Şahlar həSƏNOĞLU


******             ******              *****



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə15/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   11   12   13   14   15   16   17   18   ...   65
2016-2403

 
******             ******              ***** 
 
Cəmilə  kolxozçulara  çatanda  qayıdıb  geri  baxdı:  Kamal 
hələ də bardana söykənib onun ardınca baxırdı. Tor kimi güclə 
görünürdü  Kamal.  Kolxozçulardan  da  ötüb  o  biri  dəstəyə 
yanaşdı. Hamısı cavan qızlardı bunlar. Durub ona baxışırdılar. 

Hansı məktəbdi bu bacı? 
- Medtexnikumdu. 
Hə,  bunlardan  nə  desən  gözləmək  olar.  Gözləri  başları 
qaynaşır  hamısının.  Qoçaq  da  qızlardı  görünür.  dolu 
fartuklarından görsənir.  

Bacı suyunuz olar içməyə? 

Elə biz də gedirik, bizimlə gedək arteziandan iç. 
Beş-altı  qızın  aralığında  arteziana  doğru  yönəldilər.  Göz 
altınca  tarlanın  o  biri  başındakı  qaraltını  axtardı.  Deyəsən 
tərpənirdi  qaraltı,  asfalta  doğru  gedirdi.  "Yaxşı  yol  sənə!" 
Ancaq qəlbində nəsə elə bil qırılıb düşmüşdü, əməlləri heç xoş 


 
98 
gəlmirdi özünə. Həm özünü dolaşdırıb dərdlərə  salmışdı, həm 
tanımadığı  kasıb  bir  mexanizator  oğlanı  budu  iki  gündü  iş-
gücündən  qoymuşdu.  Su  içəndən  sonra  da  hələ  bir  belə  yolu 
geri qayıdaydı gərək, həm də elə qayıdaydı, oğlan görməyəydi 
hara  getdiyini?  Bəlkə  oturub  orada  elə  gözləyəcəkdi  onu, 
izləyəcək, ardınca düşəcəkdi? Nə bilmək olardı, bəlkə Cəmilə 
onu azdırmaq istədiyi kimi o da Cəmiləni azdırıb geri qayıtdığı 
yerdə qəfil böyürdən çıxacaqdı? Nə deyəcəkdi onda oğlana? 
Yol  kənarındakı  çəkilliyə  çatıb,  sıra-sıra  düzülmüş  dop-
dolu bardanlara baxıb, medtexnikum qızlarının qoçaqlığına bir 
daha əmin olaraq artezian üstünə gəldi, su içib geri qayıdanda 
gördü yolda bir QAZ-
51 maşın dayanıbdı. Bəlkə şoferdən xahiş 
eləsin onu tələbələrin yanına aparsın? Oturar kabinada, özü də 
navesin  o  tərəfindən  sürdürüb  gedərlər,  tələbələrə  çatan  kimi 
sıçrayıb  üşər  maşından.  Mexanizator  oğlan  da  lap  çəkillikdə 
gizlənmiş  olsun,  bu  uzaqlıqdan  nə  biləcək  kimdi  gedən 
maşında?  Heç  görməyəcəkdi  də,  axı,  yolun  bu  biri  tərəfi  də 
çəkillikdi. Şofer yəqin bu göygöz arıq kişi olacaq. Burda ondan 
savayı  bir  kəs  də  yoxdu  düşünəsən  bu  deyil.  Otuz-otuz  beş 
yaşlarında  bu  adamın  nəsə  çox  gülməli  duruşu,  baxışı  vardı. 
Amma gülmək yeriydimi indi? 

Bu maşın sizindi?.. 
Dayı deməyə çəkindi Cəmilə, axı bu heç o qədər də yaşlı 
deyil, birdən xatırınə dəydi?  

Yox, mənim deyil bacıqızı. 
"Hə, indi dayı da deyə bilər əmi də!" 

Bəs onda kimindi, dayı? 

Kolxozundu bacıqızı. 
Cəmiləni gülmək tutdu: 

Şoferi bəs kimdi dayı? 

Şoferi  mən  dayındı  bacıqızı:  Ziq  xayl,  ober  fürer 
şturman,  Nüşür  Heydərzinyət  oğlu  Məmmədvəliyev,  dədəmin 
baba
sı  Məmmədi,  nənəmim  babası  Vəli,  ordan  o  yananaı  tay 
bilmirəm bacıqızı, bilsəm onu da deyərəm! Nüşür bunu deyib 


 
99 
dabanlarını  cütləyərək  hərbi  salam  verib  "farağat" 
komandasında dayandı.  
Cəmilə  daha  bərkdən  gülməyə  başladı,  medtexnikumun 
qızları  su  içməyi  buraxıb  maraqla  onlara  baxmağa,  gülüb 
şaqqıldamağa başladılar. 

Bəs nə iş görürsən burda dayı? 

Papiros çəkirəm. 

Yox,  ey,  ay  dayı,  deyirəm  bəs  papiros  çəkəndən  sonra 
neyləyəcəksən? 

Əlimdəkini atıb birini də yandıracam bacıqızı! 
Nüşür özü gülmür, çox ciddi deyir dediklərini, adamı da 
güldürən  elə  onun  bu  ciddiliyidi:  Medtexnikum  qızları  lap 
yaxına gəliblər, Nüşürün hər cavabına bir qaz qaqqıltısı tökürlər 
yola. 

Bəs bu ikincisini qurtarandan sonra neyləyəcəksən dayı? 

Üçüncüsünü yandıracam! 
Yox, tay b
ir belə gülmək olmaz. Bu göygöz kişi məzədi 
kimsə,  bir  az  da  danışdırsa  pərt  edəcək  onu.  Yaxşısı  budur 
ondan əl çəkib çıxıb getsin. Lakin o elə yönünü çevirib getmək 
istəyəndə şofer gülümsündü: 

Bəlkə  mənə  bir  qulluğun-zadın  var  bacıqızı,  bax 
kalxozun bu 55-
60 nömrəli QAZ-51 maşını qurbandı sənə. 
- Onda 
məni APİ tələbələrini yanına apararsan dayı? 

Bakıya bacı qızı? 
Medtexnikum qızlarının yenə qaqqıltısı töküldü yola. 

Yox ey, bax, navesin o tərəfindəki tarlaya. 

Ora apararam qızım, gəl otur, mən də maşına bir az su 
verim içsin. Çər dəymişin yaman yanğısı var, gündə bir sənək 
su içir. 
Nüşür maşının qabağını qaldırıb bütöv bir vedrə su tökdü 
maşına,  sonra  kabinəyə  gəlib  Cəmilə  oturmaq  istəyində  hələ 
qoymad
ı,  oturacağı  qaldırıb  içindən  üstünə  canavar  dərisi 
çəkilmiş təmiz bir döşəkcə çıxartdı, qızın oturacağı yerə qoyub 
dedi: 


 
100 

Bu  hamı  üçün  deyil  bacıqızı,  onunçun  da  belə 
gizləyirəm. Yoxsa o qədər çatlaq adamlar oturur bu kabinədə, 
onlardan çölün o ağzı otlu heyvanları yaxşıdı. Amma sizin kimi 
qulturnu adamlar 
olanda  bu  döşəyi  çıxarıb  altına  qoyuram, 
deyirəm üstü bulanmasın, rahat olsun. 

Çox sağ ol dayıcan! 
Nüşür  maşını  tərpədib  navesin  arxa  tərəfindən  tarlanın 
ortasına gedən yola doğru sürə-sürə söhbətindən də qalmadı: 

O gün bu döşəyi bacıqızı, bizim kənddən bir həkimin də 
altına  sərmişdim.  Qulturnu  adam  bildim  bunu,  amma  yolda 
başladı sarsaqlamağa, şoferlərə lağ eləməyə. Elə bil bu kolxoza 
aparmalıydım,  aparıb  çıxardım  iki  kolxoz  da  o  yana,  düşürüb 
dedim bura gəlməliydin di düş. O da yazıq tanımırdı heç haranı. 
Bir düzü-
biyabanda düşürüb dedim həkim, eşit bilginən şoferə 
lağ  eləmək  nə  şeydi,  sən  gedəcəyin  kolxoz  qalıb  on  kilometr 
geridə,  indi  çıx  piyada  yeri.  Deyib  sürdüm  maşını.  Düzmü 
eləmişəm bacıqızı? 

Lap düz eləmisən dayı. Dilini farağat qoyaydı. 
C
əmilə yamanca gülürdü Nüşür dayısının sözlərinə və bu 
gülüşü  də  yamanca  xoş  gedirdi  şoferə.  Yəqin  də  fikirləşirdi 
daha nə söyləsin bu gözəl bacısı qızını güldürməyə, gülüşündən 
qalmasın,  bu  gözəl  gülüşünə  baxıb  o  da  ləzzət  alsın.  Heyif, 
tələbələrin  yanına  belə  tez  çatdılar.  Nüşür  dayısını  geri yola 
salıb Cəmilə Nərgizi axtardı. Gördü Nərgiz bulana-bulana qalıb 
ortalıqda,  yəqin  Cəmilə  üçün  darıxdığından  dim-dik  qalıb.  
Cəmilənin gəldiyini görüb yanına yüyürdü: 

Hardaydın  ay  qız,  hara  itirsən  iki  gündü?  Hanı  bəs 
yığdığın? 

Şükür elə hələ özümü gətirib çıxarmışam! 

Nə olub ey sənə? Yoxsa bir iş var başında? 

Başım var, bir iş ola  başımda? 

Nə olub sən Allah sənə? 


 
101 

Heç. Nüşür dayım qonaq aparmışdı. Atamın tanışıymış. 
Məni  görüb  tanıdı,  apardı  evlərinə.  İndi yeyib-içib ordan 
gəlirəm. 

Gərək məni də aparaydın, mən də yeyəydim. 

Mən  yediyim...  sən    yeyə  bilməzsən!  Sənin  xörəyin 
deyil.  Əl  çək  məndən,  görüm  barı  axşamacan  bir  şey  yığa 
bilərəmmi? 
Nərgiz  yenə  incidi,  mısmırığını  sallayıb  getdi.  Getməyi 
yaxşıdı  elə,  dünya  qarışıb  bu  saat  başında  heç  bilmir  hara 
haradı. Tək qalıb yaxşı-yaxşı fikirləşməlidi indi.  
Ağ-ağ pambıq pənbələrini bir avtomat sürətiylə fartuğuna 
atdıqca  alaşıq-dolaşıq  fikirlər  çözələnirdi  başında,  amma  heç 
birini  də  bir  yerə  aparıb  çıxara  bilmirdi. Bildiyi oyduki, 
mexanizator  oğlan  gözləri  önündən  çəkilib  getmirdi.  Bir  də 
ayılıb  görürdü  bir  saatdı  söhbətdədi  oğlanla.  Gülümsünür  öz-
özünə dəli kimi, acıqlanıb əsəbiləşir bəzən də. 
Bir  də  axşamüstü  ayılıb  ətrafa  göz  gəzdirəndə  gördü 
böyür-
başı hamısı  yuxarı kursun oğlanlardı, hamısının da başı 
günəbaxan  başı  kimi  ona  yönəlik.  Yaxınlaşıb  bir  söz  deməyə 
cürət etmirlər, amma aralıdan aralıya, bir-birindən oğrun-oğrun, 
bir-
birinə  aşkar-aşkar  ona  tamaşa  etməkdədirlər.  Bunu  duyub 
da  başını  aşağı  salıb  pambığını  yığa-yığa  özünü  danlamağa 
başladı:  "Başına  daş  ay  Cəmilə,  buna  bax,  bir  belə  institut 
tələbəsinin  içində  ola-ola, bir-birindən  gözəl,  bir-birindən 
yaraşıqlı  bir  belə  cavanların  qibləsi  ola-ola,  Allahın  bir 
mexanizatoruna vurulmusan! Başına kül sənin, gör kimə gözün 
düşüb, ağlını itirmisən vallah, a yazıq!" 
 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin