***** ******* ******
Nərgizin baldırlarına palçıq sıçrayıb çox pis bulamışdı.
Cəmilə onunla arx üstünə gəlib Nərgiz qıçlarını yuyub
təmizlədiyi yerdə Şəhla da onlara yanaşıb dedi çəkilliyin o
tərəfindəki tarlada bir yer görüb, heç deməli deyil, əyləş bir
yerdə fartuğunu doldur pambıqla. Körpüdən keçib xeyli yol
yuxarı irəliləyərək Şəhla onları həmin dediyi sahəyə gətirdi.
Amma buraya pionerlər də gəlmişdi deyə xeyli sahənin
dərinliklərinə irəliləyib onlardan aralaşaraq bardanlarını yerə
qoyub başladılar yığmağa. Pionerlərdən bir dəstəsi də gəlib
onlara qarışdı, aralarında şirin söhbət qızışdı, bir də ayılıb
gördülər saat on ikiyə işləyib. Nərgiz yerə tökdüyü pambığı
fartuğuna basıb:
-
Gedək gəlin aq Cəmilə, -dedi, -bir az da yığsaq nə təhər
aparacağıq?
-
Hə gedəyin! -deyə Şəhla da yığdığını fartuğuna basıb
hazır oldu.
48
Cəmilə isə hələ də yığırdı. Heç bu yerdən getmək fikri
yox idi. Qızlar çox gözləyib təngə gəldilər:
-
Gəl ay Cəmilə, biz gedirik.
-
Nə var gedəndə. Görmürsünüz nə yaxşı uşaqlardı? Nə
sual verirsən hamısına cavab verirlər. Bunlarla yiğmaq
maraqlıdı.
-
Gedək Cəmilə, tərsliyin tutmasın!
-
Nə tez dilxor oldun ay qız, yoldaşlarından?
-
Qoymurlar alamı yığmağa, o gəlir bir söz, bu gəlir bir
söz, yığa bilmir adam!
-
Görürəm, onunçun hamıdan az yığırsan!
- Biz gedirik özün bil!
-
Bah, gedin, gözüm uçur elə sizdən ötrü!
Qızlar çıxıb getdilər, Cəmilə tək qaldı tarlada.
Pionerlərdən də aralaşıb lap tək-tənha yığmağa başladı. Heç
özü də bilmədi niyə getmədi. Nərgiz dediyi kimi tərsliyimi
tutdu, yoxsa burda pambığın çoxluğunu görüb getmədi? Pioner-
lərə qalsa, indi pionerlər ona hamıdan maraqsız gəlirdi, get-
dikcə də onlardan aralaşıb tək qalmaq istəyirdi. Tək qalmağa
adət eləmişdi Cəmilə, gündə bir dəfə də olsa gərək tək qalaydı,
tək qalıb özünə qapılaydı, öz-özüylə danışıb, öz-özüylə
söhbətləşəydi. Duyğuların, düşüncələrin yelkəninə minib
dənizləri, dəryaları dolaşaydı, fırtınalara düşüb, qasırğalara sinə
gərəydi. Özünə qapılmaqda da bir sirr var, hikmət var. Elə ki,
yoldaşlar arasındasan, demək göz önündəsən, ayarsan, üzə
çərməniklisən,qəlbindən nə keçirsə sözlə, söhbətlə ara-bərə
danışıqlarıyla ortalığa tökülür, faş olur. Mübhəmliyini, sirrli-
soraqlılığını itirirsən, kiçilir, cılızlaşır, yoxsullaşırsan, dəyərini,
qiymətini azaldırsan. Tək qalanda isə! Tək qalanda dolub daşır-
san, çağlayırsan, qəlbində təlatümlərin qalxır, qabarma-
çəkilmələrin başlayır, möcüzə bir yaşantı yaşayırsan! Hələ bax
belə bir tarla içində belə bir yaşıllıq əhatəsində, belə bir meyxoş
hava qucağında! Gözlərin önündə ağ-ağ pəmbələr sayrışır,
bəzəkli-bəzəkli kəpənəklər yellənişir, pambıq şaxları nadinclik
49
edib tumanına ilişir, saçlarından tutuşub çəkir, sərincə bir meh
də əyləncə edirmiş kimi tellərini oynadıb sinirlərini oxşayır. On
yeddi yaşının bahar özdəmliyinə, bahar xislətinə təbiətin, ab-
havanın, ətraf mühitin bir bahar oluşluğu, bahar görüntüsü
körük verib alışdırır, oyaladıb qaldırır içinin odunu, alovunu.
Həzincə bir nəğmə ilə açılırsan, qəlbinin hərarətini, ürə-
yinin odunu, könlünün sirrini bir tənhalıq içinə buraxırsan, bu
dilbilməz pambıq kollarına, bu yellənişən kəpənək gözəlliyinə
söyləyirsən:
Evləri köndələn yar,
Sona bülbüllər!
Bizə gül göndərən yar,
Saçı bülbüllər!
Gülün yarpıza dönsün,
Sona bülbüllər!
Bizdən üz döndərən yar,
Saçı bülbüllər!
Səsindən, avazından özünün də xoşu gəlib bir qədər də
hündürdən qaldırdıqda ona elə gəldi olduğu kimi yamsılaya
bilir Q
ədiri, onun alaşıq-dolaşıq zəngulələrini, enib-qaldırma-
larını. Dərincə bir məmnunluq duydu bundan. Hələ bir kim-
sənin Qədiri yamsılaya bildiyini, yamsılamaq istədiyini eşit-
məmişdi, görməmişdi, ağlına gətirmirdi bunun mümkünlüyünü.
O isə yamsılayırdı. Gözəl səsi vardı Cəmilənin, lakin el üçün,
dinləyici üçün deyildi bu səs, ən yaxın dostları, yoldaşları, ailə
üzvləri bilməzdi onun belə səsi olduğunu. Bilməyəcəkdilər də
heç. Özü üçündü bu səs. Bir sirr kimi, bir könül gizlincisi, bir
qızlıq sandıqçası kimi bir əyləncəlikdi bu səs.
Muğam yerinə çatıb heç özü də bilmədi necə oldu belə
məlahətlə, belə ustalıqla oxuya bildi bunca çətin, dolaşıq, bir
səsin, hər nəfəsin keçib gedə bilməyəcəyi səs labirintini? Bir
halda da belə oldu, lap nə olur olsun, kim eşidir eşitsin, kim
gülür gülsün, axıraca davam etdirəcək muğamı. Bu körpəcə
pionerlər deyil də, lap bığlı-saqqallı kişilər olsun dinləyənlər,
50
axıradək oxuyacaqdı muğamı. Səsi gəldikcə güclü, nəfəsi
çatdırdıqca ucadan, enə bildikcə dərindən, qalxa bildiyincə
zild
ən qaxsıdacaqdı muğamı. Bir nəğmə çeşməsinə dönüb
axacaqdı bu yaşıl tarla boyunca, bu zümrüd göylər peşincə:
Fariq etdi mehrin özgə məhliqalərdən məni,
Hirz imiş eşqin sənin, saxlar bəlalərdən məni.
Könlüm aldın, göstərib min lütfü minnət canıma,
Eylədin müstəğni özgə dilrubalardən məni.
Amma bu
nədir, pionerlər nə vaxt gəlib toplaşıblar bura?
Əl çalıb "ura" çəkirlər?
-
Nə gözəl oxuyursan! Biz dedik indi radiodu, Qədirdi
oxuyan!
-
Afərin vallah! Afərin xalacan!
Gülümsünüb elə pionerlərin yanında davam etdirdi
oxumağını. Coşğunca bir nəğmə bulağı açılmışdı sinəsində,
qurtarmayınca bu mahnı, bitməyincə bu nəğmə təlatümü, yatıb
sakitləşməyəcəkdi Cəmilə:
Elə yar, yar deyirlər,
Heç məni demirlər, Ay Sona bülbüllər!
"Elə yar, yar deyirlər, heç məni demirlər,ay sona
bülbüllər!" -deyimə bax, sözə bax, ruha bir bax! Səsinə
nəfəsinə qurban olum. Qədir, səni doğan anaya, səni əkən
ataya, səni yetirən torpağa, səni bitirən xalqa qurban olum
Qədir! Sənmisən deyən bunları, qoşan, oxuyan bunları? O
deyən dilinə, o qoşan ruhuna, o coşqun səsinə, o cavan canına
canım qurban, ruhum qurbanQədir!"
Bu nədi belə? Dəlimi olub, hündürdən niyə deyir
dediyini?
Bir deklamasiyamı söyləyir pionerlərə? Əl çalıb
sevinişir uşaqlar atılıb düşürlər, qışqırışırlar yerlərində! Yox,
yox nəsə görüblər pionerlər, gördüklərinə gülüşürlər belə! Hə
bu yekə çilçil kepkalı oğlanamı gülüşürlər, onun diz üstə oturub
belə diqqətlə ona qulaq asdığınamı gülüşürlər? Bəs hardan
çıxdı bu? Yoxsa o pambıq kolları altında yatıb gününü uvadan
tənbəl-tünbəllərdəndi bu? Oxşayır elə! Hələ üst başına bax,
51
kepkasına bax! Elə bil pamidor tağı üstündə yatıbmış. Yəqin
ağlı başında deyilmiş uzananda.
Oğlan Cəmilənin onu gördüyünü anlayıb ayağa durdu,
durunca da uzanıyıb qızdan bir qarış hündürlükdə bənd aldı.
Üz-
gözü, təbəssümü belə qəribə təsir bağışlayırdı. Üst başına
baxanda adamın gülməyi gəlirdi, amma üzünə baxanda gülüş
adamın dodaqlarında donub qalırdı, üzü gülməli deyildi, nəsə
ciddiydi, görünüşlüydü, heylə qeyri adi bir gözəlliyi yoxdu,
amma nəsə çox yatımlı, gözəgəlimli oğlandı. Sarışın qırmızı
çöhrəsi vardı, düzgün burnu, şümal üzü, cazibədar baxışı vardı.
Bu qırmızıya çalan çöhrəsiylə, bu məftun baxışlarıyla Valter
Skottun Dorvardı deyil ki, bu? Ucalığı da onun kimidi, qəri-
bəliyi, bir şeyə oxşamayan bu üst-başına rəğmən ilk baxışından
duyulan iddiası da onun kimidi. Amma yox, Dorvard hara bu
yazıq hara, mexanizatordu bu, traktorçudu, lapet sürəndi bəlkə
də. Gününü pambıq kolları dibində yatıb "paxmellik"dən
ayılmaqla keçirən ağzı pozuq şoferlərdəndi. Ağzı pozuq, nitqi
pozuq, düşüncəsi kasıb, könül pintisi!
-
Nə gözəl səsin varmış qız, nə gözəl oxuyurmuşsan!
"Atmacasına bax" cildə giribdi bu, cildini dəyişib yoxsa,
indicə bilərik danışdırıb"
-
Pionerlərə günorta konserti verirəm. Amma bilmədim
kol dibində yatan komsomollar da ola bilərmiş burda.
Oğurluqca sınıb dinləyə bilərmiş səsimi!
-
Komsomola şər atmayın qızlar, oğurluq eləmədim mən.
Gözəlliyi görmək də, dinləmək də savab işidir, oğurluq niyə
olur?!
-
Bəs kol dibində yatıb gün keçirmək necə, o da savab işdi
komsomola?
-
Bu bir baxt işidi gözəl qız, baxt adamı didərgin salıb
pamidor atəşi altına da sala bilər, sonra bir kol dibində yatırdıb
kol dibindən möcüzə bir qız səsiylə ayıltdıra da bilər!
-
Guya, təsadüfən düşmüsüz bura eləmi?
52
-
Lap təsadüfən. Amma ömrümdə nə belə səs eşitmə-
mişəm, nə belə könlümə yatan gözəl qız görməmişəm!
"Bu nə deyir belə ay Allah, bu açıcaq izharı-eşq elan edir
mənə? nə asanca bəs? Yoxsa öyrəşib beləcə pambıq tarlasında
avaralanıb tanıdığı, tanımadığı qızlara söz atmağa? Bəs niyə
qıp-qırmızı qızardı belə deyəndə, üzünün qanı ağ-appaq ağardı
sonra? Vallah kimsə bu heç özü də bilmədi necə dedi dediyini.
Yaxşı bağışladım sənə bu xətanı cavan oğlan, ancaq bəlkə bir
yoxlayım da başını?"
-
Nə tez yatdı könlünə qız? Bircə dəfə görməklə, bircə
dəfə səsini dinləməklə?..
-
Ruhunu da dinlədim axı? Qədiri necə öyüb təriflədiyini
də dinlədim! Axı artistlik eləmirdi o qız! Bilmirdi bir kimsə var
burda, dinləyə bilər onu, xoşu gələ bilər ondan! Ürəyinin
dərinliklərindən gələnləri deyirdi, saf qız ruhunun saflığından
qopub ayrılanları deyirdi. Kiməsə yaranmaq üçün, kiməsə xoş
gəlib qəlbini ələ almaq üçün demirdi ha!
"Bu nə danışır belə! Şairdi yoxsa bu, nədi belə? Həssas
adamdı kimsə, söz sərrafıdı, necə yerli-yerində, necə məntiqlə,
necə maqamında deyir dediklərini!"
-
Axı sən kimliyini demədin heç...
-
Adım K-Kamaldı...
"Dili topuq çaldı adını deyəndə. Yoxsa söyləmək istəmir-
miş adını? Puf, ölürdük elə!.."
La
kin Kamaldımı oğlan? Bu Orxan deyildimi? Bəs, niyə
belə yanlış dedi? Heç özü də bilmədi niyə. Axı bu pambıq
tarlasında yüzlərlə belə qıza rast gəlib də hamısına düzgün admı
demək olar?
-
Bəs sizin adınız nədir?
S -
Sürəyya!..
Cəmilə də kəkələdi. Lakin tez də düzəldib özünü,
dalbadal hüdülədi:
-
Elə bu kənddənəm. Sağınçıydım, indi olmuşam
pambıqçı.
53
A
mma ürəyində danladı özünü: “Niyə düzgün söyləmə-
dim adımı, işimi, yerimi? Niyə belə yalan fırlatdım? Özü də
şəxsiyyətli adama oxşayır bu kimsə, sonra üz-üzə gəlib
utanmarammı? Gəlmərəm mən də! Uzaqdan görərəm gəlir,
qaçıb gizlənərəm! Bir də bəlkə axmağın biri çıxdı, deyib adımı
işə salım özümü? Bəlkə düşüb dalımca gəldi, tələbələrin içində
biabır oldum? Lap düz eləyib yalan söyləyirəm. Hələ bir görək
bu özü nəçidi, bu papaqla mütləq mexanizatordu bu!”
-
Bəs sən nə sənətin sahibisən?
- Mexanizatoram. Mexanizasiya texnikumunda qiyabi
oxuyuram.
Gülmək tutdu Cəmiləni. Düz təyin etdiyinə tutdu
gülməyi. Amma gülüşünü tez boğdu, birdən anlayıb xətrinə
dəyər oğlanın.
-
Bəs mexanizatorun bu tarlada nə işi?
-
Kömək edirik pambıqçılara, bəyəm olmaz?
-
Anladım. Yatıb yuxunda kömək edirsən.
-
Niyə, istəyirsiniz axşamaca sizə də kömək edim.
- Yox, bu iki fartuq dolunca...
Bu nə iş idi tutdu? Indi Nərgiz gil birdən gəlib eləsələr nə
cavab verəcək onlara, deməyəcəklərmi bu kimdi sənə kömək
edən? Eh... qoy desinlər. Onsuz da yalançılıqla başlayıb bu
günkü gününü. Yenə yalandan deyərki xalam oğludu, pambıq
yığırlar burda, məni görüb gəldi halımı soruşsun. Sonra da
qızları çəkib aparar o yana, başlarını elə qatar xaloğlu da
yaddarından çıxar əmoğlu da.
-
Bəlkə fartuğunuzun birini verəsiniz mənə?
-
Alıyın. Ancaq istismarçı deyiləm, öz xoşunla işləyirsən.
-
Sizin kimi bir gözələ nə qədər işləsəm xoşdu!
-
Yəqin bütün rastına çıxan qızlara belə deyirsən!
-
Ömrümdə ilk dəfədi belə dediyim!
“Qızarmasına, kəkələməsinə bax, səsindəki titrəyişinə,
baxışındakı səmimiyyətinə bax. Vallah lap düz deyir bu, heç
yalan deyil dedikləri”.
54
İndi pionerlər də uzaqlarda qalmışdı, ucu-bucağı görün-
məyən bu geniş tarlada ikicəciyi qalmışdı. Gözə görükənlər hər
yanda bir-
iki kilometr qədər aralılarda idilər. Tarlanın aşağı
tərəfləri göz işlədikcə uzaqlara uzanıyırdı. Amma bir kilometr
qərarı aşağıdan şosse yolu iki yerə kəsib ayırırdı tarlanı. Şosse
yolundan tez-
tez maşınlar, traktorlar keçib gedirdi.
Qız sıxılan kimi oldu əvvəlcə, qorxub üşənən kimi oldu:
b
irdən əliuzunluq eləyər göydəndüşmə kimi qəfil peyda olmuş
bu cavan? Sonra fikirləşdi neyləyəcək, adamyeyən-zad deyil
ha. Bir az artıq-uzun danışar pionerlər budu burda. Hər halda
onu özündən aralaşdıracaq fikri yoxdu başında. Mexanizator
adam deyil? –
düşündü. İndi elə bu saat gedib kəbinimizi
kəsdirmədik ha. İnsandı da söhbət eləyirik. Qəbahətdi söhbət
eləmək? Bir halda söhbəti xoşdu mənə qoy nə qədər danışır
danışsın!”
-
Bilirsən Sürəyya, qızınkı qoşa hörükdü, qoşa hörüyü
olmadı tulla getsin! Vallah...
-
Hə... Mənim qoşa hörüyüm var axı!
-
Sənə görə demədim...
-
Demək mənim höüklərim o sən deyənlərdən deyil,
eləmi?
-
Niyə? Sənin hörüklərin bir möcüzədi! Bir vergidi,
sərvətdi! Nə deyim... Mən hələ heç kəsdə belə gözəl hörüklər
görməmişəm!
“Yalan demirsən, goplamırsan?” Cəmilə gözaltı oğlana
baxıb yoxlamaq istədi düz deyib demədiyini. Baxıb da odlu bir
atəş içinə düşdü: oğlanın üz gözü titrəyir, dili dodağı səyriyirdi:
əsirdi oğlan! “Baxıyanı üzə vurma Cəmilə, gerçəyidi bu
mexanizator oğlanin. Yəqin düşünür nə var, pambıq dibində
yatıb ayılanda göydən düşmə bir qıza rast gəlmişəm, əl
çəkməyəcəm ondan. Özünü görmür yəqin, üst-başının bu pis
abırından xəbəri yoxdu yəqin.
- Amma bu üst-
başla bir ağlı olan qız sənə yaxın durmaz!
55
-
Hə.. Bu səhər yolla gəldiyim yerdə yanımdan üç maşın
dolusu qız gəlib addadı. Onlar salıb məni bu kökə!
-
Paho... sən heç bir şey tapıb vura bilmədin onları?
-
Güclə qaçıb özümü narlığa sala bildim, hayandan
vurdum?
-
Niyə bir nar qırıb ata bilmirdin sən də?
-
Atdım, amma sonra da peşman oldum atdığıma. Bu üç
maşın məni bu hala salıb ötəndən sonra dördüncü maşın gəldi.
-
Sən də yekə bir nar qırıb var gücünlə maşına atdın!
-
Hə vallah, bəs siz nə bilirsiniz bunu?
-
Ta işdən belə görünür də!..
-
Bir qız “vay ana öldüm”- Deyib qışqırdı. Hələ də səsi
qulağımdadı.
-
Ürəyin yandı yoxsa qıza?
-
Hə Vallah!..
-
Niyə yandı ürəyin? Bəs onlar səni vuranda yaxşıydı?
-
Yox, o qızlardan deyildi bunlar. Əl çalıb oynamırdılar.
İntəhası mən elə hirslənmişdim, qəzəbimi bunlardan çıxdım.
Günahsız vurdum mən o qızı!
-
İndi o qız qəfil böyürdən çıxıb gəlsə neyləyərsən?
-
Üzr istəyərəm ondan, ovudub könlün alaram.
-
Bəlkə ala bilmədin könlün?
-
Qız könlünü almağa nə var, təki, istəyəsən.
-
Çoxmu könül almısan belə?
-
Yox hələ... İstəsəm alaram... İstəmirəm nəsə...
-
Bəyənmirsən heç kəsi!
-
Bəyənmirəm. Hərədə bir nöqsan görürəm. Biri
yüngüldü, çox danışandı, birinə fərq deyil sən kimsən, bu biri
kimdi, elə hamıyla bir umacaqla danışır. Elə bil hamı istəklisidi
onun!
-
Dinməz, qaraqabaq qızı da heç bəyənmirsən!
- Qa
raqabaqlara yox, sakit qızlara hörmətim var. Bir
qardaş kimi...
- Bir sevgili kimi yox, amma!
56
-
Yox! Sevgi bilmərəm nə şeydi! Başıma gəlməyib.
Gözləyirəm. Bax, bayaq sən o mahnında oxuduğun kimi: “Elə
yar, yar deyirlər, heç məni demirlər”.
-
Səni demirlər, sən de, oğlan görək desin!
- Sevgi
qarşılıqlıdı, nə oğlan, nə qız! O da bir möcüzədi!
O da bir vergidi nəsə! Bax, sizin saçlarınız kimi!
-
Özüm kimi yox əlbəttə!
-
Özünü mən nə tanıyıram? Kolxozçu qızsan. Arzun yəqin
instituta girməkdi hələ!
-
Neylərəm institutu! Pambıqçı olacam elə belə. ərə
gedəcəyəm sonra da!
-
İstədiyin də varmı?
-
Olacaq! Nə çoxdur dərdimdən ölən!
-
Fantaziyan yoxdu demək. Bəsit düşünürsən həyatı,
gələcəyini: iki üstəgəl iki, bərabərdi dörd. Həyat da bərabərdi
ərə getmək, üstəgəl oğul-uşaq sahibi olmaq!
-
Bəs nəyə bərabərdi həyat, nədi həyat?
- M
öcüzədi! Bir möcüzədi həyat! Bax, bir gör bizə nələr
verilib! Görürük, eşidirik, duyuruq, dadırıq, qoxuluyuruq. Hər
duyğumuz bir dünya ilə tanış edir bizi. Hələ bu duyduqlarımızı
ağlımızla yoxlayırıq, nəticə çıxarırıq, qərar veririk! Əhatəli
geniş bir dünyayıq biz, bir planetik! Hər birimiz bir kainatıq
biz. Təkrar olunmaz bir kainat. Bir nəcib duyğudan bizim
sinəmizin bir dalğalanmasını bir Sakit okeanın dalğalanma-
sından əksik bilmə heç! Bir qaraca qız baxışındakı fırtınanı min
Sakit okeanlara bərabər bilmə artıq bil, üstün bil!..
“Nə danışır bu mexanizator! Kaş bizim ali məktəb tələbə-
lərimizdə bundakı düşüncənin yüzdə biri olaydı elə!”
- “Vay ana, öldüm!” –
deyən bir qız naləsində bəs nələr
v
ardı, deməzmisən?
-
O da bir möcüzəydi! O qız kimsə o da bir fırtınaydı.
Onun naləsində nifrət yoxdu, qəzəb, kin, küdurət yoxdu,
nazlıca bir şikayət vardı!
Elə bil başını itirdi Cəmilə, qəfil ağzından çıxardı:
57
-
O qız mən idim!
-
Ola bilməz!
-
Gəl kürəyimə bax!..
-
Cəmilə yaxasının düymələrini açıb jaketinin boğazını
arxadan aşağı çəkməyə çalışdı:
-
Gəl jaketi çək aşağı, özün etdiyinə özün bax!
Orxan qorxa-
qorxa gəlib qızın jaketinin boğazından aşağı
çəkdi. Amma əlləri titrəyirdi, ürəyi əsirdi. Qızın boynunun
a
rdında cizgilənən narınca tüklərinin naxışına, sıralanmasına,
bədəninin bəyazlığına gözəlliyinə baxıb özünü itirdi.
-
Qorxma çək aşağı...
Nə qorxma! əlləri əsirdi Orxanın çəkə bilmirdimi?
Ömründə bir qız kürəyinə bunca yaxından baxıb, bunca
gözəlliyinə tamaşa etmişdimi? Axırda da narın, qızın belində
əmələ gətirdiqi qara-göy ləkəni gözlərilə görüb anladı ki, düz
deyir qız, vurduğu bu qız imiş! Udquna-udquna qaldı Orxan elə
bu vəziyyətində də qız ona sarı döndü: fırtına qopmuşdu qızın
qara gözlərində! Bulanıq bir pərdə ala-tala olub tutmuşdu
gözlərini. Sayrışıb titrəşirdi pərdə. Sonra süzülüb bir cüt damla
olub yanaqlarına axdı: və ancaq bunu gördü Orxan. Qız yığdığ
pambığı tullayıb, yarıladığı bardanını, fartuqlarını atıb gücü
gəldikcə üzü yuxarı: çox-çox uzaqlarda sayrışan adamlara sarı
qaçdı. Qaçıb qaçıb bir kilometr o yanda qəfil sağa dönüb
çəkilliklərə sarı buruldu.
Ta çəkilliklərə çatıb onların arxasında gözdən itincəyədək
qızın arxasınca baxdı Orxan. Donub qalmışdı yerindəcə. Kim
idi bu qız? Niyə bunca uzun söhbət etdi onunla, sonra da
yığdığı pambığını atıb, bardanını, fartuklarını atıb qəfil qaçdı
belə? Bir nazdımı bu, bir şıltaqlıqmıdı onda? Axı nəyidi Orxan
onun naz eləsin qız ona? Heç adını da düzgün deməmişdi qıza.
Kamaldımı o, mexanizatordumu? Tibb institutunun tələbəsi
deyilmi? Müalicə-profilaktika fakültəsinin beşinci kursunda
oxumurmu? Nəyə görə də düzgün deməliydi axı? Bir təhsilsiz
kolxozçu qızla bir macəramı başlayacaqdı tarlada? Ömrü-günü
58
pambıq toplamaqla keçəcək bir qızla ali savadlı həkim durub
tanışmı olacaqdı necə bir tay-bərabər kimi, tərəf-müqabil kimi?
Savadsız, təxəyyülsüz bir qıza özünü düzgün tanıtdırıb
ünvanmı verıəcəkdi? Düzgün ad-familiyamı söyləyəcəkdi?
Bəs onda niyə heylə intim söhbətlər başlamışdı qızla,
fəlsəfə danışırdı, möcüzələrdən bəhs edirdi? Qız da dinməz-
söyləməzcə qulaq asır, amma ağıllı sorğularıqla söhbəti istədiyi
səmtə yönəldirdi? Həm də deyəsən aydınca da başa düşürdü
onu, anlayırdı. Bəlkə də gələcəyin ali savadlı həkimləri olacaq
öz tələbə yoldaşlarına desəydi ona dediklərini, anlamazdılar
qanıb başa düşməzdilər, başı xarab adlandırıb gülərdilər ona.
Lağa qoyardılar onu. Anlamazdılar fəqət. O isə anladı.
Gözlərində gördüyü o alaca pərdə də bu anlamaqdan doğdu
gözlərində. Kimsə füsunkar qızdı bu qız, misilsiz qızdı!
Orxan qızın yığdıqlarını fartuklarına, sonra da yarımçıq
qoyduğu bardanına doldurub gözələdi. Oturub yanında bir
müddət gözlədi. Bildi ki, birdəfəlik gedib qız, qayıdıb bir daha
gəlməyəcək. Bardanı dalına götürüb asfalt yola doğru tərpəndi.
Tarlanın ortasından gedən cığıra düşüb düz asfalta gəlib çıxdı.
Orada təkərləri arasına düşən daşı çıxarmaqla məşğul olan
şoferlə söhbətləşib öyrəndi ki, bu sahə ayrı bir rayonun qonşu
kolxozunundu, amma burda da Məhəmməd adlı briqadir var
doğrudan da. Gəldiyi sahə də Məhəmmədin sahəsidir. Şofer
Yevlaxa gedəcəyini deyib onu götürmədi. Hansı maşına əl
qaldırdısa saxlayan olmadı. Artıq əlini üzüb oturmuşkən
hardansa Nüşür gəlib çıxdı. Nüşür uğunub gedə-gedə onun
başına gələnlərdən xəbərdar olub bardanı köməkləşib kuzaya
a
tdı, Orxanı kabinəyə götürüb bu dəfə gerçəkdən öz göygöz
Məhəmmədlərinin sahəsinə gətirib çıxardı. Indi Orxanın Rafael
müəllimdən də bir qorxusu qoxdu. Yekə bir bardanı dolu
gətirmişdi və hələ Rafael müəllim axşam tərifləyəcəkdi onu.
Dostları ilə paylaş: |