Саиб тябризи


Abrunu tökmə hədər, böylə misal var, deyə sən



Yüklə 13,18 Mb.
səhifə19/27
tarix07.01.2022
ölçüsü13,18 Mb.
#83294
1   ...   15   16   17   18   19   20   21   22   ...   27
Abrunu tökmə hədər, böylə misal var, deyə sən:

Qurumuş arxa ümid var ki, gələr su təzədən.

Saib ədəb-ərkan, jəmiyyətdə, məjlislərdə özünü nejə aparmaq qaydası, dostluğun məziyyətləri, düşməni heç za­man ajiz saymamaq, böyüyə hörmət, kiçiklərə ör­nək olmaq və s. haqqında onlarja şerlər yazmışdır. Dost­luqdan danışar­kən şair deyir:

Ayrılar dostundan, əlbət, olmasa dost mehriban,

Çün sarı yarpaqları bağdan qovar badi-xəzan.

Qətrədən irmaq olar, irmaq da çayda birləşər,

Tənhalıqdan heç nə hasil etməmiş ayrı olan.

Müxtəlif xislətlilər yüz il tanış olsa, yenə

Xasiyyət tutmursa, onlar ayrılar bir gün, inan.

Saib Axərbayjan dilində olan şerlərinin birində ja­van­lara nəsihət edir ki, əgər istəyirsiniz xalq içrəisində hör­mətli olasınız, «qojalar qədrini igidlikdə bilin».

Farsja qəzəlində oxujusuna məjlis qaydalarından danı­şır:

Çalış qonaqlığa getmə, əgər gedər olsan,

İtaət eylə sən hər qaydaya mətanətlə…

Yağ ilə bal kimi ol jümlə məjlis əhliylə,

Üzünü turşudaraq baxma sən küdurətlə…

Biri danışdı əgər, kəsmə sən sözün yarıda,

Üyüdər öz dənini xalq həmişə növbətlə.

Gələndə məjlisə öyrən əvvəl nədir səbəbi,

Soyutma məjlisi hey pıçhapıç söhbətlə.

O məjlisə ki, ora varlılar yığışmışlar,

Gedərsə yoxsul əgər, əyləşər nə halətlə?!

Saib Təbrizinin sənətkarlıqla deyilmiş bu jür nəsi­hə­ta­miz şerləri çoxdur. Elə buna görə də təzkirəçilərin ver­di­yi mə­lumatdan aydın olur ki, Saibin divanlarından seçi­lib üzü kö­çü­rülmüş gülçinlər o zaman kitabxana­lar­dan da­ha çox alimlərin və şersevərlərin evində, hökm­dar­ların saraylarında olurmuş. İllər keçdikjə Azərbayjanın bu böyük söz ustadının divanları dünyanın bir çox mötəbər kitabxana və müzeylərinə aparıl­mış­dır.

Saib Təbrizinin yadigar qoyub getdiyi ədəbi irsi ilk dəfə Hindistanda, «Seçilmiş əsərləri» 1927-ji ildə Hey­də­rə­li Kəmali tərəfindən İranda, «Külliyyat»ı 1954-1957-ji il­lər­də Əmir Firuz­kuhi tərəfindən Tehranda, Azərbayjan di­lin­də qəzəlləri 1946-jı ildə ərəb əlifbası ilə akad. H.Araslı tərəfindən Bakıda, Saibin öz xətti ilə yazılmış divanının fak­similesi 1971-ji ildə Kəraçidə nəşr olunmuş­dur.

Saib Təbrizinin hörmətli oxujulara təqdim olunan bu kitabında toplanan əsərləri adlarını çəkdiyi­miz divan və külliy­yat­lardan əlavə, Azərbayjan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan divanla­rın­dan seçilmiş­dir.

Saib Təbrizinin yadigar qoyub getdiyi yüksək sənət nü­munələri, təbliğ etdiyi böyük bəşəri ideyalar bu gün də çox yük­sək qiymətləndirilməkdədir.

Azərbayjanın bu görkəmli sənətkarı XVII əsrdən bəri yazılmış minlərlə jünglərdən, təzkirələrdən, ədəbi və elmi ki­tab­lardan oxujuların qəlbinə köçmüşdür. İndi o, mil­yon­larla pərəstişkarının ürəyində yaşayır. Şair özü də vaxtilə yazmışdır:

Bu qara torpağın altındadı Saib, - deyə siz gəzmə­yiniz,

Məni bundan sonra gəzsəz, siz ürəklərdə gəzin.

Ümidvarıq ki, Saib Təbrizinin ana dilində təkrar nəşr olu­nan bu «Seçilmiş əsərləri» onu qəlbində gəz­di­rən oxujuların sayını xeyli artırajaqdır.
AZƏROĞLU

AZƏRBAYJANJA

Yüklə 13,18 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin