***** ***** *****
Səhər saat 9 çatacağında 55-60 nömrəli bir QAZ - 51
maşın gəlib müalıcə-profilaktika fakültəsinin qaldığı uşaq
bağçası qarşısında dayandı. Maşından, arıq, göygöz, üzünü tük
basmış sarılığı-qaralığı bilinməyən 30-35 yaşlarında gülümsər
bir şofer, bir də 22-23 yaşlarında başına yekə çil-çil kepka
qoymuş, sarışın-qırmızı yanaqlı ucaboy bir oğlan düşdü. Oğlan
dar
vazadan içəri girib binaya sarı gəldikdə iki cavan qız gülüşə-
gülüşə onun qarşısına çaxdı:
-
Boy ə Orxan, niyə getməmisən işə?
-
Bəs siz niyə getməmisiniz?
-
Qardaşım gəlib. Bir azdan aparacaq.
-
Mən də kənddən gəlirəm.
-
İcazə almışdın?
-
Yox səs salma.
-
İşın fırıxda onda.
41
Şofer gördü söhbət uzandı, darvazadan girib irişə-irişə
tələbələrə sarı gəldi:
-
Ziq xayl xanımlar. Bizim əmoğlu axşam bərk vurmuşdu,
gördüm burd
a qalsa biabırçılıqdı, aparıb kəndə ayıldıb indi
gətirirəm.
-
Boy, sağ ol Orxan, sən də pozuldun ə?
-
Səfehləmə Natella, sən Nüşürü tanımırsan?
-
Bu ölsün xanımlar bu gecə əlataş eləyib məni. Başına bir
bojqa
su töküb güclə atıltmışam. Dost doğma əmim oğludu,
yalan deyərəmmi? Baxın, heç dünənki paltarıdı əynindəkilər?
-
Sən öl sübutnu deyir!
-
Yaxşı, ay Natella, bilmədin bizimkilər hansı sahəyə
getdilər?
-
Yenə o göygöz Məhəmmədin sahəsinə.
-
Yaxşı, biz getdik Nüşür!
Orxan bunu deyib maşına doğru qaçdı. Nüşür hələ bir az
daqalıb qızları maraqlandırdı.
-
Canlara dəyən oğlandı. Zarafat eləyirəm heylə.
Utandığından qaçıb getdi. Nə qədər eləyirəm ayılmır bacıqızı,
yatılıdı hələ!
-
Hə, çox utancaqdı dayı!
-
Axmaqdı də, heç belə gözəl qızlarla oxuyub utanar
adam?
-
Belə də kefkom əmisioğlu ola-ola!
Lakin "əmisioğlu" siqnalı peydərpey basırdı. Nüşür
kön
ülsüz də olsa qızlardan ayrılıb gəlməli oldu. Mühərriki işə
salıb qızlara baxa-baxa maşını kənd yoluna çıxardı. Nüşürün
tülkü yerindən dutmamışı gəlib oldu beləcə saat 9. Orxan
kənddə saat beşdən oyanıb onu gözlədi. Nüşür yalnız saat 8-də
gəlib çıxdı. Orxan qaşqabağını töküb gileyləndi:
-
Ay Nüşür nə təhər adamsan, demirdin lap tezdən durub
gələcəksən?
-
Başın sağ olsun həkim, eşitməmisən şoferlərə yetmiş
üçüncü millət dediklərini? Düz söz olar şoferlərdə?
42
Orxan da bundan sonra bir söz deməyib maşına oturdu.
Bütün yol boyu Nüşür məzəli lətifələr danışıb onu güldürmək
istədi. Amma Rafael müəllimin sir-sifəti gəlib gözləri önündə
durunca gülüşü üzündə donub qalırdı. İndi də elə onu
fikirləşirdi görən nə desin müəllimə.
-
Qağa bu qızlar sənnən oxuyur? -Nüşürün sorğusu
fikrindən ayıltdı onu.
-
Mənnən oxuyurlar.
-
O ağ-appaq qız da?
- O da.
-
Yaf elə bir sinifdə?
-
Bir sinifdə.
- Heç bir skamyada oturmusan onunla?
-
Oturmuşam.
-
Vay dədə vay! Bəs nə təhər dinc durmusan, həkim?
-
Şofer deyiləm ona görə.
-
Demək şofer vələddüzzinadı, həkim?
-
Yox, heylə demədim.
-
Heylə dedin, həkim!
Nüşür buralara yaxşı bələddi. Düzdü, onların kəndi qonşu
rayonun qonşu kolxozunda yığırlar. Nüşür də avrallara xidmət
eləməlidi. Ancaq Nüşür də öz bildiyində, öz çal-çapındadı. O
dildə ondadı nə təhər olsa çıxacaq işin içindən. Amma elə bil
çox getdilər. Həmişə heç on beş dəqiqə keçməmiş çatırdılar.
Nüşür isə hələ yol getməkdədi. Həm də bir asfalt yola düşüb
asfaltla gedirlər, Məhəmmədin sahəsinə isə heç vaxt belə asfalt
yolla getməyiblər.
-
Ay Nüşür elə bil çox getdik axı? Bu nə asfalt yoldu
belə?
-
İndi mənə tanıdacaqsan Məhəmmədin sahəsini?
Əlbbətdə düz deyir. Hərləyib farlayıb onda görəcək
Məhəmmədin sahəsinə gətirdibdi onu. Daş yola düşəndə lap
arxayınlaşdı. Bu yolla da bir 3-4 km getmiş Nüşür sol tərəfdəki
artezianı göstərib dedi:
43
- Bax, bu
artezianı yaxşı qadında saxla!
-
Nədi ki?
-
Sonra bilərsən!
Bu neyləyir belə? İndi də bir kənd içinə girdi. Əyri-üyrü
yollarla kəndin içindən keçib bir narlığa çıxdı. Narlıqdan keçib
maşını saxladı:
-
Çatdıq, di düş!
-
Burda heç pambıq sahəsi var, haradı bura?
-
Necə yoxdu? Bəs niyə düşürürəm səni?
-
Var, niyə görünmür?
-
Düş çıx o dikin başına, görəcəksən!
Orxan maşından düşüb dikə sarı aralaşcaq Nüşür arxadan
səsləndi.
-
Bayaq göstərdiyim artezian vardı ha, Məhəmmədin
sahəsi oradı, həkim. Şoferləri bic-bəzzat sayırsan, di piyada
qayıt get!
Bunu deyib Nüşür damaq ilə qımışıb qazı basdı. Maşın
ardınca qalın toz burulğanı qaldıra-qaldıra gözdən itdi. Orxan
bilmədi gülsün, bilmədi acıqlansan, üzündə hər iki hissdən
qarışıq, kəndə doğru yola düşdü. Onsuz da ona olan olubdu,
axşam Rafael müəllim ağzının bütün zəhərini tökəcək üstünə.
Bu düşüncəylə xeyli getmiş gördü arxadan içi qızlarla dolu bir
yük maşını gəlir. Qızlar çapan çalıb oynaşır, oxuyur,
qışqırışırdılar. Onu görüb heç qamaşmadılar da. Maşın gəlib
yanından keçəndə şoferə əl elədi onu da götürsün. Şofer
mənalı-mənalı gülümsünüb sürəti kəskin azaltdı. Lakin oxuyub
oynamaqlarını dayandırmayan bu qızların yanına qalxmaq
gülünc vəziyyətə özünü salmaq demək idi. Yüyürüb kabinənin
qalxa
cağında dayanaraq orda getmək istədi. Elə maşına çatmaq
üzrə olanda onun yüyürüşünə maraq götürmüş qızlar birdən...
pamidor, qoza ilə atəşə tutdular onu. Qaçıb güclə özünü narlığa
sal
a bildi. Şoferin mənalı gülüşünün səbəbini indi anladı. Üst-
başı abirdan çıxmışdı, papağından, yaxasından, çiyinlərindən
pamidor suyu axıb tökülürdü. Yaylığını çıxarıb yola qayıda-
44
qayıda onları təmizlədi. Bu vaxt arxadan bir maşın da göründü,
onun arxasınca da bir maşın. Hər ikisi də çalıb oynaşan qızlarla
dolu.
İstədi qaçıb narlığa girsin, sonra fikirləşdi niyə axı?
Bayaq günah özündə oldu, çalıb oynaşan qızlara baxıb istehza
ilə gülümsündü, həm də yüyürüb maşına minmək istədi. Bu
dəfə heç dönüb baxmayacaq, maraqlanmayacaq da qızlarla,
daha niyə daşa bassınlar onu? Belə də etdi. Qabaqkı maşın artıq
ötüb keçmişdi, arxadakı maşın isə yetirha-yetir idi. Birdən bir
fit verildi, istər-istəməz qayıdıb baxanda yekə bir pomidor
başına dəyib kepkasını başından saldı. Əyilib kepkanı götürüb
qaçana qədər iki maşın qızın atəşi arasında qaldı. İmkanı da
olmadı barı yerdən bir kəsək götürüb onlara ata.
Medtexnikumun qızlarıydı bunlar, haqlarında eşitmişdi,
ancaq inanmamışdı deyilənlərə, indi özü şahid oldu. Deyirdilər
qızları aparan maşın yolda görünəndə hamı qaçıb aralaşır
yoldan.
Gərək o da belə edəydi. Bir dərs olsun ona.
İndi üst başını dəsmalla təmizləyə-təmizləyə bir gözü elə
geridəydi, qorxurdu bir maşın da gələ. Doğrudan da heç yüz
addım yol getməmiş arxadan bir maşın da göründü. Bu dəfə
cəld qaçıb özünü narlığa saldı, istər-istəməz cır nardan qırıb
ciblərini doldurdu, bir əlinə də bir yekə nar aldı. Bu maşın da
qızlarla dolu idi, ancaq bunlar çalıb oynamırdılar. Hə, bunların
arasında bir neçə oğlan da var, yəqin ona görədi. Hər halda ötən
maşınların hayıfını bunlardan çıxmaq lazımdır. Belə düşünüb
əlindəki narı var gücü ilə maşına fırlatdı. Nar deyəsən yönü o
yana dayanmış qızlardan birinin kürəyinə dəydi. Elə o an da
maşından "vay, ana öldüm!"-deyən bir çığırtı qopdu. Döyüb
maşını saxlatdılar. Oğlanlar maşından təkülüşdükdə Orxan
qaçıb narlığın dərinliklərində gizləndi. Görünür onu
görməmişdilər. Bu işi də yəqin nadinc kənd uşaqlarından bilib
ciddi hesab etmədilər. Bir azdan maşın yenə yola düzəlib getdi.
İndi Orxan özü də pərt olmuşdu. "Vay ana, öldüm!"-
deyən qızın o çılğın çığırtısı qulaqlarından getmirdi.Lap uşaq
işi gördü. Gərək nayılıq eləyən qız uşaqlarına qoşulmayaydı.
45
Ara sakitləşən kimi yola qayıdıb orada arx suyu ilə üst-
başını təmizləyərək yenə kəndə doğru üz qoydu. Yolun
döngəsinə çatanda eşşək arabası sürən bir qocayla qarşılaşdı.
Papağının pomidorunu təmizləyən qarayanız, çopur kişinin daz
başının ortası qıp-qırmızı idi: pamidorun dənələri görünürdü
başında. Orxanı gülmək götürdü: demək bu kişini də onun
kökünə salıblar! Kişi də başını qaldırıb ona baxınca kişini
gülmək götürdü:
-
Ay oğul, səni də bu üzü tökülmüşlər salıb bu hala?
-
Hə əmi! Mərifət var onlarda? heç sənin kimi ağsaqqala
hörmət qoymayıblar, mənə qoyacaqdılar?
-
Qızışıb onlar bala, nə qanırlar ağsaqqalı-qarasaqqalı?
Cəhənnəm vurmaqları ey, oğul, bu qarayaman dəymiş hürkdü
özünü arxa verib addamaq istəyəndə təkər düşdü arxa, araba
yanı üstə aşdı, cağın üstündən yerə gəlib diyirlənib düşdüm
kolun dibinə. Eşşək də orda əvədək, di qoymurlar da qalxıb
arabanı düzəldəm. Maşının biri ötür, biri gəlir. Canın haqqı
oğul açıq başıma o qədər pomidor çırpıblar, bir bax! Pah
atonnan, elə bil tüpüydülər gəlib keçdilər!
-
Məni səndən də pis abıra salıblar, bax!
- Can-
can, bala, görürəm! - kişini yenə uğunmaq götürdü.
-
Bəs, mən arabadaydım qaça bilmədim ay oğul, sən cavan
oğlansan, nə olmuşdu sənə, qaçıb canını qurtara bilmirdin?
-
Aldatdılar məni, əmi, maşını saxlatdılar guya məni də
götürələr. Mən də bilmədim, yüyürdüm minəm, basdılar daşa.
-
Kələyə bax ey üzü tökülmüşlərdə! Hi-hi-hi. Pah
atonn
an, zamanıya bax, qız uşaqlarına bax!
Kişi uğunub keçə-keçə sürüb addadı.
Orxan üst-
başını təmizləyə-təmizləyə yola düzəlib bir
azdan kənd aralığına gəlib çatdı. İdarənin qabağında dayanıb
sahələrə gedəcək bir maşın axtardı. Nəinki maşın, heç adam da
görü
nmürdü aralıqda. Barı bir qocadan, uşaqdan da yoxdu
Məhəmmədin sahəsini soruşa. Özü də bura indiyədək onun
görüb tanıdığı kəndlərdən heç birinə oxşamırdı. Hara gətirib
46
çıxarıb onu Nüşür? Yarım saatdan artıq gözləyib gördü bir
gəlib gedən yoxdur, daş yola çıxıb elə belə, hara gəldi yola
düşdü. Kənddən çıxhaçıxda arxadan bir QAZ-51 maşın gəlib, əl
qaldıracaq onu da götürdü. Şofer dedi elə Məhəmmədin
sahəsinə gedir.
Bayaq Nüşür göstərdiyi arteziana çatıb şofer sağa döndü,
böyük bir tarla içinə girərək tarlanı başdan ayağa qədər iki yerə
bölən torpaq yola çatıb indi də üzü aşağı sürdü. Bu yolla da iki-
üç kilometr irəliləyib tarlanın lap ortasında maşını saxladı:
-
Bax bura Məhəmmədin sahəsidi, düş burda, axtar gör
hansıdı sizin adamlar. Budu ey, avraldı hər tərəf.
Belə deyib şofer sürüb getdi. Orxan göz işlədikcə uzanan
böyük bir tarla içində qaldı. Dörd bir tərəfdə pambıq yığan
adamlar görünürdü. Tələbələr olacağı güman edilə bilən sol
tərəfdəki topanı nişan alıb oraya doğru irəlilədi. On beş-iyirmi
dəqiqə gedib gördü orta məktəb uşaqlarıdı bunlar, daha bu
tərəfə getməyin faydası toxdur. Geri qayıdıb indi də o biri
toplara
doğru getməyə də könlündə həvəs duymadı. Bir də
gəlib bu dayandığı yerdə hədsiz pambıq vardı. Xoşu gəlib yığıb
toplamağa başladı. Bir fartuq qərarı yığıb üstündə oturdu. Hava
olduqca xoş, ətraf olduqca gözəl idi. Gecə heç dörd saat yata
bilməmişdi, bədəni əzgin, yorunuq olduğundan altındakı
pambığı sərələyib arxası üstə uzanaraq dincini almaq qərarına
gəldi. Pambıq şaxları o qədər hündür idi, üstünə əməlli-başlı
kölgə salırdı. Ətrafda dinc bir sakitlik uyumuşdu. Göylərin
səssizliyi daha dərin, daha dibsiz olub həm də daha baxmalı idi.
Adamın gözlərini zümrüd dərinliklər içində itirib batırır, yerlə
göyün bitişgəklərinə doğru hərləyərək ağ-boz tozanaqlıqlar
içində gəzdirirdi. Göyün lap o yuxarılarında, zümrüd göylüklər-
yaşıllıqlar peşində qanad gərib yellənişən quşlar görünürdü, bir
qədər aşağılarda, bərilərdə adicə boz sərçələrin tələsik, qorxulu
uçuşları göz dəlib keçir, o lap yuxarılardakı qanad gərib gər-gər
süzüşən zövqlü quşların göz çəkib aparan ləzzətli uçuşları
önündə sərçələrin bu səksəkəli uçuşlarına adamın ürəyində
47
dərincə bir təəssüf hissi oyadırdı. Göylərin zümrüd dərinliyi
duruluq gətirdi Orxanın ruhuna, yüksəkliklərdə qanad gərmiş
zövqlü quşların uçuşları şairanə duyğular gətirdi, hər şey
yadından çıxıb sonsuzca bir sakitlik, dinclik aləminə qovuşdu.
Elə bil strelizə ovqatlıydı göylər, beyində, başda dolanan
alaşıq-dolaşıq duyğuları, düşüncələri silib təmizləyirdi
beyindən-başdan, sonra da özü kimi yamyaşıl, ip-iyi, bəm-
bəyaz duyğular, düşüncələr çözələyib gətirirdi. Bir azdan Orxan
artıq çəkisini, ağırlığını da duyub hiss edəcək deyildi, elə bil
göylərin zümrüd ənginlikləri çəkib aparmışdı çəkisini,
ağırlığını, göylərdə dolaşan o zövqlü quşlarca yüngül, o ağ
pambıq buludlarca yumşaq bir hissiyyat doldurmuşdu varlığını,
hafizəsini. Sonra bunlar da qeyb olub şirincə bir yuxu apardı
onu.
Dostları ilə paylaş: |