Саиб тябризи



Yüklə 13,18 Mb.
səhifə24/27
tarix07.01.2022
ölçüsü13,18 Mb.
#83294
1   ...   19   20   21   22   23   24   25   26   27
Ş Ə R H L Ə R

- Elə yüngüldü yüküm, Nuh məni almış gəmiyə,

Çör-çöpəm sanki, tufandan xəbərim yoxdu mənim.
NUH – əfsanəvi peyğəmbərlərdən biridir. Dini rəva­yətə görə, onun zamanında tufan olmuş, bütün yer üzü­nü su basmışdır. Nuh peyğəmbər dülgər olduğu üçün bir gə­mi qayırmış və bütün janlılardan bir jüt öz gəmisinə gö­tü­rüb onları ölümdən xilas etmişdir

Saib beytdə haman hadisəyə işarə edir.

“Yüküm yüngüldür”, yəni dünyada heç bir günah et­məmişəm, ona görə də heç bir tufandan qorxum yoxdur, deyir.
- Müşkil işdir keçdiyin səhranı bir də keçməyin,

Qorxuram eşqim Züleyxatək javan eylər məni.
ZÜLEYXA – Misir hökmdarının arvadı. Yusif Kənanlı Yəqub peyğəmbərin kiçik oğlu idi. Guya atası onu hamı­dan çox istədiyindən qardaşları onu qısqanır və bir gün ova çıxmaq adı ilə Yusifi də özləri ilə aparıb bir quyu­ya salırlar. Kənandan Misirə gedən bir tajir Yusifi quyu­dan çı­xarıb Misirə aparır və qul kimi satır. Bir qul kimi Misir hökm­darının evinə gətirilən Yusif Züleyxanın nökəri olur. Rəvayətə görə, Züleyxa özündən javan və həddin­dən artıq gözəl olan nökəri Yusifə aşiq olur. Yusif Züley­xanın məhəbbətini javabsız qoyduqda Züleyxa ona böhtan atıb zindana saldırır.

Saib bu beytində demək istəyir ki, insan ömrün yo­lu­nu geri qayıdıb bir daha yenidən yaşaya bilməz. Qor­xu­ram, javanlıq eşqinə düşmüş Züleyxa kimi məni də eş­qim rüsvay etsin.



- Qan vermişəm hər kəlməyə mən öz bədənimdən,

Sönmüş o Süheyl ulduzu dönmüş Yəmənimdən.
SÜHEYL ULDUZU – Jənubda çıxan çox parlaq bir ulduzdur.

YƏMƏN – Ərəbistanda öz yaqut daşları ilə məşhur olan bir ölkədir.



Saib bu misralarda qəlbinin qanını Yəmənin qırmızı yaqutuna, sözlərini Süheyl ulduzuna təşbeh etmişdir.
- Saldı dərdə bu jəmiyyət injidilmiş qəlbimi,

O gümüş pullu balıqtək pullar oldu daşımız.
Bu beytdə şairin zəmanəsindən və jəmiyyətdən şi­ka­yəti verilmişdir. Saib deyir ki, dəryada balığın üstü pul­la örtüldüyü kimi, bu jəmiyyətdə də pul bütün çirkin­lik­lə­rin üstünə çəkilmiş bir pərdə, hər şeyi ovlamağa qadir olan bir tələdir.
- Qara torpaq o Xütən ahusunun mişkin əmib,

Bir şir ağzında ikən fikrimiz uçmuş Xütənə.
XÜTƏN – qədim Çində yer adıdır. Klassik poezi­ya­da Xütən jeyranlarının göbəyindən mişg ətri hazırlandığı qeyd olunur. Mişg həm də qara rəng mənasında işlən­di­yindən Saib torpağın qaralığını Xütən ahusunun göbə­yindən alınan mişg ilə əlaqələndirir. Şair eyni zamanda torpağı, orta əsr poeziyasının ifadə tərzi olaraq, ağzını açıb insanları udan şirə bənzədir.
- Səyimin qarşısını almağa gər göstərə jəhd,

Bir çuxa tikdirərəm bu qaba ip köynəkdən.
Saib bu beytdə sufilərin özlərinə fiziki jəza vermək üçün bədənlərinə yundan toxunmuş qaba ip köynək gey­diklərinə işarə edir. Beytin fəlsəfi mənası budur ki, əgər bu təriqət məni öz arzularıma çatdırmazsa, mən ondan üz döndərərəm.
- Torpaqdan qüvvət alıb keçir hər anı eşqin,

Laməkana, az aqlır, çatsın məkanı eşqin.
LAMƏKAN – məkansız. Bu, Allaha verilən adlardan biridir. Dinə görə, Allahın məkanı yoxdur. Saib də bu beyt­də Platonik eşqin Allah məqamına yüksəldiyini gös­tərmək istəmişdir.
- Gejə qaysaq bağlamış, gündüz təzə yaradır,

Aysız, günsüz dolanır bil asimanı eşqin.
Saibə görə, kainat hər şeyə qadir olan eşqin iradəsi ilə hərəkətə gəlir. Eşqin asimanına nə ay, nə də günəş lazımdır. Şair bu beytdə gejəni eşq dərdindən dünyanın qaralmış köhnə, gündüzü isə hələ də közərən təzə yara­sına bənzətmişdir.
- Əgər Mahmudun əmri Hində qədər çatıbsa,

Anjaq o, baş əyərdi fərmanına Ayazın.
Soltan Mahmud Qəznəvi İran şahlarından olmuş­dur. Tarix­dən onun qoşun çəkərək Hindistanı işğal et­diyi məlum­dur. Ayaz, rəvayətə görə, şahın ən sevimli nökəri olmuş­dur. Guya Soltan Mahmud Ayazın bir sözünü belə yerə salmazmış. Klassik ədəbiyyatda bu haqda çoxlu yazılar var. Saib özü də “Mahmud və Ayaz” adlı bir dastan yaz­mışdır. Bu beytdə də o, Ayazın şah yanında böyük hör­mət sahibi olmasına işarət etmişdir.


Yüklə 13,18 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin