***** ****** *****
Sürəyya xatirat dəftərçəsinin birini doldurub ikincisinə
başlamışdı. Ənənəvi bir qız xatirat dəftərçəsiydi bu. Üstündə
gül və yarpaqlar çəkili, ürək və ürəyə sancılmış ox şəkli, iç
qabığında, bir tərəfində hind filmlərindən götürülmüş oğlan və
qız şəkilləri yapışdırılı, ortasında "xatirat dəftərçəsi" yazılı. İlk
səhifəsinin ilk sətrinin birinci baş hərfi həndəsi fiqur kimi
çəkili, bəzənikli.
Sürəyyanın xatirat dəftərçəsindən yarpaq:
Gedişinə sınıb qolum,
S
ınıb sağım, sınıb solum,
Gəlişinə qurban olum,
Məni məndən edən yarım!
Bir kəs bilməz nədir dərdim,
Köynək yuyub çölə sərdim,
Ürəyimi sənə verdim,
Ürəyimlə gedən yarım!
Bir yada sal Sürəyyanı,
Təkcə sənsən and-amanı,
Sən Kamalın əziz canı
İncimisən məndən, yarım?
Sürəyyanın xatirat dəftərçəsindən yarpaq:
185
Vaxts
ız gəlib payızım,
Köksümdə solub ürək.
Dünya gözümdən düşüb
Bir damla göz yaşıtək...
Hans
ı çəmənə vardım,
Çiçəyi, gülü solğun.
Səni kimdən soruşum
Ham
ının dili solğun...
Yollar əlim kimi boş,
Buludlar daşdan ağır,
Yaşar yaz yağışlarl—
Sənin həsrətin yağır.
Nə yetəsi arzum var
Nə gedəsi bir yerim,
Yoxlu
ğuna açılır
Gözüyaşlı səhərim.
Səni əlimdən alıb
Günəşi gündüzümdən.
Dünya gözümdən düşüb,
Düşmüşəm öz gözümdən!.. (S.R.)
Sürəyyanın gördüyü qəmli bir yuxuda oxuduğu niskilli mahnı:
Bir bülbüləm, sinəsindən yaralı,
Bir sünbüləm, zəmisindən aralı.
Külək əsər, yağış yağar, çovğun başlar, qar düşər,
Səhər ötər, axşam olar, ürəyimə yar düşər.
186
Bir çiç
əyəm gövdəsindən üzülmüş,
Bir ləçəyəm, yellər, yollar düzülmüş.
Duman gələr, çiskin gələr, dağ başına çən düçər,
Aylar keçər, illər ötər, saçlarıma dən düşər.
Bir səhərəm bulud almış üstünü,
Bir şəhərəm düşmən qırmış büstünü.
Yan
ğın başlar, alov başlar,
Novra
ğına od düşər,
Düman gələr, qılınc çəkər, torpağına yad düşər.
**** **** ***
Sonuncu kursda oxudu
ğu bir bahar çağında, günəşin ilıq
nəfəsinin qanını istiləndirib coşdurduğu, dirçəlib qalxmaqda,
tumurcuqlar içindən açılıb süsənlənməkdə olan canlı təbiət onu
öz yaşıl ağuşuna alıb, ruhunu oxşayıb oyandırdığı, bahar
yellərinin saçlarını üzünə töküb, hörüklərini belinə-buxununa
çırpıb, sinirlərini titrətdiyi bir Aprel günündə bu bahar
duyğularının çılğın fitnəsi ilə Sürəyya xatirat dəftərçəsini
yazmağı dayandırıb onu çamadanının lap alt bir guşəsində
gizləyərək unutmağa qayələndi. Suçlu– şübhəli duyğular əlində
çabalamağa başladı: bu nə iztirabdı çəkir belə? Bu nə bəladı,
mübtəla olub ona? Vur tut üç günün işində gördüyü, hər
görəndə 5-10 dəqiqə söhbət edib danışdığı, deyiş-qoyuş edib
bir əhd-peyman qılmadığı, doğru-düzgün bir könül verib ilqar
bağlamadığı tanınmaz-bilinməz bir yad oğlundan ötrü bu nə
cəfadı cəkir belə? Vallah öz ağılsızlığı üzündəndi bunlar
hamısı. Böyük bir institutun handa özündən deyən,
gözəgörükən, sayılan oğlanı varsa dəli-divanədilər ondan ötrü,
bir “günəbaxan”dılar nitqləri qurumuş. Seçmə-seçmə, bazlı-
b
urutlu oğlanlar. Bu dörd ildə hələ biri bir xoş baxış, bir incə
təbəssüm ala bilməyib ondan. Elə buna görə də hamısı
187
“günəbaxan”a dönüblər belə. Əgər onlardan birinə könül verıb
bağlanmış olsaydı, o birilərinin də gözü yığılardı. Deyərdilər
tay bu qız da bağlanıb mehr saldı birisinə, özümə ayrı qız
axtarım. Nə qədər də onlar bunu görmürlər, şahidi olmurlar,
ümidlərini üzməyəcəklər də ondan. Elə “günəbaxan” olub
qalacaqlar ondan ötrü. Ürəklərində gizli bir duyğu, sarı bir
ümid yanacaq: bəlkə elə mənə bənd olacaq qız, bəlkə elə axırda
mən ram edəcəyəm onun qəlbini? Bir “günəbaxan”ın ona
yaxınlaşıb söz deyə bilmədiyi, bir kəsə o yaxınlaşıb bir mehr
göstərmədiyi halda dönüb hamının umud yeri olubdu! Nə
vaxtacan sürüb gedəcək bu? Bir il sonra kəndə qayıdıb hər cür
azadlığı əlindən gedəcək, bir adamla istəsə belə söhbət edə
bilməyəcək, hər yan tanışla, qohum-qonşuyla dolu olacaq.
Bəlkə elə bu sonuncu kursda bir cavan bəyənib qurtarsın bu
xəyali mexanizator oğlanın felindən, sehrindən? Hər çeşiddə,
hər zövqdə “günəbaxan”lar var institutda. Niyə bəyənib də
seçməsin onlardan birini? Bu allı-güllü bahar çağında, bu
gəzməli-yaşamalı şəhər mühitində, bu zövq-səfa məskənində,
azadlıq diyarında! Qardaş yox qorxasan, ata yox utanasan, ana-
bacı yox çəkinəsən, tanış-biliş yox ehtiyat edəsən sözdən-
söhbətdən, qiybətdən!
Unudacaqd
ı Sürəyya unuda bilmədiyini, yadırqayacaqdı,
qəlbinin kar-kor guşələrinə atıb üstünü ağlının, düşüncəsinin
dəmir zirehi ilə sporlaşdıracaqdı, seçib o “günəbaxan”lardan
birisini yaxına buraxacaq, sonra da öyrəşib uyuşacaqdı, bəlkə
də lap sevəcəkdi elə, bir könüldən min könülə vurulacaqdə lap?
Nəcibənin böyür başında hərlənən o tarıxçı oğlan pis
oğlandı məgər? Uca boylu, çatma qaşlı, topa bığlı, nəcib üzlü!
Bir ildi Nəcibənin ardınca sürünür, qulluğunda durur.
Nəcibədənmi ötürüdü bu, ya elə başqa istəyi var oğlanın?
Duyub anlamırmı Sürəyya, kordumu, görmürmü? Oğlanın
Nəcibəyə belə qulluq göstərib qılıqlanmağı Sürəyyadan ötrü
deyildimi? Yazıq Nəcibə neçə dəfə özünü toplayıb söz demək
istəyib ona, deyə bilməyib qorxusundan, Sürəyyanın qəzəbli
188
baxışından, nifrətindən qorxub elə hey bu yerlisi tarixçi oğlanı
tərifləməkdədi yanında: “Atası rayonda prokuror işləyir, belə
evləri- eşikləri, maşınları var, Elçin də məktəbi qurtarıb sistem
işçisi olacaq, gedib milis akademiyasında oxuyacaq! “ Sürəyya
üçün əhəmiyyətsizdi bu söhbətlər. Nəcibə də görürdü havayı
yerə çənə yorur, düzələn iş deyil, ancaq oğlanın xatirinə
danışrdı hey. Yazıq Nəcibə, bu tərifləri, öymələriylə yerlisini
Sürəyya gözündə bir çimdik də qaldıra bilmıyib qayıdıb özü
mübtəla olub dərdə: özü vurulub Elçinə. Oğlanın şəklini
çamadanının güzgülü gözünə qoyub ara- bir Sürəyyadan xəlvət
çıxarıb gözləri önündə tutur, saatlarla gözlərini çəkib ayıra
bilmir şəkildən. Gecələr şəkli sinəsinə basıb elə sinəsində də
yuxuya gedir.
Bəlkə elə bu Elçini seçsin Sürəyya, onunla sınasın özünü?
Bircə xoş təbəssüm göstərməyi gərəkdi oğlana, bircə dalgın bir
baxış ərmagan etməyi gərəkdi, kölgə kimi ardınca düşüb izləsin
Elçin onu, dil töküb yalvarsın, əl götürməsin ondan. Nə şeydi
bir baxış! Atacaqdı vallah, atıb da başdan beyindən
oynadacaqdı oğlanı. Köləsinə çevirər vallah Sürəyya onu!
Bir bahar günündə, bir sabah çagında, koridorda duruşmuş
bir topa qızlar içində Nəcibəyə görə gəlmiş bu oğlana sataşmaq
fitn
əsi düşdü könlünə.
-
Nəcibə buyurdu sizə tapşırım gedib o təzə hind kinosuna
bilet əldə edəsən ona. Özü də əmr elədi.
-
Xoşdu Nəcibənin əmri mənə, qızlar!
-
Eləmi? Bəlkə dedi dərsdən sonra gəl döşəməmizi də
süpür?
-
Elə deməz Nəcibə.
-Q
ızlara çox e”tibarın olmasın, nə istəsən gələr agıllarına,
lap elə döşəməni yudurtmaq da gələr!
Q
ızlar gülüşməyə başladılar onun bu sataşmasına. Oğlan
deyəsən pərt olub getdi. Ikinci qoşa saatın qurtardıgında Elçin
yenə yanaşdı onlara.
-
Buyur Nəcibə, bu da biletiniz.
189
-
Nə bilet?
-
Sürəyyadan sifariş elədiyiniz bilet. Kino üçün, hind filmi
üçün.
-
Hə, mən aldırdım Nəcibə, dedim qoy bu ellinizi xərcə
salaq.
-Ax
ı sabaha seminarımız var? Bəs dərs?
-
Qan olmayacaq, bir gün də hazırlaşmazsan.
-
Sən də gedirsənmi onda?
-
İki biletdi, iki də adamsınız. Məni neynirsiniz?
-
Mən sizə də bilet taparam.
-
Mənim tapanım var, sag olun.
-
Mən gedə bilmərəm Sürəyya, seminara hazırlaşmalıyam.
-
Pərt olar axı yerlin.
-
Yox Elçin, vallah mən gedə bilmərəm. Yoldaşlarından
birinə verərsən.
Elçin kor
peşiman çıxıb getdi. Sürəyyanın ürəyi
döyünməyə, qulaqları guvuldamaga başladı. Bəlkə elə gedib
oğlandan alsın bileti? Bəlkə elə Sürəyya özü getsin onunla?
Dərsdə dayanıb otura bilmədi, nəsə elə bil bir fitnə çəkib
aparırdı ürəyini. Müəllimdən icazə alıb Elçini axtarmaga
yollandı. Onların dərs keçdiyi auditoriyanın qapısı agzında
dayanıb deşikdən içəri boylandı. Elçin lap qabaqda əyləşmişdi.
Yoxsa xahiş edib müəllimdən eşiyə çagırsın oglanı? Birdən
qapı özü açıldı. Müəllim üzünü ona tutub sordu:
-Kimi is
təyirsiniz, xanım qız?
-Elçin...
-
Elçin dur gəl, səni çagıran var.
Müəllim qapını örtüb onları koridorda qoydu. Sürəyya
maddıxmış qalmışdı, bilmirdi nə deyə oglana.
-
Nə deyirdin Sürəyya?
-
Xatirinizə dəymədi, bileti qaytarmagımız?
-
Əlbətdə dəydi.
-Onda veri
n mənə, mən özüm gedərəm.
-
Gəlim aparımmı sizi?
190
-
Yox... Özüm gələrəm. Saat neçədə gəlim?
-Kino saat 6,30 seans
ınadı, yaxşı olar sən 6 tamamda
gələsən.
-
Harda gözləyəcəksən?.
-Kino-teatr
ın qabagında. Harda istəyirsən!
Bileti alanda elə baxdı oğlana, özü də yandı baxışına.
Sonra yüyürüb koridorun dönəcəyində oğlanın baxışlarından
xilas oldu. Dərsdə yenə otura bilmirdi. Elə hey qurcuxurdu.
Qəlbində nəsə alovlu, burulqanlı duygular sellənmişdi. Evdə də
heç rahat olmadı qəlbi. Çörək yeyib çay içməyə də meyli
yo
xdu. Lüsyə xalanın şifonerindəki aynəbənd önünə gedib öz
halından bir baş açmaq istədi. Gözlərində ehtiras, həvəs yanan
odlu bir qız baxırdı güzgüdən. O qədər gözəldi qız, o qədər
pərişan, o qədər dalgındı, baxıb doymaq olmurdu qıza. Başında
da fırtınalı bir sevda gəzdirməkdəydi. Süzülüb axan
gözlərindən bir məstanəlik axıb tökülürdü. Belə gözəl olması
lap alışdırdı qızı. Indi saat 6_ nın tamam olmasını səbrsizliklə
gözləyirdi. Camadanından yaşıl donunu çıxarıb geydi. Son
moda ilə dəbdə olan son parçadan tikilmiş bu donu Kamalla
tapışıb onunla ilk dəfə görüşə çıxanda geyinmək üçün
tikdirmişdi. Kamal yoxdu, olmayacaqdı Kamal. Indi bu yaşıl
donu geyinib bir başqasıyla görüşə hazırlaşır. Vəfasız dünya!
Amma bu oğlan Kamaldan əksikmidir? Hələ artıqdı vallah.
Kam
alın bir yönnü pal_ paltarı da yoxdu əynində, bu isə elə
geyinib elə bil ministr oğludu. Elə heylədi də. Indi prokuror
hələ ministrdən ötədi. Amma atasıyla nə işi! Oğlan özü gözəl
olsun, özü yaraşan olsun. Yaraşandı da. Neyləsin bir də,
havaxtaca gözləsin Kamalı?
Bir də bu nə Kamal, Kamaldı başlayıb, bu görüşə
hazırlaşdıgı yerdə? Niyə yadından çıxıb getmir Kamal fikri?
Havagaca qalacaq aglında? Unutmaqçın gərək bir başqası tuta
onun yerini, yoxsa necə unudular? Indiyənəcən unuda bilməyib,
indi un
udacaq amma. Hazırlaşır unutmaga. Bir prokuror
191
oğluyla göruşə hazırlaşır. Bənd olub bu oğlana unudacaq hər
şeyi!
Ürəyində yenə ehtiraslı duygular tərpənişdi. Dözə
bilməyib saat 6-nın yarısında evdən çıxdı. Tam bəzənikli,
ətirlənib duxulanmış. Qabaq tellərini burub gözləri üstünə
əydimiş. Küçədə gördü donunun yaxasını düymələməyib. Heç
düymələmədi də; qoy açıq qalsın. Qoy görsündər nə gözəl
sinəsi var. Kapotu belə üçdüymə tikdirməkdə məqsədi vardı.
Fikirləşmişdi bir gün Kamalı tapacaq olsa, bu kapotu geyinib
onun görüşünə çıxacaq olsa, bir daldaya salıb deyəcək aşagı
çəkib yenə onun kürəyinə baxsın. Görsün neyləyəcək onda
Kamal, nə hala düşəcək? Özü nə hislər yaşayacaq? Nə ola indi
bax küçəylə belə getdiyi yerdə qəfil qabaqqabağa gələlər. Bəlkə
soruşdu hara gedirsən? Nə deyərdi ona? Deyəcəkdi vəfasız
çıxmağa gedirəm, əhdimi ayaqlamağa gedirəm. Prokuror oğlu
tapıb, onunla görüşə gedirəm. Bivəfa dünya! Hansı məram öz
yerinə düşür axı bu dünyada? Hansı əhd öz peymanına yetişir,
hansı karvan öz gedib çatmaq istədiyi yurduna, yuvasına irişir?
Onçun deyirlər sən saydığını say, gör fələk nə sayır!
Bo
ğazına yenə bir qəm tıxcanağı gəlib doldu, gözləri
alalandı, ciyəri alışdı. Beynində bir dəli düşüncə oyanıb elə bu
yerdən dönüb geri qayıtmaq istədi. Addımlarını yavaşıdıb
dayanmaq istədi. Onda da ürəyinin guppultuları başladı. Ürəyi
dartıb bu yeni məramına sürəkləyirdi onu. Nə boğazına
tıxanmış o isticə qəm yumruğuna baxırdı, nə başına dolub
dumanlanmış o qayıtmaq, qaçmaq sövdasına baxırdı,
qarşısıalınmaz bir təbii çəkişlə işvəli bir ehtiras fitnəsiylə
Sürəyyanı yeni macərasına doğru itələyirdi.
Düz saat 6 olanda Nizami kino-teatr
ının qabağına gəlib
çatdı. Burada yığışmış insan kütləsi içində Elçini axtarmağa
başlayanda oğlan qəfil özü peyda oldu. Demə lap yanındaca
sütuna söykənib dayanıbmış.
-
Dedim bəs gəlməyəcəksən!
-
Niyə? Heç heylə şey olar?
192
-
Nə bilim? Axı sən hələ heç kəslə kinoya gəlməmisən?
-
Nə olsun? İndiyənəcə bir adama vəd də verməmişəm
axı?
-
Hələ vaxta var, gedək kofe içək.
-Yox, ged
ək parka.
26-lar park
ına tərəf getməyə başladılar. Sürəyya hər yerdə
çiynini oğlana toxundura-toxundura gedirdi, ürəkləndirmək
istəyirdi onu. Həm də görsün öz ürəyi neyləyir onda? Ürəyi hər
bir təmasdan guppuldayıb atırdı. Küçəni keçəndə maşınların
qabağından yüyürüb ötmək istədi, Elçin qolundan tutub saxladı,
sonra da əlini əlinin içinə aldı. Ürəyi titrəməyə başladı
Sürəyyanın: necə də asan imiş bunlar? Elçin gülüb nəsə
deməkdədi ona, amma qulaqları batıb onun, eşitmir dediklərini.
Bəs oğlan niyə həyəcan keçirmir, alışıb yanmır onun kimi? Nə
bilirsən bəlkə elə o da sən kökdədi? Kamal olsaydı bilərdin!
Parka ç
ıxıb əli oğlanın ovcunda gəzişməyə başladılar. Bəlkə
də tanış tələbələr vardı parkda, lakin onları görəcək, duyacaq
halı yoxdu, unudulmuşdu dünya. Bir isti oğlan əlinin
təmasından gözlərini duman almışdı, görünmürdü ətraf mühit.
Oğlan isə hələ də danışmaqdaydı. Sürəyyanı tərifləyirdi
əvvəlcə, sonra 26-lar haqqında danışmağa başladı. Görən necə
dili söz tutur, necə danışa bilir oğlan? Görən onun da qulaq-
larında belə guvultu varmı, onun da ürəyində belə tappıltı-
guppultu varmı?
26-lar
ın səhrada güllələnməsi təsvir olunan abidənin
önündə xeyli dayanıb tarixçinin mühazirəsini dinlədi. Bir söz
də anlayıb başa düşə bilmədi. Abidənin önündən keçib gedəndə
birdən qəfil bir fikir oyandı başında: abidənin arxa tərəfindəki
bu bağlıq içində, bu dalda yerdə kürəyini açdırıb göstərəcək
oğlana! Görsün bu nə öyüşlər öyəcək, necə təriflər söyləyəcək
kürəklərinə? Dərhal da heykəlin arxasına keçib oğlanı da
ar
dınca çəkdi. Dalda bir yerdə arxasını oğlana çevirib
qapotunun
düymələrini açıb dedi:
-
Burdan tutub donu çək aşağı, gör nə var kürəyimdə?
193
Elçin donu aşağı çəkib içini axtardı.
-
Nə axtarım burada?
-Gör q
ılçıq-zad yoxdur. Belimi sancır.
Elçin deyəsən bütün diqqətini kapotun iç tərəfindəki
q
ılçığı, lələyi axtarmağa vermişdi, çevrik-şevrik eləməkdəydi
donunun iç tərəfini. Nə duyğu keçirməkdəydi görən Elçin, nə
hisslər yaşamaqdaydı? Sürəyya özü güclə ayaq üstə dayanıb,
bir
duyğulu, bir anlaqlı söz eşitsəydi qulağı, yerindəcə alışıb
yanacaqdə elə, kükrəyib bir ehtiras burulğanına dönəcəkdi.
Fəqət xəbərsizdi kürəyi arxasında arayıb-axtaran dünyanın
həyəcanlarından, duyğularından, qaranlıqdı, görünüb bilinməz-
likdi bu dünya ona.
-
Bir şey yoxdu burda, qılçıq, lələk, çör-çöp, heç nə yoxdu.
-Barma
ğınla bir toxunsana, bəlkə elə kürəyimin özündədi
qılçıq?
O
ğlan barmağının ucuyla kürəyini dimdikləyir, axtarır, di
gəl bir qılçıq-lələk tapa bilmir. Qızın xoşal olduğunu görüb
əlinin içiylə kürəyini sürtələyir, nəfəsinin odu qızın kürəklərini
yalayır:
-
Bax o yerə bir barmağını yenə toxundur.
-Bura, bura, bura?
-
Hə, hə bax ora!
-
Heç bir şey yoxdu burda! Heç bir sızaq da yoxdu,
qızartı da yoxdu!
-
Bəs nə var orda?
-
dedim heç bir şey yoxdu.
-
Bir əl dəyilməmiş qız kürəyi də yoxdu?
-
Kürəkmi?
-
Necə kürəkdi o?
-
Gözəldi, çox gözəl!
-
Təsvir elə o kürəyi!
O
ğlan kürəyi təsvir eləmək əvəzinə dodaqlarını kürəyinə
yapışdırdı.üzünü qızın açıq kürəyinə sürtməyə baçladı.
194
-
Yox, təsvir elə kürəyi, onun mə”ziyyətlərini, gözəllik-
lərini, ondan sonra sənindi kürək də, kürək sahibi də!
-
Yeyərəm onu, ölərəm ondan ötrü!
-
Yox, təsvir elə, təsvir elə!
-Bir a
ğ-appaq qız kürəyidi, gözəl, yeməli!
Bayaq başı dumanlanırdı ehtirasdan, hisslərindən, oğlanın
təmasından, indi ayaqları atında yer çapalamağa başladı, zəl-
zələ başladı indi. Amma ehtirasdan deyildi bu zəlzələ. Onu
yemək istəyən bu heyvana qarşı bir coşğunca nifrət hissiydi
yeri bel
ə silkələyib tərpədən, zəlzələyə gətirən. Bir ikrah hissi
oyandı Sürəyyanın qəlbində bu tarixçi oğlana qarşı, bu tarixçi
oğlanla görüşə çıxmış bir yaşıl donlu qəza qarşı, dünyaya qarşı,
olub bitənlərə qarşı. Söndü ehtirası, həvəsi, buza döndü ürəyi.
Qay
ıdıb nifrətlə oğlana baxdı:
-
İndi ki, təsvir edib söyləyə bilmədin o kürəyi, nə haqla
toxunursan ona, öpürsən! Yemək keçir hələ könlündən! It yeyər
adamı! Ayı, canavar yeyər!
-Qadan al
ım Sürəyya!
-
Al, bu da biletin, get özünə tay tap!
Sürəyya heç özü də bilmədi necə çırpdı bileti oğlanın
üzünə, necə qaçıb gəldi bir belə yolu. Evlərinə gedən küçəyə
çıxınca ağzına duzluca bir axıntı dolub töküləndə anladı ki,
yenə sinəsinə gəlib tıxcanıbdı o qəm yumruğu, deşir sinəsini,
tutur boğazını, bir insan kimi rahat nəfəs almağa qoymur,
boğub öldürmək istəyir onu. Amma ağzına dolub damağını
turşuldan, duzladan o axıntı artdıqca, genişlənirdi ürəyi, əriyib
bir buzlaq kimi balacalanırdı sinəsinə basılmış o qəm tıxcanağı.
Evə çatıb gördü nə Nəcibə yoxdu evdə, nə Lüsyə xala
yo
xdu, içəri keçib yenə sahibəsinin aynəbəndi önündə dayandı.
Dayandı görsün nə hala düşüb o bayaq görüşə can atan yaşıl
kapotlu qız?
Gözləri nəm götürmüş yaşıl bir gözəl baxırdı güzgüdən.
Ağ-appaq bənizi, ip-iri gözləri, kaman kimi qaşları vardı,
üzünün i
ncə, bir el yaraşığı cizgiləri vardı, saçının kəsilib telə
195
dönmüş qabaq ucları alnında cizginib bir dünya gözəlinə
çevirmişdi qızı. Uzun ağ boğazının ağlığına gözəlliyinə göz
heyran qalırdı, mərmər sinəsinin bəyazlığına, şümşadlığına nəfs
doymaz qalırdı, sinəsində partlaq verib coşmuş qadınlığına öz
nitqi tutulurdu. Bir şərq gözəli baxırdı güzgüdən. Qəmli,
hüzünlüydü gözləl. Içində yaralı bir dərdi olmalıydı bu bənizlə,
bu qəmli baxışla. Səyriyib əsən dodaqlarının titrəyişinə ürəyi
yandı; yazığı gəldi bu yaşıl donlu gözələ Sürəyyanın.
Köksünün daşıb bu hissindən dalğalanması keçdi gözələ, sinəsi
coşub qalxdı güzgüdə, ona doğru yaxınlaşdı. Damlalar süzülüb
gəlməyə baçladı qızın qara gözlərindən,güzgü içindəki qızın
ağzına dolub di gəl Sürəyyanın damağını duzlandırdı.
“Bədbəxt bacım, qismət olmadı sənə bu yaşıl donun
görüş əhdi, sevinc peymanı. Soyun qəsdən üçdüymə tikdirdiyin
bu yaşıl donunu, aparıb o qəmli çamadanının əl dəyməz bir
küncünə basdır, qoy bir andıra dönüb qalsın orda, bir mirətə
dönüb qalsın! Umsuma bir daha o yaşıl donundan umsunduğun
o yaşıl niyyətlərinə. Unutmağa çalış, yadırğamağa çalış. Sehrə
düşmüsən sən, gözəl bacım, felə düşmüsən sən. Kamal adlı bir
namərd oğlanın felinə düşmüsən, eşq oxu dəyib sənə, yaralayıb
səni; Məcnun olub səhralara düşmüsən. Vallah doğruymuş o
Məcnun söhbətləri bacım, sevgidən nə desən gələrmiş insanın
başına. Dəli də olarmış, yınarmış da adam, Məcnun olub düz-
lərə də düşərmiş! Düzmüş hamısı vallah, bacım. Hələ Məcnu-
nun
o səhra heyvanlarıyla söhbətləri də düz imiş. İndi səhra
heyvanları tələf olub qırılıblar, səhralar özləri də yox olub.
Indinin də ceyran-cüyürləri o həyətdə oynaşan ceyran gözlü
cocuqlar, cüyür baxışlı uşaqlar deyillərmi? Indicə sən pəncərə
arxasına keçən kimi tökülüşüb o qəmli təbəssümünə, o şirin
b
axışına tamaşa eləməyə gələcəklər. Yalçın gələcək, Esma
gələcək, Aygün, Günel gələcək! Hər birisi bir çiçək, hər birisi
bir ceyran-
cüyür! Sən onlara saatlarla tamaşa edib doymadığın
kimi, onlar da sənin bax beləcə hüzünlü baxışına axışıb
gələcəklər, səndən bir qəmli təbəssüm ərmağan almağa can
196
atacaqlar. Bu təbəssümü səndən qoparmaq üçün əlli oyun çıxa-
racaqlar, əlli hoqqalar göstərəcəklər, dombalaq aşıb, bir-birini
saçlayacaqlar, yıxacaqlar, velosiped sürəcək, nömrə göstə-
rəcəklər! Kim qopara bilsə, ərmağan ala bilsə səndən bu qəmli
təbəssümünü sinəsi qabarıb balaca qəlbinə çalxantılar dolacaq,
sevinəcək, gərlənəcək çağlayacaq, yeni oyunlar çıxarmağa, yeni
nömrələr göstərməyə baçlayacaq!
Deyilənlər hamısı düzdür, yaşıl niyyətləri yaşıl donuna
qismət olmayan gözləri yaşlı bacım, hamısı doğrudur. Göz-
lərindən vurulmaq da doğrudur ürəyindən oxlanmaq da düzdür,
sinəsindən yaralanmaq da gerçəkdir, gözlərindən vurulub
ürəyindən oxlanmış, sinəsindən yaralanmış qəmli bacım! Yeri,
soyun yaşıl donunu, çamadanının əl dəyməz bir küncündə
gizlət, qoy bir yaşıl gələcəyinə qalsın, andıra qalsın!...
Yeri dərzinin yanına, ürəyinin nisgili kimi düm qara bir
don tikdir
, bu yeni tikdirdiyin qara donunu geyin həmişə, hər
yerdə, bu qara donunla ol, bu qara donunla gəz, qoy içində qor
verən o qara hüznünün rəngi boyasın səni. Onda daha da gözəl
görünəcəksən bacım. Bəyaz sinənin ağlığına bir gör necə
yaraşacaq o qara rəng, billur qollarının şəfəqinə gör necə
uyuşacaq, necə qovuşacaq! Qara gözlərinin iriliyinə, kaman
qaşlarının çəkilişinə, qara hörüklərinin hörünüşünə gör necə
yaraşacaq, necə uyuşacaq! O yaşıl donuna bir daha umsunma,
əl vurma, oyalayıb qorlandırma, qaldırma könlünün üstünü kül
almış o qor dərinliyini, yaşıl yalav dərinliyini. Od tutub
yanarsan bir də əl vursan ona, alışıb külə dönərsən bir də əl
vursan ona!
S
ən bircə dəfə vurulmusan bacım, ikinci dəfə vurula
bilməyəcəksən! Ürəyinin o sərsəri döyüntülərinə aldanma bir
daha. Axı ürəkdir o! Nə başa düşmək olar ürəyi, ürəyin
dəliliyini? Ürəyin təbini anlamaq olar təkcə, təbini başa düşmək
olar. Ürəyinin təbi qə”bul etmədi bu gün bir prokuror oğlunu,
qəfil bir ikrah hissi qalxdı ona qarşı ürəyinin təbində. Sabah bir
başqasını qə”bul edib bəyənəcəkmi qəlbinin təbi? Ürəyin özü
197
bir sərsəri olsa da təbi dəyanətlidir bacım, dəyişən, dəyişdirilən
deyil ürəyin təbi. Bəyənib o bəyəndiyini, seçib o seçdiyini,
itirib o
itirdiyini. Bir daha bəyənib seçməyəcək itirdiyinə görə,
tapmadığına görə. Nazicək bir lampa şüşəsidi ürəyin təbi,
sındırsan onu, yandırıb qırsan içinin simini, üz əlini ondan bir
işıq, bir işıqlı dünya, bir səadət gözləmə ondan! Tale sənin
qəlbini bir lampa şüşəsincə həssas, ürəyinin təbini bir nazicək
tel kimi qırılqan yaradanda alışıb yanmaqçın, közərib
keçməkşin xəlq edibmiş səni bacım!
Hələlik yanmadadır, şö”lələnmədədir o lampa, qoy
yansın, şö”lələnsin! Və bir daha ayrı bir səadət qapısı açmağa
da çalışma, cəhd göstərmə, bəlalar çəkər, müsibətlərə düçar olar
başın. Öz qüssəni çək, həzin-həzin, öz dərdinə yan yavaş-yavaş,
öz səadətinə-öz iztirab cənnətinə qovuş beləcə. Şairin can atdığı
o ideal həyat tərzinə, o ideal eşq cənnətinə qovuşmağa çalış.
Şairin arzu etdiyi o zövq-səfa mənbələrinə, o eşq bəlasına, o
məhəbbət cəfasına can ver, könül ver!”
Sürəyyanın güzgü qabağından çəkilib öz yaşıl donunu
büküb qoyarkən çamadanından çıxardığı xatirat dəftərçəsinə elə
oradaca köçürdüyü və başa düşə bilmədiyi üçün bir beytini
çıxarıb atdığı Füzuli qəzəli:
Yarəb, bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi- eşqdən etmə cüda məni!
Az eyləmə inayətini əhli-dərddən,
Y
əni ki, çox bəlalərə qıl mübtəla məni!
Olduqca mən götürmə bəladən iradətim,
Mən istərəm bəlanı, çün istər bəla məni!
Təmkinimi bəlayi-məhəbbətdə qılma süst,
Ta düst tə”n edib deməyə bivəfa məni!
198
Getdikcə hüsnün eylə ziyadə nigarımın,
Gəldikcə dərdinə betər et mübtəla məni!
...Öylə qıl tənimi firqətində kim,
Vəslinə mümkün ola yetirmək səba məni!
Nəxvət qılıb nəsib Füzuli kimi mənə,
Ya rəb, müqəyyəd etmə mütləq mana məni!
Dostları ilə paylaş: |