140
***** ******* ******
Orxan isə hələ də tarlaya sancılıb gözləməkdəydi.
Kolxozçular içində olmadı Sürəyya, ondan sonra da neçə kərə
avtobuslar
gəldi,
adamlar
düşdülər
avtobuslardan,
ümidləndirdilər Orxanı, gəlib çıxmadı Sürəya. Saat 1 tamam
oldu, 3 tamam oldu, 5 tamam oldu, gəlib çıxmadı Sürəyya. Tir-
tir titrəyib əsirdi Orxan, gözləri qaralırdı durduğu yerdə, başı
hərlənirdi, çıxıb getmək qərarına gəlirdi bu yerdən, lakin elə
istəyirdi addım atıb gedə ürəyi gəlmirdi, düşünürdü qoy bir az
da gözləyim.
Saat 6-
ya qalmış yolda yenə bir avtobus dayandı.
Avtobusdan iki adam düşdü, düşən kimi də belə baxıb tanıdı
onları: Adillə Sahibovdu gələnlər. Yəqin onu axtarmağa gəlirlər
bu kəndə. Istər-istəməz papaq qaldırıb harayladı onları:
- A-a-d-i-i-l!
Uzaq olsa da eşitdilər deyəsən onu, tanıdılar deyəsən,
tarlaya girib təngimiş ona doğru yüyürdülər. Adil ona çataçatda
ürəyi dolan kimi oldu, hiss etdi ki, gözləri də qaralır, ikisini
dörd görür
. Istədi bir söz deyə dişləri bir-birinə dəyib
şaqqıldamağa başladı. Heç nə deyə bilmədi.
-
A Orxan, nə qayırırsan burda?
Orxan cavab verəcək halda deyildi.
-
A Sahibov tez ol gəl o biri qolundan tut, nəsə olub buna.
Sahibov
ona çatınca Orxan addım atıb yerimək istədi, başı
gicəllənib yerə sərildi. Tutub qollarından ayaq üstə qaldırdılar:
-
A Orxan noolub sənə, döyüb eləyiblər yoxsa səni?
Elxangil eləyib yoxsa? Onlar olacaq Sahibov!
Başını buladı Orxan, dililə deyə bilmədi, qırqınc olmuşdu
dili, hərlənmirdi ağzında. Qup-quru qurumuşdu dili. Adil əlini
onun alnına qoyub qışqırdı:
-
A Sahibov, od qızdırmanın içindədi bu! Tez ol çıx yola
bir maşın əylət, mən dalıma alıb gətirəcəm yola!
141
Bundan sonra artıq nələr baş verdiyi huşunda deyildi
Orxanın.
Dostları ilə paylaş: |