Şahlar həSƏNOĞLU


*****       ******      ******



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə9/65
tarix31.12.2021
ölçüsü1,51 Mb.
#112476
1   ...   5   6   7   8   9   10   11   12   ...   65
2016-2403

*****       ******      ****** 
 


 
59 
Cəmilə gücü gəldikcə üzü yuxarı qaçıb irəlidəki yığanlara 
yaxınlaşanda qayıdıb indi də çəkilliklərə sarı qaçmağa başladı. 
Birbaşa  çəkilliklərə  tərəf  qaçmadı  qoy  Kamal  bilməsin  hansı 
dəstəyə  gedib  qarışa  bilər.  Bu  tuşda  artezian  da  olmalıydı. 
Bun
un  suyu  az  çıxdığına,  çox  qıjav  olmadığına  görə  şoferlər 
suyu bundan doldurub avrallara aparırdılar. Artıq on beş dəqi-
qəydi  qaçırdı,  di  gəl,  yorulmaq    hiss  eləmirdi,  ona  elə  gəlirdi 
heç  ayaqları  yerə  dəymir,  istəsə  lap  uça  bilər.  Çəkilliyə  çatıb 
gördü balaca artezian 
da  burdan  hələ  iki-üçyüz  addım 
yuxarıdadı.  Arteziana  tərəf  deyil,  yolun  o  biri  tayındakı 
çəkilliyə doğru yüyürdü. Ağzı çox enli bir arxa dirənib indi də 
arx aşağı qaçdı. Nə qədər yüyürdüsə bir ensiz yer olmadı arxı 
keçıb  öz  yığdıqları  sahəyə  atlana.  Nərgiz  gillə  bu  səhər  xeyli 
aşağı gedib körpüdən keçmişdilər. Indi o körpüyədək qaçmağa 
da  səbri  çatmadı.  Yüyürmək  üçün  qənşəri  geniş  olan  bir  düz 
yerdə arxı tullanmaq qərarına gəldi və tullandı da! Hələ ayağı 
sudan bir metr də o tərəfdə dəydi yerə. Sonra qayıdıb tullandığı 
arxa  baxdıqda  gözləri  böyüdü:  vallah  bəlkə  beş  metr  olardı 
tullandığı! Hələ su bundan enli olsaydı yenə tullanacaqdı! Arxı 
keçib  yürüşünə  çəkilliyin  o  tayıyla  davam  etdi.  Artıq  ürəyi 
acımaqdaydı, alnından tər axıb tökülürdü. Günortanın istisi də 
bir  yandan  yandırırdı.  Yüyürə-yüyürə  gəlib  bu  sabah  tökülüş-
dükləri  təpə  başına  çıxdı.  Tələbələr  tarlanın  dərinliklərində 
sayrışırdılar. Təpə başından gözçəkici bir görüntü açılırdı. Daş 
yolun bu biri tərəfindəki tarla, böyüklükdə o biri tərəfdəkindən 
geri  qalmazdı.  Şosse  yolu  aşağılarda  bu  tarlanı  bundan 
aşağıdakından kəsib ayırırdısa da bu bütöv bir massiv halında 
birləşmiş  düzəngah  önündə  şosse  yolunun  enliliyi  heç  nəydi. 
Yolun  o  tayındakı  tarlanın  lap  qurtaracaqlarında,  yerlə  göyün 
biti
şgəkləri  kimi  duyulan  uzaqlıqlarda  bir-birindən  aralı-aralı 
topaca çinarlıqlar görünürdü.  Hər birisi bir kənd idi bunların. 
Qalan  hər  yer  yam-yaşıl  pambıq  plantasiyalarıydı. Günün 
göylərin  gəbəyində  açılıb  yumulan    vaxtı  idi.  İstiydi.  Susuz-
luqdu. Suyu ik
i  kilometrə  qədər  o  tərəfdə  açılıb  tarlada 


 
60 
qoyulmuş cu çənindən gedib içmək olardı. Su çəninin başında 
bir  topa  tələbə  sayrışırdı.  Tarla  boyunca  topa-topa  pambıq 
yığan  tələbələr,  məktəblilər,  kolxozçular  fantastik  bir  aləmdə 
olub  guya  öz  doğal  oluşlarıqla  ötüşən  alalı-göylü,  qırmızılı-
yaşıllı  mövcudatlara,  ən  çox  da  uçağan,  səyriyən,  dənlənən 
quşcuğazlara  oxşayırdılar.  Guya  bu  quşcuğazların  alınlarına 
yazılmış gözəl məkanlarıydı bu yaşıl tarla. Guya qüdrətin öz əli 
düzmüşdü bu quşcuğazları bura və guya bu qızıl saçaqlı Günəş 
şüaları  da  heç  yox  olub  getməyəcəkdi  onların  başı  üstündən, 
əbədiyyətə  qovuşulunca  göylərin  göbəyində  açıb-yumub nur 
səpəcəkdi  bu  yaşıllıq  üstünə.  Bu  alalı-göylü,  bu  allı-yaşıllı 
quşcuğazlar  da  beləcə  əyilib  qalxa-qalxa,  yürüyüb  səkə-səkə 
aramaqda  olduqları  öz  səadətlərini,  öz  doğal  yaşantılarını 
buraxıb heç yana, heç yerə getməyəcəkdilər. 
Səadət quşları!.. Doğrudanmı bir səadət quşlarıydı bunlar, 
dənləşiridilər  beləcə  bu  yaşıl  tarla  içində,  öz  səadətlərini 
axtarırdılar?  Görüntüyə,  duyuntuya  söz  yoxdu:  yer  üzündə 
yaşıllıqdı,  yam-yaşıllıq!  Göy  üzündə  ağ  buludlar  qanad 
gərmişdi,  zümrüd  göylər  cilvələnmişdi.  Bu  yaşıllıqlar  peşində 
rəngbərəng  paltar  geymiş  adamlar  çalıb-çavımaqdaydılar. 
Təkcə ciyərlərdə bir yanğı vardı, kölgəliyə, sərinliyə, bir stəkan 
qazla suya bir təşnəlik vardı ciyərlərdə. Öz ciyəri yanırdı deyə, 
öz dodaqları qurumuşdu deyə bilirdi Cəmilə. Bir rahat tut ağacı 
kölgəliyi, bir rahat çarpayı, bir xoş musuqu istəyirdi könlü. Bu 
Səadət  quşcuğazlarının  hamısının  könlü.  Fəqət  onların  bu  al-
yaşıl dünyasına yazılı deyildi bu rahatlıq, bu istirahət! 
Könlü aşıb-daşırdı Cəmilənin. Öz daşqıntısını necə bəyan 
etməyi, bu Səadət quşcuğazlarına necə çatdırmağı bilmirdi. Bu 
dəmdə gözləri havada mayallaq aşan, məzəli-məzəli çabalayan 
kəpənəyə sataşdı: elə bil məst idi kəpənək. Bulanıb-bulanıb sarı 
yapışqan maye çilənmiş pambıq yarpağı üstünə düşdü, düşüncə 
də  hərəkətdən  kəsildi.  Öldümü  kəpənək?    Bəs  niyə  öldü?  Bu 
sarı  yapışqan  mayedənmi  öldü?  Təzəcə  dərmanlamışdılar 
tarlanı.  Görən  öldüyünü  bilirdimi  kəpənək?  Sonra  bir  başqa 


 
61 
kəpənəyi də həmin vəziyyətdə gördü, sonra birini də, birini də. 
Kəpənəyin  dördünü  də  götürüb  torpaq  üstündə  yan-yanaşı 
düzdü.  Görəsən  bu  kəpənəkləri  tapıb  yeyən  quşlar  da 
öləcəkdimi, onların balaları da öləcəkdimi? Yoxsa quşlara kar 
edəcək  gücdə  deyildi  dərman?  Necə  kar  edəsi  deyildi.  Bu  üç 
həftədə  tarlada  ayaqları  altında  qalmış  neçə  sərçə-qaranquş 
cəsədi  görmüşdü.  Düşünmüşdü  yəqin  qocalıqdan,  zəiflikdən 
ölüb  quşlar.  Hətta  bir  dovşan  ölüsü  də  görmüşdü.  Bəs  insan 
necə? 
Ölüm ha
qqında  düşünməkdən  təngə  gəlib  yenə  öz  yaşıl 
cənnətinə  dikildi.  Dikilib  də  yenə  ürəyi  coşdu,  qəlbi  atlandı.  
Alnında tər puçurları çıxıntı versələr də, dodaqları susuzluqdan 
quruyub cadar-
cadar  olsa  da  qəlbində  gözəl  bir  dünya 
çiçəklənmişdi. Bəlkə gözləri qarşısında cilvələnmiş dünya onun 
öz  içində  açılmış  dünyanın  görsətməsiydi,  oxşatmasıydı  belə, 
bənzətməsi əksiydi? Kölgəsiydi yaxud? Birdən qəlbindən nəsə 
bir bağırtı, hayğırtı coş verib qalxdı: bu mələk dünyada, bu allı-
yaşıllı boyalar içində sayrışıb səkən o səadət quşlarına nəsə bir 
xoşbəxtlik,  səadət,sevinc  hayqırtısı  çatdırmaq  istədi.  Təpə 
başında  atılmış  bir  fartuğu  götürüb  başı  üzərində  yellədə-
yellədə  gerçəkdən-gerçəyə  bir  ulayış  qopdu  sinəsindən:  guya 
vəhşi bir yalquzaq çıxmışdı təpə başına və bu yalquzaq gözəl, 
məlahətli,  coşqun  bir  qız  səsilə  öz  doğal  ulayışını  ulayırdı. 
Uzaqlarda sayrışan Səadət quşları qalxıb dikəlmişdilər bu səsə, 
topa-topa olub  din
şəşdilər  bir  müddət.  Ulayışın  təkrar-təkrar 
eşidildiyi  sorağınca  hərə  öz  gəzişini,  öz  səkişini  buraxıb  təpə 
başında dayanıb hələ də ulamasında olan qıza doğru axışdılar. 
Elə  bil  qızın  səsində  bir  maqnit  gücü  vardı,  cəkib  bütün 
tarladakıları  təpə  başına  gətirirdi.  Su  çəninin  yanında 
toplaşanlar  su  içməklərini  buraxıb  təpəyə  doğru  yürüşürdülər. 
Yoxsa bi
r təlaş, köməyə çağıran bir umacaq vardı səsdə? Yox, 
əsla yox! Nikbincə bir səadət, sonsuzca bir sevinc,coşğunca bir 
əhval-ruhiyyə  vardı.  Bu  sevinc  daşdıran  coşğunluqdu  çəkib 
gətirən hamını.  Bu səs hər kəsin qəlbinə dolub onu da beləcə 


 
62 
coşdurur,  nikbinləşdirir,  atlandırırdı.  Yüyürmək,  qaçmaq,  quş 
olub uçmaq həvəsi oyadırdı ürəklərdə.  
Bu  ulayış  misilsiz  bir  sevinc  bəxş  etmişdi  gənclərə.  Ön 
dəstə təpə başına çatınca baxıb gördülər Cəmilədi ulayan. Kurs 
yolsaşları  mat-məəttəl  qalmışdılar  bu  işə:  belə  deyildi  axı 
Cəmilə, ağır qızdı, heç vaxt yüngüllük eləməzdi, şit işlərlə arası 
olmazdı. Nə olub görəsən qıza? Kurs yoldaşları yüyürüb yanına 
gəldilər: 

Noolub ay qız sənə? 

Noolacaq, nahar vaxtı deyil? 

Yaman  ulayırdın  amma,  elə  bil  bizim  qonşumuz 
Gülməmməd kişinin köpəyi ulayırdı! 

Bəs sən ula görüm necə ulayırsan? Səsin o qədər nazikdi 
bizim  qonşumuz  Nənəxanım  qarının  ala  qancığının  səsinə 
oxşayacaq! 

Nə dedik a-a-z, o saat xətrinə dəydi? 

Xətrimə  dəyib  eləməyib,  düz  deyirəm:  Əgər  qancıq 
səsinə  oxşamayacaq  səsin  sən  də  ula!  Di  ula  də?  Bax, 
ulamırsan,  qorxursan!  Qorxursan  mən  dediyimə  oxşaya  səsin! 
Amma mən qorxmuram, istərsən lap yenə ulayım: u-u-u-a-a-a! 
Vahid dönüb tərs-tərs Nəsibə baxdı, sonra olduqca ciddi 
bir tərzdə onu dümsükləyib: 

Hə bəs niyə durdun?  - dedi - Di sən də ula də! Baxaq 
görək səsin doğrudan da Nənəxanəm arvadın qancığının səsinə 
oxşayır, yoxsa oxşamır? 
Bir dəstə də tələbə gəlib əhvalatdan xəbərdar oldu. Ulama 
yaddan çıxıb mübahisə cəlb edib gülüşdürdü tələbələri. Vahid 
dümsükləyə-dümsükləyə  çürütmüşdü  Nəsibin  böyrünü,  əl 
çəkmirdi ondan: 

Di başla görək! Hamı səni gözləyir. Bir ula görək! 

Niyə durdun? Onda demək düz deyirmiş Cəmilə! 
Vahid "di başla" dedikcə üzü-gözü qırışırdı Nəsibin, özü 
demiş "kürd curumuna" dönürdü, buruşub açılırdı. O belə pərt 
olduqca şən gülüşlər qopurdu. 


 
63 
Əhməd  müəllim  bir  dəstəylə  təpə  başına  gəldikdə  hamı 
ayağa  durdu.  Vahid  yetirişi  Cəmilə  ilə  Nəsib  arasındakı 
mübahisəni  xəbər  verib  Əhməd  müəllimin  nə  deyəcəyini 
gözləmədən  öz  iddiasını  söylədi:  -  İndi  nə  qədər  eləyirik  ula, 
ulamır! Demək qorxur səsi Cəmilə deyən səsə oxşaya... 
Əhməd müəllimin üzündən xoş bir təbəssüm axıb keçdi: 

Səndin ulayan Cəmilə? 
Cəmilə utanıb Nərgizin arxasında gizləndi. Doğrudan bu 
nə iş idi tutdu axı? 

Heç utanıb eləmə qızım, bir möcüzəydi sənin o ulaman! 
Görünür tərəkəmə qızısan! 
Bu sözə Nərgiz çırtladı. Cəmilə əvəzində: 

Tərəkəmə nə təhərdi Əhməd müəllim? 

Pisliyə  görə  demirəm,  qızım.  Görünür  çöllərdə, 
alaçıqlarda keçib Cəmilənin uşaqlığı. Yoxsa hardan bilərdi bu 
qurd ulamağını? Üstündə dayandığımız təpə oyandırıb bu istəyi 
Cəmilədə.  Görürsünüz,  necə  misilsiz  lövhə  açılır  təpədən? 
Bəlkə keçmişlərdəki ulu babalarımız bax, bax bu lövhə naminə 
ucaldıblar  bu  təpəni,  onun  başına  çıxıb  yer  üzü  gözəlliklərinə 
göz dolusu, bu düzənlik genişliyincə baxmaq üçün ucaldıblar? 
İndi biz topayıq burda, amma fərz eləyin heç kim yoxdu təpədə, 
təkcə  sən  dayanmısan,  dostların,  yoldaşların  da  səsin  güclə 
gedib çatacaq uzaqlıqdadılar. Qəribə bir duyğu oyanacaq səndə. 
Əgər  Cəmilə  kimi  tərəkəmə  qızı,  ya  oğlusansa,  bu  təpənin 
qəlbinə  gətirib  doldurduğu  da  bu  təpənin  ulu  keçmişlərdəki 
mövcudluğu kimi yabanı bir duyğu olacaq. Bax, elə Cəmilənin 
o ulayışı kimi! Görürsünüz necə açıb qırışığımızı, necə yüngül 
olmuşuq,  yorğunluğumuz,  ağrı-acılarımız  qeybə  çəkilib,  quş 
kimi olmuşuq. Çünki dərimizlə də olsa duymuşuq o ulaqışdakı 
ilkin mənalı, ulu keçmişlərimizdən gələn o yabanı mövcudluğu, 
bir qurd ulayışını! 
-
Əhməd  müəllim,  onda  bəs  bu  Nəsibi  hansı  qrafaya 
yazaq?  Bu  axı  duymayıbdı,  anlayıb  qəbul  etməyibdi  bunun 
dərisi? Çox qalındı ey, Əhməd müəllim! 


 
64 
Şən bir gülüşmə qopdu. Əhməd müəllim də gülümsündü, 
lakin  zarafat  qəbul  edəcək  deyildi,  çox  mütəəssir  olmuşdu 
müəllim: 

Mən  ixtiyar  qoca  olub  ölüncəyədək  unutmayacağam, 
qızım,  sənin  bu  ulayışını!  Heç  bir  musiqi,  heç  bir  muğam  bu 
ulayışca hallandıra bilməzdi məni! 
Cəmilə utanırdı, artıq dözə bilmirdi. Əhməd müəllimin bu 
öyüncüllü  sözləri  pörtdürürdü  Cəmiləni.  Nərgizin  qolundan 
çəkib aralaşmağa qaçırdı. Aralaşıb Nərgizin bardanı arxasında 
gizlənmişdi. Nərgiz arxasınca gəlib soruşdu: 

Bəs sənin bardanın hanı? 

Yoxdu, itirmişəm! 

Necə yəni itirmişəm? 

Necə olacaq? Doldurub qoymuşam bir  yerə, gəlib tapa 
bilməmişəm. 

Nə yaxşı özünü də itirməmisən hələ! 

Özümü də itirmişəm! Yoxsa nəydi bu ulama? 

Nə oleb ey, niyə? 
- Gün vurub b
aşıma gic edib, nə bilim niyə? 

İndi neyləyəcəksən bəs? 

Səfinin bardanın, fartuğun kimdəsə al gətir mənə. Kim 
bilir  hərbi  komissarlıq  hələ  havax  buraxacaq,  havax  qayıdıb 
gələcək. 

Dilxor olub eləmə, axşam üstü hamımız sənə yığarıq. 

Lazım  deyil,  başımı  itirmişəm,  əlimə-ayağıma  noolub, 
özüm yığacam! 
 

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin