Şahlar həSƏNOĞLU



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə33/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   29   30   31   32   33   34   35   36   ...   65
2016-2403

 
 
****           *****            **** 
 
Sürəyya isə! 
Qəm  çəkirdi  Sürəyya,  intizar  çəkirdi,  hicran  oduna 
yanırdı, unuda bilmirdi Kamalı, başından-beynindən çıxarıb ata 
bilmirdi. 
Neyləsə,  nə  qayırsa  ata  bilmirdi  Kamal  fikirini 
başından.  Şerlər  yazmağa  başlamışdı.  Bir  xatirat  dəftəri  açıb 
qəlbinin hissinin, həyəcanı bu xatirat dəftərinə köçürürdü. 
Sürəyyanın xatirat dəftərçəsindən yarpaq: 
 
Öz əlimlə öz qolumu 
Kəsib qırdım bilə-bilə. 
Gözlərimdə yaşım qalıb, 
Zıldır-zıldır gilə-gilə. 
 
Ürəyimin ahı sönməz, 
Məndən gedən mənə dönməz. 
İntizara son görünməz, 
Ürək sızlar ölə-ölə 
 
Nolar qeybdən ümüd düşə 
Sınıq könüllər bitişə, 
Gələ Kamalım görüşə, 
Gözüm yaşın silə-silə! 


 
170 
Fəqət yoxdur qəmin sonu 
Gedər biri, gələr onu, 
Ömrün fəna olduğunu 
Anlayıram çilə-çilə 
 
Sürəyyanın xatirat dəftərçəsindən yarpaq: 
 
Oyum-
oyum oyalanıb oldürəcək bu qəm məni! 
Öz qanıma qəltan edib öksüz qoydu nəğməm məni! 
 
Qayğısız bir bülbül ikən "Sona bülbüllər oxudum" 
Elə bildim bu nəğməmlə tapacaqdır həmdəm məni. 
 
Həmdəm gəlib çıxar oldu üç an kimi üç gün keçdi 
Bu üç günün fitrətindən alışdırdı sinəm məni 
 
Bihuş oldum sözlərinə, bihuş oldum gözlərinə
Apardı bir röya kimi ala yaşıl aləm məni. 
 
Gözlərimi bir də açıb gördüm o yox, gedibdi o, 
Pörşələyib ərşə çəkdi köksümdəki naləm məni! 
 
Üç günə bax: intizarı ay çəkərmiş, il çəkərmiş, 
Bu 
üç günün intizarı eyləyəcək vərəm məni. 
 
Mən bir sona bülbüləm ki, ayrılmışam budağımdan, 
Xan Əsli bir xanımam ki, tərk edibdir Kərəm məni 
 
Fəqət günah öz başımda, fəqət günah özümdədir 
Mən elə bir quşcuğazam, Quzğun çala öləm məni! 
 
 
Sürəyyanın gördüyü şirin bir yuxuda oxuduğu şən mahnı: 
 


 
171 
Çayır çəmənə yaraşır 
Çaylar çimənə yaraşır, 
Kamal da mənə yanaşır, 
Bir görün nə yaraşır! 
 
 
Ay ellər nə yaraşır, 
Ay güllər nə yaraşır! 
 
Süsən süsənə yaraşır, 
Küsən küsənı yaraşır, 
 
Kamal da mənə yaraşır! 
Bir görün nə yaraşır! 
 
Ay ellər nə yaraşır, 
Ay güllər nə yaraşır! 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin