199
boy-
buxun, şöhrətli-şanlı ata-ana, mal-pul axtxrırlar. Məndə
bunlardan
heç biri yoxdur,
boyum balaca,
cılız bir oğlanam,
b
aşım bədənimə görə bir az iri, zəkam gövdəmə görə bir az
samballıdı. Bir məhəbbət məktubu yazmıram mən sənə,
baxmayaraq sevirəm sizi, bütün yer üzü gözəlliklərinin ən
gözəli bilirəm sizi, bütün yer üzü nəşələrinin ən üstünü, ən
idealı, ən əlçatmazı bilirəm sizi və yəqin də bütün ömrüm boyu
belə də biləcəyəm. Axı bir mən deyiləm sizə belə vurulan bənd
olan,
çoxları var mənim kimi. Lakin onların duyğusu mənim
duyğularımca deyil, onların sevgisi mənim sevgimcə deyil.
Özünüz gördünüz onlardan birini. Elç
in gəlib bizə deyəndə ki,
Sürəyya ilə görüşümüz var, başqa yoldaşlarımı bilmirəm, elə
bil qayalar-
daşlar guruldayıb uçdu üstümə, həyat bircə anda
gözlərimdən düşdü, gözəllik, incəlik, qadınlıq iyrənc bir
həşərata dönüb sinirlərimi cırmaqladı. Lənət olsun dedim
hamısına, gözəlliyə, sevgi-məhəbbət duyğularına, qadınlığa,
qızlığa! Ən gözəl qız-qadın obrazı deyəndə siz gəlib durardınız
gözlərim önündə, mən də inanardım, etiqad edərdim bir qız
gözəlliyinə, sədaqətinə, vəfasına, ağlına. Indi mənim ideal
bildiyim o qız bir alçağın, qızbazın, pullunun birilə görüşə
çıxacaqdı, ona könül verəcək, onun ağuşuna atılacaqdı, atasının
ad-
sanına, özünün gözəl formasına, boy-buxununa al olacaqdı!
Lənət olsun o qıza dedim, lənət olsun qadınlığa, şan-şöhrət, pul
düşkününə, bər-bəzək aludəçisinə, dedim. Içimdə elə bir
sarsıntı oyanmışdı, titim-titim titrəyirdim. Amma nəsə bir ümid
də yanırdı qəlbimdə, Elçinin yalan söylədiyinə, Elçinin
müvəffəqiyyətsizliyinə, bir ümid də yanmadaydı içimdə. Siz
bilmədiniz Sürəyya mən evinizdən çıxıb hələ əyninizə ilk dəfə
geydiyiniz o yaşıl donunuzla ta kino-teatra gedincəyədək
qarabaqara izlədim sizi. Içimdəki o iyrənc sarsıntıları necə
çatdıra bilərəm sizə? Axı siz heç vaxt keçirtməmisiniz bu
hi
ssləri, heç vaxt keçirməyəcəksiniz də, necə başa düşərsiniz
siz məni? Elçinə qoşulub parka sarı yönəldiyinizdə elə bil
gözlərim içində yaxtikan ocağı çatılmışdı, ruhum, varlığım,
200
zəkam titrəyirdi, yanırdı. Elə bilməyin Elçinə bəslədiyim
həsəddəndi bu, ya paxıllıqdandı, yox, o nə vücud yiyəsidir
paxıllığım tuta ona, həsədim tuta. Boş bir formadı o, saxta bir
göz
əllikdi, heçlikdi o. Əgər sizi də belə bir gözəllik hesab elə-
səydim, içdən sarsılıb titrəməzdim. Amma siz mənim gözümdə
bir gözəllik, ülvilik timsalıydınız və belə bir ülvilik timsalınin
qəfil bir fitnəylə, Elçin tərkibli bir katalizator vasitəsiylə
birdən-birə belə bir puçluğa, heçliyə çevrilməsi öldürürdü məni.
Elçin sizin əlinizi əlinin içinə alanda mənə də bir tabut lazım
idi,
qaraca bir tabut, iç
inə qoyub qəbrstanlığa aparaydılar! Elçin
sizin kürəyinizi açıb baxanda, mənə bir yuyucu gərəkdi, gəlib
ölmüş bədənimi yuyub, təmizləyib dəfn etməyə aparaydı. Elçin
dodaqlarını sizin kürəyinizə yapışdıranda, mən də elektrik ölüm
kürsüsünə yapışdırılmışdım! Ağacın daldasına qısılıb sizi
güdmüş olsam da, ruhum ölüm kürsüsünə bağladılmışdı,
milyon voltlu bir gərginlik yandırıb külə döndərməkdəydi
varlığımı. Birdən siz o sorğunuzu sordunuz: təsvir elə o kürəyi.
Necə ürəyimcəydi bu sorğu! Dərhal dirildib
cana gətirdi bu
sorğu məni, duydum dərhal o sorğudakı ülviliyi, ucalığı,
qüdsiyyəti. Amma yenə titrəməkdəydi bədənim, əsmədəydi
vücudum: A
llahın işinə bax, gör kimə verilir bu ülvi sorğu, gör
kimdən sorulur! Nə biləcək o ağzı otlu heyvan bu sorğunun
mənasını, nə tapıb deyə biləcək? Kaş mənə veriləydi o sorğu,
kaş məndən soruşulaydı! Heç baxmayaydım da mən, yumub
sarıtlayaydılar da gözlərimi dolama keçə sarıqlarla, dəmir
örtüklərlə, qurğuşun kubiklər izolyasiyalarıyla, sarıtlayaydılar
gözlərimi belə qaranlıq, görməməzlik içində Sizin kürəklərinizi
təsvir eləməyi soruşaydılar məndən! Fəqət bu heyvan nə deyə
biləcəkdi? Heyvanın dünyadan ən çox aldığı həzz yeməyidir
Sürəyya, "yeməlidi" söylədi Elçin! Öz xislətini açıb bildirdi, öz
duyğisunu dilə gətirib söylədi. Və onda siz öz sözünüzü
dediniz: “
ayı, canavar, it yeyər adamı” söylədiniz! Xislətini
açıb bir kino bileti kimi üzünə çırpdınız onun. Dünyanı
dəyişdirdiniz gözlərimdə Sürəyya, gözəlliyi, qadınlığı, qızlığı