Şahlar həSƏNOĞLU


****            *****            *****



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə31/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   27   28   29   30   31   32   33   34   ...   65
2016-2403

 
****            *****            ***** 
 
Gənc  bir  qız  üçün  məhəbbətinin  itirilməsi  dözülməz  bir 
dərd,  müdhiş  bir  faciədi.  Həyata,  gələcəyə  ciddi  bir  gözlə 
baxan,  bir  əyləncəlik  deyil  də  bir  eş,  bir  həyat  qoldaşı  olmaq 
istəyən bir qız üçün bir fəlakətdi bu. Sinira bilməz belə qız bu 
dərdi,  dözə  bilməz  bu  fəlakətə,  saralıb  solar,  şam  kimi  əriyib 
gedər. Dünya bir xarabazara çevrilər gözlərində. Müdhiş bir daş 
asılar sinəsindən, vərəm bağlar ürəyi. Gözlərinin rəngi, boyası 
sönər,  baxışları  qaralıb  öz  şöləsinin  parıltısını  itirər. 
Küskünləşər  belə  qız,  ehtirası  sönüb  solğunca,  bozarmışca  bir 
gözəlliyə çevrilər. 
Həyat  azmı  görüb  belə  dalğın,  qaraqabaq  gözəlləri? 
çoxlarına  elə  gələr  guya  doğuluşdan,  yaranışdan  beləymiş 
onlar,  təbiət  özü  belə  yaradıbmış  onları:  belə  sönük,  belə 
qaraqabaq, belə adamayovuşmaz. Gözəllikləri də bir eyib kimi, 
bir  təəssüf  kimi  görünər  belələrinin.  Hətta  ürəklərində  onlara 
dərin məhəbbət, rəğbət duyğuları  yaşadan adamlar belə danış-
dırcaq, duyub bələd olcaq onlara, içlərindəki bu  ehtirassızlığı, 
sönüklüyü  görüb  kənar  olmaq  istərlər  onlardan,  elə  belə 
uzaqdan-
uzağa,  aralıdan-aralıya  seyr  etmək  istərlər  onları. 
Sevgi-
məhəbbətləri  uçub,  yalnıca  bir  tozanaq,  bir  dağınıq 
təəssüf, rəğbət hissləri qalar ürəklərində. 
Yelbeyin,  yüngül,  dəyişkən  təbiətli  qızlar  üçün 
üçgünlükdür bu ağrı, dördüncü gün ayılıb tez özlərinə gələrlər, 
beşinci  gün  bir  heçliyə  dönər  ağrıları.  Bir  həftədən  sonra  tam 
unudarlar  hər  şeyi.  Belələri  üçün  məhəbbət  sınıb  parça-parça 
olacaq zərif bir şüşə deyil də, ortalıqda oynadılacaq, əldən-ələ 
keçirilib  ötürüləcək  bir  top  kimidir,  hara  atsan  gedən,  nəyə 


 
162 
vursan  təpib  qayıdan,  sınmayan,  əzilməyən,  parçalanıb 
tökülməyən bir top kimidir. 
Məhəbbəti  daşlara  dəyib  parçalanmış  uğursuz,  ağır 
təbiətli bir qız ürəyi – içi alov yanğılı, şüa saçaqlı kövrəcik bir 
elektrik  lampasına  bənzər.  Nə  qədər  çarpılmayıb  daşa-divara, 
nə  qədər  qırılmayıb  içinin  simi,  yanıb  işıq  saçacaq  ətrafa, 
bəyazlıq,  ağlıq,  aydınlıq  gətirəcək  bir  ailə  otağına,  bir  yar, 
yoldaş  olacağına.  Sınmasın,  bir  yerə-yurda  çarpılmasın  taki, 
qırılmasın, yanmasın içinin simi. 
Cəmilənin belə bir lampa kimi yanıb alışmış ürəyinin simi 
qırılıb sönmüşdü fəqət.  Dünya  gözündən düşmüşdü. Oxuduğu 
dərslər  beyninə  batmırdı,  gördüyü  adamlar  könlünə  yatmırdı, 
bu böyük şəhər, bu gözəl imarətlər bu səliqə-səjman, bu firavan 
həyat  axanağı  ürəyini  açıb  gülümsündürə  bilmirdi  qızı.  Təkcə 
Nərgizlə bir olanda, o da təkcə olduqlarında baxışı oynağlaşıb 
şəfəqlənirdi. Nərgiz qohumları gildə qalır, onunla dərsdən sonra 
az-
az görüşə bilirdi. Cəmilə də Nəcibəylə bir otaq kirayə edib 
onunla  qalırdı.  Bu,  əsrin  əvvəllərində  tikilmiş  dördkünc  bir 
həyətə  açılan  birmərtəbəli  ev  idi.  Otağın  pəncərəsi  həyətə 
baxırdı.  Həyətdə  səhərdən  axşama  kimi  cocuq-cocuq  uşaqlar 
oynaşırdı. Saatlarla pəncərə önündə dayanıb bu uşaqlara tamaşa 
edirdi. 
Nəcibə yaşlı, çirkin, qaraqabaq bir qızdı. Qaraqabaqlığı da 
elə bu çirkinliyindən doğurdu. Üç gün dindirməsən danışmazdı. 
Kurslarında  ən  yaxşı oxuyan, ən bilikli qızdı. Biliyi, oxumağı 
da  çirkinliyindən  gəlməydi.  O  qədər  çirkindi  qız,  bir  oğlanın 
ona meyil salıb yaxınlaşacağına heç bir inamı yoxdu. Ona görə 
də hər şeydən ümidini kəsib bircə oxumaqla məşğuldu. Bir də 
Cəmilənin qayğısını çəkməklə məşğuldu Nəcibə. Bir ana kimi 
qayğı  göstərirdi  Cəmiləyə,  xörəyini  bişirirdi,  paltarını  yuyub 
ütüləyirdi,  saçlarını  darayıb,  hörüklərini  hörürdü.  ərköyün  bir 
uşaq  kimi  nazını  çəkirdi.  Sözsüz,  söhbətsiz,  əvəz  güdmədən, 
minnətdarlıq  gözləmədən.  Guya  borcuymuş  elə,  vəsifəsiymiş 


 
163 
Cəmiləyə  belə  qayğı  göstərmək,  xidmət  etmək,  yaradan  elə 
bununçun yaradıbmış guya onu.  
Cəmilənin küskünlüyü, sönüklüyü, qaraqbaqlığı, bir kəsə 
məhəl  qoyub  bir  oğlana  belə  baxmaması  tutmuşdu  Nəcibəni. 
Bu 
qədər gözəl olasan, bu qədər sənə uzaqdan-uzağa vurulanlar 
ola
,  dərdindən  ölələr,  yanıb  yaxılalar,  qayıdıb  bir  adama  belə 
baxmayasan!  Möcüzə  kimi  gəlirdi  Nəcibəyə.  Ona  bir  maraq 
yetirən yoxdu belə qaraqabaqdı, bir oğlanla danışıb gülmürdü, 
bəs  Cəmiləyə  nə  olmuşdu?  Nə  fərqi  vardı  onların  keçirdikləri 
bu həyat tərzi arasında? Cəmlıə də onun kimi hər şeydən uzaq, 
hər nəşədən kənar deyildimi? Hələ Nəcibə yenə hind filmlərinə 
baxanda,  ya  bir  gülməli  əhvalat  danışılanda,  ürəkdən  gülüb 
sevinirdi, Cəmilədə bu da yoxdu. Bu gözəllikdə bir qız da elə 
onun  keçirdiyi  bir  həyat  tərzi  keçirməkdəysə,  demək  həyat  o 
qədər də işgəncə deyilmiş, hələ bundan da çirkin olub yaşamaq 
mümkünmüş  demək,  olanmış  demək,  bir  bədbəxtlik,  bir  faciə 
deyilmiş demək! 
Nəcibə  güzgü  almırdı  özünə,  qorxurdu  güzgüdə  özünə 
baxmağa.  Ondan  olsaydı  şəhərdə,  mağazalarda  olan  bütün 
güzgüləri  vurub  sındırardı  hələ!  Cəmilə  də  güzgü  almırdı 
özünə. Evdə güzgüləri  yoxdu heç birinin,  yadlarına düşmürdü 
güzgü almaq.  Bir də bu cəhətinə  görə bunca sevib əzizləyirdi 
Nəcibə  öz  otaq  yoldaşını.  Bir  qız  yoldaşlarının  evlərinə 
gedəndə, orada güzgü önündə dayanıb özünə sığal verən qızlar 
görəndə  için-için  əriyirdi  Nəcibə,  tez  çıxıb  ordan  qaçmaq 
istəyirdi.  Cəmilənin  yanında  isə  neə  sakit,  necə  də  xoşbəxtdi. 
Atadan-anadan, 
qardaşdan-bacıdan  bəlkə  də  artıq  istəyirdi 
Cəmiləni.  
Nəcibə  paltar  mağazalarında  saatlarla  dayanıb  paltar 
seçməzdi.  Bilirdi  xeyri  yoxdur  paltar  seçməyin,  nə  geysə 
yaraşmayacaq. Import olmasın, nə olur olsun fərq eləməyəcək, 
dönüb  gözəl  olmayacaqdı.  Cəmilə  də  paltar  seçməkdən  ötrü 
dolaşıb  gəzməzdi,    axtarmazdı  mağazaları,  vitrinləri.  46-nın 
üçüncü  boyunda  nə  paltar  olsa,  nə  rəngdə  olarsa,  dərhal  pul 


 
164 
verib  götürərdi.  Di  gəl  geyindimi  əyninə,  o  qədər  gözəl 
yaraşırdı,  mat-məəttəl  qalırdı  Nəcibə.  Aldığı  da  hamısı  Bakı 
tikilişli, yerli istehsallı, bir xarici pal-paltarı yoxdu Cəmilənin. 
Axır  vaxtlar  paltarı  da  ona  Nəcibə  alırdı.  Güzgüsü,  zövqü, 
modası Nəcibə olmuşdu Cəmilənin, nə alsa o alır, nə görkəmə 
salsa o salırdı. Deməzdi bu pis, bu yaxşıdı, fərqi yoxdu Cəmilə 
üçün. 
Fəqət Nəcibəylə Cəmilə bir-birinə yad, bir-birinə məlum 
olmayan aydın olmayan iki ayrı aləm, iki ayrı mövcudiyyətlər 
idi. 
Cəmilənin gözləri Müdam yol çəkərdi. Bəzən pəncərədən 
baxıb  tamaşa  etdiyi  uşaqlar  gözlərində  dəyişib  ağ-ağ  pambıq 
pəmbələrinə  çevrilirdi,  ona  elə  gəlirdi  geniş  bir  tarla  içindədi, 
pambıq  toplayıb  yığmaqdadı.  Bir  oğlan  yanaşmaqdadı  ona. 
Gülərüz, ucaboy, gözəl! Dünyanın ən xoşbəxt adamlarıymışlar 
demə orda! Tale görən bir də rastlaşdırıb geri qaytaracaqmı o 
anları, o dəqiqələri? 
Ağlına yeni bir fikir gəlmişdi: qış tətilindən qayıdıb kəndə 
gələndə  rayonlarındakı  mexanizasiya  texnikumuna  gedib 
Nərgizlə  jurnallardan  bütün  Kamalların  adresini  götürəcək, 
gedib  öz  Kamalını  tapacaqdı.  Düzdü  respublikada  çoxlu 
mexanizasiya texnikumları var, ancaq Kamalın imkanımı vardı 
öz  rayonlarından  çıxıb  ayrı  rayonda  ayrı  şəhərdə  oxumağa 
gedə?  Əlbəttə  elə  öz  rayonlarındakı  texnikumda  oxumuş 
olacaqdı. Belə düşünəndə dünya da gözündə dəyişib gözəlləşir, 
yaşıllaşırdı.  Cilvəli,  gəzib,  görüb  zövq  almalı  bir dünya 
olacaqdı  o  zaman  dünya,  belə  qəmgin,  belə  qaranlıq,  belə 
ür
əksıxan  olmayacaqdı.  Küçələrin  gözəlliyinə  də  tamaşa 
edəcəkdi  onda,  binaların  tikilişinə,  ucalığına  da  baxacaqdı, 
kinolara-
teatrlara  da  gedəcəkdi,  hələ  Kamal  onun  görüşünə 
gələndə Kamala qoşulub futbola da gedəcəkdi! 
Dərslərini  yaxşı  oxuyacaqdı  onda.  Ağlı  başında  olmuş 
olsa nə var dərs oxumağa, öyrənməyə? Bircə yol gözucu baxsa 


 
165 
bəsidi. Nəcibənin beş dəfə oxuyub yadında saxlaya bilmədiyini 
o bircə yol oxumaqla başına götürər. 
Indi  ona  bir  təəssüf  kimi  baxanlara  da  onda  deyərdi: 
yanılırsınız  cənablar,  siz  görən,  siz  deyən  deyil  Cəmilə,  itoy-
nadandı  lap,  dolaqdı,  kələkdi,  kələkbazdı  Cəmilə.  Barmağına 
dolayıb gülünc hala salardı vallah o zaman kimi istəsə! 
Bunlar  hamısı  bir  ümid  işığından  doğan  səfsətələrdi 
hələlik,  lakin  bu  ümid  işığına  inamı  getdikcə  artıb 
güclənməkdəydi. Tətilə hələ bir həftə qalmış gedib qatara bilet 
aldı.  Indi  günləri  deyil,  saatları  sanayırdı.  Narahat,  intizarlı, 
lakin  bir  ümid,  bir  umsuq  dolu  həyəcanlı  zaman  içində  pırıl-
pırıl olub axmaqda, şırıldamaqdaydı Cəmilə. 
On gün sonra bu ümidi də puç oldu. 
Nərgizin  qardaşı  mexanizasiya  texnikumunda  oxuyan  üç 
Kamal  olduğunu  müəyyənləşdirdi.  Ikisinin  yaşı  otuzdan 
keçmişdi, üçüncü Kamalın iyirmibeş yaşı vardı. Cəmilə dedi bu 
olacaq onu
n Kamalı. Demə bu da rayonun uzaq bir kəndindən 
olub papiros çəkməkdən, traktor işlətməkdən qap-qara qaralmış 
kor-k
obud  bir  cavan  imiş.  Taksi  tutub  Nərgizlə  onu  görməyə 
gedəndə hisslərinin tuğyanından alışıb yanır, ürəyi bir quş ürəyi 
kimi  çırpınırdı,  ony  belə  görüb  qayıdanda  qanadı  qırılmış  bir 
bülbül  kimi  sızlamaqda  qan-yaş  tökməkdə  idi.  Ta  Nərgiz  gilə 
çatanadək  başını  bacılığının  dizləri  üstünə  qoyub  dinməz-
sözləməz, için-için qovrulub yandı, yaş tökdü. Taksidən düşüb 
evlərinə  gedəndə  Nərgiz  əlini  yaşıl  yubkasının  üstünə 
qoymuşdu.  Qoşa  yumruq  böyüklükdəki  yaşlıq  ləkəsini  görüb 
bir söz soruşan olmasın ondan. 
Cəmilə Kamal adlı bir  mexanizator oğlanı artıq qəlbinin 
lap  o  qaranlıq,  lap  o  gizlinc  guşələrindən  birinə  atmalı  oldu. 
əlini  birdəfəlik  üzüb,  xatiratlarından,  yaddaşından  da  çıxarıb 
atmağa qayələndi. Bunu da qəti şəkildə anlamalı oldu: taleyin 
silləsi dəyib ona, özü də bərk dəyib, güclü dəyib, artıq qaçınıb 
yaxa qurtarmaq mümkün deyil, olası deyil ona bu zərbədən. 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin