***** ****** *****
Sürəyya anası üçün sağalmaz bir dərd, bir yara olmuşdu.
Gülsüm arva
d gecə-gündüz əli qoynunda fikir-fikir eləyir,
qızından yana ağır əzablar çəkirdi. Yanına getmədiyi bir molla
hüzuruna getmədiyi bir cindar bir fırıldaqçı qalmamışdı.
Pirlərə, ocaqlara gedir, baxtaçanlara, falçılara, min cür
hoqqabazlar
a müraciət edirdi. Sürəyya anasının bu işlərindən
xəbərdardı, onlardan bir az da hələ nəşə alırdı. Əyləncəli gəlirdi
224
anasının bu çalışıb vuruşması. “Qoy neyləyir eləsin,-
düşünürdü ürəyində, -anadır də, o da istəyir başqaları kimi öz
qızını oğullu uşaqlı görə”. Doğrudan da indi Sürəyyanın tay-
tuşları hamısı ərə getmişdi, hərəsinin üç-dörd uşağı vardı, ev-
eşik sahibi olmuşdular. Sürəyya isə hələ də qara “yas” paltarı
geyinib subay gəzməkdəydi. Nə olmuşdu qızına, başına nə iş
gəlmişdi, fikir-fikir eləməkdəydi arvad. Ha fikirləşirdisə də
ucunu bir yerə aparıb çıxara bilmir, beləcə mollaya, cindara,
falçıya müraciət etməli olurdu. Bunlardan da heç bir nəticə
hasilə gəlmirdi. Axırda bir ürək döyünməsi tapdı arvad. Bir quş
ürəyi kimi çərpınırdı arvadın ürəyi. Bir neçə həkim yanına
aparıb gəstərdilərsə də çarə tapıb arvadı bu dərddən qurtaran
olmadı. Qorxmağa, anasından yana iztirablar çəkməyə başladı
Sürəyya. Axı heç elə bir dərdi də yoxdu anasının, Sürəyyanın
dərdindən bu günə düşmüşdü, Sürəyyanın fikrini çəkməkdən
belə omuşdu. Yalnız Sürəyyanın bir oğlan seçib ərə getməsinə,
ev-
eşik yiyəsi olmasına bənddi arvad.
Atas
ı bir gün anasını götürüb o adı çıxmış alim həkimin
üstünə apardı. Həkim, deyirdilər Leninqradda alim olub gəlmiş
kimsə çox bilikli cavan bir adamdı. Bu həkimin yazdığı dava-
dərman doğrudan da sağaltmağa başladı anasını. Indi arvadın
ürəyinin döyünməsi, çırpınması dayanmış, əvvəlki halına
qayıtmışdı. Gülsüm arvad gecə-gündüz alxışçıydı həkimə, elə
hər sözü-söhbəti ondandı. “Əsil loğmandı vallah, heç Loğman
da belə olmaz!”-deyirdi; indi də yeni bir fikir doğmuşdu
arvadın başında: Sürəyyanı aparıb o həkimə göstərmək ! “Sənin
işin həkimlikdi bala o həkim də Loğmandı, tapacaq baxan kimi
dərdini, gəl sən razılıq ver, səni o həkimin üstünə aparım”.
-
Həkimə nə deyəcəksən ana, deyəcəksən nəsə çatışmazlıq
var qızımda, ərə getmək istəmir qızım?
-
Noolar ay bala heylə deyəndə?
-
Bəs mən neyləyəcəyəm onda, mat-mat durub baxacam
cavan həkimin üzünə?
225
-S
ənin yanında demərəm bala, qabaqca tək girib özüm
təklikdə deyərəm. Nolar, həkimdi də hər sir demək olar, nə
qoca, nə cavan?
-
Ay ana, ürək xəstəliyidi bu? Belə xəstəlik qadın xəstəliyi
olar, ürəkdən olmaz axı!
-
Boy başına dönüm ay bala, hər şeyin kökü ürəkdə deyil?
Demirsən ürəyim istəmir? Demək maddə də elə ürəyindi qızım.
Sən gəl razılaş, aparım səni o həkimin üstünə, həkim deyil
vallah, Loğmandı bala!
-
Mən öz dərdimi özüm bilirəm ana, məndən ötrü o molla-
cindar yan
ına getməklərin də havayıdı!
-
Bəs indi mən nə daş salım başıma, nə qayrıram, özün də
dərdini demirsən, mollaya, pirə inanmırsan, həkimə deyirəm
getmirsən...
Arvad doluxsunub a
ğladı. Sürəyyanın özünü də ağlamaq
boğdu, böyük qız olandan bəri ilk dəfə anası yanında ağladı.
Ürəyi sakitləşib özünə gələndə anasına ürək-dirək verməli oldu:
-Bir il qal
ıb ana, bircə il. Bax, bu bir ili də gözlə, ondan
sonra Rüstəm qağamın canına kim gəlsə qapımıza rədd
etməyəcəyəm elçisini. Bax, and içdim, inan mənə.
Gülsüm arvad o gündən sonra açılmağa başladı.
Danışdıqları günün tarixini bir şahid kimi divara yazdırmışdı:
10 Noyabr. Əl altından iş də görürdü arvad. Bəzi oğlan anaları
ilə danışıq da aparırdı altdan-altdan. Ara-bir görürdün bir cavan
oğlanı tərifləyir qızı yanında, bir söz almaq istəyir qızından. Di
gəl, qızının üzündə bir maraq işartısı tapa bilməyib yenə
ümidsizliyə qapılırdı arvad.
İl dəyişib Sürəyyanın gözlədiyi onuncu ilin İyul ayı
gələndə anası Zakirin ailəsiylə Sürəyyanı yaylağa göndərdi.
Yaylaq qızın qəlbində görünməz-bilinməz yaralar açdı. On
ildən artıqdı gəlməmişdi yaylaqlara. Indi bu yerlərə gəlib on il
qabaqlar
ın o qayğısız çağlarını andıqca selə-suya dönüb axırdı
qız. Bu göy yaylaqlar başında bir yeniyetmə qız ömrünün on
ildən artığı keçmişdi. Gözünü açıb dünyaya baxandan bəri
226
Sürəyya hər il bu yaylaqlara gəlmişdi. Hər bulaq bir xatiratı ilə
bağlıydı, hər şırıltı bir məhəbbət mahnısı oxuyurdu ona, hər
yamac bir ümid burnuna dönüb dadlı-dadlı xəyallara daldırırdı.
Nolardı bax, bu uca dağ qılıcını o tərəfə aşıb bu yaşıllıq içində,
bu yiyəsizlik içində birdən Kamalla rastlaşa. Olmaz niyə?
Vallah nə desən gözləmək olar bu dünyadan. Nə desən. Bir
qaya dibində bir topa gül çiçək dərib oturduğu yerdə bir də belə
qayıdıb görər budu ona sarı gəlməkdədi Kamal. Başında o iri
kepkası, əynində Volodarski tikişli, üstü toza batmış köhnə
kostyumu, ayağlnda 8 manatlıq ayaqqabı budu gəlməkdədir.
Bəzən gözlərini yumub uzun müddət beləcə gözləri qapalı qalır,
bəlkə mö”cüzə baş verə bilər birdən, gözlərini qəfil açıb görər...
Fəqət nə möcüzə baş verirdi, nə də bir adam gəlib çıxırdı.
Tam yiyəsizlok, tam sakitlik, uca dağ başı, qəlbi bir qaya dibi.
Həzin bir mahnı gəlib dolurdu sinəsinə, “sona bülbüllər”
oxuyurdu. Oxuduqca da nəfəsi tıncıxır, gözlərinə pərdə gəlirdi.
Mahnını hər dəfə oxuyub qurtaranda yanağında nəsə bir
gicişmə, dartınma duyub bulaq üstünə enirdi. Bilirdi nədəndi
bu,
bilirdi ərp bağlayan yaş yeridi yanaqlarını dartıb incidən.
Bəzən belə vaxtlarda ürəyindən səfsətələr keçirdi: andını
təzələmək, yenidən on il vaxt götürmək. Axı, Kamalsız səadət
olmayacaq ona, axı, Kamal qoymur bir başqasına mehr sala,
ünsiyyət bağlaya. Nərgizə verdiyi sözü bir təhər geri götürə
bilərdi. Başa salmaq olardı Nərgizi, bəs anası? Anasına verdiyi
vəd? Pozsaydı anasına verdiyi və”di bir də o baş həkimə
yavıncı olaydılar gərək: anasının xəstəliyi başlayacaqdı o saat,
ürək sıxılmaları başlayacaqdı.
Bəzən heç bir şey görünmürdü gözlərinə. Anası da
görünmürdü. Bu ucalıq, yüksəklik peşində, bu allı-yaşıllı
çəmənliklər əhatəsində, başı üzərində dağ qartallarınin qanad
gərib süzdüyü, gözləri önündə dibsiz uçurumlar, dərələr
quylandığı, qəlbində dərya dərdinin dalğalandığı, ilk eşqinin,
ilk məhəbbətinin yada düşüb sinəsini yandırdığı, bir qaya
227
dibinə söykənib gözlərini yumaraq yumulu gözlərin önündə bir
xəyali sevgilin gəlib durduğu yerdə nə ata, nə ana.
Dözüb dayana bilmədi Sürəyya dağların bu oyandırıcı,
sevda qaldırıcı ab-havasına. Ildırım çaxmasından qorxduğunu
bəhanə edib isti bir Avqust günündə onları yoluxmağa gəlmiş
atasının QAZ-69- na əyləşərək aranlara yola düşdü.
Kənddə onu bir ürəkbulanması, baş gicəllənməsi tapdı.
Pis-pis yuxular görür, çox na
rahat yatırdı. Başında ağrılar
əmələ gəlirdi. Özü bilirdi bütün bunların səbəbini. Oktyabrın
yaxınlaşmasındandı bütün bunlar. Onuncu ilinin Oktyabr ayının
yetirməsindəndi. Di gəl, anasını başa sala bilmirdi. Sentyabrın
elə ilk həftələrində ağrı-acıları o qədər şiddətləndi Gülsüm
arvad yenə onu haman o baş həkimin üstünə aparmaq eşqinə
düşdü. Sürəyyanın getməməkçin heç bir bəhanəsə də
qalmamışdı. Axırda fikirləşdi qoy anası bu yerə də aparsın onu,
axır əl çəksin, rahat qoysun onu. Həkimin qə”buluna getməyə
q
ızı razılıq verəndə Gülsüm arvadın sevinci yerə-göyə sığmırdı.
Sabahın açılmasını səbirsizliklə gözləyirdi.
Dostları ilə paylaş: |