***** ***** *****
374
EPİLOQ
Uzun illərin sıxıntısını çəkmiş adamlara qəfil səadət üz
verdikdə öz yaş səviyyələrini unudub yeniyetmələşir,
uşaqlaşırlar. Dünyanın rəng boyası dəyişib gözlərində
yaşıllaşır, süsənləşir, parlaqlaşır. Eyiləşir, cilvələnir, gözəlləşir
dünya. Iqorgili yola saldığı gün raypo müdirinin o cəzirə
mənzilində alnına yapışmış bir uzunca tel kimi incələşir,
qıvrımlaşır, nəğmələşir dünya! Aynabənd qarşısında dayanmış
Orxan baxdı ki, öz telinə oxşamır bu tel, qap-qara görünür
güzgüdə. Ucundan tutub dartdıqca uzandı tel, bir ucu demə
saçlarının arasında cizginibmiş telin. Üç qarış uzunluğunda
qırılmış bu tel Sürəyyanın teli deyildimi? Isticə bir axıntı
yayıldı sinirlərinə, sonra da qayıdıb ürəyində gölməçələndi
axıntılar. Görən alnında görüb eləməyiblər teli, yaxud görüb də
üzə vurmayıblar. Gözlərini çəkib ayıra bilmirdi teldən,
baxdıqca baxır, duyduqca duyurdu teli. Əlindən uçurdub ata
bilmirdi teli, heyfi gəldi bir yad mənzilində düşüb qalmasın.
Əgər ötən on ilin fərağına bircə bax belə teli həmdəm qalmış
olsaydı Sürəyyanın, bəlkə bunca əzab çəkib iztirab oduna
yanmazdı. Hər dəfə bu incəcik teli əlinin ortasında cizgindirib
saatlarla tamaşa edərdi ona, zövq alardı ondan. Amma tel indi
çatıb əlinə, vüsal anlarının bir rəmzi kimi, ərmağanı kimi gəlib
çatıb. Yox atmayacaq bu teli Orxan bütün həyatı boyunca bir
rəmz kimi saxlayacaq. Hələlik qoy pasportunun arasında
cizginsin tel
. Indi bu kübar rahatlıqlı mənzil içində, yaxın
dostlar, tanışlar yanında, döşəməyə sərilmiş əl toxunuşlu İran
xalçalarının, divarlar peşindəki əcnəbi mebellərin, bu mebellər
gözünə düzdürülmüş gümüş qarışıqlı bahalı bohemiya
büllurlarının, yapon, çin keramikalarının bu gözçəkən görünüşü
önündə haraya baxırdısa, nəyə baxırdısa bir uzunca qara tel
cizginirdi gözlərində, bu telin məsudluğu dolub daşırdı
ürəyində gözlərinə süslücə bir pərdə çəkib var olan hər şeyi bu
süsən arxasından göstərirdi Orxana.
375
Raypo müdirinin
villasına baxanda ikimərtəbəli İngiltərə
yada düşürdü. Təkcə elə qonaq otaqları dörd-beş mənzildən
oluşurdu: doqquz-on metr uzunluğunda,beş metr enliliyində
olan bu bəzənikli yemək otağından elə bu ölçüdə bilyard, tennis
otağına qapı açılırdı. Ən məşhur sanatoriyaların idman zalları
burdakı terapevtika-idman qurğularına həsəd apara bilərdi.
Iqorgilin gecə yatıb qaldıqları kiçik-kiçik qonaq otaqlarında nə
avadanlıq desən qoyulmuşdu: televizor, yapon maqnitafonları,
radio
qəbuledicilər, fotoaparatlar. Rəflərdə əcnəbi istehsalı
konyaklar, araqlar, viskilər, cürbəcür şokalatlar, konfetlər. Indi
bu böyük qonaq otağının dörd-beş metr uzunluğundakı yemək
masası üstündə nə desən qoyulmamışdı? əcnəbi istehsallı
cürbəcür pivələr, limon-portağal suları, konyaklar, viskilər,
romlar, Ye
revan konyakı, qırmızı Azərbaycan şampanı-
eksportluq-
, borjom, badamlı, narzan suları-hamısı xüsusi
şüşələrdə, xüsusi etiketli, cürbəcür meyvələr, xörəklər. Nə
könlündən keçsə dərhal gətirəcəklər. Raypo müdirinin cavan
oğlanları, qızları bir quldular qarşınızda, geyimli-keçimli,
mədəni, müasir gülərüz. Baxışlarınızdan anlayırlar istəklərinizi.
Bir əziyyətə qatlaşmağa qoymurlar sizi, əlinizi yumaq
istəyəndə çiyni məhrəbalı hazırdılar yanınızda, ayağınızı
geyinmək istəyəndə dərhal dabançəkən uzadırlar sizə,su içmək
istəyirsiniz, şüşəni özləri açıb süzürlər billur bohemiya
stəkanlarına, qədəhlərinə. Həyət içəridən bəzəkli, döşəməsinə
rəngbərəng əcnəbi etiketli kərpiclər düzülmüş, naxışlanmış,
ortasında on metr uzunluğunda hovuz qurdurulmuş. Hovuzun
mozaikasını guya orta əsrlərin şərq mozaikaçıları gəlib
quraşdırıblar. Hovuzu içi çölündən gözəl, dumduru sular
peşində rəngbərəng balıqlar süzüşən, qaçışan. Hövuz həyətə bir
butadı, qaraj bir buta, fin hamamı bir buta. Onların aralığında
topa-
topa gül ağacları, bəzək bitkiləri naxış salmış. Tikililərin
bayır tərəflərinin, taxtapuşlarının bəzəyi döşəmələrininkindən,
iç
divarlarınınkından gözəl. Iqor təkliyə salıb heyrətlə soruşdu:
-
Burda belə villalar çoxdumu?
376
-
Beləsini mən də ilk dəfədi görürəm.
-
Qonaqpərvərliklərinə də baxırsınzmı?
-
Nənələrini çox istəyirlər görünür.
-
Məncə tək ona görə deyil. Qonaqpərvərlik bir dindi
bunlarda. Elə sizin öz ailənizdə də gördüm mən bunu.
-
Bütün Qafqaz belədi İqor.
-B
izə Leninqrada qədər təyyarə bileti alıblar, bilmirəm
neyləyək heç, pul çıxarıb verəkmi onlara?
-
Nə danışırsan İqor, biabır edərsən bizi? Təhqir sayarlar
özləri üçün!
-M
əgər bizim üçün təhqir deyilmi, götürsək?
-
Niyə ki? Nənələrini həyata qaytarmısan!
-Bizim borcumuzdu bu.
-
Mürəkkəb məsələdi bu. Pul adı çəkmə, görmürsən
bunların şəraitini? Üç təyyarə bileti nə şeydi bunlar üçün!...
Iqor bir sö
z deməyib susdu. Yalnız onunla qucaqlaşıb
ayrılaraq təyyarəyə qalxmaq istəyəndə astaca pıçıldadı:
-
Belə bir rahatlıq içində mən altı ayda doktorluğumu hazır
edərəm.
Orxan bir cavab verməyib dostanə bir təbəssümlə açıldı
ta İqor təyyarə qapısından girincəyədək bu açılışla yola saldı
onları. Larisa Baş həkimlə gözləşirdi bu anlarda. Orxana nəsə
elə gəldi adi bir yaxınlıqdan uzağa getməkdədi Larisanın –Baş
həkimin bu baxışlaşmaları... İndi yəqin İqorgil Leninqraddadı.
Orxan isə...
Orxan səadətindən dönüb bir şıltaq yeniyetməyə çevrilmiş
Sürəyyanın nazıyladı. Sürəyya tarlanı görmək, bacılığıyla
görüşmək istəyir. Baş həkimin, hələki, Orxanın sərəncamına
qoyub getdiyi “jiqulisinin” arxa oturacağında əyləşib yol
boyunun mənzərələrinə dikilmiş Sürəyya nəsə evlərindən
çıxandan bəri susubdu elə, bir kəlmə dinib danışmır. Asfalt
yolun sol baxarındakı alçacıq dağların başlarına boz bir duman
pərdəsi süslənibdi. Guya Noyabrın sonu deyil heç, Aprel
havasıdı hava. Azərbaycanda Aprellə Noyabrın bu oxşarlığı
377
adəti haldı. Bəzən Yanvarın özündə də soyuq olmur heç. Lakin
bir günün içində dəyişə bilər hava, bir günün içində yaz dönüb
qış olar. Hələ dönməyib, hələ ki, yaz havasıdı. Görən nə
fikirləşməkdədi Sürəyya? Yoxsa onun da fikirləri bu alçacıq
dağ başlarına sərələnmiş boz duman pərdəsi kimi yayğındı
be
ləcə, aydın deyil heç?
-Kamal!
-
Nədi Sürəyya?
-
Görəydim dünyada Natella kimi də başqa bir gözəl varmı
yenə?
-
Var Sürəyya!
-
Inanmıram ola! Heç inanmıram!
-
Mən ondan da gözəlini görmüşəm Sürəyya!
-
Harada? Leninqraddamı?
-
Yox, pambıq tarlasında.
Cavab verə bilmir Sürəyya. Nə cavab versin axı? Amma
xoşuna gəldi, sevinib cilvəlndi, məst ildu sözdən. Başını
maşının pəncərəsinə söykəyib bir anlıq yumdu gözlərini. Onun
xəbəri yoxdur, amma Orxan görür onu güzgüdən. Budu nəsə
yenə fikirləşib açdı gözlərini: indi görək nə deyəcək, nə
soruşacaq:
-Kamal!
-
Nə var, Sürəyya?
-
Bakı yaxşıdı yaşamağa, bizim rayon?
-
Sən olan yer.
“
Ürəyincə oldumu cavab? Deyəsən lap olduqca
ürəyincədi. Razı qalmısan cavabdan, gülümsünüb bir gül kimi
açılmısan, dalğalanmısan bir göyçək dəniz kimi!”
Şəhərə çatdıqda Sürəyya buyurdu gərək atelyeyə gedib
qoşa şəklimizi çəkdirək. Sonra da maşını ətriyyat mağazası
qarşısında saxladıb dedi get mənə krem pudra al gətir.
-
Neylərsən kremi-pudranı? Onlarsız gözəlsən elə!
-
Yox Kamal, mən bu şəkli onyeddi yaşım olanda
çəkdirmək istərdim, get mənə krem-pudra al gətir.
378
Atelyedə geyinib-bəzənmə kabinetində Sürəyya güzgü
önündə dayanıb Orxanın alıb gətirdiyi əcnəbi istehsallı, pudrası
da içinə qarışdırılmış kremi üz-gözünə yaxmaclayanda Orxan
anladı ki, Sürəyya kremi necə vurmağı bilmir. Istədi deyə elə
yaxmaclamazlar kremi, qorxdu inciyə Sürəyya. Durub eləcə
tamaşa etməyə başladı. Sürəyyanın üzü dəyişib bom-boz oldu.
“gör özünü nə kökə saldın Sürəyya! Vallah, şəklin özünə
oxşamayacaq, o incə üz cizgilərin, o şümal bətin-bənizin bu ağ-
boz krem altında dəyişdirəcək səni, əksildəcək gözəlliyini, lap
nahaq yerə belə elədin!
Yanaşı əyləşib şəkillərini çəkdirdilər.Sürəyya başını
azacıq onun çiyninə doğru əydi çəkiləndə.
Sonra yenə maşına əyləşib tarlaya yola düşdülər.
Sür
əyyanın gözləri bütün yol uzunu maşının pəncərəsinə
dikilmişdi. Kim bilir nə düşünürdü. Orxan hiss edirdi ki,
Sürəyya yol kənarlarınca ötüb qalan təpələrə, artezian
quyularına, ağaclara-kollara, əkin yerlərinə, kəndlərə-kəsəklərə
tamaşa etsə də elə belə topasını görür gördüklərinin, quramasını
görür, ayrıcalığını, təktəkliyini görmək halında deyil. Fikri
gördüklərindən çox-çox uzaqlardadır. Fikri bir yerdə qərar tuta
bilmir, mətləbdən-mətləbə dəyişir düşüncələri; sorğuları da elə
bil şəkildi, çəkilişdi düşüncələrinin:
- Kamal!
-
Nə var Sürəyya?
-
Bəs mənim çamadanım noolacaq?
-
Nə çamadanın Sürəyya?
-
Vağzalda, saxlanma kamerasında qoyduğum. Bütün
paltarlarım da içindədi. Demişdim bir gündən sonra gəlib
götürəcəm.
-
Bakıya gedəndə alarıq. Artıq saxladıqlarının pulunu
keçirəcəyik.
-
Məni də aparassan Bakıya?
379
-
Bundan sonra Sürəyya, lap üç günlüyə də olsa, hara
getsəm, səni də özümlə aparacağam. Sən harda olmaq
istəyirsən, Bakıda. Yoxsa öz rayonumuzda.
-
Sən olan yerdə.
"
Çox sağ ol Sürəyya. Hələ bütün ömrüm boyu bunca xoş,
bunca şirin cavab eşitməmişdim. Öz sözüm də olsa bunu ki,
mənə qaytardın, göylərə qaldırdın məni Sürəyya, asimanlara
yüksəltdin. Bilmirəm heç nədəndi Sürəyya, bu yerlər bu torpaq,
bu insanlar yaman çəkir məni özünə, dartıb rayonumuzda
saxlama
q istəyir. Bilmirəm bəlkə lap sənə görədi. Hər halda sən
necə desən elə olacaq, sən harda desən orda yaşayacağıq!”
- Kamal!
-
Nə var Sürəyya?
-
İlk görüşdüyümüz gün yadındadı?
-
Yadımdadı
-
Dedin mexanizatorsan, yeddi bacın var.
-
Ağrısını azmı çəkdim Sürəyya?
- Yox!
Nə yaxşı elə yalan demisən Kamal. Yoxsa indi
oturmamışdım bu maşında.
-
Niyə Sürəyya?
-
Desəydin tələbəsən, bir kəlmə də danışmazdım sənlə, o
saat qovardım yanımdan!
-
Niyə qovardın Sürəyya?
-
Bilmirəm. Amma mütləq qovardım!..
Bundan sonra ta
tarlaya çatıncayadək Sürəyya bir söz
deməyib susdu. Tarlanı da şumlanmış görüb baxmaq istəmədi,
maşını kolxoza gedən yolla ağzı yuxarı sürdürüb bir iri iydə
ağacı dibində saxlatdı. Düşüb sağ tərəfdəki çəkillik içiylə bir
azacıq aşağı enərək önündəki arxın ennənmiş bir yerini
göstərdi:
- Kamal, tullan görüm burdan!
-
Necə tullanım Sürəyya, görmürsən enniliyini?
-
On il qabaq necə, atdana bilərdin burdan?
380
-
Nə bilim, heç ağlım kəsmir. Axı niyə soruşursan
bunları?
-
Heç. Elə belə. O vaxt bizim tələbələr bu yanda
y
ığırdılar. Bax, o alçacıq təpənin üstünə tökülmüşdük. Mən
sənin yanından qaçanda yalandan kolxozçulara tərəf qaçırdım,
bilməyəsən yerimi, yurdumu. Nə biləydim axı... Kolxozçuların
içindən qayıdıb yola çıxdım. Bir də bir belə yolu bax bu
çəkilliyin içiylə geri qayıtdım. Bir yer tapmadım keçməyə. Bir
az da qabağa getsəm dedim görərsən məni, bilərsən yerimi.
Bax, bu yerdə aralıdan yüyürüb gəlməyə yer vardı deyə, arxdan
tullanmaq qərarına gəldim. Tulandım da. Sonra hər bura
baxanda gözlərim qaralırdı.
Inans
ınmı Orxan? Nə qədər təəccüblü olsa da əlbəttə
inanır. Məgər Orxanın yadında deyildimi Sürəyyanın o qaçışı, o
uçuşu? Gözlərini zilləyib ta bir yellənən, uçağan kəpənəyə
dönüncəyədək ardınca tamaşa etməmişdimi? Nə desən çıxardı o
vaxt o kəpənəkdən, lap arxın bu enli yerindən tullanmaq da
çıxardı!
-
Gəl gedək bu yerdən Kamal, tez ol gedək.
-
Ağlayırsan Sürəyya?
-
Tez qayıdaq Kamal, tez aralaşaq bu yerlərdən!
“Qadın ürəyi, -düşündü Orxan, -bahar yelləri kimi qəfil
qalxan, qəfil yatan, bir bahar səmasınca təmiz, bir yaz çiçəyincə
zərif, duyğulu!”
Çəkdiyi iztirablar yadına düşüb, on ilin ağrı-acıları yadına
düşüb. Kökü bu yerlərdən başlamış iztirablarının, ağrı-
acılarının. Onunçun da bu yerlərdən qaçmaq istəyir belə, kənar
olmaq is
təyir. Asfalt yola çıxıb talanı, kəndi ötüb keçdilər,
hamar, düz yola çıxanda Orxan bir siqaret yandırdı. Qəsdən
Sürəyyadan icazə istəmədi, görsün neyləyəcək Sürəyya, bir
ağzını-gözünü turşudacaqmı, əlləriylə papiros tüstüsünü
özündən kənar etməyə çalışacaqmı? Tüstü də elə bil qəsdən düz
Sürəyyanın üstünə gedir, gözlərinə, nəfəsinə doluşur. Yox,
381
papiros tüstüsünün incikliyini duyacaq
halda deyil Sürəyya,
tüstüylə bir dəyinəcəyi yoxdu.
- Kamal!
-
Nədi Sürəyya?
-
Atom bombası gerçək sözdü?
-
Əlbəttə gerçəkdi.
- Lap o Xirosima da?
- Xirosima da!
-
O da gerçəkdi bütün atom bombalarını qəfil birdən
Dostları ilə paylaş: |