Şahlar həSƏNOĞLU



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə2/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   2   3   4   5   6   7   8   9   ...   65
2016-2403

 
Şahlar Həsənoğlu 
 
 
 


 

 
Hər  kəsin  qəlbində  yenidən  qayıdıb  tələbə  olmaq  istəyi 
yaşar. İkinci dəfə qayıdıb tələbə olsa... onda bilər neyləməlidir, 
necə  hərəkət  edib,  necə  özünü  aparmalıdır.  Heyf,  o  zaman 
bilməyib,  anlamayıb,  istifadələnə  bilməyib,  boş  keçirib 
tələbəçiliyini. Amma ikinci dəfə qayıdıb tələbə olsa... 
Xoşbəxtlikdən  bu  mümkün  deyil!  Zaman  geri  dönməz, 
gənclik  geri  qaytarılmaz.  Gəncliyi  ömrün  ən  xoşbəxt  çağı 
eyləyən də elə bu deyilmidir? Bu geri qaytarılmazlıq, bu təkrar 
edilməzlik  deyilmidir?  Məgər  gəncliyin  romantikası,  cazibəsi 
ağlının  bu  yetərincə  kəsməzliyində,  kamalının  bu  yetərincə 
yeti
şməzliyində deyilmidir? 
Ağlın  bir  düstur  kimi  isbatlayıb  təsnif  etdiyi  nəsnələri 
sevməz  gənclik.  İşi  peşəsi  düstur  əzbərləyib,  tərif  yadda  sax-
lamaq deyilmidir, bezib  usanmayıbmı,  yorulmayıbmı bundan? 
Düstur  düsturdu,  nə  fərqi  var  bir  riyaziyyzt  dücturu  olsun, ya 
bir  həyat,  yaşama  düsturu  olsun?  Düstur  keçilmiş,  görülmüş, 
saf-
çürük  edilib  nizama  salınmış,  başlanğıcından  sonunacan 
öyrənilmiş, bələdlənmiş, metrlənib ölçülənmiş yoldur. Başdan-
başa qəmginlik, maraqsızlıq, dilxorçuluqdur bu yol. Gənclik isə 
keçd
iyi  yolu əfsanələrlə, gözlənilməzliklərlə, düstursuzluqlarla 
dolu  görmək,  dolu  keçmək  istər.  Qoy  səhvlər  eləsin,  qoy 
karıxmanclara  düşsün,  qoy  bəlalara  düçar  olsun  başı,  təki  öz 
bildiyi kimi keçsin, öz getdiyi kimi getsin! 
Xoşbəxtlikdən nəsihət svməz gənclik, götürər, qəbul edər 
nəsihəti,  sevməz  ancaq.  Öz  bildiyi  kimi  gedər  öz  yolunu,  ha 
danış,  ha  söylə.  Götürdüyünü  götürər,  bəyəndiyini  bəyənər, 
bitdə-bitdə  təkrar  etməz  ancaq,  siz  dediyiniz  kimi,  siz  aşı-
ladığınız, siz təlqin etdiyiniz kimi yox ancaq! Özü qandığı kimi, 
özü  anladığı  kimi,  səhvlər  buraxa-buraxa,  yanlışlıqlara  düşə-
düşə,  səhvləri-yanlışlıqları  ilə  bilgilənə-bilgilənə,  ağıllana-
ağıllana gedər öz yolunu. 
Bilmədiyi,  bilib  qanmaq  istədiyi  çox-çox  mətləblər, 
amaclar var tələbəyə, dürlü-dürlü arzular, istəklər var! 


 

Lakin  bir  arzu  da  var  ki,  onsuz  gecəsi-gündüzü olmaz, 
onsuz  söhbəti-sözü  olmaz,  yatanda  yuxusundan  çıxmaz  tələ-
bənin... 
Sevgi!...Sevib-
seçmək, sevilib-seçilmək arzusu! 
Qəlbinin  ən  dərin  guşələrində  yandırdığı  bəm-bəyaz  bir 
şam  işığıdı  bu,  titrəkcə  bir  zanbaq  çiçəyidi,  əl  edib  gəl-gəl 
deyən piyaləcə bir baxışdı... Güllərə çiçəklərə bülənmiş, rəng-
lərə-boyalara süslənmiş, allı-yaşıllı bir arzudu, çağırışdı bu. Bir 
lakmus  kağızınca  həssas,  bir  şam  işığınca  titrək,  bir  bənövşə 
ləçəyincə kövrək teldi bu! 
Bununçun da çox ehtiyyatla, çox qorxa-
qorxa  yanaşar 
tələbə bu arzusuna, bu incə telə, çox təşviş ilə, tərəddüdlə yana-
şar. Lakin ikinci kərə qayıdıb tələbə olmaq istəyən yaşlılara ən 
başıboşluq,  ən  sadəlövhlük  kimi  görünən  də  elə  bu  cəhəti 
deyilm
i  tələbənin.  Bu  allı-yaşıllı  pəriyə,  bütöv  bir  ömür  üçün 
meyvə verəcək bu barlı-ürünlü bağçaya belə qorxaq yanaşımı, 
belə cəsarətsiz münasibəti deyilmi? 
F
əqət min dəfə haqlıdı tələbə! 
Bəzən  ifrata  da  varsa  qorxusunda,  şübhəsində,  bəzən 
həddini də aşsa, itirsə də bəzən ölçünü-biçini min dəaə haqlıdı 
tələbə.  Haqqı  da  elə  bu  yetərincə  bilgisi  olmadığından  doğar, 
başının  hər  şeyi  yerli-yerində,  sərah-məqamında  anlayıb 
kəsmədiyindən doğar. Qorxar bir yanlış hərəkət edib bir düzgün 
olmayan  addım  atar,  itirib  əldən  verər  ona  gəl-gəl  deyən  bir 
bənövşə zərifliyini, bir şam işığı titrəkliyini, bir lakmus kağızı 
həssaslığını; qəlbinə bunca munis, bunca mərhəm olan o bəm-
bəyaz məhəbbət pərisini, onun o cazibədar piyalə baxışlarını!.. 
Hər  nəyini  itirsə,  dözüb  qatlaşar  tələbə,  bu  itkisinə,  bu 
itirdiyinə, saralıb solmaz sarsılıb ruhdan düşməz. 
Məhəbbətini itirmək istəməz, dözüb qatlaşamaz bu dərdə 
sınıramaz bu dərdi! Bütün qorxusu-şübhəsi, tərəddüdü-cəsarət-
sizliyi  də  bu  duyğusundan  doğar,  bu  düşüncəsindən  qaynaq 
göturər. Ifrata varar tələbə, ölçüsünü-biçisini itirər, kənara çıxar 


 

cizgidən, bəlalara salar  başını, iztirablara qəm-qüssələrə düçar 
edər gənc qəlbini, gənc varlığını... 
Bütün qo
rxuları-şübhələnmələri,  ifrata  varıb  ölçü-biçi 
itirmələri  də  bir  sual  qarşısında  doğar,  bir  seçmə  bəyənmə 
təlaşından  yaranar:  kimdir  o,  hansıdır  o?  Hər  addımda  rastına 
çıxıb  şirin  baxışlar,  odlu  duyğular  bəxş  edən  dürlü-dürlü 
cavanlar içində kimdir o, hansıdır o? 
Bir saxtakarlıq deyil də həqiqi, saf bir duyğudanmı oyanıb 
o piyalə baxışlar? O odlu duyğular, ya elə mahircə bir aktyorluq 
istedadındandırlar, bir  yalan, bir aldatmacadırlar? Necə müəy-
yən etməli, necə seçməli, necə tapmalı? Yanılmadan, səhvlərə, 
yanlışlıqlara  düşmədən,  bir  uğursuz  addım  atıb,  gənc  başını, 
gənc  varlığını  iztirablara,  qəm-qüssələrə  düşürmədən  necə 
seçməli, necə müəyyən etməli? 
Duyğuların  bir  gənclik  coşqusu  ardınca  sərt  dalğalar, 
fırtınalarla  uğraşmalımı,  yoxsa  aglın  soyuq  mülahizəsi,  götür-
qoyları  ilə  hərəkət  edib,  öyüd-nəsihətlərəmi  baxmalı,  gedən-
lərin ardınca gedib təkrarmı eləməli, ölçülüb biçilmiş, metrlənib 
işarələnmiş bir iz iləmi getməli? 
Necə etməli, necə seçməli? 
Nə yazıq ki, bəzən heç tutmur da bir-birilə, uyuşmur da, 
hisslərin  bu  odlu  fırtınası,  ağlın  bu  soyuq  mülahizəsi,  götür-
qoyu:  bir  anın  içində  baş  verir  hər  şey,  ya  qəlbin  təlatümləri 
həddini  aşıb  ifrata  varır,  ya  ağlın  soyuq  mülahizəsi  yanılıb 
müdhiş  iztirablara,  qəm-qüssələrə  salır  bir  gənc  varlığı,  bir 
günahsız tələbə heysiyyatını!.. 


 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin