partlayan kimi sepi dağılıb tökülürdü, amma sovetin tankının
altında Allahvara on beş qumbara birdən partlasın, heç urfu da
incimirdi! Hətta bir gecə Sürəyya atasının anasına xəlvəti
elədiyi belə bir gileyini də eşitdi:
-
Arvad əlacım olsa, belim bağlı olsa qızımdan, vallah
bunun altın altda, üstün üstdə qoyaram.
-
Ay Həmzə nə danışırsan, Allah Allahnan day öyrədirik...
Qızının taylarının bu saat səkkiz uşağı var.
-
Belimi qıran bu deyilmi arvad. Südünə nəhlət sənin, nə
var sənin o südündədi. Xalxın uşağı kimidi səninki də, nə
deyərlər ona baxa? Qorxuram elə bekarca narazılığımı bildi-
rəm, altını altda qoya, üstünü üstdə. Qoyar da Gülsüm.
Baxıram, məndən çox ona yer eləyir.
-
Sənin özünə çəkib Həmzə, günahı mənim üstümə yıxma.
Səfərovu bu kənddən qovdurmayınca yorulub oturmadın,
Maskvayaca sürüb getdin
. Axırda öz dediyini elədin. Indi də
fikir vermə. Pis adam da deyillər vallah, lap yaxşı adamlardı.
Bir az şəhərlidilər dayna, şəhərlilər də belə-belə şeylərlə
öyünürlər.
Sürəyyanın özünün də xoşu gəlmirdi bu əşya, mal-mülk
hərisliyindən. Lakin bütün bu işdəklərdə nədən xoşlanırdı ki,
Sürəyya? Məyər ərə getməyinin özündən xoşlanırdımı,
açılırdımı? Yatırdımı ürəyinə? Bu da bir borc deyildimi bir qız
üçün, bir qızılca kimi, çiçək çıxarma kimi bir qaçınılmazlıq
deyildimi? Toyu olmalıdı axır bir gün, ərə getməlidi qız. Toyu
olub ər evinə köçənəcən də bütün bu işdəkilər hamısı da baş
verməlidi. Bu sövda vurmaq, bu gediş-gəliş, deyiş qoyuş,
267
bağlaşma, bitişmə mütləq olmalı, mütləq edilməliydi. Bunlarsız
olmaz ha. Xoşuna istər gəlsin, istər gəlməsin!..
Elə bil bir gözəgörünməz sərəncamçı əyləşmişdi içində,
dərk edib anlamadığı bu naməlumluğa itələməkdəydi Sürəyya-
nı. Hər yerdə çalışırdı atası güzəştə getsin şəhərlilərə. Nə
deyirlər, nə istəyirlər o saatca qəbul etsin atası, təki tez
qurtarsın bu mərasim, bu hazırlıqlar. Tez gəlib yetişsin o
naməlumluq, görə nə diyardı bu yer, nə var burda, nə gözləyir
onu burda? Sakitləşdirib ovudacaqmı bu naməlumluq onu, son
verib söndürə biləcəkmi qəlbinin iztirablarını, od-alovlarını?
b
arı bir soyuyacaqmı dəli duyğularını, düşüncələrini, rahat olub
bir insan kimi yaşaya biləcəkmi o da?
Toy yiyələri təkid edirdilər gərək Noyabrın 7-si günü
mütləq aparalar gəlinlərini, onunda da gəlinin üçünü keçirdib
elə o gecə də Bakıya yola salalar. Onbirində işində olmalıdı
qardaşları. Böyük bir zavod ondan asılıdı. Həmzə kişi üçün bu
zavod söhbəti boş bir şeydi. Onun öz dədə-baba günü vardı
məhz bu gündə də qızının paltarbiçdisini keçirməliydi. Tək
günündən başqa heç bir günə razılaşa bilməzdi. Bu tək
ötmüşdü, o biri tək də 7-sindən sonraya düşürdü. Kişinin burda
heç kəsə güzəştə getmək fikri yoxdu. Toy eləyən oğlan gərək
əməlli-başlı iş yerindən icazə ala, darıxmaya, xalxı darıx-
dırmaya, elə götür apar deyil ha bu? Mal-qoyun almaq dəyil ha
bu, bazarda pulunu verib götürüb aparasan. Can alveridi bu. El-
oba yığışa gərək, ölçüb-biçəsən gərək! Şəhərlilər üçün duz
günü, tək günü söhbəti gülünc gəlirdi, keçmişin qalığıdı
deyirdilər. Qohum-əqraba hərə bir təhər tökülüşüb kişini razı
saldılar: eybi yox, cümədə-şənbədə eləsin qız toyunu. Onda da
başqa bir iş çıxdı ortalığa: Həmzə kişi tələb elədi gərək kəbin
kağızı gətirilə. Yalnız bundan sonra o da arxayın toyuna
başlayar. Şəhərlilər sevincək olub qızı da, sənədlərini də
götürüb apardılar şəhər ZAQS idarəsinə. Lakin orada
qeydiyyata alıb ancaq hələ kəbin kəsmədilər. Yalnız bir aydan
sonra gəlib kəbin kağızını almaq olardı. Təzə qanun var, kəbin
268
qeydiyyata alınandan yalnız bir ay sonra kəsilə bilər. Statistika
göztərir ki, ölkə üzrə boşanmaların böyük bir faizi ilk birinci
aydakı birgəyaşayış müddətinə düşür. Bəlkə bir ay içində heç
cavanlar bir-
birinə öyrəşə bilməyəcəklər, on gündən sonra gəlib
deyəcəklər ayırın bizi!
Şəhərlilər qayıdıb bunu Həmzə kişiyə söyləyəndə dəli
oldu kişi: “A balam, bura haradı? Bizə də gəlib bu sərəncam, o
bizdən ötrü dəyil! Harda görülüb belə şey? Hansı toy pozulub
bu səbəbdən? Belə də şeymi olar? Mən qızımı verim apar, on
beş gündən sonra da gətir qaytar üstümə, nədi, yola getmirlər,
öyrəşə bilmirlər? Ala qızını! Işə bax bir! Bundn sonra kim yiyə
durar mənim qızıma? Bilmirəm, gedin kəbin kəsdirib kağız
gətirin mənə. Yoxsa toyun altı altda, üstü üstdə qalacaq!”
Kişini tovlamağa başladılar; "heç belə şey olar, alıb
aldatmadı bu? Bizim qardaşımız da elə qardaş dəyil deyəsən
sındırar, xar edər bizi, uşaq kimi bir şeydir, hara desən ora
ge
dəcək, nə desən onu eləyəcək. Nə danışırsınız, Həmzə kişi, el
dəyilik, oba dəyilik?"
Xeyri yoxdu, Həmzə kişi öz dediyini yeridəcəkdi.
Şəhərlilər kor-peşman qayıtdılar geri. Axırda Sürəyya özü
qarışıb işə, anasına dedi yaxşı olar lap pozalar bu qohumluğu,
nəsə heç onun ürəyinə yatmır bu adamlar. Qızının fikrini bilcək
Həmzə kişi tez Zakiri şəhərlilərin ardınca göndərdi: “Axunda
kəbin kəsdirib kağızını gətirsinlər, qızı da götürüb aparsınlar!”
Bacılar tökülüşüb qaçılı bıçaqlı gəlinlərini bəzəməyə
gələndə də Gülsüm arvadla tutaşası oldular. Qayçını, manikür
əşyalarını görüb dəli oldu arvad. “Mənim qızıma heç kəs əl
vura bilməz, qızımın bəzəyi, boyası özündəndi. Qaş nədi, göz
nədi? Öldürrəm özümü o saat!” Manikür əşyalarını qolu
getdikcə fırqıtdı arvad! Bacıları gülmək tutmuşdu. Ordan
burdan hücum çəkib qızı bəzəyib boyamaq üçün dartınırdılar.
Onlar belə dartındıqca Gülsüm arvad daha da ciddiləşir, söyüş
söyür, əsəbiləşirdi. Şəhərlilərə də xoş gedən arvadın bu söyüşü,
əsəbiləşməsiydi. Oynadırdı şəhərlilər Gülsüm arvadı.
269
...Qapılarında artıq mağar quruludu, camaat gəlib
getməkdə, yeyib içməkdədi. Amma nəsə elə bil bir ölü yeridi
bura. Bir qəmginlik, bir hüzn vardı hər tərəfdə. Ya bəlkə bu
hüzn Sürəyyanın öz içindəydi?
Son yır-yığış aparmaq gərək, gündəliklərini bir kiçik
çamadana qoyub zirzəmidə gizləmək gərək.
Qızlıq dünyasından, keçmiş günlərindən təkcə bir
bağlancaq saxlayacaq özündə. Bütün ömrü boyu bu bağlancaq
olacaq ürəyinin həmdəmi könlünün can sirdaşı. Öləndə özü ilə
qəbrə aparacaq bağlancağı: içində yerli tikişli bir cins yubka,
bir yaşıl Bakı jaketi, bir idman ayaqqabısı, bir də üstü pışpışalı
bir pambıq fartuğu. Vəsiyyət edəcək lap başının altına
qoysunlar.
Dostları ilə paylaş: |