Саиб тябризи


Sadə şer aşiqitək düşmədəyəm dillərə mən



Yüklə 13,18 Mb.
səhifə10/27
tarix07.01.2022
ölçüsü13,18 Mb.
#83294
1   ...   6   7   8   9   10   11   12   13   ...   27
Sadə şer aşiqitək düşmədəyəm dillərə mən,

Yeri var, körpə laçın uçmağa iqdam eyləyər.

İjtimai həyata fəal münasibət, hökmdarların tən­qi­di, fikrin yığjam, aforizm şəklində verilməsi bu üslub ya­ra­dıjı­la­rının təsvir dairələrini daha da genişləndirirdi.

İstər Azərbayjanda və İranda, istərsə də Hin­dis­tan­da bu yeni üslubda yaranan poeziyanın ən gözəl nümu­nələrini biz Saibin yaradıjılığında görürük.
* * *
Saib Təbrizi lirik şairdir. Orta əsrlər lirikası əsasən mə­həb­bət poeziyasıdır. Bu romantik poeziyada məhəb­bət çox­şa­xəli və geniş bir mövzudur. Onun həyatla, hu­manizmlə, döv­rün fəlsəfi və ijtimai fikri ilə bağlı müxtəlif qolları vardır ki, on­ları öyrənmədən şairin təfəkkür alə­minə, şerlərinin məna də­rin­liyinə varmaq mümkün deyildir.

Bu baxımdan Saibin divanını diqqətlə nəzərdən ke­çirən hər tədqiqatçı-alım aydın görə bilər ki, bu usta şairin oricinal yaradıjılıq yolu, ijtimai varlıq haqqında, insanlar haqqında yeni fikirləri, üslubu və ifadə xüsusiyyətləri var­dır.

Saib öz lirikasının ruhuna və məzmununa görə xalq hə­ya­tı ilə bağlı bir şairdir. O, xalqdan öyrənməklə xalqın həyat tərzi haqqında da qiymətli fikirlər söyləmişdir.

Məhəbbət Saib Təbrizi poeziyasının həyat həqi­qət­lərini romantik ülviyyətlə qovuşduran qanaddır. Məhəb­bət yalnız real zəmini olan təbii və həyati bir tələbdən iba­­rət deyil, eyni zamanda ülviyyət dərəjəsinə ujalan qey­ri-adi bir vəziyyətdir.

Bütövlükdə orta əsrlər Şərq poeziyasında olduğu kimi, Saibin şer­lərində də məhəbbət insanın, təbiətin, varlığın daxi­lin­­dəki ni­zam, həyatın qanunauyğunluğu, torpağın, suyun, asi­manın vəh­dəti deməkdir. Məhəbbət insanın zahiri gö­zəlliyi, da­xili aləminin paklığı, humanizmi, kamilliyi, özünü dərk et­məsi, qay­ğısı, həyat fəlsəfəsi, dünyaya bağlılığı, həm də sevib-sevil­mə­sidir.

Məhəbbəti öz lirikasında belə hərtərəfli tərənnüm edən Saib bütün varlıqda məhəbbət görmüş və ona mə­həbbət bəs­lə­mişdir. Şairin fikrinjə, həyatda məhəbbətsiz heç bir şey ya­rana bilməz. Çünki bütün varlığın mərkə­zində ona həyat ve­rən, onu yaşadan ülvi bir məhəbbət mövjuddur. Elə buna gö­rədir ki, şair bizə yadigar qoyub getdiyi hər sözü, hər misranı sevə-sevə, odlu məhəb­bət­lə yaratmışdır. Şairin şerlərini oxu­yar­kən adama elə gəlir ki, beytlərdə düzülmüş kəlmələr onun fikir aləmində ta­mamilə dəyişmiş, yeni məna kəsb etmişdir.

Biz Saibin böyük ədəbi irsində məhəbbətin müxtəlif şə­kil­­­lərdə tərənnümünə rast gəlirik. Belə şerlərdə şairin ru­hən bağlı olduğu doğma Azərbayjan poeziyasının nə­fəsi, orta əsr­lər Şərq şerinin mütərəqqi ənənələrinin təsiri hiss olunduğu kimi, Saibin özünəməxsus yenilik axtarış­ları da duyul­maq­da­dır.

Şərqin bütün böyük söz ustaları kimi, Saib Təbrizi­nin də məhəbbət lirikası orta əsrlər poeziyasının tərən­nüm etdiyi məhəbbətin bir sıra əsas problemləri ilə sıx su­rət­də bağlıdır.

İstər kiçik həjmli lirik şer parçalarında, istərsə vüs­ət­li, geniş hadisələri əhatə edən epik əsərlərdə Şərqin böyük söz ustadları bu aləmin müxtəlif jəhətlərini qələ­mə almışlar.

Aydındır ki, məhəbbətin müxtəlif jəhətləri de­dik­də biz heç də sevgililərin xarakterindən doğan sevgi hisslərinin müx­tə­lifliyini nəzərdə tutmuruq.

Bizim qeyri-adi hesab etdiyimiz ülvi məhəbbətin özü də adi bir şəkildə insanla bağlıdır. Çünki bu məhəb­bət bir nəfərin (şairin) qəlbində, şüurunda jüjərib inkişaf edərək romantik vüsət alsa belə, şairin başqa birisinin (lirik qəhrəmanın) halın­da görmək istədiyi real insanların (oxujuların) qəlbinə yol tap­maq, onları hərtərəfli inkişaf etdirmək arzusudur.

Biz əksər hallarda kiçik həjmli şerlərdə lirik qəhrə­ma­nın şairlə eyniləşdiyini görürük. Çünki bu əsərlərdə li­rik qəhrə­ma­nın dilindən deyilən sözlər şairin fikirlərini, dü­şünjə və arzu­la­rını ifadə edir. Demək, lirik qəhrəman bir növ şairin hisslərinin, hadisələrə münasibətinin ümu­mi­ləşmiş obrazıdır.

Saib Təbrizinin də yaratdığı lirik qəhrəmanlar hijra­nın çətin, əzablı yollarında vüsala çatmaq üçün fədakar­lıqla irəli­lə­yirlər. Bu qəhrəmanlar üçün eşq olan yerdə jəfa ilə vəfa eyni­lə­şir. Məşuqənin öz aşiqinə etdiyi jəfa onun vəfası üzündən­dir. Fəqət Saib qəhrəmanlarının mə­həbbəti həmişə romantik olaraq qalmır.

Saib Təbrizi özünün ijtimai ideyalarını, siyasi və hu­ma­nist fikirlərini də məhəbbət qəzəllərində vermişdir.

Saib yazır ki, onun vəsf etdiyi gözəlliyin və ya təbliğ etdi­yi fikirlərin mayası həyatdadır. Lakin şair real aləm­dən aldıq­larına romantik vüsət verir, onları mübaliğə, təşbeh və başqa epitetlər vasitəsi ilə ziynətləndirir:

Yüklə 13,18 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin