Şahlar həSƏNOĞLU


*****           ******           *****



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə52/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   48   49   50   51   52   53   54   55   ...   65
2016-2403

 
*****           ******           ***** 
 
Orxan  darvazalarını  açıb  qapıdan  içəri  girdikdə  gördü 
atası budur sap-sağlam, inəyə ot qoyur. Dərhal bildi nəyə çağı-
rıblar onu. Ata-anası ilə çox soyuq görüşdü, özünü qaşqabaqlı, 
çağırıb belə aldatmayla gətirdiklərinə görə də narazı kimi gös-
tərməyə  çalışdı.  Anası  tez  çay-çörək  hazırladı,  Köçəri  kişi  də 
dinm
əz  söyləməz  gəlib  yanında  əyləşdi.  Bir  azdan  bacısı, 
bacısının  uşaqları  tökülüşüb  gəldilər.  Görüşüb  öpüşüb  qaşqa-
bağını sallayaraq atasından soruşdu:  

Nəydi xəstəliyin? Bəs niyə durub gəzinirsən? 

Xəstəlik nədi ay oğul, ayrı işimiz var sənnən. 

Nə işiniz ata? 

Nə  bilim  ay  bala  dayıların  hamısı  da  yığılıb  gəliblər 
burdadılar. Bir azdan köçüb fermaları gedəcək qışlıqlara. Onlar 
burdeykan dedik görək nə qayırırıq. 

Bəs məni neynirdiniz? 

Ay kişi qoy mən deyim, nə uzadırsan belə? Qorxursan, 
utanırsan  oğlundan?  Elə  sən  deyilsənmi  bizi  bu  günə  qoyan? 


 
270 
Xalxın oğulları atalarını görəndə əsim-əsim əsirlər. Səninki heç 
saymır da səni? 

Niyə saymır ay Zöhrə, nə dedim eləmədi oğlum? 

Deyə  bilirsən  heç  eləyə,  ya  eləməyə?  Ay  oğul  səni 
çağırıb  gətirməkdə  belə  məqsədimiz  var.  Nə  vaxtdı  bizim o 
sədrin arvadıyla danışıb bitişib sənin bu anan, demişəm qızını 
oğluma alacam. O da hər görəndə vurub özünü öldürür, elə hey 
səni soruşur. Indi də elçinin biri gəlir biri gedir. Amma arvadın 
da, qızın da, yaf sədrin özünün də könlü bizədi. Ya gərək irəli 
duraq deyək bizimdi qız, ya da deyək kimə verirsiniz verin.  

Ay  ana  dünya  elə  o  qızın  başındadı?  Qoyun  kimə 
verirlər versinlər. 

Qadan  ürəyimə  ay  bala,  bəs  söz  demişik,  umudlara 
düşmüşük, adamıq biz də, niyət eləmişik axı! 
Arv
ad  oxşamayıb  ağlamağa  başladı.  Istədi  anasını 
danlayıb kiridə Köçəri kişi bu yandan özünü saxlaya bilməyib 
başladı uşaq kimi bozlamağa: 

Ay  oğul  qınama  ananı.  Qocalmışıq  tay  bizim  də,  nəvə 
oynatmaq keçir könlümüzdən... 
Axşam  düşcək  bütün  keçəçilər  tirəsinin  kişisini  yığıb 
doldurdular  onlara.  Uşaqların  bir  çoxusunu  tanımırdı.  Baxırdı 
ki, budu boylu-
buxunlu,  bığlı-saqqallı  bir  cavan  gəlib  boynun 
qucaqladı.  Heç  demə  Əskərxan  dayısının  əskərlikdən  gəlmiş 
şofer oğluymuş mırtıymış-Muradmış. 
Kənd yerinin öz adəti, öz qayda-qanunu var. Qohum var 
kənddə,  tirə  var,  tayfa  var,  tayfa-tirə  təəssübkeşliyi  var. 
Obadan-
tirədən irəli çıxmış oxuyub alim olmuş adamlara bütün 
qohum  əqrabaların  sonsuz  bir  pərəstiş,  fəxr  duyğusu  var. 
Orxanla  fəxr  edir  bütün  keçəçilər.  Hamısının  da arzusu var 
qabaqda,  Orxanın  toyunu  eləmək,  toyunda  oynamaq,  oğlunu-
qızını  qucaqlarına  alıb  fəxr  edə-edə  oynatmaq:  “Bakıdan  təzə 
gəlibdilər,  Orxan  kəkimin  oğludu,  qızıdılar!”  Tirənin-obanın 
ağsaqqalı  var,  qarasaqqalı  var.  Məmmədalısı,  Əsgərxanı, 
Gülməmmədi,  Şirməmmədi  var.  Dördü  də  Orxanın  dayılarıdı. 


 
271 
Düzülüblər budu yan-yanaşı, deyib gülüb zarafatlaşırlar onunla, 
keçmişləri  xatırlayıb  xoşal  olurlar.  Çoban-çoluq da olsalar, 
neyləmək olar onlara, nə demək olar? Könüllərindən ki, bir şey 
keçdi  iki  ayaqlrını  bir  başmağa  dirəyib  deyəcəklər  gərək  elə  
belə də olsun. Səni sinələri üstündə böyüdüblər axı, yüz dəfə, 
min  dəfə  çiyinlərinə-dallarına  götürüb  yoxuc  çıxıblar,  eniş 
eniblər,  dəsmalllarını  çıxarıb  burnunun  suyunu  siliblər, 
üzündən-gözündən öpüblər axı. Qanmaz uşaq olub üst başlarını 
batırmısan, bulamısan. Onlar tay da xoş olublar bundan: “əənə 
dur  ay  bacı,  incitmə  uşağı,  sidik  ha  dəyil  bu,  ətirdi  tökülüb!” 
Çiyinlərindən  düşürməyiblər  səni.  İndi  gəl  sözlərini  yerə  sal, 
pərt elə onları. Nə qədər də olsa iş adamlarıdılar, sədrlə qohum 
olmaq xoşdu onlara, xeyirdi. Bəlkə də lap fəxrdi. 
Orxan  çıxılmaz  vəziyyətə  salındığını  duyub  getdikcə  də 
qaş-qabağını  sallamaqdaydı.  Hamı  gəlib  görüşüb  qurtardıqdan 
sonra  başladılar  dağılışmağa.  Axırda  dörd  dayısı,  atası,  anası, 
b
ir  də  bacısı  qaldı  içəridə.  Böyük  dayısı  Məmmədalı  o  saat 
başladı danışmağa: 

Bajoğlu  mən  demişəm  çağırıblar  səni.  Sümüyümə 
oynmaq  düşüb  bala,  “tərəkəmə”  oynamaq  istəyirəm.  O  qədər 
əhd  eləmişəm,  o  qədər  əhd  eləmişəm,  bir  süzəm  Orxanın 
toyunda. Indi də tay vaxt vədə gəlib yetişibdi. Hələ aldatmışıq 
vaxtı  bajoğlu.  Amma  yenə  gec  dəyil.  Kişi  elə  otuz  yaşından 
yuxarı əvlənsə yaxşıdı. 

Bacoğlu  elə bilərsən sədr ilə qohum olmaq xətrinə biz 
səni bu culfalara calayırıq. O heykəl başın üçün yox, bacoğlu. 
Hələ qızın sədr qızı olmağı gödəldib dilimi. Camaatın sözündən 
qorxuruq
.  Deyəcəklər  keçəçilər  tirəsi  görün  necə  əyildilər 
yıxıldılar  sədrə  qohum  oldular,  əmiş-qamış  oldular,  bir  tikə 
çörəkdən ötrü!.. Bu da Əskərxan dayısı idi. 

Ay dayı mən də elə bu sözdən qorxuram. Kaş heç sədr 
olmayaydı kişi, sadə adam olaydı... 

Vay sənin başına dönüm, dayısına çəkən bala! 


 
272 
Məmməalı  dayısı  durub  gəlib  “març”  alnından  öpdü. 
Anası  o  tərəfdən  göz  ağartdı  qardaşına,  atası  bu  tərəfdən, 
olmadı, tay da təvərədən oynayıb çıxdı kişi: Belə olduqda atası 
hirslənməyə başladı: 

Ay  Məmmədalı,  sən  o  topuğu  cırıq  baban  Alının  goru 
qoy bir görək. 

Bura bax, Köçəri, mənim topuğu cırıq Alı babam kasıb 
d
a  olubsa,  kənddə  ondan  başqa  yüzbaşıyla  tüfəng  qıjanan 
olmayıb. Kəl yerinə arabaya qoşulub dərin dərədən yüklü araba 
çəkib çıxarmayıb! 
Bərk mübahisə başladı. O biri üç dayısı da keçib durdular 
böyük qardaşlarının tərəfində. Dedilər olmaz olacaq dəyil, qoy 
sədr  özü  gəlib  yalvarsın  onlara,  kənd  camaatı  da  baxıb 
görsünlər  keçəçilər  əyilib  eləmədilər  culfalara.  Onlar  özləridi 
bu  işi  quran.  Özləri  yalvarırlar  keçəçilərlə  qohumluğa.  Dörd 
çoban,  əllərində  dörd  dəyənək,  damaqlarında  da  dörd  qaylan 
siqaret, birin çəkib birin yandırırlar, bacoğlu da onlar tərəfində. 
Danışığa  obanın  nəki,  ağsaqqal-qarasaqqal var,  Köçəri  kişi 
çağırıb  yığdı evinə. Gecə saat iki olunca mübahisə getdi. Heç 
bir  təbliğat-təşviqat  kar  eləmədi  dayılara.  Axırda  bu  qərara 
gəldilər, qoy sədrin arvadı yanında da sözgəzdirən Telli, gəlsin 
Məmmədalının  arvadı  qara  Suqranın  yanına,  desin  qızı  çox 
yerdən istəyən var, ancaq kişi sizə vermək istəyir, o birilərinə 
könlü yoxdur. Tökülüşün gəlin elçiliyə. Yoxsa heç olub olacaq 
deyil, biz elçi getməyəcəyik sədrin evinə. Bacımızoğlu da bizi 
deyir. 
Orxan hələ üç gün də kənddə qalıb dayılarıyla kefi istəyən 
şəkildə  yeyib  içib  əyləndikdən  sonra  Məmmədalı  dayısının 
müəllim  oğlu  Ziliyə  iş  yerinin  telefonunu verib dedi ony 
çağırası olsalar bu nömrəyə zəng vurub çağırsınlar, dayısının o 
biri oğlunun ZİL maşınına minib qatar ayağına yola düşdü. 
Dayılarının  mərdliyi  yamanca  hallandırmışdı  onu. 
Qatarda da elə hey onların mərdliyini, kişiliyini gözləri önünə 
gətirib  öyüncülü  duyğular  yaşamaqdaydı.  Kişilik,  mərdlik 


 
273 
alimliklə, çobanlıqıa deyil. Kişi elə kişidi, alim də olsa, çoban 
da  olsa.  Bəlkə  də  lap  anadangəlmə  insanın  alnına  yazılıdı 
kişilik. Kişi olmaq istəməklə heç vaxt kişi olmaq olmaz, kişilik 
adamın  xislətində  gərək  olsun,  məqsədində,  amalında,  ətində-
qanında,  canında  gərək  olsun.  əslində,  ulusunda,  nəcabətində 
gərək olsun. Aldığı nəfəsində, içdiyi suyunda, yediyi çörəyində 
gərək  olsun.  Üstündə  gəzdiyi  torpağında,  istisinə  əl  tutub 
qızındığı od-ocağında gərək olsun! 
Kupeyə  kök  bir  kişi  girib  “salam  əleyküm”dən  sonra 
dərhal ağ alıb gətirib ikinci mərtəbədə özünə yer saldı, üzünü o 
tərəfə  çevirərək  elə  o  dəqiqəcə  yuxuya  keçib  fısıldamağa 
başladı.  “Bəxtəvər!”  –  deyə  düşünüb  köksünü  ötürdü.  “Bax, 
budur əsil istirahət, əsil yaşama!” 
O da bu kişi kimi etmək istədi. Vaqon yola düşən kimi ağ 
alıb gətirib kişi ilə üzbəüz ikinci mərtəbədə yerini düzəltdi. Alt 
yerlər satılmamışdı, yiyələri gəlməmişdi. O biri kupelər də elə 
bunlarınkı  kimi bom-boşdu,  gedən  çox  azdı  bu  gün.  Yerinə 
uzandıqda anladı ki, haqlı çevirirmiş üzünü kişi, koridorun işığı 
qapı  arasından  düz  adamın  gözlərinin  içinə  düşürdü.  Durub 
xidmətçi  qadını  taparaq  xahiş  etdi  keçirsin  koridorun  işığını, 
qapıların dibləri laxdı ordan işıq düşüb qoymur adam yatmağa. 
Koridorda işıq da söndürüldü, lakin yenə gözlərinə yuxu gəlib 
yata  bilmədi.  Başında  alalı-qaralı  düşüncələr  gəzirdi.  Üz  üstə 
uzanıb pəncərə önündən gecənin qaranlığına dikildi, uzaqlarda 
sayrışan işıq topalarına, yaxınlardan ötüb keçən işıq qaçışlarına 
tamaşa  etməyə  başladı.  Fikirlər,  xəyallar  dalğa-dalğa  gəlib 
keçirdi  başından;  otuz  üç  ilin  bir  röya  kimi  uçub  getmiş 
yaşantıları,  xatiratları  lövhə-lövhə,  səhnə-səhnə  gəlib  gözləri 
önündən  keçməkdəydi.  Qərib-qərib  mənzərələr,  dadlı-dadsız 
xatirələr  keçirdi  gözləri  önündən.  Bir  yandırıcı  nisgil  gəlib 
dolmuşdu  ürəyinə,  didib-dağıdırdı  ruhunu,  ömründə  ilk  dəfə 
hönkürüb ağlamaq istəyirdi, bulantılı axıntılar tökmək istəyirdi 
çölə. Kim biləcəkdi, kim görəcəkdi, bu yatıb fısıldayan şişman 
kişidən  savayı  kim  vardı  burda,  kim  də  görə.  Öz-özündən 


 
274 
utanıb  cilovladı  sinirlərini,  lakin  onda  da  boz  pərdələr  çəkildi 
gözlərinə, iriləşib şüşələndi pərdələr,  gilə-gilə olub gözlərində 
şölələndi. 
Tale  niyə  belə  sillə  çəkdi  ona,  niyə  belə  əzablara  saldı? 
Kimə neyləmişdi Orxan? Hansı suçu işlətmişdi hansı bəd əməli 
tutmuşdu? Hələ bir adama qarşı pislik etdiyi, namərdlik etdiyi 
olmayıb  bu  günəcən.  Tale  bəs  niyə  belə  sınadı  onu,  bərkə 
çəkdi? Özü də belə incə, belə zərif bir məsələdə sınadı? 
Gəlib  çatmış  olduğu  bu  ağıl  yüksəkliyində,  yaş 
səviyyəsində  məhəbbəti  onun  üçün  heç  də  ən  yüksək,  ən 
mötəbər bir həyat idealı demək deyildi, özünə, şəxsi məni üçün 
bir ideal olanlara üçüncü şəxsin gözüylə baxmağa çoxdan adət 
etmişdi,  onları  yaxına  buraxıb  qəlbinə  varlığına  hakim 
kəsilməsinə  imkan  yolu  verməzdi.  Lakin  indi  elə  bil  dəryaya 
çevrilmiş  bu  yığıntıları  önünü  kəsən  bəndini-bərəsini  uçurub 
dağıtmışdı, dərya coş verib bu bəndlər arxasındakı bağlı-bağatlı 
şəhərlərini,  kəndlərini  köpüklü  dalğalar  əhatəsinə  almışdı. 
Bəndi  qırılmışdı  sinirlərinin,  özünə  üçüncü  şəxsin  gözüylə 
baxmağa vərdiş etdirmiş o yüksəklikdəki ağlının, zəkasının. 
Məhəbbət,  ideal  saydığı  nəsnələrin  heç  də  ən  mötəbəri 
deyildisə də nəsə olduqca ülvi, olduqca incə, olduqca şirin bir 
idealmış insan həyatına, əvəzsiz bir duyğuymuş, hava kimi, su 
kimi,  ana  torpaq  kimi  gərəkli  olan,  istənli  olan  həyati  bir 
məsələymiş. Əfsanəyə, nağıla bənzəyişli kövrəcik bir diləkmiş, 
ürək titrədici, könül coşdurucu, ruh təzələyici mövhumatmış o! 
İndi  bu  qatar  pəncərəsi  önündə,  bu  gecə  işıqları 
sayrışımında  birdən  ona  elə  gəldi  ki,  bütün  yerdə  qalan 
ideallarını, duyğu, düşüncərini, zəkasının yüksəlmiş olduğu bu 
üstün  mərtəbəsilə  birlikdə  məmnuniyyətlə  əvəz verib 
dəyişdirərdi  bu  möcüzəyə:  həkimliyini,  alimliyini  bütün  digər 
həyat ideallarını, indiyənədək əldə etmiş nəyi vardısa hamısını 
qıypınmadan,  çəkinmədən,  bir  kirişkələnib  eləmədən  dərhal 
dəyişdirərdi bu əfsanəyə, bu nağıl qədimliyinə. 


 
275 
Ö
mür  barlı-ürünlü  bir  yaşıl  ağac  isə,  məhəbbət  onun 
budaqları  boyunca  alışan  bəyaz  çiçəkləri  deyilmidir?  Ömrün 
barı  bu  çiçəklər  içindən  doğub  yetişər,  ömrün  çəyirdəyi  bu 
çiçəklər içindən çırtlayıb çıxar, uyuşuq tapar. Bu çəyirdəklərsiz 
bir ömür bir heçdir
, puçdur, mənasızlıqdır, qup-quruca, barsızca 
bir  söyüd  ağacıdır,  amalı,  məsləki,  gələcəyi  olmayan  boş  bir 
şeydir onlarsız ömür! 
Bu bəyaz çiçəklər isə yalnız insan tam bir bütöv halında 
ikiləşəndə,  qoşalaşanda  açılır,  çəyirdəklər,  meyvələr  gətirir 
ömür ağacında. Bu tamlığında, qoşalığında mutludu insan oğlu, 
bir-
birini  mənaya  mindirib  çəyirdəkləndirən,  barlandıran  bu 
nəcib,  romantik  ikiliyində  xoşbəxtdir  insan  oğlu.  Tamdı, 
bütövdü həm də, bu ikilik orbitində, bu ikilik cazibəsində, bu 
ikilik  möcüzəliyində  güclüdür,  onatlıdır,  sarsılmazdır  insan 
oğlu! 
Bu ikilik xaricində acizdi insan, yesirdi, yenilən-sarsılan, 
zəifləyib  tabe  olandı,  boyun  əydiriləndi,  qanadları  qırılıb 
dağlara-daşlara  çarpdırılandı.  Qoşa  qanad  olub  bu  ikilik  onu 
buludlar ucalığına, başı qarlı zirvələr yüksəkliklərinə qaldırardı, 
səmalarda,  göylərdə  gəzdirərdi,  bir  şahin  nikbinliyi,  bir  qartal 
cəsarəti gətirərdi ona. Tək qanadla nə yüksəkliklər peşində olur 
olsun  qartal  bir  qartal  deyil  artıq,  bir  əşyadı,  bir  ağırlıqdı 
girdablara doğru uçurlanıb düşəcək, cansızca bir cəsəddi fəqət! 
Tək  qanadlı  bir  ağırlıqdı  indi  Orxan,  cəsəddi  indi  tək 
qanadlı,  bir  qartal  cəsədi.  Uçuş,  yüksəliş,  ucalıqlara, 
yüksəkliklərə  gerçək bir qartal qalxışı  yoxdu onunçün. Yalnız 
Sürəyya  ilə  qoşalıqda  mümkübdü  bu  qalxış,  Sürəyya  ilə 
çiçəkləndikdə mümkündü bu uçuş, bu yetiş, bu yüksəliş!  
Bu  da  bir  möcüzəsidi  insan  oğlunun,  bu  da  bir  fitrətidi. 
Otuz  üç  illik  ömründə  bir  an  kimi  ötüb  keçən  üç  günün 
yaddaşıdı  Sürəyya!  On  il  ötüb  keçib  bu  üç  günün  üstündən, 
sərasər  on  il!  Fəqət  çıxara  bilmir  hafizəsindən  bu  üç  günün 
yazdıqlarını,  bu  üç  günün  cızdıqlarını,  unuda  bilmir  bu  üç 
günün  mənəviyyatına,  qəlbinə  hopub,  ürəyinin  ən  dərin 


 
276 
guşələrinə saldığı izləri, ləpirləri, xilas olub qurtula bilmir bu üç 
günün  sinirlərində,  duyğularında  oyatdığı  xəstəlikdən, 
qızdırmadan, təsirdən! 
Bununla məcüzədi insan oğlu, bununla fitrətlidi, bununla 
onatlıdı,  əfsanələşən,  nağıllaşan,  dillərdə  dastan  olub  danışı-
landı.  Bu  fitrət,  bu  əsrarəngizlik  olmayan  yerdə  ən  adi  bir 
bioloji-
fizioloji varlıqdı, miskinlikdi insan oğlu, ötəyə keçəməz 
bu səviyyədən, aşamaz insan oğlu! 
Bu əsrarəngizliyi ilə adi bir ağac çiçəkləməsindən misilsiz 
yüksəkliklərə  qalxır  insan  duyğusu,  insan  sevgisi.  Bilməzsən 
necə  gəldi, bilməzsən necə  gələcək, necə  gedəcək. Gələcəkmi 
bir gün, gedəcəkmi bir vaxt? Bilməzsən hardan gələcək, hansı 
səmtdən əsəcək, hansı çağlarına düşəcək. Ömrünün çiçəklənən 
baharınamı,  yarpaq  olub  tökülüşən  payızınamı  düşəcək. 
Bilməzsən, anlamazsan bunu, baş açmazsan bu sirdən. Bununla 
romantikdi  insan  sevgisi,  insan  duyğusu,  bununla  cazibəli, 
bununla çəkişlidi, istəklənən, arzulanan, diləklənəndi. Hər kəsə 
xoş olan, həmişə yaşıl olan, hər cağda cavan olan əfsanəvi bir 
duyğudur insan məhəbbəti!.. 
Yuxu  gəlib  şirin  bir  istək  kimi  gözləri  içinə  dolmuşdu, 
lakin  beynindəki  bu  düşüncə  selintilərinin  əzmini,  mətanətini 
sarsıdacaq  bir  gücdə  deyildi  yuxusu.  Karvan-karvan  gələn  bu 
düşüncələr  dumanı  önündə  zəifcə-zəifcə  ötən  bir  yamac 
küləyiydi  yuxusu,  onatı  çatmırdı  dağıtmağa  bu  dibsiz  duman 
karvanlarını.  Dirsəkləri  uyuşub  üzüquylu  balış  üstünə 
düşmüşdü. Gecənin işıq oynaşımını seyr edə bilmirdi. Gözlərini 
bərk-bərk yumub bir röya aləminə qovuşmağa amaclı idi. Lakin 
hər dəfə qatarın təkərləri iri bir çıxıntıya düşüb  səslənən kimi 
gözlərini açıb ayılırdı yuxusundan. 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin