***** ***** ****
Müdafiə ərəfəsində ikən Orxanın həyatında gözlənilməz
bir yenilik baş verdi: Larisa çıxdı ortalığa. Larisa uca boy,
nazikbədən, ağa çalan apelsin saçlı bir Baltika gözıliydi. Tibb
institunun tələbəsi olmaqdan savayi Orxanın elmi rəhbərinin
işlədiyi xəstəxanada yarım ştat şəfqət bacısı işləyirdi İqor da
burada işlədiyindən Orxan tez-tez xəstəxanaya gəlir, ya elmi
r
əhbərini, ya İqoru axtarırdı. Larisa elmi rəhbərinin kabinetində
işlədiyindən onu yaxşı tanıyır, hər dəfə onunla salamlaşırdı.
Çox vaxt İqor da gəlib buraya çıxır, elə kabinetdə onların elmi
212
söhbətləri, mübahisələri qızışırdı. Elmi rəhbərlərinin kabinetin-
dəki başqa əşyalar kimi onlar Larisaya da öyrəşmişdilər və fikir
vermirdilər. Fərq təkcə bundaydı: kabinetdəki digər əşyalara
salam verib görüşmək gərək olmurdusa, Larisaya bunu mütləq
etməliydilər. Larisanın qap-qara gözləri vardı. Başdan-başa
qəribəlikdi Larisa: özün bunca ağ olasan, saçların bunca ağ
rəngə çala ancaq gözlərin, qaşların qap-qara ola. Həm də bunlar
yapma deyil, öz təbii rəngində olmuş ola. Bir də qaşları el bil
rəngləmək olar, bəs gözləri də, onların bəbəklərini də rəng-
ləməkmi olardı? Qaldı heç saçlarının da rənginin özümlüyünə
heç bir söz ola bilməzdi. Nə qədər də olsa saçların diblərindən
bilmək olar saçın öz rəngini, seçmək olar boyamadan,
rənglənmədən. Görünür Larisanın öz irqi əlamətiydi bu. Hər
hald
a nəsə bir Qafqaz adamı üçün bir görkəzməlikdi Larisanın
bu əlamətləri. Və Orxanı bəzən gözlərini dikib Larisaya
baxmağa çəkən də heç bir ayrı düşüncə deyil bu
görkəzməliliyiydi. Görünür bu baxışlar qıza başqa cür təsir
edirmiş. Tezliklə Orxan bunun şahidi oldu. Bir neçə dəfə o
çıxıb gedərkən gördü Larisa da ardınca gəlir, həm də nəsə
gülümsünür ona, nəsə görünür bir söz demək istəyir, addım-
larını yavaşıdıb ədəb-ərkan xatirinə gözləyirdi qızı. Sonra da
avtobusa mindirib yola salmalı olurdu. Belə hallarda aralarında
qırıq-qırıq söhbətlər baş verirdi, həmişə də Larisa açıqca
deyirdi ki, Qafqaz adamlarından olmaz! Nəsə bir istilik,
cazibədarlıq varmış guya Qafqazlılarda. Baxışlarında nəsə bir
əsrarəngizlik guya varmış. Sonra Larisa kitabxanaya da gəlib
onunla
ya yanaşı, ya da qabaq qarşı əyləşirdi. Papiros çəkməyə,
bufetə yemək yeməyə gedəndə də Larisa durub onunla gedirdi.
əvvəlcə hesab elədi bəlkə qız kasıbdır, pula-zada görə belə
eləyir? Lakin Larisa onun da pulunu verməyə heç vaxt razı ol-
madıqda anladı ki, Larisa deyəsən vurulub ona. Onun Qafqaz-
lılığına. Larisanın gözlərindən axan o təlatümlü dalğalarla
rastlaşınca Orxan ondan qurtulmaq üçün bir daha kitabxanaya
da getməyib indi kirayədə qaldığı öz otağında işləməyə başladı.
213
Bir gün Larisa
İqora qoşulub ona baş çəkməyə gəldi.
Artıq Orxan dissertasiyasının ədəbiyyat siyahısını tərtib edirdi
və o İqordan yaxşı bir makinaçı tapmağı xahiş etdikdə İqor
Larisanı göstərdi: demə İqorun dissertasiyasını da Larisa
yazıbmış. Müdafiə vaxtına bir ay ancaq qaldığından Orxan
istər-istəməz razı oldu. Sabahısı Orxan dissertasiyasının redaktə
edilib düzəldilmiş variantını, yaxşı kağız, lenta götürüb Larisa
gilə gəldi. Larisa qoca nənəsi ilə olurdu. Ata-anası hansı
şəhərdəsə hərbi xidmətdə işlədiklərindən üç otaqlı gözəl bir
mənzil təkcə Larisanın ixtiyarında idi. Nənəsi qızın bir sözünü
iki eləmir, hər nazına oynayırdı. Evlərində hər şeyləri vardı:
pianino, televizor, yapon maqnitafonu, xarici mebellər. Opxan
onlara gələndə nənəsi heç soruşmadı da kimdir bu gələn oğlan,
nəyə gəlib? Qadın olduqca gülərüz qarşıladı onu. Sonra Larisa
onu öz otağına aparıb onlar otaqda tək qaldıqda Orxan nəsə
sıxılmağa başladı. O belə şey görməmişdi. Onun doğulub
böyüdüyü mühitdə bir qızın öz yanına yad bir oğlan gətirib
onunla otağında belə tək qalması qəbahət bir iş idi. Larisa bunu
duyub açıqca dedi:
-
Belə sıxılma Orxan, özünü lap sərbəst hiss elə. Bizlərdə
utanmaq özü eyibdir. Qalan nə desən, neyləsən eyib deyil.
Könlündən nə keçsə utanmadan istəyə bilərsən
Larisa olduqca təmiz və gözəl yazırdı. Tələbi təkcə
buydu: Orxan desin o da yazsın. Ta yorulunca. Yorulduğunu
duyunca, onu yola salıb özü yazırdı. Orxan bir də o birisi gün
gəlib işlrin vəziyyətindən hal bilirdi. Oturub bir-iki saat yenə
diktə eləyirdi. Dərhal da yorulurdu. Larisa onun oxumağa,
mütaliyəyə nə qədər səbirli olduğunu bildiyindən təəccüb
qalırdı belə tez yorulmasına. Orxan isə özündən yaxşı baş
açmaqdaydı. Onun beyni yalnız yeni informasiyalar verən
ədəbiyyatı qəbul etdikdə olduqca dözümlü və yorulmazdı. Elə
ki, məşğul olduğu iş yeni bilik vermirdi, artıq çoxdan
bildiklərinin təkrarı, oxunması olurdu bu işlər dərhal yorurdu
beynini. Yorulan kimi də əsəbləşməyə başlayırdı. Hər halda o
214
hər gün Larisaya baş çəkməli olurdu. Hər dəfə də Larisaonu bir
donda, bir ləvində qarşılayırdı. Larisanın qırmızıdan ala, aldan
yaşıla, göyə maviyə, açıq çəhrayıya, açıq narıncıya və onların
çalarlarına dəyişən bu qoluaçıq, sinəsi, kürəkləri açıq ev
geyimləri, gündən-günə lalıxlayıb yetişməkdə olan dilsiz
baxışları onu narahat edib çaşdırmaqda idi.
Sonuncu, disertasiyas
ını yazıb qurtardığı gün Larisa açıq
çəhraynın döşü, qolları, kürəyi açıq, bədənə yapışıb bədənin
bütün cizgilərini qabarıq göstərən ipək xalatında idi. Vərəqləri
divan estünə töküb sistemə salırdılar. Larisa suvaşa-suvaşa,
söykənə-söykənə büyün dörd nüsxəni qovluğa qoyub ona verdi.
Indi Orxanın minnətdarlıq etmək, öz razılığını bildirmək
növbəsiydi. Pul təklif etmək çox ayıb bir işdi. Diplomatını açıb
oradan Fransada tikilmiş, son dəbdə bahalı, açıq-yaşıl rəngli bir
don çıxarıb Larisaya uzatdı:
-
İqorla bəyənib almışıq. 46-nın 4-cü boyundadı. Iqor dedi
sənin boyun belədi.
-
Hə lazımdı axı bu?
-
Bəs bir belə əziyyət verib işlətmişəm səni, kiçik bir
hədiyyə də almayaydım sənə?
-
Onda üzünü o yana çevir, geyinim, gör necə yaraşacaq
mənə.
Orxan üz
ünü o yana çevircək Larisa əynindəki xalatı
sivirib divan üstünə ataraq anadangəlmə qaldı evdə. Axı üzü o
yana çevirməyin nəydi xeyri, Larisa xanım, eviniz ki, büsbütün
aynabənddi, hara baxırsan özünü görürsən, özünlə bir yerdə
olan adamı görürsən? Güzgüdə Larisa onun baxışlarıyla
qarşılaşıb alışdı elə bil:
-
Bir gəl mənim yanımda əyləş Orxan!
Larisa onun hədiyyəsini geyinməkdən vaz keçib elə bütün
qabaq düymələrini açıb çiynindən saldığı öz xalatını geyinərək,
düymələrini bağlamağı belə gərək bilmədən Orxanın önündə
əyləşib gözlərini ona zillədi. Elə bil axıb getmək istəyirdi
Larisa onun gözləri içində, batıb qəhr olmaq arzusundaydı.
215
Qıçlarının üstü açılmışdı, sinəsi, döşləri ağ-appaq idi, dodaqları
açıla qalmışdı. Orxan onun bu təmasından qorxub çəkindi, bu
gözəl qadın fiziolojisinin ajdaha çəkişindən, dişilik cazibə-
sindən titrəyib avazıdı, sarsıldı.
-
Gəl yaxına Orxan, utanma məndən. Mən vurulmuşam
sənə, sevirəm səni. Dəliyəm dərdindən, divanə kimiyəm.
-
Mənim nəyimə vurulmusan Larisa, mən də vurulmalı nə
var?
-
Sənin bənövşə gözlərinə, alma yanağına vurulmuşam.
Qafqaz saçlarına, Qafqaz cizgili gözəl çöhrənə, utancaq
gözəlliyinə, hər şeyinə. Gecələr yuxumdan çıxmırsan Orxan,
hər gecə görürəm səni, oluram sənlə-ayrı bir şeydən danış
Larisa.
-
Bilirəm hamısını, qızlar deyiblər mənə: səndə ehtiras
yoxdur. Deyirlər anadangəlmə qüsurdu səndə. Professorun o
biri katibələri də deyib, şəfqət bacıları, kitabxanaçılar da deyib,
hələ Tanya da deyib. Bu qüsurun da eyb eləməz Orxan, fərq
eləməz mənə. Gəl yanıma, sənin gözəl gözlərin, qaşların,
sifətin, dodaqların gərəkdi mənə, kişiliyin heç olmasın. Qoy
səni doyunca öpüb məst olum Orxan!
-
Onlar nə bilir anadangəlmə ehtirassızam mən?
-
Təbabətdə belə şey var! Kim sənə yanaşıb, hələ indiyə
kimi ehtiras oyada bilməyib səndə, neyləyiblər mümkün
olmayıb. Bu normal hal deyil. O da bir Qafqaz adamına.
Qafqaz adamı bir işarənə bənddi divan üstünə sərə səni. Kim
bilmir bunu. Gəl gir qoynuma Orxan!...
Orxan hiss edirdi ki, bütün kişilik ehtirası coş verib
üsyankar
bir şəkildə mənəviyyatına qarşı çıxmaqdadır. “Necə
yəni kişilik yoxdur məndə, ehtiras yoxdur? Gör insanda həvəs
qaldırmaqçın nələrə əl atır bu qız! Bilir axı Qafqazlıyam,
coşğunam, qaynardı qanım, dözə bilmərəm belə-belə sözlərə,
əsəbiləşib dərhal sübut etməliyəm kişiliyimi, ehtirasımı.
Bunumu istəyirsən Baltika gözəli, kişiliyimi sənə isbatmı
216
eləməliyimi istəyirsən? Lakin mən sənin hiyləni başa düşürəm,
anlayıram axı? Mən səndən çox-çox zəkalıyam axı?”
Birdən Orxanın qəlbində gözlənilməz bir arzu oyandı:
Larisanın açıq kürəklərinə baxmaq, onun kürəklərini
Sürəyyanınkı ilə müqayisə etmək!
-
Gəl yanıma Larisa.
Larisa divan üstündən qalxıb masa yanına gəldi, gəlib də
Orxana sığındı.
-
Neylərsən məni?
-
İcazə ver kürəklərini açıb kürəklərinə baxım.
-
Nə var kürəyimdə?
-Aç
ıq qız kürəyinə baxanda ehtiras oyanır məndə,
istəməzdinmi?
Larisa üzünü o yana çevirib dərhal xalatını çiyinlərindən
saldı. Yanları qatmayla bağlanmış çəp bir üçbucaqdan başqa
pal-
paltar, örtəcək yoxdu Larisanın əynində, heç döşlərini
saxlayan döşlək də yoxdu. Elə beləcə lüt-üryan, soyundurulu
bir yunan heykəlitək çıl-çılpaq qalmışdı Larisa, ap-açıcaq
qalmışdı.
“
İndi mən sənin kürəyinə necə baxım Larisa? Axı örtülü
haran qaldı, açıq kürəyinə baxım? Sənin hər yerin açıq, səndə
hər yer baxmalı, kürək tay gərək olmadı Larisa. Mən sənin
təkcə açıq kürəyinə baxmaq istəyirəm, bu kürəkdəki romanti-
kanı, füsunkarlığı, möcüzəni görmək, duymaq istəyirdim. Indi
uçub
getdi onlar hamısı, nə romantika qaldı orda, nə
füsunkarlıq qaldı, nə möcüzə qaldı, sənin belə büsbütün
açılmağınla bir maral tüpürcəyinə dönüb yel apardı onları
Larisa, bir buğanaq götürüb apardı, dağ döşündəki bir topa
duman bürüncəyi kimi yel götürüb apardı. Bir əsrarəngizlik, bir
füsünkarlıq qalmadı o kürəklərdə. Süd kimi bir ağ bədən var
indi önümdə, incə, gözəl, yaraşıqlı bir qız fiziolojisi var,
s
oyundurulu bir şəhvət qapısı var. Romantika yoxdu amma”.
Indi mən də bir mən olmaqdan çıxmışam fəqət Larisa, indi mən
də bir kişilik fiziolojisi olmuşam. Arxandan baxdığım yetər
217
Larisa üzünü çevir mənə, divan üstünə qoy sərim səni . Sən ki,
buna can atırsan, bunu istəyirsən. Amma sonra demə bir Qaf-
qaz oğlunu əfsunlamışam, sevgili etmişəm özümə. İndi bizim
baş verəcək bu mehrimiz nə məftunliqdan deyil, nə məhəb-
bətdən, nə şəhvətdən deyil Larisa, sadəcə bir tibbi müayinə
kimi, yoxlama kimi bir şeydi, bir qan təzyiqi ölçülməsi, bir
mədə şirəsi götürülməsi kimi əməliyyatdı sadəcə bu”.
Larisa üzünü ona çevirib qollar
ını boynuna dolaqladı,
məstanə baxışları ilə yemək, içmək, sümürmək, udmaq istədi
onu. Ona elə sıxılmış, elə suvaşmışdl guya onunla qovuşmaq,
birləşmək, birləşib vahid adama çevrilmək həsrətindəydi. Guya
ayrıca bədən olmaq, ayrıca varlıq olmaq işgəncəymiş, əzabmış
Larisa üçün, müstəqilliyini, ayrıcalığını itirməklə bu təkcəlik
əzabından, bu vahid olmaqlıq işgəncəsindən qurtaracaqmış
Larisa.
-
Larisa, bax mən səninlə evlənməyəcəyəm.
-
Kim deyir evlənəsən?
-
Bəlkə uşağın qaldı?
-
Qorxub eləmə, dərman qəbul eləmişəm .
-
Bax, Larisa ikinci dəfə bu istəkdə olma. Yaxşı?
-Orxan, namuslu sözümdü, olmaram.
Larisa həssas gözəlmiş. O doğrudan da vədinə əməl
edərək bir daha bu istəkdə olmadı. Özünü də hər yerdə elə
aparırdı guya heç belə bir şey olmayıbmış onların arasında.
Amma o biri şəfqət bacəlarının, katibələrin gözləri süzülürdü
nəsə onu görəndə, əzilib büzülürdülər, ona yaxılırdılar. Bu
Larisanın günahı idi, fəqət bu günahını bağışlayıb bu barədə bir
söz demədi Baltika gözəlinə. Bir də tək qalmağa qorxurdu
Larisayla. Belə vaxtlarda dil açıb ondan bir təmənnada olmasa
da gözlərində, yanaqlarında alışan o dişilik ehtirası əzib məhv
eləməkdəydi Orxanın hissiyatını, mənəviyyatını. Özünə qarşı
dərincə bir kin oyanırdı qəlbində. Larisa elə baxırdı ona, guya
ye
məli bir meyvəymiş, almaymış, ərikmiş, şabalıdmış Orxan,
guya içməli bir şərab piyaləsiymiş, bir kostyum imiş geyilməli
218
impo
rt, bir don imiş, bir palto imiş əcnəbi etiketli, bir yapon
zontikiymiş, bir yapon maqnitofonu imiş ələ götürməli, sahib
olmalı, bir jiquli avtomobiliymiş rulu arxasında əyləşilməli.
Yeyilməli içilməli, geyilməli, istemal olummalı bir mal imiş,
əşya imiş nəysə. Həm də yeyən, geyən, sahiblənib zövq alan da
o deyil, Larisaydı. Larisaydı acgözlüklə, hərisliklə icte”mal
edib zövq alan, həzzinin şirinliyindən, ləzzətindən titrəyib əsən,
coşan, dalğalanan. Oysa sadəcə istehlak məhsuluydu, almaydı,
şrabdı, Moskva konfetiydi.
Bəlkə bu duyğularını Larisaya da desin? Larisa onu əzdiyi
kimi mənəviyyatca, o da Larisanı əzsin, zəhərləsin? Lakin çöx
düşünüb vaz keçdi bu istəyindən: axı necə də olsa kişidi o? Bir
dişi ehtirası önündə dayana bilməyib özünü təslim etmiş olsa da
yenə kişidi o? Yaralamaq qadını, zəhərləyib ağlatmaq,
damağını pozmaq yaramaz kişiyə. Larisa ehtirasının quludu.
Ağası haraya çəkib aparsa bir qul kimi üz tutub o yana da
gedəsidi. Larisa da nə günah vardı axı? Günah hamısı Larisanı
bir kənizə döndərən o ağadadı. İndiki əsr onu ağa seçib özünə.
Tək Larisa deyil ki, onun əlində müjə, bir kənizə çevrilən?
Larisa çırpək kimi kövrəcik, incə bir qızdı, bir əsrin saysız-
hesabsız Larisalarını bir kəniz kimi, bir qul kimi yesir edən belə
möhtəşəm bir HİSS önündə necə dayansın, necə duruş gətirsin
belə incə, belə kövrək bir yaradılış?
İndi Orxanın qəlbinin dərinliklərində yeganə bir arzu
alışmışdı: Azərbaycana qayıtmaq, öz rayonlarına gəlib rayon
xəstəxanasında, lap olmasa bir kənd xəstəxanasında həkim
işləmək. Uzun zəhmətdən sonra dartılıb gərginləşmiş sinirlərini
kənd həyatının sakit, yavaşımış, yeknəsəq həyat tərzində
yumşaldıb keyitmək, sakitləşdirmək.
Bir də Larisa Sürəyyanı yadına salmışdı. Gecə-gündüz
gözləri önündən getmirdi Sürəyya şəkli, Sürəyya görüntüsü.
Nədənsə ona elə gəlirdi ki, Azərbaycana çatan kimi tapacaqdı
Sürəyyanı.
219
Müdafiədən iki ay sonra onu İqor, Tanya və Larisa
təyyarəyə mindirib Vətənə yola saldılar. Təyyarədə baxıb gördü
cibinə bir konvert qoyulub. Larisa qoyubmuş konverti! “Mənim
uzaq
elli şahinim, Qafqazlı sevgilim, Larisa heç vaxt
unutmayacaq səni. Nə vaxt könlün istəsə bu ünvana teleqram
vur, məktub yaz, dərhal uçub yanına gəlim.” Konvertin üstündə
səliqəylə Larisanın ünvanı yazılmışdı.
Dostları ilə paylaş: |