Saib ədəbiyyat aləmindəki müvəffəqiyyətlərini bu doğma şəhərin adı ilə bağlamış, «Saib, sən gözəl təbinlə Təbrizi şəhərlər içrə başuja etmisən» deyərək doğma anası qarşısında iftixarla hesabat verən təvazökar bir oğlu xatırlatmışdır.
Şair Hindistanda olarkən İsfahana qayıtmağı arzuladığı kimi, İsfahan şəhərində də həmişə Təbrizi arzulamışdır. Çünki İsfahanda Saib nə qədər gözəl şerlər yazsa da, özünə və sənətinə qarşı bir laqeydlik və qayğısızlıq hiss edib narahat olmuşdur: