Şahlar həSƏNOĞLU


*****                  *****                  *****



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə7/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   2   3   4   5   6   7   8   9   10   ...   65
2016-2403

 
*****                  *****                  ***** 
 
Səhər  saat  9  çatacağında  55-60  nömrəli  bir  QAZ  -  51 
maşın  gəlib  müalıcə-profilaktika  fakültəsinin  qaldığı  uşaq 
bağçası qarşısında dayandı. Maşından, arıq, göygöz, üzünü tük 
basmış  sarılığı-qaralığı  bilinməyən  30-35  yaşlarında  gülümsər 
bir  şofer,  bir  də  22-23  yaşlarında  başına  yekə  çil-çil kepka 
qoymuş, sarışın-qırmızı yanaqlı ucaboy bir oğlan düşdü. Oğlan 
dar
vazadan içəri girib binaya sarı gəldikdə iki cavan qız gülüşə-
gülüşə onun qarşısına çaxdı: 

Boy ə Orxan, niyə getməmisən işə? 

Bəs siz niyə getməmisiniz? 

Qardaşım gəlib. Bir azdan aparacaq. 

Mən də kənddən gəlirəm. 

İcazə almışdın? 

Yox səs salma. 
-
İşın fırıxda onda. 


 
41 
Şofer  gördü  söhbət  uzandı,  darvazadan  girib  irişə-irişə 
tələbələrə sarı gəldi: 

Ziq xayl xanımlar. Bizim əmoğlu axşam bərk vurmuşdu
gördüm burd
a  qalsa  biabırçılıqdı,  aparıb  kəndə  ayıldıb  indi 
gətirirəm.  

Boy, sağ ol Orxan, sən də pozuldun ə? 

Səfehləmə Natella, sən Nüşürü tanımırsan? 

Bu ölsün xanımlar bu gecə əlataş eləyib məni. Başına bir 
bojqa 
su  töküb  güclə  atıltmışam.  Dost  doğma  əmim  oğludu, 
yalan deyərəmmi? Baxın, heç dünənki paltarıdı əynindəkilər? 

Sən öl sübutnu deyir! 

Yaxşı,  ay  Natella,  bilmədin  bizimkilər  hansı  sahəyə 
getdilər? 

Yenə o göygöz Məhəmmədin sahəsinə. 

Yaxşı, biz getdik Nüşür! 
Orxan bunu deyib maşına doğru qaçdı. Nüşür hələ bir az 
daqalıb qızları maraqlandırdı. 

Canlara  dəyən  oğlandı.  Zarafat  eləyirəm  heylə. 
Utandığından qaçıb getdi. Nə qədər eləyirəm ayılmır bacıqızı, 
yatılıdı hələ! 

Hə, çox utancaqdı dayı! 

Axmaqdı  də,  heç  belə  gözəl  qızlarla  oxuyub  utanar 
adam? 

Belə də kefkom əmisioğlu ola-ola! 
Lakin  "əmisioğlu"  siqnalı  peydərpey  basırdı.  Nüşür 
kön
ülsüz də olsa qızlardan ayrılıb gəlməli oldu. Mühərriki işə 
salıb  qızlara  baxa-baxa  maşını  kənd  yoluna  çıxardı.  Nüşürün 
tülkü  yerindən  dutmamışı  gəlib  oldu  beləcə  saat  9.  Orxan 
kənddə saat beşdən oyanıb onu gözlədi. Nüşür yalnız saat 8-də 
gəlib çıxdı. Orxan qaşqabağını töküb gileyləndi: 

Ay Nüşür nə təhər adamsan, demirdin lap tezdən durub 
gələcəksən? 
-
Başın  sağ  olsun  həkim,  eşitməmisən  şoferlərə  yetmiş 
üçüncü millət dediklərini? Düz söz olar şoferlərdə? 


 
42 
Orxan  da  bundan  sonra  bir  söz  deməyib  maşına  oturdu. 
Bütün  yol boyu Nüşür məzəli lətifələr danışıb onu güldürmək 
istədi.  Amma  Rafael  müəllimin  sir-sifəti  gəlib  gözləri  önündə 
durunca  gülüşü  üzündə  donub  qalırdı.  İndi  də  elə  onu 
fikirləşirdi görən nə desin müəllimə. 
-
Qağa  bu  qızlar  sənnən  oxuyur?  -Nüşürün  sorğusu 
fikrindən ayıltdı onu.  
-
Mənnən oxuyurlar. 

O ağ-appaq qız da? 
- O da. 

Yaf elə bir sinifdə? 

Bir sinifdə. 
- Heç bir skamyada oturmusan onunla? 

Oturmuşam. 

Vay dədə vay! Bəs nə təhər dinc durmusan, həkim? 

Şofer deyiləm ona görə. 

Demək şofer vələddüzzinadı, həkim? 

Yox, heylə demədim. 

Heylə dedin, həkim! 
Nüşür buralara yaxşı bələddi. Düzdü, onların kəndi qonşu 
rayonun qonşu kolxozunda yığırlar. Nüşür də avrallara xidmət 
eləməlidi.  Ancaq  Nüşür  də  öz  bildiyində,  öz  çal-çapındadı.  O 
dildə ondadı nə təhər olsa çıxacaq işin içindən. Amma elə bil 
çox  getdilər.  Həmişə  heç  on  beş  dəqiqə  keçməmiş  çatırdılar. 
Nüşür  isə  hələ  yol  getməkdədi.  Həm  də  bir  asfalt  yola  düşüb 
asfaltla gedirlər, Məhəmmədin sahəsinə isə heç vaxt belə asfalt 
yolla getməyiblər. 

Ay  Nüşür  elə  bil  çox  getdik  axı?  Bu  nə  asfalt  yoldu 
belə? 

İndi mənə tanıdacaqsan Məhəmmədin sahəsini? 
Əlbbətdə  düz  deyir.  Hərləyib  farlayıb  onda  görəcək 
Məhəmmədin  sahəsinə  gətirdibdi  onu.  Daş  yola  düşəndə  lap 
arxayınlaşdı. Bu yolla da bir 3-4 km getmiş Nüşür sol tərəfdəki 
artezianı göstərib dedi: 


 
43 
- Bax, bu 
artezianı yaxşı qadında saxla! 

Nədi ki? 

Sonra bilərsən! 
Bu neyləyir belə? İndi də bir kənd içinə girdi. Əyri-üyrü 
yollarla kəndin içindən keçib bir narlığa çıxdı. Narlıqdan keçib 
maşını saxladı: 

Çatdıq, di düş! 

Burda heç pambıq sahəsi var, haradı bura? 

Necə yoxdu? Bəs niyə düşürürəm səni? 

Var, niyə görünmür? 

Düş çıx o dikin başına, görəcəksən! 
Orxan maşından düşüb dikə sarı aralaşcaq Nüşür arxadan 
səsləndi. 

Bayaq  göstərdiyim  artezian  vardı  ha,  Məhəmmədin 
sahəsi  oradı,  həkim.  Şoferləri  bic-bəzzat  sayırsan,  di  piyada 
qayıt get! 
Bunu  deyib  Nüşür  damaq  ilə  qımışıb  qazı  basdı.  Maşın 
ardınca  qalın  toz  burulğanı  qaldıra-qaldıra  gözdən  itdi.  Orxan 
bilmədi  gülsün,  bilmədi  acıqlansan,  üzündə  hər  iki  hissdən 
qarışıq,  kəndə  doğru  yola  düşdü.  Onsuz  da  ona  olan  olubdu, 
axşam  Rafael  müəllim  ağzının  bütün  zəhərini  tökəcək  üstünə. 
Bu düşüncəylə xeyli getmiş gördü arxadan içi qızlarla dolu bir 
yük  maşını  gəlir.  Qızlar  çapan  çalıb  oynaşır,  oxuyur, 
qışqırışırdılar.  Onu  görüb  heç  qamaşmadılar  da.  Maşın  gəlib 
yanından  keçəndə  şoferə  əl  elədi  onu  da  götürsün.  Şofer 
mənalı-mənalı gülümsünüb sürəti kəskin azaltdı. Lakin oxuyub 
oynamaqlarını  dayandırmayan  bu  qızların  yanına  qalxmaq 
gülünc vəziyyətə özünü salmaq demək idi. Yüyürüb kabinənin 
qalxa
cağında dayanaraq orda getmək istədi. Elə maşına çatmaq 
üzrə  olanda  onun  yüyürüşünə  maraq  götürmüş  qızlar  birdən... 
pamidor, qoza ilə atəşə tutdular onu. Qaçıb güclə özünü narlığa 
sal
a bildi. Şoferin mənalı gülüşünün səbəbini indi anladı. Üst-
başı  abirdan  çıxmışdı,  papağından,  yaxasından,  çiyinlərindən 
pamidor  suyu  axıb  tökülürdü.  Yaylığını  çıxarıb  yola  qayıda-


 
44 
qayıda onları təmizlədi. Bu vaxt arxadan bir maşın da göründü, 
onun arxasınca da bir maşın. Hər ikisi də çalıb oynaşan qızlarla 
dolu. 
İstədi  qaçıb  narlığa  girsin,  sonra  fikirləşdi  niyə  axı? 
Bayaq günah özündə oldu, çalıb oynaşan qızlara baxıb istehza 
ilə  gülümsündü,  həm  də  yüyürüb  maşına  minmək  istədi.  Bu 
dəfə  heç  dönüb  baxmayacaq,  maraqlanmayacaq  da  qızlarla, 
daha niyə daşa bassınlar onu? Belə də etdi. Qabaqkı maşın artıq 
ötüb keçmişdi, arxadakı maşın isə yetirha-yetir idi. Birdən bir 
fit  verildi,  istər-istəməz  qayıdıb  baxanda  yekə  bir  pomidor 
başına dəyib  kepkasını başından saldı. Əyilib kepkanı götürüb 
qaçana  qədər  iki  maşın  qızın  atəşi  arasında  qaldı.  İmkanı  da 
olmadı barı yerdən bir kəsək götürüb onlara ata.  
Medtexnikumun  qızlarıydı  bunlar,  haqlarında  eşitmişdi, 
ancaq inanmamışdı deyilənlərə, indi özü şahid oldu. Deyirdilər 
qızları  aparan  maşın  yolda  görünəndə  hamı  qaçıb  aralaşır 
yoldan. 
Gərək o da belə edəydi. Bir dərs olsun ona. 
İndi üst başını dəsmalla təmizləyə-təmizləyə bir gözü elə 
geridəydi,  qorxurdu  bir  maşın  da  gələ.  Doğrudan  da  heç  yüz 
addım  yol  getməmiş  arxadan  bir  maşın  da  göründü.  Bu  dəfə 
cəld  qaçıb  özünü  narlığa  saldı,  istər-istəməz  cır  nardan  qırıb 
ciblərini doldurdu, bir əlinə də bir yekə nar aldı. Bu maşın da 
qızlarla dolu idi, ancaq bunlar çalıb oynamırdılar. Hə, bunların 
arasında bir neçə oğlan da var, yəqin ona görədi. Hər halda ötən 
maşınların  hayıfını  bunlardan  çıxmaq  lazımdır.  Belə  düşünüb 
əlindəki narı var gücü ilə maşına fırlatdı. Nar deyəsən yönü o 
yana  dayanmış  qızlardan  birinin  kürəyinə  dəydi.  Elə  o  an  da 
maşından  "vay,  ana  öldüm!"-deyən  bir  çığırtı  qopdu.  Döyüb 
maşını  saxlatdılar.  Oğlanlar  maşından  təkülüşdükdə  Orxan 
qaçıb  narlığın  dərinliklərində  gizləndi.  Görünür  onu 
görməmişdilər. Bu işi də yəqin nadinc kənd uşaqlarından bilib 
ciddi hesab etmədilər. Bir azdan maşın yenə yola düzəlib getdi. 
İndi  Orxan  özü  də  pərt  olmuşdu.  "Vay ana, öldüm!"-
deyən  qızın  o  çılğın  çığırtısı  qulaqlarından  getmirdi.Lap  uşaq 
işi gördü. Gərək nayılıq eləyən qız uşaqlarına qoşulmayaydı. 


 
45 
Ara  sakitləşən  kimi  yola  qayıdıb  orada  arx  suyu  ilə  üst-
başını  təmizləyərək  yenə  kəndə  doğru  üz  qoydu.  Yolun 
döngəsinə  çatanda  eşşək  arabası  sürən  bir  qocayla  qarşılaşdı. 
Papağının pomidorunu təmizləyən qarayanız, çopur kişinin daz 
başının  ortası  qıp-qırmızı  idi:  pamidorun  dənələri  görünürdü 
başında.  Orxanı  gülmək  götürdü:  demək  bu  kişini  də  onun 
kökünə  salıblar!  Kişi  də  başını  qaldırıb  ona  baxınca  kişini 
gülmək götürdü: 

Ay oğul, səni də bu üzü tökülmüşlər salıb bu hala? 

Hə əmi! Mərifət var onlarda? heç sənin kimi ağsaqqala 
hörmət qoymayıblar, mənə qoyacaqdılar? 

Qızışıb  onlar  bala,  nə  qanırlar  ağsaqqalı-qarasaqqalı? 
Cəhənnəm vurmaqları ey, oğul, bu qarayaman dəymiş hürkdü 
özünü  arxa  verib  addamaq  istəyəndə  təkər  düşdü  arxa,  araba 
yanı  üstə  aşdı,  cağın  üstündən  yerə  gəlib  diyirlənib  düşdüm 
kolun  dibinə.  Eşşək  də  orda  əvədək,  di  qoymurlar  da  qalxıb 
arabanı  düzəldəm.  Maşının  biri  ötür,  biri  gəlir.    Canın  haqqı 
oğul  açıq  başıma  o  qədər  pomidor  çırpıblar,  bir  bax!  Pah 
atonnan, elə bil tüpüydülər gəlib keçdilər! 

Məni səndən də pis abıra salıblar, bax! 
- Can-
can, bala, görürəm! - kişini yenə uğunmaq götürdü. 
-
Bəs,  mən  arabadaydım  qaça  bilmədim  ay  oğul,  sən  cavan 
oğlansan, nə olmuşdu sənə, qaçıb canını qurtara bilmirdin? 

Aldatdılar  məni,  əmi,  maşını  saxlatdılar  guya  məni  də 
götürələr. Mən də bilmədim, yüyürdüm minəm, basdılar daşa.  

Kələyə  bax  ey  üzü  tökülmüşlərdə!  Hi-hi-hi. Pah 
atonn
an, zamanıya bax, qız uşaqlarına bax! 
Kişi uğunub keçə-keçə sürüb addadı.  
Orxan  üst-
başını  təmizləyə-təmizləyə  yola  düzəlib  bir 
azdan  kənd  aralığına  gəlib  çatdı.  İdarənin  qabağında  dayanıb 
sahələrə gedəcək bir maşın axtardı. Nəinki maşın, heç adam da 
görü
nmürdü  aralıqda.  Barı  bir  qocadan,  uşaqdan  da  yoxdu 
Məhəmmədin  sahəsini  soruşa.  Özü  də  bura  indiyədək  onun 
görüb  tanıdığı  kəndlərdən  heç  birinə  oxşamırdı.  Hara  gətirib 


 
46 
çıxarıb  onu  Nüşür?  Yarım  saatdan  artıq  gözləyib  gördü  bir 
gəlib  gedən  yoxdur,  daş  yola  çıxıb  elə  belə,  hara  gəldi  yola 
düşdü. Kənddən çıxhaçıxda arxadan bir QAZ-51 maşın gəlib, əl 
qaldıracaq  onu  da  götürdü.  Şofer  dedi  elə  Məhəmmədin 
sahəsinə gedir. 
 
Bayaq Nüşür göstərdiyi arteziana çatıb şofer sağa döndü, 
böyük bir tarla içinə girərək tarlanı başdan ayağa qədər iki yerə 
bölən torpaq yola çatıb indi də üzü aşağı sürdü. Bu yolla da iki-
üç kilometr irəliləyib tarlanın lap ortasında maşını saxladı: 
-
Bax  bura  Məhəmmədin  sahəsidi,  düş  burda,  axtar  gör 
hansıdı sizin adamlar. Budu ey, avraldı hər tərəf. 
 
Belə deyib şofer sürüb getdi. Orxan göz işlədikcə uzanan 
böyük  bir  tarla  içində  qaldı.  Dörd  bir  tərəfdə  pambıq  yığan 
adamlar  görünürdü.  Tələbələr  olacağı  güman  edilə  bilən  sol 
tərəfdəki topanı nişan alıb oraya doğru irəlilədi. On beş-iyirmi 
dəqiqə  gedib  gördü  orta  məktəb  uşaqlarıdı  bunlar,  daha  bu 
tərəfə  getməyin  faydası  toxdur.  Geri  qayıdıb  indi  də  o  biri 
toplara 
doğru  getməyə  də  könlündə  həvəs  duymadı.  Bir  də 
gəlib bu dayandığı yerdə hədsiz pambıq vardı. Xoşu gəlib yığıb 
toplamağa başladı. Bir fartuq qərarı yığıb üstündə oturdu.  Hava 
olduqca  xoş,  ətraf  olduqca  gözəl  idi.  Gecə  heç  dörd  saat  yata 
bilməmişdi,  bədəni  əzgin,  yorunuq  olduğundan  altındakı 
pambığı sərələyib  arxası üstə uzanaraq dincini almaq qərarına 
gəldi.  Pambıq  şaxları  o  qədər  hündür  idi,  üstünə  əməlli-başlı 
kölgə  salırdı.  Ətrafda  dinc  bir  sakitlik  uyumuşdu.  Göylərin 
səssizliyi daha dərin, daha dibsiz olub həm də daha baxmalı idi. 
Adamın gözlərini zümrüd dərinliklər içində itirib batırır, yerlə 
göyün  bitişgəklərinə  doğru  hərləyərək  ağ-boz tozanaqlıqlar 
içində gəzdirirdi. Göyün lap o yuxarılarında, zümrüd göylüklər-
yaşıllıqlar peşində qanad gərib yellənişən quşlar görünürdü, bir 
qədər aşağılarda, bərilərdə adicə boz sərçələrin tələsik, qorxulu 
uçuşları göz dəlib keçir, o lap yuxarılardakı qanad gərib gər-gər 
süzüşən  zövqlü  quşların  göz  çəkib  aparan  ləzzətli  uçuşları 
önündə  sərçələrin  bu  səksəkəli  uçuşlarına  adamın  ürəyində 


 
47 
dərincə  bir  təəssüf  hissi  oyadırdı.  Göylərin  zümrüd  dərinliyi 
duruluq  gətirdi  Orxanın  ruhuna,  yüksəkliklərdə  qanad  gərmiş 
zövqlü  quşların  uçuşları  şairanə  duyğular  gətirdi,  hər  şey 
yadından çıxıb sonsuzca bir sakitlik, dinclik aləminə qovuşdu. 
Elə  bil  strelizə  ovqatlıydı  göylər,  beyində,  başda  dolanan 
alaşıq-dolaşıq  duyğuları,  düşüncələri  silib  təmizləyirdi 
beyindən-başdan,  sonra da özü kimi yamyaşıl,  ip-iyi,  bəm-
bəyaz duyğular, düşüncələr çözələyib gətirirdi. Bir azdan Orxan 
artıq  çəkisini,  ağırlığını  da  duyub  hiss  edəcək  deyildi,  elə  bil 
göylərin  zümrüd  ənginlikləri  çəkib  aparmışdı  çəkisini, 
ağırlığını,  göylərdə  dolaşan  o  zövqlü  quşlarca  yüngül,  o  ağ 
pambıq buludlarca yumşaq bir hissiyyat doldurmuşdu varlığını, 
hafizəsini.  Sonra  bunlar  da  qeyb  olub  şirincə  bir  yuxu  apardı 
onu. 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin