Şahlar həSƏNOĞLU


*****                    ******               *****



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə16/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   12   13   14   15   16   17   18   19   ...   65
2016-2403

*****                    ******               ***** 
 
Müalicə-profilaktika  fakültəsinin  yerləşdiyi  uşaq  bağ-
çasının geniş həyəti vardı. Həyətin kənarında adamlar əyləşmək 
üçün taxtadan bir neçə uzun oturacaqlar qayrılmışdı. Onlardan 


 
102 
birinin  üstü  Fikrət  Zalovun  gitaraçı,  skripkaçı  həmkarları 
tərəfindən  tutulmuşdu.  Fikrətin  özünün  gur  estrada  səsi  vardı, 
sarışın,  saqqal  buraxmış  nazicək  bir  oğlandı.  Avropa  müğən-
niləri  sayaq  hərəkətlər  edə  edə  estrada  mahnıları,  romanslar 
oxuyurdu.  "Sənsiz",  "Sevgili  canan"  romansları  ən  çox 
oxuduğu, burda ən çox sevilib bəyənilən mahnılardı. Orxana ən 
xoş gələn "Sevgili canan" idi. Huş aparırdı onu dinlədiyi yerdə. 
Bu  gün hələ oxunmamışdı romans, oxunacaqdı ancaq, mütləq 
oxu
nacaqdı.  Bu  anı  gözləyirdi.  Taxta  oturacaq  üstündə 
sıralanmışdılar. Əlbəttə, yenə Natellanın sayəsində. Kim oturur 
otursun  gəlib  qolundan  tutub  qaldırar,  özü  əyləşirdi.  Adili, 
Orxanı, Musanı, Sahibovu çağırıb yanında əyləşdirirdi. 
Di gəl Rafael müəllimin güləş dairəsi gözlərinin qabağını 
kəsmişdi, Zalovun, yoldaşlarının hərəkətlərini görə bilmirdilər. 
Rafael  müəllim  həyətin  göyçümənliyi  üstündə  halay  qurub 
cavanları  güləşdirirdi.  Yaman  da  həvəskarlar  toplamışdı 
həndəvərinə. Fikrətin azarkeşləri onunkundan azdı bu gün. Rus 
sektorunun  bütün  oğlan-qızları  Rafael  müəllimin  ətrafında 
toplaşmışdılar. Qızların belə toplaşması güləşi on qat qızışdırır, 
barışmaz bir yarışa çevirirdi. 
Birdən dörd nəfər geyimli-geçimli, bazlı-burutlu ala-bula 
cavan  gəlib  girdi  həyətə,  güləşənlərin  yanına.  Girən  kimi  də 
dərhal  üst  paltarlarını  soyunub  güləş  formasında  fırlanmağa 
başladılar.  Bunlar  Elxanın  dəstəsiydi.  Natella  sucuxub, 
qurcalandı  yerində.  Bir  tərəfində  Adil,  bir  tərəfində  Orxan. 
Kurs  yoldaşları  olsalar  da  Elxanı  qandımaq  çətin  olacaqdı.  
Amma yox, qız hələ bir az da mehribanlaşıb deyəsən onlarla. 
Elxan adi bir tələbədən çox Kavboy filmləri qəhrəmanına 
oxşayırdı. Ucaboy, enlikürək, ağbəniz, şəvə kimi enli lopa bığlı, 
boynu  bədəninə  kip  oturmuş  olduqca  gözəl  bir  oğlandı. 
Meksikalıya  oxşayırdı.  Gözlərindən  adama  sarı  dəli  bir  zəhm 
yağırdı. Natellanı cəlb edən də elə bu görkəm, bu bər-bəzək, bu 
dəli zəhm olmuşdu. Elxan hansı qıza bir balaca zənd ilə baxsa, 
qız özünü itirib karıxırdı. Bu zahiri görkəmlə çoxlarının ağlını 


 
103 
başından  alb  oynatmış,  bir  az  hərləyib  sonra  buraxmışdı. 
Natellanı  ancaq  buraxa  bilmirdi,  görünür  bərk  sevirdi  qızı. 
Natella  da  elə  onun  kimi  dəli  deyildimi?  Fəqət  bu  iki  dəli 
arasındakı  oyunda  uduzan  yenə  Natella  olacaqdı.  Çünki, 
ayrılsalar,  pozuluşsalar,  Natellanın  adı  ləkəli  qalacaqdı.  Elxan 
üçün  bu  tay  da  bir  fəxrdi  belə  bir  qızla  beş  il  gəzibdi.  Bunu 
gərək  lap  əvvəldən  düşünəydi  Natella.  Orxana  görə  qızın 
buraxdığı ən böyük səhv də elə bunu düşünməməsi idi. İndi bu 
səhvinin  ağrısını  çəkirdi.  Tez-tez  dalaşırdılar.  Hətta  adamlar 
arasında, tələbələrin gözü qabağında. Bir neçə dəfə Elxan hətta 
qalabalıq  içində  silləylə  vurmuşdu  qızı.  Bəlkə  daldada lap 
Natellanın  ayaqlarına  yıxılıb  yalvarırdı,  barışsın  deyin,  lakin 
kim görürdü bunu, kim 
bilirdi? Bildikləri, gördükləri Natellaya 
vurulan  sillələrdi.  İlk  baxışdan  bənd  olmanın  formaya,  var-
dövlətə al olmanın, ağrı-acılarını hələ çox çəkəcəkdi Natella. 
Birdən  güləşənləri  dövrələyən  halay  pozulub  oradan 
idman kostyumunun ala-
bulasına  qərq  olmuş  Elxan  göründü, 
Gəlib Orxanın biləyindən tutub qəfil özünə tərəf çəkdi: 

Rafael  müəllim,  mən  kursun  uzun  bu  igid  cavanıyla 
güləşmək istəyirəm! - deyib qımışdı. 
Orxanın  qanı  üzünə  təpdi,  ürəyi  şiddətlə  döyünməyə 
başladı.  O  heç  gözləmirdi  bu  dəvəti.  Hazır  da  deyildi  buna. 

ləşməyi  ən  çirkin  bir  iş  hesab  edirdi.  Dili  dodağı  səyriyib 
əsməkdəydi. Elxanın da üz-gözündən görünürdü ki, o Orxandan 
az qəzəbli deyil. 

Nə qaz kimi qızardın ədə, kişi deyilsən? Yıxılarsan da 
yıxılarsan yumurtan-zadın əzilməyəcək ha!.. 
Orxanın  səsi  batmışdı,  dili-dodağı  təpimişdi.  İndi  onun 
dünyada  ən  çox  nifrət  bəslədiyi  bir  adam  vardısa  özü idi. 
Özünün  belə  aciz  qalmasıydı,  onlarla  tələbənin  içində, 
oğlanların,  qızların  içində,  Natellanın  gözləri  qabağında  belə 
aciz  bir  vəziyyətdə  qalmasıydı.  Günorta  Natellaya  o  sözləri 
deyən oğlan, axşam bu heyvərənin qabağını ala biləydi gərək. 
Hirsinin  şiddətindən  qıçları  titrəyib  dizləri  əsə-əsə,  başı 


 
104 
hərlənə-hərlənə  halayın  ortasına  girdikdə  Rafael  müəllim  onu 
geri itələdi? 

Get  soyun  gəl  adə,  güləşin  qayda-qanunu  var,  hər  şey 
gərək qayda-qanunla olsun. 
Bu sözə Adil yerindən sıçrayıb gəldi: 

Rafael  müəllim,  güləşdə  qayda-qanun  məgər  təkcə  elə 
budurmu soyunub gəlib güləşəsən? 

Yox, döşək olmalıdı, varımızdı, bu gög otlar döşəkdən 
yumşaqdı. Sudya da var, mən respublika dərəcəli hakiməm. 

Bəs  siz  necə  respublika  dərəcəli  hakimsiniz,  Elxan 
Orxan
dan bir pud ağır ola-ola güləşdirirsiniz onları? 

Ədə, bozbala, nə dilotu yemisən, bu güləş ha deyil, elə 
belə sınaşmaqdı! - deyə Elxan Adilə acıqlandı. 

Sınaşmaqdı, kişisən özün çəkidə bir adam tap sınaş! Ya 
da  əgər  Orxanla  güləşmək  istəyirsənsə,  qoy  ya  sənin  bir 
yerindən bir pud ət kəsək götürək, ya da onun hər tərəfindən bir 
yarımpudluq daş asaq sən çəkidə olsun! 

Yəni  siz  ikiniz  birlikdə  mən  çəkidə  olmazsınız?  İkiniz 
bir
, mən tək,gəlin güləşək! 

Nədi, sənə nə dəyən dəyib, gərək elə bizimlə güləşəsən? 
Özün kimi bir zırpısını tapa bilmirsən? 

Səfehləmə ədə, sən öl sənə bir qapaz çəkərəm burnunun 
qanı şora verər! 
Elxan  bunu  deyib  bir  əlilə  Orxandan,  bir  əlilə  Adildən 
necə  tutub  çəkdisə  boş  durmuş  dostlar  baş-başa  dəydilər.  Rus 
sektorunun  qızlarından  şən  bir  gülüş  qopdu.  Onlar  bir  nəfər 
kimi  Elxana  azarkeşlik  eləyirdilər.  Elxanın  boy-buxununa, 
bədən  gözəlliyinə,  bir  David  heykəlliyinə.  Lakin  gülmək  yeri 
yoxdu  burda.  Orxanın  fikrində  indi  yalnız  bir  fikir  dolanırdı: 
Adilin  fin  bıçağı!  Bu  heyvərənin  əllərindən  çıxıb  Adilin 
oturacaq  üstündə  qoyub  gəldiyi  pencəyinin  cibindən  fin 
bıçağını  götürüb  qayıdıb  elə  hamının  gözü  qabağında 
harasından gəldi saplamaq. Qulaqları guvuldayaq, tir-tir əsirdi. 
Elxanın  tutub  buraxmadığı,  məngənə  barmaqlarının  bərk-bərk 


 
105 
sıxdığı  biləyinin  məngənədən  qurtulacağı  anı  gözləyərək 
dartınırdı.  Birdən,  Adillə  baxşları  qarşılaşdı.  Nəsə  göz-qaş 
edirdi Adil. Yəqin deyirdi ikimiz də birdən qəfil girişək buna. 
"
Olsun,  nə  deyirəm  ay  Adil.  İkimiz  belə,  bunun  öhdəsindən 
gələ  bilməyəcəyiksə  tay  onda  biz  niyə  kişi  oluruq?"  Ancaq 
Orxan hiss edirdi ki, iki yox, 
lap  dörd  nəfər  olsalar  yenə  bu 
institut çempionunun öhdəsindən gələ bilməyəcəklər. 
Birdən Adil Rəfael müəllimə üz tutdu: 

Mənim  bir  təklifim  var,  Rəfael  müəllim!  Qoy  Elxan 
qabaqca mənimlə güləşsin, özü də bütün qaydalar üzrə. Gedib 
soyunum gəlim, mən kasıb adamam sarıçkam, maykam cırılıb 
eləyər.  

Di  tez  get  gəl.  Sən  də  hazırlaş  ədə!  -  Elxan Orxana 
kəkəzləndi. 

Yox qaqa, şərt belədi, əgər məni yıxsan, o da güləşəcək 
sənlə,  yox  yıxa  bilməsən  güləşməyəcək.  Marağı  olmaz  çünki, 
biz  öz  aramızda  güləşmişik,  Orxan  məni  yıxır.  Mən  indi  səni 
yıxsam,  demək  Orxan  səni  də  yıxar.  Belə  deyilmi  Rəfael 
müəllim? 

Əlbəttə, əlbəttə, düz deyirsən. 

Qırıldama, di tez ol soyun gəl! Ha-ha-ha! 
Elxan gülə-gülə qız döşü kimi dikəlmiş pəhləvan sinəsini 
çabaladıb oynadırdı. Orxan bir də gördü bu biri tərəfdə də Adil 
oynatmağdadı döşünü. Adilə baxınca quruyub qaldı: əsəbiliklə 
titrəşən sinəsinə, qol-bud əzələsinə bax, nəymiş bu Adil! Lakin 
o Elxanın polad bədəni önündə yenə cılız görünürdü. Azı yarım 
pud  artıqdı  Elxan  çəkidə.  Orxan  lap  arxayın  olsun  deyə 
oturacaqların  yanına  gedərək  Adilin  cibindən  fin  bıçağını 
xəlvətcə  çxarıb  öz  cibinə  qoydu.  Əlbəttə  günah  öləndə  olur. 
Öldürən  də  çox  vaxt  acizlikdən  öldürür,  ayrı  bir  çıxış  yolu 
qalmır, öldürür. Özünü adamların halayına vurub lap ön sırada 
dayandı.  Fikrində  də  buydu:  belə  fədakarlıq  edib  onu  bu  ağır 
vəziyyətdən qurtarmaq istəyən Adili əgər  yıxsa Elxan, sındısa 
bir belə adamın içində, Natellanın, Zərifənin gözləri önündə, fin 


 
106 
bıçağını harasından gəldi var gücüylə saplayacaq ona Fikrinin 
qətiliyindən ürəyinin içi titrəyirdi. 
Güləşənlər hələ də  güləşə başlamamışdılar. Elxan ortada 
atılıb  düşə-düşə  gözlərilə  adamların  üstündən  hey  ora-bura 
tuşlanırdı, lakin görünür axtardığını tapa bilmirdi, bənd almırdı 
gözləri bir yerdə. Natellanı axtarırdı yəqin. Fira ilə Zira qızlar 
arasındaydı, Zira bənizindən ölüb qurtarmışdı, Firanın gözləri-
qaşları gülürdü. Orxan nə qədər eləyirdi Adilin baxışlarını tuta 
bilmirdi, amma misilsiz bir çeviklik, igidlik dingildəməkdəydi 
Adildə. Birdən qabaqqabağa gəlib götürüşdülər. Elxan elə belə 
yıxmaq  istəmirdi  Adili,  pişik  siçanı  necə  hərləyib,  oynadıb 
yeyirdisə  eləcə  dolaq  gəlməklə,  gülünc  vəziyyətlərə  onu 
salmaqla  qıxmaq  istəyirdi.  Bir  dəfə  də  belə  Adili  oynada-
oynada  hərlədib  adamların  başı  üzərindən  görmək  istədiyini 
axtardığı  yerdə  Adil  qəfil  bir  həmləylə  onu  içindən  çıxılması 
mümkün olmayan bir qurquya salıb kürəklərini yerə vurdu. 

Tam qələbədirmi, yaxşı bax, Rafael müəllim? 

Adə bu neydü adə, bu ki, təmiz qələbədür? 
Adil  Elxanın  üstündən  durunca  Sahibov  qrupuna 
qoşulmuş  Azərbaycan  sektoru  tələbələrinin  qışqırığı,  alqışları 
altında  Orxan  Adilin  iki  qıçları  arasına  girib meydanda 
dolanbaba  hərlənməyə  başladı.  Sahibov  özünü  yetirdi,  Musa 
yetirdi,  Zahid  yetirdi,  Adili  dolaylandırıb  qolları  üstündə  atıb 
tutmağa  başladılar.  Fikrət  Zalovun  sonuncu  dinləyiciləri  onun 
yanından  qaçıb  meydançaya  gəldilər.  Adili  yoldaşları  bayaq 
əyləşdikləri  taxta  üstünə  gətirib  öpüşlərə  bulaşdırdıqları  yerdə 
Elxan Rafael müəllimi firitləməkdəydi: 

Mən onu oynadırdım, bimirdim güləşçi olduğunu, ikinci 
dəfə güləşməliyik! 

Adə düz deyir adə, dur bura gəl adə... 
Yoldaşları  Adili  buraxmadıqda  Elxanın  dördlüyü  gəlib 
onların  döşündə  əl-qol  oynatmağa  başladılar.  Orxan  kinindən 
qap-
qara  qaralmışdı,  dili  güclə  söz  tuturdu  Xəlvətcə  Adili 
dürtmələdi: 


 
107 

Götürün hərəmiz birini götürək! 
Adil  işin  dava  ilə  sonuclanacağını  görüb  bir  təhər 
Musanın əlindən qopub meydançaya atıldı: 
-
İndi bilirsənmi güləşçiyəm? Di gəl, yenə güləşək. Amma 
vicdanım haqqı bu dəfə də səni yıxsam, bir də bizim bu olacağa 
gəlsəniz sizi burdan ölümcül edib yolluyacam! Gəl bəri! 
-
İkinci dəfə tutaşdılar. Indi Elxan oynatmaq düşüncəsində 
deyi
ldi,  gözünü  dolandırıb  ora-bura  baxmaq  halı  yoxdu,  hər 
şeyi unudub bütün gücü, ciddiyyəti ilə güləşə qapılmışdı. Bəzən 
Adili  qaldırıb  ayaqlarını  yerdən  üzürdü,  bəzən  qurquya  salıb 
hərləyir,  töyəcidirdi,  elə  qaytarıb  yerə  vurmaq  istəyində  Adil 
neyləyirdisə qurqudan  çıxıb  yenə dingildəyirdi böyür başında. 
Indi  Orxan  görürdü  bu  dəfə  çox  çətin  olacaq  Adilə,  elə  hey 
özünü savınır Adil. Bir qurquda Adil üzü üstə yerə düşdü, rus 
sektoru qızlarınını çapanı altında Elxan onu qaldırıb arxası üstə 
çevirərək  kürəklərini  yerə  vurmağa  çalışdı.  Rəfael  müəllim 
doğrudan  da  respublika  dərəcəli  hakim  kimi  bütün  rəsmiyyəti 
ilə  güləşə  hakimlik  edir,  ən  xırda  qaydalardan  kənara  çıxma 
hallarını dərhal dayandırıb yol vermirdi. 
Elxan  budu  bir  neçə  dəqiqəydi,  üzü  üstə  uzanmış  Adili 
k
ürəkləri  üstdə  çevirməyə  çalışırdı.  Hər  ikisinin  bədənləri 
tərləyib  şişmiş,  sürüşkən  olmuşdu,  əllərində  dayanmırdı.  Adil 
başını qaldırıb dikəlmək istədikdə Musa pıçıldadı: 
-
Hələ yor. 
-
Musanın  pıçıltısını  bir  belə  səs-küyün  içində  Adillə 
Orxandan  savayı  bəlkə  də  bir  kəs  eşitmədi.  Orxan  indi  başa 
düşdü Adilin kələyini. Güləşdə üç ünsür görünür başlıca şərtdi: 
çeviklik, güc, bir də ağıl. Bu üç ünsürün kombinasiyası kimdə 
üstünsə o da yıxmalıdı. Orxan ap-aydın görürdü ki, çeviklikdə, 
ağılda  Adil  üstündü,  amma  Elxan  çox  güclüdü.  Bu  dəli 
tərpənişi, çabalayışı, hər şeyi bu dəli gücü hesabına başa çatdır-
mağa coşması ilə Elxan bu gücünü də itirib tükəndirməkdədi. 
Adil  isə  üç  qat  az  qüvvə  sərfi  ilə  onu  işlətməyə  vadar 
etməkdədi. Birdən Musa iki dəfə çatal öskürdü, Adil guya bu 


 
108 
öskürəyə  bənd  imiş.  Qəflətən  sıçrayıb  Elxana  cumdu.  Fır-fır 
fırlanırdı Adil, bir-biri ardınca qurqular qururdu. Bir neçə dəfə 

yəcitmişdi Elxanı, büdrədib dizlərini yerə vurmuşdu. Hər dəfə 
də  Sahibov  qrupunun,  onlara  azarkeşlik  edən  Azərbaycan 
sektoru tələbələrinin sürəkli alqışları ilə qarşılanmışdı. Zahidin 
çığırtısı bəlkə bir kilometrlikdən eşidilərdi. Orxan fin bıçağını 
unutmuşdu,  qəlbinin  ən  dərin  guşələrindən  coşqun  bir  sevinc 
fırtınası axıb gəlirdi. 
Birdən Elxan yenə Adili qaldırıb ayaqlarını yerdən üzdü, 
bir  neçə  oğlanın,  qızın  çapanı  altında  Adili  hərləyib  nəzərdə 
tutduğu  fənd  ilə  yerə  çırpmaq  istəyəndə  hamının  təəccübünə 
rəğmən  iş  tamam  tərsinə  oldu:  bir  anın  içində  Elxan  sarsıyıb 
yıxıldı, ayağı yerə toxunan anda Adilin ona qurduğu hansısa bir 
qarşı fəndin dolaşığına düşüb kürəkləri üstə yerə çırpıldı. Adil 
də böyrü üstə onun üstünə gəldi. Amma Adil üstdə olduğundan 
çəpikliklə  çevrilib  Elxanın  onsuz  da  yerə  qoşa  toxunmuş 
kürəklərini otlar üstünə sıxdı. Tam qələbənin çalındığı ap-aydın 

z qabağında idi. Fit, qışqırıq səsləri altında, Zahidin coşğun 
çığırtısı, Sahibovun tutqun bağırtısı, Musayla Orxanın “Urra”sı 
altında  Adil  hələ  bir  dəqiqə  də  Elxanı  yerə  sıxıb  altından 
buraxmadı. Tavəd Rafael müəllim dil olub: 

Təmiz qələbədür adə! – deməyincə. 
Sahibov  qrupuna  qoşulan  bir  dəstə  tələbə  Adili  başları 
üzərində  atıb-tutub  bayaqkı  oturacaq  üstündə  yerə  qoydular. 
Indi Adilin üzündə qalib, xoşbəxt bir təbəssüm oynaşırdı. Lakin 
əsil  xoşbəxtlik  Orxanınkı  idi,  bəlkə  də  güllələnmə  cəzasından 
qurtarm
ışdı Orxan. Adili geyindirib taxta üstündə oturuşdular. 
Zalov  “Sevgili  canan”  oxumağa  başladı.  Elxangil  hələ  də 
geyinib bəzənib burada fırlanırdılar. Adil ayağa qalxıb onu sillə 
altına  salmaqla  qovmaq  üçün  yanırdı.  Dostları  buraxmırdılar. 
“Sevgili canan”
ın  dalğaları  onları  sehrli  bir  aləmə  götürüb 
aparmaqdaydı.  Birdən  geyinib  bəzənmiş,  süslənib  bir  qu 
tüküncə  yumşaq,  yüngül,  bir  bahar  çiçəyincə  əlvan,  ətirli,  bir 
Avropalı  kino  aktrisasınca  baxımlı  olmuş  Natella  göründü. 


 
109 
Elxanın, yoldaşlarının gözü qabağında Musanı çəkib durquzub 
Adillə Orxanın aralığında əyləşdi: 

Nə gözəl oxuyur ə, bu canı yanmış!.. 
Elxan gili elə bil yel apardı. Natella cəld qaçıb tələbələrin 
arasında görünməz olduqda Adil də durub qızın ardınca getmək 
istədi: 

Gedim görüm hara qaçdı, birdən Elxan acıqlanıb vurub 
eləyər qızı. 

Yox Adil, Elxanın dalınca getsəydi, gəlib sənin yanında 
oturardımı? Yəqin bir işi var gedib. 

Bəlkə də sənə bir hədiyyə gətirməyə getdi – deyə Orxan 
inamla Musanı təsdiqlədi. 
Birdən “Sevgili canan” oxuyan Zalovun səsi çatallaşdı elə 
bil,  yonulub  cilalaşdı,  mərmərləşdi,  nazilib,  gözəlləşib  bir 
möcüzəyə çevrildi. Kimsə bir qız qoşulmuşdu Zalova, qoşulub 
da heyrətamiz bir gözəllik, incəlik gətirmişdi romansa. Zalovun 
tenor  səsi  yanında  son  dərəcə  məlahətli,  son  dərəcə  axımlı, 
nazicək  bir  qız  səsi  də  ucalıb  gecənin  çılçıraq  aydınlığını  bir 
əfsanəyə çevirmişdi. 

Durun gedək görək kimdi bu oxuyan? 
Yoldaşları  Zalovu  dövrələmiş  halay  içinə  qatışdılar. 
Adillə Orxan ikisi qaldı yerlərində. 

Dur biz də gedək! Görək kimdi bu oxuyan qız? 

Zəhmət  çəkmə,  Natellanın  səsidi,  tanımırsanmı?  Sənə 
ərməğandı belə. Sənin tərəfində dayandığını  göstərmək istəyir 
hamıya. 

Mənim ya sənin? 

İndi  biləcəyik.  Oxuyub  qurtaran  kimi  qaçıb  bizim 
yanımıza gələcək, kiminçin oxuyurdusa onun yanında oturacaq. 

Nə bilirsən? 

İndi görərsən! 
Lakin dinləyicilər hələ buraxmadılar onu.  Ikinci, üçüncü 
dəfə  oxutdular,  axırda  Zalovdan  da  ayırıb  tək  səsilə  segah 
təsnifi oxutdular. Hər hansı bir Avropalı aktrisa qibtə edərdi bu 


 
110 
alqışa, bu sevgiyə, məftunluğa. Bu gözəl boy buxuna, yaraşığa, 
allığa,  gözəlliyə.  Bu  gözəllik, cavanlıq ki, Natellada vardı, bu 
bir  şəxsi  aidiyyət  deyildi,  bir  el  sərvətiydi,  bir  ümumxalq 
sərvətiydi, hər eldə, hər obada hər zaman aranıb tapıla bilməyən 
aristokrat bir gözəllikdi Natella. 
Bir az da keçmiş ara sakitləşib baş yenə Zalova qarışanda 
Natella qaça-
qaça  gəlib  Orxanı  bir  tərəfə,  Adili  bir  tərəfə 
itələyib ikisinin arasında əyləşdi. 
Xoşbəxt  bir  sevinc  dalğalanmaqdaydı  Natellanın 
çöhrəsində.  Qızın  az  qala  o  biri  tərəfi  görünən  bəm-bəyaz 
çöhrəsinə  ani  baxıb  təkcə  Orxan  anladı  nə  qədər  qurama,  nə 
qədər  yapmadı  bu  çöhrənin  göz  görən  xoşbəxtliyi.  Bu 
xoşbəxtlik  altında  çılğınca  bir  dərd,  qorlana-qorlana  közərən, 
yanan bir ocaq yarası var. 

Nə  düşünürsünüz  ə,  qardaşlar,  Elxan  elə  belə  gəlmişdi 
bura, ya kimsə, nəsə çatdırıbdı ona? 

Sən  çıx  yeri  bizim  yanımızdan  Natella,  günortanı 
çatdıran indini də çatdırar. 

Çatdırsın, cəhənnəmə çatdırsın! 

Mən  sənə  qardaş  kimi  deyirəm  dur  yeri  bizim  yanı-
mızdan! 

Dəymə Adil, qoy otursun. Belə yaxşıdı, belə lazımdı. 
Adil dönüb qəzəblə, təəccüblə Orxana baxdı, lakin bir söz 
deməyib məzəli bir söhbət başladı Natellaya. 
 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin