Саиб тябризи



Yüklə 13,18 Mb.
səhifə25/27
tarix07.01.2022
ölçüsü13,18 Mb.
#83294
1   ...   19   20   21   22   23   24   25   26   27
- Bir yol gedər həyatdan sadiq olan aşiqlər,

İldə bir yol köç eylər qafiləsi Hijazın.
Məlum olduğu kimi, müsəlmanlar ildə bir dəfə Mək­kəyə ziyarətə gedirlər. Bu o zaman olur ki, ziyarətə ge­dən­­­lər qurban bayramında Məkkə şəhərində olurlar və orada qurban kəsib dini mərasimi yerinə yetirirlər. Saib də lirik qəhrəmanına öz sevgilisi yolunda bir dəfə qurban getmə­yi məsləhət görür.
- Ye şəkərdən də şirin sən Əbu Jəhl qarpızını,

Qaş-qabaq sallama ki, heç şəkərim yoxdu mənim.
ƏBU JƏHL – Qüreyş tayfasının başçılarından olub, Məhəmməd peyğəmbərin zamanında yaşamışdır. Yersiz mübahisə edən, jahil adam olduğuna görə, əsl adı Əbu Həkəm olmasına baxmayaraq, xalq arasında və din tari­xində Əbu Jəhl kimi məşhurdur.

Rəvayətə görə, o, jəhl edərək xiyarı qarpız ad­lan­dırmışdır. Bu beytdə Saib haman məsələyə işarə etmiş­dir.


- Hamı bilmir, gejələr yatmayanın həsrətini,

Xosrov istər ki, bilə Şəbdizinin qiymətini.
Xosrov Pərviz İran şahlarından olmuşdur. Şəbdiz onun atının adıdır.
- İsanın iynəsini sən yaxana taxma nahaq,

Bir tükün siqlətinə tab eləməz, bil, o bədən.
Dini rəvayətə görə, İsa göyə, Allahın yanına gedər­kən əynindəki yun köynəkdə dünya malından anjaq bir iynə olmuşdur. Saib burada haman rəvayətə işarə edir və mübaliğə tərzilə öz lirik qəhrəmanının nə qədər zəif, injə olduğunu, hətta yaxasında bir iynəni daşımağa belə qadir olmadığını söyləyir.
- Çıxarıb Bicəni Rüstəm quyudan verdi nəjat,

Səni eşq azad edər bu fələyin qeydindən.
Rəvayətə görə, Bicən Keykavusun oğlu Siyavuşun oğludur. O, Turanın əfsanəvi padşahlarından Əfrasiyabın qızı Mənicəyə aşiq olmuşdur. Mənicənin Bicəni öz sarayın­da gizlədib saxlamasından atası Əfrasiyab xəbər tutmuş və onu 7 il quyuda həbs etmişdi. Bu əhvalatdan xəbər tutan Rüstəm tajir paltarında Turana gəlmiş, Mənicənin kömə­yi­lə Bicəni həbsdən azad etmişdir.

Saib bu beytdə haman hadisəyə işarə edir.


- Yunisi uddu balıq, dəryada da qaldı oyaq,

Dövrənə mavi sular çəksə hasar, yatmaginan.
YUNİS – əfsanəvi peyğəmbərlərdən biridir. Rəva­yə­­tə görə, dəryada onu balıq udmuş, neçə vaxt balığın qar­­nında qalandan sonra azad olmuşdur.
- Hər adam hər nəyə kim, layiq idi, aldı onu,

Jamı Jəm aldı, Xızr çeşmeyi-heyvan tapdı.
JƏMŞİD – Qədim İran şahlarından biridir. Jəmşi­din (ona çox zaman Jəm deyilir) haqqında yaranmış rə­vayətlərdən birində deyilir ki, bu böyük hökmdara divlər xidmət edirmiş; guya şərabı o ijad etmişdir və s. Rəva­yə­tə görə, Jəmin qiymətli daşlarla və şarabı tərif edən ya­zılarla bəzənmiş gözəl bir jamı var imiş. Jəmşidin şə­rab içdiyi bu qədəh klassik ədəbiyyatda Jami-Jəm adı ilə məş­hurdur.

XIZR – əfsanəvi peyğəmbərdir. Rəvayətə görə, o, qa­ran­lıq dünyada olan dirilik suyunu tapmışdır.


- Bu fikirlərlə daha söyləmə, Saib nə tapıb?

Onu tapmış ki, nə Hatəm, nə Süleyman tapdı.
HATƏM – rəvayətə görə, çox dövlətli və hədsiz də­rəjədə səxavətli olan bir şəxs olmuşdur. Xalq arasında və ədə­biyyatda səxavət rəmzi kimi məşhurdur.

SÜLEYMAN – əfsanəvi bir peyğəmbər və hökmdar olmuşdur. Rəvayətə görə, dünyada olan bütün janlıların ixtiyarı onun əlində imiş.

Saib bu beytində özünün sənətini, fikir aləmini həm Süleymandan, həm də Hatəmdən yüksək tutur.
- Ürfi ilə Talibin tərifin eylə hər zaman,

Eybidir, Saib, sənə, dosta kitabın yoxdusa.
Ürfi və Talib Saibin müasirləri olub, onun üslubunda şerlər yazmışlar. Beytdən məlum olur ki, Saib onların haq­­qında ayrıja əsər yazmadığına təəssüf edir.
- Şadam, hər surət ilə çapsa atın indi fələk,

Fələyin əbləğ atı yorğa çapanımdır mənim.
ƏBLƏĞ AT – tükü iki rəngdə olan ata deyilir. Klas­sik Şərq ədəbiyyatında bu ifadə gejə-gündüz mənasında işlənir. Saib də bu beytdə “fələyin yorğa çapan əbləğ atı” dedikdə günlərin sürətlə ötüb keçməsinə işarə edir.


Yüklə 13,18 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin