SAİB TƏBRİZİ Məhəmmədəli Saib Təbrizi XVII əsrdə yaşamış görkəmli Azərbayjan şairidir. Bu mütəfəkkir sənətkar hələ öz sağlığında İranda, Hindistanda, Əfqanıstanda və Türkiyədə məşhur olmuş və həmin xalqların ədəbiyyatına böyük təsir göstərmişdir.
Saib Təbrizi ilk gənjlik illərini öz doğma şəhəri Təbrizdə keçirmiş, sonra müəyyən fasilələrlə yuxarıda adları çəkilən ölkələrə səfər etmiş, həmin yerlərdə yazıb-yaratmış və nəhayət, İsfahan şəhərinə qayıdıb, ömrünün axırına qədər orada yaşamışdır.
Tarixi həqiqətə görə, XVI əsrin sonu – XVII əsrin birinji yarısı Azərbayjan həyatında ən ağır və keşməkeşli bir dövr olmuşdur.
Səfəvi hökmdarlarından Şah Təhmasibin (1524-1576) dövründən başlayıb I Şah Abbasın (1587-1629) hakimiyyəti boyu davam edən müharibələr yarım əsrdən artıq bir müddəti (1576-1629) əhatə etmişdir. Bu illər ərzində ardı-arası kəsilməyən vuruşlar zamanı Azərbayjanın bir çox vilayət və şəhərləri dəfələrlə əldən-ələ keçmiş, xarabaya çevrilmiş, iqtisadiyyatı pozulmuşdur.
Ölkənin başqa şəhərlərindən daha artıq Təbriz şəhəri basqın və hüjumlara məruz qalmışdı. Azərbayjan tarixçisi İsgəndər Münşinin «Tarixi-aləmarayi-Abbasi» əsərində yazdığından aydın olur ki, bu müharibələr zamanı Təbriz hər iki tərəfdən dağıdılırdı. Osmanlı sultanları şəhəri işğal edərkən uçurub xaraba qoyduqları binaların daşlarından sonralar özləri üçün yeni evlər, hamamlar, karvansaralar və qalalar inşa edirdilər. Şah qoşunları şəhəri geri alanda I Şah Abbasın əmri ilə osmanlıların tikdikləri bütün binalar dağıdılırdı. Çünki «şah rumlulardan qalmış heç bir yadigarı görmək istəmirdi».
Beləliklə, əldən-ələ keçdikjə daha artıq xarabaya çevrilən Təbrizin əhalisi Şah Abbasın əmri ilə dəstə-dəstə ölkənin daxilinə köçürülməyə başlayır. Köçürülənlərin böyük bir hissəsi İsfahanın yaxınlığında salınmış Abbasabada gətirilir. Məhəmmədəli Tərbiyət özünün «Danişməndani-Azərbayjan» təzkirəsində göstərir ki, sonralar burada yaşayan əhaliyə uzun müddət «Abbasabad təbrizliləri» deyirmişlər.
Bu zaman ölkənin mədəni həyatında da ağır günlər idi. Şəhərlərdəki tarixi abidələr dağıdılır, kitabxanalar qarət olunur, sənət əsərləri məhv edilirdi. Ədəbiyyat, elm və injəsənətin müxtəlif sahələrində çalışan şair, alim və sənətkarların sağ qalanlarının bir qismi Türkiyəyə aparılır, bir qismi də Şah Abbasın fərmanı ilə İsfahana və İranın başqa şəhərlərinə köçürülürdü.
Bu dövrdə Azərbayjanda doğma dildə yaranan ədəbiyyatın əsas ideya, məzmun və təsvir vasitələri xalq ədəbiyyatından, aşıq poeziyasından qidalanmaqda idi. XVII əsr Azərbayjan ədəbiyyatının ideya və bədii xüsusiyyətlərini Məsihi, Qövsi Təbrizi, Saib Təbrizi kimi şairlərin şerləri ilə yanaşı, Tufarqanlı Aşıq Abbas, Sarı Aşıq, Xəstə Qasım kimi aşıqların qoşma, bayatı və gəraylıları, «Aşıq Qərib», «Şah İsmayıl» kimi məhəbbət, «Koroğlu» kimi qəhrəmanlıq dastanları müəyyən edirdi.
Belə keşməkeşli həyatda və ziddiyyətli ədəbi mühitdə yetişmiş Saib Təbrizinin dünyagörüşü, ijtimai-fəlsəfi fikirləri və ədəbiyyat aləmindəki axtarışları dövrün fikir toqquşmalarından, həm də ədəbi qaynaqlardan qidalanmaqda idi. Saib yaradıjılığında bəzən dərin, bəzən də ötəri izlər buraxmış bu təsirləri hərtərəfli öyrənmədən şairin yaradıjılığını layiqinjə qiymətləndirmək mümkün deyildir. * * * Məhəmmədəli Saib 1601-ji ildə Təbriz şəhərində anadan olmuşdur. Atası Mirzə Əbdürrəhim tajir, əmisi Şəmsəddin Sani isə gözəl dərzi idi. Saibin də ailəsi Şah Abbasın əmrilə Təbrizdən İsfahana göçürülmüşdü. Bəzi tədqiqatlardan və şairin öz əsərlərindən də məlum olur ki, ailəsi Təbrizdən İsfahana köçürülərkən Saib sənət aləminə öz səsi və nəfəsi ilə gəlmiş gənj bir şair olmuşdur.
Saib İsfahana köçəndən sonra dövrünün tanınmış alimlərindən olan Kaşi və Şəfainin yanında təhsilini davam etdirmişdir. Mükəmməl təhsil almış mütəfəkkir şair az sonra özü də elm və mərifət sahibi kimi tanınmağa başlayır.
Onun ilk səfəri Ərəbistana – Məkkə və Mədinə şəhərlərinə olmuş, oradan Türkiyəyə gedib, yenidən İsfahana qayıtmışdır. Bu səfər zamanı Saib o ölkələrin alim, şair və qabaqjıl fikir adamları ilə görüşmüşdür. Həmin görüşlər gənj Saibin yaradıjılığına müsbət təsir etdiyi kimi, onun şerləri də bu ölkələrin ədəbiyyatına, xüsusilə türk ədəbiyyatına çox böyük təsir göstərmişdir. Məşhur türk alimi Müəllim Naji yazır ki, Saib Təbrizinin kitabından uzun müddət məktəblərdə dərslik kimi istifadə olunmuşdur.
Saib hələ səfərdə ikən saraya yaxın olan bəzi bədxahlar və məddah şairlər onu Şah Abbasın gözündən salmağa çalışmışlar. Belə ki, İsfahana qayıdan şair sarayın ona qarşı laqeydliyini və ədəbi mühitin qeyri-səmimiliyini hiss etmiş və yenidən İsfahanı tərk etmək qərarına gəlmişdir. Saib 1625-ji ildə Hindistana köçür. O öz narazılığını aşağıdakı beytlərdə belə əks etdirmişdir: