Saib İrana qayıdandan sonra yenidən səfərə çıxır, Məşhəd, Qum, Qəzvin, Yəzd, Ərdəbil və Təbriz şəhərlərini gəzir. Bu zaman Təbrizdə olan türk səyyahı Övliya Çələbi Təbrizdə görüb tanış olduğu şairlər sırasında Saibin də adını çəkir.
Saib Təbrizi İsfahana qayıdandan sonra II Şah Abbas (1642-1666) tərəfindən hörmətlə qarşılanır və saraya dəvət olunub, məliküşşüəra təyin edilir.
Saib Təbrizi bu dövrdə özünün hikmətamiz və fəlsəfi şerlərilə saray şairlərinin və saraydan kənardakı şairlərin yaradıjılığına istiqamət verir. Bütün İran tədqiqatçılarının dövrün mütərəqqi ədəbi jərəyanı kimi qiymətləndirdikləri «İsfahan səbki»nin bir ədəbi üslub kimi inkişaf etməsində Saibin çox böyük rolu olmuşdur.
Saib sarayda yaşadığı dövrdə lirik şerlərlə yanaşı, qəsidələr də yazmışdır. Qəndəhar müharibəsinə həsr etdiyi poema isə onun sarayda yazdığı ən məşhur əsəri hesab edilir.
II Şah Abbasdan sonra oğlu Səfi mirzə Şah Süleyman (1666-1694) adı ilə taxta çıxır. Şah Abbas zamanı Saibin yüksək hörmətə çatdığını gözləri götürməyən bədxahlar Şah Süleymanın yanında şairi hörmətdən salmağa çalışırlar. Şah tərəfindən sənətinə etinasızlıq görən Saib sarayla əlaqəsini tamam kəsir. Ömrünün son illərini yaşayan qoja şair bu illərdə əsərlərini nizama salmaqla məşğul olur, müxtəlif divanlarda toplanmış şerlərini mövzu üzrə seçərək ayrı-ayrı adlar altında tərtib edir. Gözəllərin vəsfinə həsr etdiyi məhəbbət lirikasına «Mir'atül-jəmal», ziynət və mədhdən bəhs edən şerlərinə «Arayişi-nigar», təkbeyt, qitə, rübai və müxtəlif şer parçaları toplanan müntəxəbatına «Vajibül-hifz» adlarını verir.
Zəngin ədəbi irs qoyub getmiş Saibin əsərlərinin sayı haqqında təzkirəçilərin və tədqiqatçıların verdiyi məlumatlarda şairin 300 min beytə qədər əsəri olduğu qeyd edilir.
Görkəmli Azərbayjan alimi Məhəmmədəli Tərbiyət «Danişməndani-Azərbayjan» əsərində Saibdən danışarkən onun 120 min beytlik divanını şəxsən gördüyünü qeyd edir. Bizim daha dəqiq hesab etdiyimiz Tərbiyətin bu məlumatına şairin hələlik əldə edilməmiş «Qəndəharnamə» poemasını və «Mahmud və Ayaz» adlı əsərini də əlavə etmək lazımdır.
Saib Təbrizi öz şerlərilə yanaşı, istər sələflərindən, istərsə də müasirlərindən bəyənib seçdiyi 800 şairin şerindən 25 min beytlik bir gülçin hazırlamışdır ki, bu kitab «Səfineyi-Saib» adı ilə məşhurdur.
Ömrünü şerə, sənətə həsr etmiş, yarım əsrdən artıq yaradıjılıq yolu keçmiş Saib Təbrizi 1676-jı ildə İsfahan şəhərində vəfat etmişdir.
İsfahanda məşhur «Saib təkyəsi»ndə dəfn olunmuş bu böyük sənətkarın qəbri uzun illər gözdən-nəzərdən uzaqda qalmışdı. Son illər ədəbi ijtimaiyyətin səyi nətijəsində şairin qəbri tapılıb, ölümünün 300 illiyi münasibətilə yenidən bina edilmişdir.
Təzkirəçilərin verdiyi məlumatdan aydın olur ki, Saib xoşxasiyyət, mülayim təbiətli, möhtərəm bir şəxs olmuş, lakin eyni zamanda məjlislərdə hazırjavab, bədahətən şer deyən, müşairəni sevən bir sənətkar kimi də şöhrət qazanmışdır.
Saib Təbrizinin ölümü ədəbiyyat aləmində böyük bir itki olmuş, onun müasirləri bu böyük ustadın vəfatına mərsiyələr yazmış, təzkirəçilər və ədəbiyyatşünaslar onun sənəti qarşısında öz heyranlıqlarını gizlədə bilməmişlər. Şair haqqında ilk sözü onun müasirləri söyləmişlər.
Məşhur təzkirəçi Nəsrabadi Saibin şerlərinin şöhrətinin ölkələrə yayılmasını günəşin nurunun kainata yayılmasına oxşatmışdır. «Səfinə» əsərinin müəllifi Xoşqu Saib Təbrizidən danışarkən yazmışdır: «Allah-təala Rüstəmi-Zalı zor sahibi, Saibi söz sahibi yaratmışdır». Qulaməli Azad Saib Təbrizini şerin dördünjü peyğəmbəri, məşhur çex alimi Yan Ripka isə Sədi və Hafizdən sonra Saibi şerin ən böyük nümayəndəsi hesab etmişlər. Görkəmli rus şərqşünaslarından A.Krımski Saibi XVII əsr İran şairlərinin müəllimi, Y.E.Bertels isə XVII əsrin Hafizi adlandırmışlar. Hind alimi Şibli Neman onu İranın axırınjı böyük şairi kimi qiymətləndirmişdir. Azərbayjan alimi akademik Həmid Araslı Saib poeziyasını dahi Füzulinin şerləri ilə müqayisə etmiş və Azərbayjanın bu iki sənətkarının yaradıjılığında yüksək sənətkarlıq jəhətindən bir yaxınlıq görmüşdür.
Adlarını çəkdiyimiz alim və təzkirəçilərdən başqa, İsmayıl Hikmət, Naji, Vəliqulu bəy Şamlu, H.Kəmali, Vəhid Dəstgirdi, Ə.Dehxuda, Dəstqeyb, Arif Şirazi, Məhəmməd Əfzəl Sərxoş, Mövlana Məhəmməd Möhsün Feyz, Juya Təbrizi, E.Braun, Rio, Herman Ete Gibb, H.Bijari və b. Saib Təbrizi haqqında yüksək qiymətli fikirlər söyləmişlər. * * * Məhəmmədəli Saib Təbrizi iki dildə şer yazan görkəmli Azərbayjan şairlərindəndir. Şairin azərbayjanja yazdığı qəzəlləri ilə yanaşı, fars dilində yaratdığı sənət injiləri XVII əsrin farsdilli poeziyasının ən yaxşı nümunələri olduğundan Saibi eyni zamanda İran ədəbiyyatının da görkəmli nümayəndəsi hesab edirlər.
Saib Təbrizi yaradıjılığından danışan alimlər onun yeni söz demək tərzindən, fikir oricinallığından və üslub xüsusiyyətlərindən ayrıja danışmış, şairin bu jəhətlərini sənətkarlıq nailiyyətlərindən hesab etmişlər.
Saib vətəni Təbrizdən ayrılıb uzun illər İsfahanda və qürbət ölkələrdə yaşadığı müddətdə həmin ölkələrdə ədəbi-ijtimai fikrin inkişafına böyük təsir göstərmişdir. Buna baxmayaraq, Saib həmişə Təbrizin havası ilə qanadlanmış, bu gözəl şəhərin adını iftixarla çəkmiş, ona mənsub olduğu üçün fəxr etmişdir: