Şahlar həSƏNOĞLU


******           ********       *******



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə5/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   2   3   4   5   6   7   8   9   ...   65
2016-2403

******           ********       ******* 
 
Axşam  olanda  Tibb  institutunun  qaldığı  binaların 
qarşısında maşın maşına söykənirdi. Müxtəlif markalı maşınlar 
valideynlərin,  qohumların  sosial  vəziyyətlərindən,  yaşayış 
səviyyələrindən xəbər verirdi. Baxırdın budur, darvaza önündə 
qara bir “Volqa” dayandı, içindən geyimli-keçimli toxsun kişi-
lər,  qadınlar  tökülüşdü. Bu  “Volqa”nın adamları o birininkinə 
qarışdı,  “Jiqulilərin”,  “Moskviç”lərin  gətirdiklərinə  qarışdı. 
Siqnal siqnala calandı, darvaza önündə maşınları saxlamağa yer 
tapılmadı. 
Öpüşlər,  görüşlər,  qucaqlaşmalar  müəllimlərin  gözləri 
önündə  baş  verirdi,  dolu  çamadanlar  hamının  gözü  qarşısında 
otaqlara  daşınırdı.  Gətirilən  payları  qoymağa  tələbə  çamadan-
larında  yer  tapılmırdı,  dəvət  olunmuş  qonaqlıqlarda  müəllim-
lərin  yeyib  içməsinə  iştah,  həvəs  tapılmırdı,  sağlıq  deməyə 
başlarında söz tapılmırdı, xahiş olunan tələbələrə icazə verməyə 
üz tapılmırdı. 
Əl-ayaq  yığılışıb  gəlib-gedənlər  səkinidikdən  sonra 
tələbələri  kino  zalına  toplayıb  institut  rəhbərliyinin qrup 
rəhbərlərinin  məlumatlarını  dinlədikləri  ümumi  iclas  zamanı 
kuratorların  bəyan  etdikləri  rəqəmlər  də  bu  gəlib  gedən 
maşınlar,  valideynlər  kimi  rəngarəng,  onlar  kimi  böyük,  kiçik 
idi.  Kimi  80-100 kq, kimi 40-
50  kq,  kimi  də  4-5  kq  yığırdı. 
Qrup r
əhbərləri az yığanları tənbeh edib danlamaq istəyirdilər, 
amma  axşam  olanda  darvaza  önündə  gəlib  dayanan  “Vol-
qa”ların,  onlardan  tökülüşən  sirli-sifətli,  nəcib  üzlü  adamların 
“zəhmi”  basırsı  elə  bil  onları,  kəkələyirdilər  ad-familiya 
oxuyanda,  bunların  üstündən  tez  keçib  başqalarının  üstündə 
nəfəslərini dərirdilər... 
Növbəti  toplantıdan  çıxıb  tələbələr  həyətə  səpələndikdə 
Adil gördü Zərifə çəpər dibində dayanıb ona baxır, nəsə söz var 
qızda. Adil bildi xeyir iş olacaq, Zərifənin valideynləri gəlmişdi 
bayaq. 


 
29 
-
Dayanın burda, gəlirəm, - deyib qıza tərəf getdi. 
-
Sahibovun dərhal dalağı sancdı: 

Pay gəlib, görərsiniz! 

Nə bildin? 

Qızın duruşuna baxın!.. 
Adil  Zərifəylə  qızların  olacağına  girib  az  sonra  əlində 
bağlama qayıdıb gəldi: 

Musanı tapın! 

Nə var bağlamada? 

Nə desən var! 

Neynirsən Musanı anadanolma günüdü? 

A Sahibov, Musasız nə məclis! 

Yeznəsi gəlib icazə alıb apardı. 

Nəçidi ə yeznəsi? 

Qonşu rayonda prokurordu. 

Afərin Musa!? Bəs Zahid hardadı? 

Qoy gərək göz eləyib qədeşlərindən ayıra biləcəyikmi? 
Bir azdan tələbələr dördləşib yeyib içməyə yer axtarmağa 
başladılar. Hara getdilər gördülər tutuldu. Navesin kiçik otağı, 
bufet, yeməkxana, dəyirman artırması, poçt böyrü, ağac dibləri. 
fikirləşdilər  kəndin  içiylə  gedib  bir  xoşsifət  adam  tapıb  onun 
evində  yeyib  içsinlər.  Elektrik  dirəyinin  altında  işıqlıqda 
dayanmış  55-60  nömrəli  QAZ-51  maşınını  görüb  Orxan 
pıçıldadı: 

Gəlin çıxaq bu maşının üstünə, oturacağı var yaxşı. 

Nə bilirsən? 

Bizim kəndin maşınıdı. 
Belə  deyən  kimi  hamısı  maşının  kuzasına  dırmaşdı. 
Kuzada oturacaq yeri, hələ üstəlik on-oniki bağ da yonca vardı. 
Sahibov əlini əlinə sürtüb yonca kiplərindən masadüzəltdi birini 
də dikinə öz altına qoyub: 
- Siz skamyada oturun. -dedi. 

Az  şey  bilirsən  ha...  -Zahid  öz  dediyi  sözə  qəşş  edib 
uzun uzadı güldü. 


 
30 
Yerbəyer olub süfrə açdılar: nə yoxdu bağlamada! Çolpa 
qovurması,  kotlet,  soyutma  ət,  göy-göyərti,  soğan,  duz, 
cürbəcür xarici konfetlər, qoğallar: 

Gərək on gün qabaq yox,bu gün anadan olaydım! 

Doğrudan  bu  nədi  ə  belə:  Yerevan konyakı,  tut  arağı, 
Russkaya vodka kefdi sən öl! 

Mən o qədər vurum burda, Rafael müəllim sabah leşimi 
göt
ürüb  atsın  avtobusa.  -Zahid  yenə  öz  dediyinə  uzun-uzadı 
güldü.  
Tələbələr  bərk  ac  imiş.  Şirin-şirin  yeyib  içməyə 
başladılar.  Bir  azdan  harada  olduqları  da  unuduldu.  Bir  də 
duyuq  düşdülər  tərpəndi  maşın.  Orxan  istədi  kəndçisini 
saxladıb qonaq çağıra. 

Dəymə, qoy sürsün -Adil dedi, -bu da bir məzədi. Harda 
duyuq düşsə ordan da qaytarırıq geri. 

Adə qaranlıqdı adam ağzının yerin tapmır adə! 
-  G
əlin  bu  badəmizi  də  içək    tanımadığımız  bu  şoferin 
sağlığına! 
-  Ta
nımadığımız  niyə?  Adı  Nüşürdü,  özü  də  yaman 
vurandı. 

Yox bir alə, onda saxladın, toqquşdurum onunla! 
Maşın  kənddən  üç-dörd  kilometr  o  tərəfdə  dolaylanan 
asfalt yola doğru irəliləyirdi. Tələbələrə yamanca kef verirdi bu 
mənzərə.  Küləkləyib  sərinlədir,  gecənin  qaranlığı  içində, 
sayrışan ulduz kalağayısı altında romantik bir hava doldururdu 
içib duman
lanmış başlarına. Zahid də hey çığırırdı: 

Saxladın alə, toqquşdurmaq istəyirəm şoferlə! 
Necə oldu onun adı? Nüşür? İçək Nüşürün sağlığına! 

Nüşürün sağlığına! 

Nüşürün sağlığına! 
Tələbələr  şofer  eşitsin  deyə  səsləri  gəldikcə  bərkdən 
qışqırıb  stəkanları  bir-birinə  toqquşdurmaq  istəyəndə  yetmişlə 
gedən  maşın  qəfil  dayandı.  Zahid  Sahibova  guya  kəllə 
vurur
muş  kimi  ona  doğru    atıldı.  Sahibov  da  öz  növbəsində 


 
31 
Adilə doğru atıldı. Adillə toqquşub bir-birini saxladılar. Zahid 
isə  ayaqlı  başlı  yerindın  qopub  xoşbəxtlikdən  kuzaya 
səpələnmiş  yonca  kiplərindən  biri  üstündə  bənd  aldı.  Nüşür 
kabina yanındakı ayaq yerində durub irişirdi: 

Bu  nə  kələkdə  ə  belə?  Nüşürün  maşınında  xəlvətcə 
oturduğunuz bəs deyil, hələ bir doluyursunuz da onu? Bir belə 
baxın görüm kimsiniz, nəçisiniz? 

Bu kəndçin oturdub qağa bizi! 

Kimdi  ə,  o  kəndçim?  Boy,  Orxan?  Vay  sənin,  belə 
bilsəydim tormuzu yavaş vurardım! 

Bir işığa sür, işıqda saxla. Özün də çıx yanımıza! 

Ziq xayl, ştandartan fürer... 
Nüşür maşını yol kənarındakı başında işıq yanan elektrik 
dirəyi altına sürdü. 

Alə söydü diyəsən bu bizə! 
Nüşür maşını söndürüb kuzaya çıxdı: 

Paho  dəsgah  var  ə  burda.  Nüşürünkün  Allah  həməşə 
belə yetirir. Tök görək qağa, iki saatdı dilimə içki dəyməyib.  
-
Hansından istəyirsən alə? Konyak, tut arağı, Russkaya?.. 

Üçü  də  yaxşıdı.  Russkaya  tök!  Sizin  canınız  üçün 
doğmaca əmim oğludu bu Orxan. Amma yaman utancaqdı. Heç 
bilmirəm bu qədeşlərlə necə oturub? 

Qədeş kimə deyirsən alə, qədeşik biz? 

Bəs nəsüz alə? Toqquşdur gəlsin. 
Görünür  çox  danışdığındandı,  ya  elə  danışığı  xoşuna 
gəldiyindəndi. Nüşür üzünü Zahidə tutub danışırdı, stəkanı da 
birinci onunkuna 
toqquşdurdu: 

Sağlığıma  içməsəydiniz,  düz  aparıb  tökəcəydim  sizi 
milisin  qabağına.  Tutub  hamınızı  salacaqdılar  içəri.  Yaxşı 
qurtardınız! 

Nə təhər saldırardın alə bizi, deyərdik tələbəyik, qaçırdıb 
gətirib bu bizi! 

Nədən ötrü qaçırdıb? 

Elə belə məzəllik üçün! 


 
32 

Bəs bu araq şüşələri nədə guppusunuz? 

O da məzəllik üçün! 

Bəs xalxın maşınına niyə minmisiniz xəbərsiz? 

Məzəllik üçün! 

Salın bunları kepezeyə, məzəllik üçün! 

Salmazdılar mən ölüm! 

Sən  o  dijurnu  Mərdan  kişini  tanısan  belə  deməzsən. 
Bircə  kərə  qulağına  pıçıldayacaqdım,  piyan  olub  kəndin 
qızlarına sataşırdılar. Yanınıza-yanınıza döydürəcəkdi o saat.  

Alə yox bir alə! 

Qədeş,  hələ  bir  de  görüm  sən  niyə  belə  arıqsan? 
Sümürüb eləmirsən? 

Nə sümürmək alə? 

Siqaret, Kazbek, dovşan qığı... 

Bu nə danışır alə! 
-  Özünü 
bicliyə  vurma,  Bakılı  olasan  bilməyəsən  nəşə 
nədi? 

Alə heç mən Bakılı deyiləm, Lənkəranlıyam! 

Yox qağa, lənkəranlılar qıp-qırmızı olurlar. 

Alə sən özün elə nəşəxora oxşuyursan ki? 

Ziq xayl, ofeder zeyn. Mən nəşəni bundan alıram qağa, 
tök gəlsin. Adil Nüşürün hər sözünə gülüb qəşş edirdi. O qədər 
gülmüşdü gözlərindən yaş axıb tökülürdü. Zahid isə hər sözünə 
əsəbiləşirdi Nüşürün: 

Alə yenə söydü bu bizə. 

Söyüş dəyil qağa bu, kinodandı. Hələ bir de görüm bu 
qara gədək oğlan haralıdı? 

Sahibovam  mən  qağa,  mənə  qadınlardan  danış,  qadın 
sərrafıyam! 

Heyləmi?  Olar,  olar,  qadınlar  elə  həmişə  sənin  kimi 
qara-
qura  adamlara  yem  olurlar.  Bəc  bu  güləyən  qardaş 
hardandı,  cırılmasa  yaxşıdı  bunun  qarnı  gülməkdən,  haralısan 
əmoğlu? 

Mənmi? 


 
33 

Dayan, dalısını tay gətirmə. Gürcüstanlısan. Araq tök a 
Sahibov ağrın alım! Qadın sərrafı qardaş! 
Nüğür gürcüstan ləhcəsiylə danışdıqda Adilin gülməyi bir 
az da şiddətləndi. Nüşür bu stəkanı da vurub Adilə tərəf döndü: 

Gülməyə  görürəm  yaxşısan  Gürcüstanlı  qardaş.  Bir 
anekdot  deyim  gül.  Bizdə  bir  Gülmalı  var,  bu  Orxanla  bir 
oxuyub orta məktəbi. Çox da ağızdan partav  adamdı. Bir  gün 
dedi  dədəmdən  on  manat  çırpışdırmışam,  gedək  vuraq! 
Ayınnan-oyundan götürüb, bir araq da alıb maşınnan kənddən 
ç
ıxdıq.  Bir  taxıl  zəmisinin  yanında  göyçümənlikdə  başladıq 
yeyib  içməyə.  Yanımızdan  kənd  əl  içi  kimi  görünürdü.  Bu 
Gülmalı  qayıtdı  ki,  heyf  bu  yekəlikdə  kənddə  ikicə  kişi  var. 
Dedim: kimdi onlar? Dedi 
biri sən, biri mən. Dedim yox üçdü. 
Dedi  ikidi.  Mən  dedim  üçdü,  o  dedi  ikidi.  Axırda  hirslənib 
qayıtdı:  kimdi  ə,  o  üçüncü  qurumsaq?  Dedim  dədən  Zillət 
Gülmalı qaldı boğazı qurumuş. Əlacı kəsilib başladı gülməyə. 
Nüşür gecə saat onikiyə kimi lətifə danışıb, onlarla yeyib 
içib  12  radələrində  tələbələri  gətirib  olacaqları  yanında 
düşürdü.  Zahid  ayaq  üstə  dayana  bilmirdi.  Nüşür  Adilə  baxıb 
dedi: 

Gürcü  qardaş,  bunun  tək  bircə  çarəsi  var,  boynundan 
tutub b
aşını  salasan  arxa.  O  saat  ayılacaq.  Dədəm  heylə  çox 
ayıldıb məni. Tut bas suya. 
Kabinaya  mindirdiyi  "əmoğlusu"  düşmək  istədikdə 
dizindən basıb qoymadı. "Sabah tülkü yerindən durmamış səni 
burda eliyəcəm, düşmə" -deyib maşına qaz verərək uzaqlaşdı. 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin