SAKLAR: İŞQUZLAR VƏ ŞAKILAR Saklar barədə Yeni Türk Ensiklopediyasında yazılmışdır:
"Saklar (e.ə. Vll-lll əsrlər) türklərin tarix öncəsinin, Teoman və Metedən öncəki türk tarixinin ən mühüm siyasi quruluşudur, sakların qurduğu dövlətdir... Yunanların "ska" dediyi qövmdür. Xanədan və hakim ünsür türkdür... Sakların ən böyük hökmdarı iranlıların Əfrasiyab dedikləri Alp Ər Tonqa-dır. Türkləin yetişdirdiyi ilk böyük tarixi şəxsiyyətdir." (86.4363). Artıq qeyd edildiyi kimi, Herodot yunanların "iskit" çağırdıqları xalqlara farsların "sak" dediklərini yazmışdır. Bunun gerçəkdən də belə olduğunu fars-Əhəməni şahı Daranın Nəqşi-Rüstəmdəki kitabəsi də sübut etməkdədir. Bu kitabədə üç növ saklardan söhbət açılmaqdadır: xaumvarqa sakları (şərab bişirən saklar), tiqraxauda sakları (oxpapaq və ya şişpapaq saklar) və taradrava sakları (dənizin arxasında yaşayan saklar) (75.54).
Daha qədim mənbələrdə, yəni e.ə.Vlll-Vll əsrlərə aid mənbələrdə isə əsasən iki sak xalqından söhbət açılır. Onlardan biri kimmerlərlə eyniləşdirilir (139.84), digəri isə həm də "işquz" adı altında yad edilir Birincilərdən Manna sakinləri kimi söhbət açılır:
"Manna ölkəsində oturan...Mana ölkəsindən çıxıb Urartuya hücum edən.. .Aşşur sınırlarını aşıb yağmalar edən" (7.106).
Bunlar kimmerlərdir, çünki eyni xalqdan ll Sarqonun kitabəsində "qamir" (kimmer) kimi söz açılır:
"Qameraa (kimmelər) mannalıların ölkəsindən çıxıb Uratuya daxil oldu... bütün Urartu qorxu içindədir." (7.107).
Maraqlıdır ki, Aşşur mənbələri onlardan qəsbkar, yağmalar törədənlər kimi söz açır. Bisitun kitabəsinin farsdilli hissəsində də saklardan qəsbkar kimi söz edilir və məhz həmin saklar eyni kitabənin akkad variantında "kimmer" adlandırı-lır:
"Saklar qəsbkar idilər və Ahura Məzdaya hörmət etmirdilər.Mən Ahura Məzdaya hörmət edirdim. Ahura Məzdanın mərhəmətilə mən onlarla öz istəyimə uyğun rəftar etdim." (104.105). Artıq qeyd etdiyimiz kimi, bu sakların kimmerlərlə eyniləşdirilməsi keçmişin ənənələri ilə bağlı olmuşdur. Yəni bir zamanlar bu saklar kimmerlərin hakimiyyəti altında yaşamış olduqları üçün uzun müddət xüsusi "sak" (şakı) adı ilə yanaşı ümumiləşdirici "kimmer" adını da daşımışlar. Yuxarıda bu barədə söhbət açarkən, müəyyənləşdirmişdik ki, bu saklar utilərin, yəni paytaxtı Bərdə (Partav) şəhəri olan Uti vilayətinin qonşuluğunda yaşayan saklar idi ki, b.e. Vll əsrinə qədər Kür və Araz çayları arasında yaşamaqda davam edirdlər və həmin ərazidəki Sakasena (Şakaşen) ölkəsinin sakinləri idilər. Lakin belə olan halda, həmin sakların Mannaya heç bir dəxli olmur. Çünki belə hesab edilir ki, Manna Cənubi Azərbaycanda, Urmiya gölünün cənubunu və şərqini əhatə edən bir ölkə idi (1.86;175.48) və Quzey Azərbaycan ərazisi onun sınırlarına daxil deyildi. Əgər bu fikir doğrudursa, o zaman birmənalı şəkildə söyləmək olar ki, iki müxtəlif (biri quzeydə, biri isə güneydə) Sakasena olduğunu iddia edən Qiyasəddin Qeybullayev (55.321) haqlıdır və sözügedən Sakasenanın Manna ərazisindəki Sakasenaya, birinci Sakasenada yaşayan sakların isə "Manna sakları"na heç bir aidiyyatı yoxdur.
Lakin Solmaz Qaşqay arxeoloji materiallara istinadən, haqlı olaraq göstərir ki, müəyyən dövrlərdə Mannanın sərhədləri Araz çayından şimala uzanmış və Manna dövləti özünün gücləndiyi dövrlərdə geniş bir ərazini əhatə etmişdir (175.69). İlkin mənbələrin diqqətlə incələnməsi bu müddəanın tam doğru olduğu-nu, Manna ərazisinin düşünüldüyündən çox-çox böyük olduğunu, təkcə Güney və Quzey Azərbaycanı deyil, eyni zamanda bugünki Dağıstan və Çeçenistanı da içinə aldığını göstərir. Bu məsələyə keçməmişdən öncə qeyd edək ki, mütəxəssislərin, demək olar ki, hamısı (V.V.Struve, İ.M. Dyakonov, K.V.Trever, İ.Q.Əliyev, V.F.Minorski, A,P.Novoseltsev) tək bir Sakasenadan söhbət açmış və onun Gəncə ilə Urmiya gölü arasında uzandığını, yəni həm Quzey, həm də Güney Azərbaycanı əhatə etdiyini qeyd etmişlər (55.321). Məsələn, İ.Dyakonova görə, iskitlərin məskənini Manna torpaqlarının şimal sərhəddində, Araz çayı və ondan şimaldakı torpaqlarda lokalizə etmək lazımdır (132.250). İ.Əliyev isə qeyd edir ki, iskitlərin məskəni Azərbaycanın həm cənubunu, həm də şimalını əhatə etmişdir (177.230, qeyd 5). M. İsmayıl da eyni fikirdə olmuşdur (137.11). Arxeoloji tədqiqatlar nəticəsində isə məlum olmuşdur ki, sakların yaşayış arealına bugünkü Gürcüstan ərazisi də daxil idi (130).
Məlum olduğu kimi, "Sakasena" adına antik müəlliflərin, "Şakaşen" adına isə erməni müəlliflərinin əsərlərində rast gəlinmişdir. Saklardan gen-bol söz açan aşşur mənbələrində isə bu toponimə rast gəlmirik. Əvəzində isə aşşur və Urartu mənbələrində paytaxtı Parda (Bərdə) olan Saqarta (Zikertu) toponiminə rastlaşırıq və bu toponim mənbələrdə Mannanın əyalətlərindən biri kimi qeyd edilir (175.63).
Doğrudur, həmin ölkənin Cənubi Azərbaycanda Miyanə və Ərdəbil arasında yerləşdiyi hesab edilir (175.63), lakin faktlar bu ehtimalı nəinki təsdiqləmir, əksinə söhbətin məhz Bərdə ətrafındakı ərazilərdən getdiyini sübut edir. Məsələ burasındadır ki, saqartalılardan söhbət açan Herodot onları utilərlə birlikdə yad edir (55.147), utilərin isə Araz çayı yaxınlarında yaşadıqlarını göstərir (55.143). Və məsələ təkcə bu faktla bitmir.
Məlum olduğu kimi, Mannanın əyalətlərindən biri də Andiya idi. Bu əyalətin adına ilk dəfə lll Salmanasarın, daha sonra isə lll Adadnerarinin kitabələrində rast gəlinir (175.64). Mütəxəssislər lll Adnerarinin kitabəsində söylənilənlərə istinadən, Andiyanın Xəzər sahillərində yerləşdiyi fikrində yekdil olmuşlar (178.75 сн 2; 132.165).
Q. Melikaşvili Saqartanın (Zikkertunun) paytaxtı Parda şəhəri ilə Azərbaycandakı Bərdə, eləcə də Andiyanın adının Dağıstandakı Andi toponimi ilə eynilik təşkil etdiyinə diqqət çəkmiş, fəqət bunu mannalıların guya qafqazdilli olduqlarını "sübut" etmək üçün etmişdir (178.60). Bu alim Andiya və Andi toponimləri arasındakı eyniliyi göstərməklə, əslində bizə Andiyanın harada olduğunu göstərmişdir. Biz də bu fikirdəyik ki, Andiya əyaləti Xəzər dənizi sahilində yerləşən bugünkü Dağıstan ərazisini əhatə etmişdir və qafqazdilli andi (andiyalı) xalqının adı ilə bağlı olmuşdur. Məlimat üçün bildirək ki, andilər (andiyalılar) Dağıstan xalqlarından biridir və bu gün də varlıqlarını sürdürməkdə-dirlər. Fəqət sovet dövründə onların millətləri inkar edilmiş və avarların bir qolu olduqları iddia edilmişdir (179.166). Hazırda Dağıstanda mövcud olan iki Göysu çayından biri avarların adı ilə "Avarskoye Koysu", digəri isə andilərin adı ilə "Andiyskoe Koysu" adlanmaqdadır.
Maraqlıdır ki, ll Sarqonun müttəfiqi kimi çıxış edən Manna hökmdarına qar-şı Urartu çarının təhriki ilə üsyan edən Saqarta (Zikkertu) və Andiya əhalisini cəzalandırmaq üçün bu ölkələrə hücuma keçən ll Sarqon öncə saqartalı, daha sonra isə andiyalı üsyançıları məhv etmişdir. Yəni o, öncə Saqartaya (Zikkertuya) gəlmiş, daha sonra isə Saqartadan keçərək Andiyaya daxil olmuşdu (1.98-99). Bu da təbiidir, çünki Dağıstana getmək üçün mütləq Quzey Azərbaycandan keçmək lazımdır.
Mannanın digər bir əyalətinin də "Durdukka" olduğu və burada eyniadlı şəhərin bulunduğu məlumdur (1.96). Q.Melikaşvili haqlı olaraq göstərmişdir ki, Durdukka çeçenlərin əski adı olan "durdzuk" (Dağıstanda bu gün də çeçenlərə "durdzuk" deyirlər) etnonimi ilə bağlıdır (178.60). Eyni etnonimə Xl əsr gürcü tarixçisi Leonti Mrovellidə də rast gəlmək mümkündür (169.85). O, eyni zamanda durdzuklarla yanaşı, andilərin, yəni andiyalıların bir qolu olan didoyların da (179.166) adını çəkmişdir (169.85).
Bütün bu faktlar sübut edir ki, Manna gücləndiyi vaxtlarda Quzey Azərbay-can ərazisi ilə yanaşı, Dağıstan və Çeçenistanı da öz sərhədləri içərisinə daxil edə bilmişdi. Saqarta da Mannanın bir parçası idi. Onun mərkəzi Bərdə olsa da, ərazisi Azərbaycanın həm quzey, həm də güney ərazilərini əhatə edirdi. Mənbələrdən belə aydın olur ki, həmin dövrdə "sak" adı Azərbaycan əhalisinin mühüm bir hissəsinin ümumiləşdirici adı kimi çıxış edirmiş (1.127-128). Məsələn, Aşşur mənbələrində Bərdənin Uti vilayətinin deyil, Saqartanın (Zikkertunun) mərkəzi kimi göstərilməsi o deməkdir ki, həmin dövrdə utilər (udulular) üçün də "sak" adı ümumiləşdirici ad idi. Yəni utilər də sak ittifaqına daxil idilər.
Mənbələrdən belə aydın olur ki, Azərbaycanın şimal-qərbində, Xəzər sahillərində yaşamış massagetlər də bir vaxtlar bu ümumiləşdirici ad altında çıxış etmişlər (137.11-12). Sonrakı dövr mənbələrində "maskutlar" adlandırılan bu xalqın bəzi mütəxəssislərin fikrincə, Dərbəndlə Beşbarmaq dağı arasında (180. 304), digər mütəxəssislərin fikrincə isə, Kür çayına qədər olan ərazilərdə və Muğanda (181.19) yaşadıqları bildirilimişdir. Antik müəlliflərin massaget kimi söz açdıqları həmin xalqın adı ilk dəfə Sasani şahının Paykulidəki yazısında, daha sonra isə isə erməni müəlliflərinin əsərlərində "maskut" kimi çəkilməkdədir (83.53). Ammian Marselinin yazdığına görə, massagetlər alanların əcdadları olmuşlar, Valeriy Flak isə massagetləri midiyalılarla birlikdə yad etmişdir (55.174-175).
Herodot massaget tayfaları barədə yazırdı ki, "bu xalq qədərsiz və cəsur hesab edilir, şərqdə Araz çayının o tərəfində issidonlarla üzbəüz yaşayır. Bəzilərinin ikrincə, bu iskit xalqıdır." (1.124). Dion Kassi Arazdan şimalda yaşayan albanları massaget mənşəli hesab edirdi. Strabon qeyd etmişdir ki, iskitlərin böyük bir hissəsi massaget və sak adını daşıyırdılar (1.124) və Araz çayı sahilində yaşayırdılar (60.25). Əhəməni şahlarının yazılarında ayrıca "massaget" adına rast gəlinmir və onlar da ümumiləşdirici "sak" adı altında tanınırdı. Və maraqlıdır ki, Prokopiy, Musa Kağankatlı, Dionisiy Perieqet və erməni mənbələri massagetləri hunlarla eyniləşdirmişlər (1.118; 66.l, XlV fəsil; 55.177; 182.114).
Yuxarıda qeyd edildiyi kimi, Əhəməni şahı Daranın Nəqşi-Rüstəmdəki kitabəsində üç növ saklardan söhbət açılmaqdadır: xaumvarqa sakları (şərab bişirən saklar), tiqraxauda sakları (oxpapaq və ya şişpapaq saklar) və taradrava sakları (dənizin arxasında yaşayan saklar) (75.54).
Daha qədim dövrə aid aşşur mənbələrindən belə aydın olur ki, bunlardan biri kimmerlərlə eyniləşdirilən saklar idi. Həmin mənbələr sayəsində bu sakların bir hökmdarlarının adı da dövrümüzədək ulaşmışdır. Bunlar Teuşpa, İşpakay, Tuqdamme və onun oğlu Sandakşatrudur. Aşşur hökmdarları Teuşpa ilə e.ə. 678-ci, Mannalıların köməyinə gələn İşpakayla e.ə. 670-ci ildə döyüşmüş və onlara qalib gəlmişdilər (7.107). Asarhaddonun kitabəsindən belə məlum olur ki, aşşurlar caklardan çəkinirmişlər:
"Müəyyən edilmiş bu müddət ərzində Manna vilayətində yaşayan və Manna ölkəsinin hüdudlarına gəlmiş sak ordusu bir qəsd hazırlayırmı? Bir şey fikirləşirmi? Hubuşkiya şəhərinin keçidini...keçəcəklərmi, gələcəklərmi, Aşşur sərhəddindən böyük qənimət, əsirlər aparacaqlarmı?" (1.105).
Eyni kitabədən belə aydın olur ki, döyüşdə saklar məğlub olurlar və bu Manna dövlətinin süqutu ilə nəticələnir: