Şahlar həSƏNOĞLU


*****       *******       ******



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə12/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   8   9   10   11   12   13   14   15   ...   65
2016-2403

 
*****       *******       ****** 
 
Natella ilə Orxan Tibb institutunun beşinci kurs tələbələri 
içərisində  bu  gün  rekord  qazanmışdılar:  ikisi  76  kq.  Dekan 
onları tərifləyəndə ikisi də qıpqırmızı oldular: axı ikisi də gözəl 
bi
lirdi pambıq onların deyil. Natella Orxanın bilirdi. Orxan da 
bilirdi  kimindir.  Sürəyya  adında  bir  kolxozçu  qızındı  pambıq. 
Qalan  tələbələri  danlayıb  tənbeh  etdi  dekan,  sonra  da  Rəfael 
müəllim.  Lakin  havayıydı  bu  tənbehlər,  budu  iyirmi  gündən 
artıqdı  hey  tənbeh  olunurdu  tələbələr,  xeyri  yoxdu  amma. 
Çoxusunun  qaşı-gözü  alınmış,  rənglənib  boyalanmış  bu 


 
76 
modabaz  harın  qızlara,  bu  macəra  axtaran  gələcəyin  həkim 
oğlanlarına  bundan  artıq  pambıq  yığdırmaq  başa  gələn  sövda 
deyildi. Orxan gözəlcə anlayırdı bunu. Tələbələrlə kolxozçular 
arasında düşmən bir münasibət yaranmışdı. Hektarçı  qadınlar 
xüsusilə  davakar  qırımdaydılar.  Hər  gün  gedib    tələbələrdən 
kuratotlara, dekanlara şikayət edirdilər, deyirdilər  yığıb aparın 
bu tələbələri burdan, qoymadılar qoza qala pambıqda, axşama-
dək  qırıb  bir-birini  daşlayırlar.  Saday  adlı  bir  briqadir  bütün 
hektarçı qadınları öyrədib, hərəsinin əlində bir paya, tələbələrin 
üstünə göndərmiş, qadınlar da tələbələri  gerçəklicə döyə-döyə 
qovub sahədən çıxarmışdılar. Bu iş üstündə Saday töhmət almış 
olsa da, tələbələr də bir az yavaşımışdılar, az yığsalar da qozanı 
qırıb sahəni korlamırdılar, kolları tapdalayıb əzmirdilər. hər gün 
iclas keçirilirdi: ax
şam  iclas,  sabah  iclas,  günorta  iş  üstündə 
iclas.  Kuratorlar,  komsomol  katibləri,  həmkarlar  təşkilatı 
rəhbərləri, qrup nümayəndələri danışırdılar... 
Orxan 
maşından hamıdan gec düşdü. Baxışlarını tarlanın 
genişliyi çəkib aparmışdı. Yox, nəsə axtarırdı baxışları, əvvəlcə 
bu nəsənin nəsəliyini heç özü də bilmirdi. Bildi sonra. Tarlanın 
lap qurtarac
ağından şosse yolu keçib gedirdi, bu şosse yolundan 
da o tərəflərdə hələ bundan da geniş olan başqa tarla vardı. O 
tarlada bir gün əvvəl Sürəyya adında bir kolxozçu qız pambıq 
yığırdı... 
Bu  düşüncədən  ala-tala  olub  baxışları  bu  genişlik  içində 
itdiyində maşın yerindən tərpəndi.  

Ey,  Şotlandiyalı,  hara  qayıdırsan,  düş  gəl  mənimlə 
yığaq! 

Günortadan sonra! Hələlik sağ olun, görüşənədək! 
Natella rənginin qırmızılığına görə Şotlandiyalı deyir ona. 
Hardansa  oxuyub,  ya  eşidib  Şotlandiyalıların  qırmızıyanaq 
old
uğunu.  Orxan  heç  vaxt  əhəmiyyət  verməyib  buna,  heç 
verməyəcək  də.  Bir  də  axı  kimdi  Natellanın  sözlərinin  başını 
qovan? 


 
77 
Maşın kənd yoluna çıxanda kabinanı döyüb aşağı düşdü, 
şoferdən  xahiş  etdi  onu  "Sosializm"  kolxozuna  gedən  yolda 
qoysun.  Şofer  könülsüz  də  olsa  eşitdi.  Asfaltda  hərləyib  onu 
istədiyi  yerdə  düşürüncə  şoferin  cibinə  bir  təklik  basdı,  dil-
hüzur  eləyib  geri  yola  saldı.  Təkliyə  görə  deyəsən  razı  qaldı 
şofer. Üzünün təbəssümündən duydu Orxan. 
Dünənki  tarlanın  içinə  girincə  ürəyi  titrəyib  əsməyə 
ba
şladı,  qəribə  hisslər  axışıb  doldu  içinə,  qızışıb  yanmağa 
başladı  üzü-gözü,dərisi.    Özü  də  mat  qalmışdı  özünə.  Axı  bir 
kolxozçu qız nəydi ondan ötrü belə həyəcan keçirirdi. Dünənki 
çəkilliklər yanında yenə bir dəstə pambıqyığanlar tökülmüşdü. 
"Görən  Sürəyyagil  deyillər"  deyə  düşündü.  Yaxınlaşdıqca 
həyəcanı artırdı. Ta  görüncə  yenə balaca uşaqlardı burdakılar, 
ürəyinin  təpməsi  dayanmadı.  Gözləriylə  balacaların  arasını 
axtardı, gördü. Sürəyya yoxdu onların içində. Bunu bilincə də 
eləbil boşaldı içi, buxarlanıb uçdu həyəcanı, quruca bir taxtaya 
döndü sinəsi, duyğusuz, həyəcansız. Gəlib dünən yatdığı yerdə 
oturub  corablarına  yapışmış  pışpışıları  təmizləməyə  başladı. 
Lap  uzaqlarda,  görünür  yenə  dünənki  avrallar  yığırdılar. 
Sonradan sağa dönsə də Sürəyya dünən onlara doğru qaçmışdı. 
Bəlkə  elə  yenə  onların  içindədi?  Bəlkə  durub  yavaş-yavaş 
onlara sarı getsin? Lakin lap tutalım getdi, gördü də Sürəyyanı, 
nədeyəcək ona, necə yaxınlaşacaq bir belə yad adamın içində? 
Vaz keçdi bu fikrindən. Şirin bir umudla bu tarla içində uzanıb 
göylərə  tamaşa  etmək  hamısından  yaxşıdı.  Lakin  göylərə 
baxmaqdan  da  doyunub  ayağa  durdu  başını  aşağı  salıb 
pambığını  yığmağa  başladı.  Gözəl-gözəl  umudlar,  xəyallar 
içində  pambığını  yığ,  heç  kəs  də  mane  olmasın  sənə,  bu 
ümidlərə, istəklərə düşmüş xəyallarının karvan-karvan gəlişinə-
gedişinə... 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin