələn telli-toqqalı 
cavanları  görəndə  əti  ürpəşirdi,  zəhləsi  gedirdi  hamısından. 
Əlbəttə acığındandı bu. Heç inana da bilmirdi amma. Necə yəni 
bütün bunlar atasına görədi! Məgər sevgi ata-anaya görədi? Bu 
böyüklükdə  kənddə  belə  şeylərə  fikir  verməyən  bir  qeyrətli 
cavan  yoxdu?  Düzdü  Cəmilənin  də  heç  gözləri  uçmurdu 
onlardan  ötəri.  Ancaq  hardasa  qəlbinin  dərin  guşələrində  bir 
təqdir  arzulayırdı,  sevgi  dolu,  məhəbbət  dolu  bir  baxış 
arzulayırdı. Başqa qızlara yönələn bu füsunkarlıqdan o da pay 
almaq istəyirdi. Hələ o özü də bilmirdi bəyənib qəbul edəcəkmi 
bu  baxışı,  bu  təqdiri,  ya  heç  bəyənib  eləməyəcəkdi, amma 
görmək  istəyirdi  onları.  İstəyirdi  bu  cavanlar  ona  da  salam 
versinlər,  ona  da  yaxınlaşmaq  istəsinlər,  oğrunca  bir  baxış 
atsınlar  ona  da.  Atıb  da  qorxaq  tula  kimi  çəkilib  getməsinlər, 
davam etdirsinlər bu baxışı, qaynar, odlu bir məhəbbət görsün 
C
əmilə bu baxışlarda. Yeganə qalmış bu bacılığı Sevdanı sevib 
izlədikləri  kimi  onu  da  sevib  izləsinlər.  Sevda  da  gözəldi 
Cəmilə kimi, geyimli-keçimli idi həm də. Hər halda Cəmilə özü 
də  yaxşı  bilirdi:  onun  yanında  solğundu  Sevda,  onun  kimi 
deyildi 
gözəllikdə, geyim-keçimdə, oxumaqda. Hələ tərbiyədə, 


 
74 
ağılda da! Onuna birdən söz verir, sonra onunu da birdən rədd 
edirdi. Odlu-
atəşli məktublar gəlirdi Sevdaya. Təkcə Cəmilənin 
yanında oxuyurdu Sevda bunları, təkcə Cəmiləyə oxutdururdu. 
Sonra  cırıb  atırdılar,  yandırırdılar.  Sevdanın  atası  şəhərdə 
hardasa bir ida
rədə  işləyirdi.  Kənddən  asılacaq  işi  yoxdu. Bir 
gün Sevda da gözu yaşlı gəldi məktəbə. Direktor milis şöbəsinə 
yazılı  məlumat  göndəribmiş,  yoxlasınlar  görək  Sevdanın 
atasının kənddə tikdirdiyi təzə evinin sənədləri varmı? Bir neçə 
sənəd  tapılmayıb,  indi  Sevdanın  atasının  işi  məhkəmədədi. 
Gedib  direktora  deyiblər  Şəmil  hər  gecə  Həmzə  kişi  gildədi, 
səndən material yazırlar. Uşaqları bir gəzir, arvadları bir gedib 
gəlirlər bazara-şəhərə. 
Atası  bir  daha  Sevdanı  məktəbə  buraxmayacaq  bildirdi 
qız  aparıb  şəhərdəki  qohumları  gildə  qoyacaq,  orda  qurtarsın 
orta məktəbi.  
Bu  əhvalatdan  sonra  hər  şey  gün  kimi  aydın  oldu 
Cəmiləyə.  O  tətilə  gələn  cavanların  da  bütün  duyğu-düşün-
cələri,  bütün  puçluqları  aydın  oldu  qıza.  Demək  mülahizə, 
götür-
qoy  birincidi  bunlarda,  ailə  iqtisadiyyatı  birincidi.  Axı, 
onlar  hamısı  gözəlcə  bilir  Həmzə  kişi  ilə  kim  qohum  olsa, 
dərhal  işdən  qovulub  bayıra  atılacaqdı  oğlan  atası,  qohum-
əqrabası. Kim öz dolanışıq mənbəini kəsərdi bir qızdan ötəri?! 
Sevda  gedəndən  sonra  daha  da  yaxşı  oxumağa  başladı. 
Qiymət  vec  deyildi  ona,  necə  verirlər  versinlər,  öz  biliyi 
gərəkdi.  Səlim  müəllimin  onu  öyüb  göylərə  qaldıran  tərifləri 
gərəkdi.  Bu  təriflər  onu  Pedaqoji  institutun  dil-ədəbiyyat 
şöbəsinə gətirdi. 
Institu
tda oxuduğu elə ilk həftələrdə hər şey dəyişib başqa 
cür  oldu.  Yenə  diqqət  mərkəzində  dayandı  Cəmilə.  Gözəlliyi, 
qoşa  hörüklü  uzun  saçları,  böyüdüyü  mühitin  onda  aşıladığı 
ağırlığı,  öz  içinə  qapanmışlığı,  az  danışıb  az  gülməsi  dərhal 
cəlb  etmişdi  cavanları.  Baxışlar  ona  dikiliydi,  yönlər  ona 
tutuluydu,  gizli  duyğular  ona  axanıqlıydı  və  çox  aydınca 
duyurdu qız bunu. Lakin tələbə adlanan oğlan uşaqlarına qarşı 


 
75 
gizlin bir kin yanırdı qızın ürəyində, heç kəsi sayıb adam yerinə 
qoymurdu, qoymayacaqdı. Bunları görəndə o kəndlərinə tətilə 
gələn  telli-toqqalılar  gəlib  dururdu  gözləri  önündə  və  dərincə 
bir ikrah hissi baş qaldırırdı qəlbinin ən dərin guşələrində. 
Indi pambıq  yığa-yığa  görürdü ki,  günorta istirahətindən 
qalxan yuxarı-aşağı kurs tələbələri bu tərəfə daşlanmaqdadırlar 
və  onları  bu  tərəfə  axıdıb  gətirən  duyğu  da  gün  kimi  bəlliydi 
qıza.  Xeyri  yoxdu  fəqət,  Cəmilədən  bir  xoş  sifət  görüb 
umsuqlara düşə bilməyəcəklər onların heç biri; gözəlcə bələddi 
onların  bütün  ruhuna,  iç  aləmlərinə  Cəmilə.  Puçdu  onların 
ru
hları, iç aləmləri!.. 
Hər  yerdə  qaçıb  aralaşırdı  onlardan,  od  kimi  yığırdı,  od 
kimi  işləyirdi.  Artıq  saat  altının  yarısında  bardanı  pambıqla 
basıla-basıla  doldurulub  gözələnmişdi.  O,  dolu  fartuqları 
bardan  yanına  gətirən  kimi  Vahidlə  Rəşid  yüyürüb  gəlib 
pa
mbığını  bardana  doldururdular.  O  biri  qızlar  dilə  tutub 
bardanlarını  lapetə  apartdıqları  halda  Cəmilə  onda  görürdü 
bardanı lapetə qaldırılıb, üstü səliqə ilə yazılıb, rahat bir küncə 
qoyulubdu. 
Fəqət  bir  kəsə  bir  qılığı,  bir  rəğbət  hissi,  bir  göz 
dolandırıb gülümsəməsi yoxdu Cəmilənin! 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin