Saklarin diLİ VƏ ƏDƏBİyyati



Yüklə 1,21 Mb.
səhifə33/52
tarix04.12.2023
ölçüsü1,21 Mb.
#138175
1   ...   29   30   31   32   33   34   35   36   ...   52
saklarin-tarixi-dili-ve-edebiyyati

"Mən Manna ölkəsinin sakinlərini, dinc oturmayan kutiləri darmadağın etdim, onu xilas edə bilməyən müttəfiqini-sak İşpakayın ordusunu əzdim" (1.105).
Mannanın süqutu kutiləin Cənubi Azərbaycanda hakimiyyətinin süqutu anlamına gəlməkdəydi və bu üzdən də adı mixi yazılarda Tuqdamme kimi çəkilən sak hökmdarı mənbələrdə "Saka və Qutium hökmdarı" kimi yad edilir. Bu isə o anlama gəlir ki, kutilər artıq həmin dövrdən saklara tabe olmuşlar. Yəni saklar Mannanın hakiminə çevrilmişlər (1.105). Söhbət özlərini "şakı" adlandıran gerçək saklardan gedir. Şəki etnotoponimi onlarla bağlıdır (55.321;137.17).
Təqribən eyni dövrdə Azərbaycanın siyasi arenasında daha iki qüvvə hakimiyyət uğrunda mübarizəyə atılır. Bu, madaylar (midiyalılar) və bir müddət saklardan asılı vəziyyətdə yaşadıqları üçün ümumiləşdirici "sak" adı ilə yanaşı özlərinin əsl adı ilə də yad edilən işquzlar idilər. Mənbələrdə Partatua (Prototiy) və oğlu Madiy işquzların hökmdarı kimi təqdim olunurlar. Bunlar psevdo, yəni yalançı saklar idilər. Beləcə, Azərbaycanın üç qədim türk boyu arasında Mannanın və kutilərin mirası, yəni taxt-tac uğrunda amansız, qanlı mübarizə başlayır.
Madaylar (midiyalılar) ilk öncə Mannanın tərkibində, Cənubi Azərbaycanın Zəncan, Qəzvin və Həmədan şəhərləri ilə bugünkü Tehran arasında yerləşən ərazidə məskun idilər (55.250). Aşşur mixi kitabələrində onlar haqqında ilk məlumat e.ə.835-ci ilə aiddir (38.34-35). Həmin mənbədə və sonrakı mənbələrdə onlar "maday" (amaday, matay) olkələri də "Maday" adları ilə yad edilirlər. Antik müəlliflərin əsərlərində isə "Midiya" və "midiyalı" adları keçərlidir. Azərbaycan elmi ədəbiyyatında da bu adlar daha çox işlənir. Hərçənd ki, aşşur mənbələrindəki ad daha doğrudur.
Midiyalıları da kimmer, iskit və saklar kimi irandilli və Azərbaycana kənardan gəlmə sayan Q.Hüzinq,R. Hauşild, F.Heninq, E.Qrantovski, İ.Əliyev və digərləri onların guya Qafqazın quzeyindən, yəni Avropadan, E.Meyer, V.Geyger, A. Kristensen, C. Kameron, İ. Oranski, V. Brandenşeyn, V. Masson, H.Nüberq və başqaları isə Orta Asiyadan gəldiklərini iddia etmişlər (55.250). Fəqət bu tarixçi alimlər, əgər gerçəkdən də madaylar Azərbaycana kənardan gəlmişlərsə, nədən onların adına ilk dəfə məhz Ön Asiya mənbələrində və Azərbaycan sakinləri kimi çəkildiyini izah etməmişər. Bu sual açıq qalır. Açıq qalan başqa bir sual isə belədir: əgər midiyalılar gerçəkdən irandilli olmuşlarsa, nədən qazaxların bir qolu olan madaylar (mataylar) türkcə danışmışlar (105.118) və nə üçün ll Sarqonun e.ə. 713-cü ildə qələmə alınmış kitabəsində midiyalılarla arilər arasında fərq qoyulur (132.220)?
Əslində mübarizənin əsas hissəsi midiyalılarla işquzlar arasında getmişdir. Çünki saklar (şakılar) bu mübarizədə tez bir zamanda məğlub olaraq Quzey Qafqaza qaçmağa məcbur olmuşlar. Hadisələr isə belə cərəyan etmişdir.
Manna uzun müddət Aşşurla ittifaqa sadiq qalsa da, güclənməkdə olan kimmer-iskit-sak qəbilələrinin təhriki ilə bu ittifaqı pozmalı oldu. Bu Manna hökmdarı Ahşerinin dövründə (e.ə.675-650) baş verdi. Aşşur hökmdarı Aşşurbanipal Mannaya qarşı müharibəyə başladı və qələbə çaldı (1.101).
Əslində həmin dövrdə Aşşurların vəziyyəti də yaxşı deyildi. Beləki, bu hadisədən çox-çox öncə, daha dəqiq desək, e.ə.Vlll əsrin ikinci yarısından etibarən güclənməyə başlayan babillilər Aşşura qarşı üsyan etmiş və elamlılarla birləşmişdilər.
E.ə.720-ci ildə Der qalası yaxınlığında elamlılarla aşşurlar arasında qanlı müharibə baş verdi və aşşurlar məğlum oldular. E.ə.716-cı ildə Urartu kökmdarı Rusa aşşurların zəifləməsindən istifadə edərək, onların müttəfiqi Mannaya hücuma keçdi və 22 Manna şəhər-qalasını işğal etdi, e.ə.715-ci ildə isə Manna hökmdarı Dayukku əsir alındı (152.73). Həmin döyüşdə Mannadan müstəqilliyə can atan Sa-qarta (Zikkertu) və Andiya əhalisi, yəni gerçək saklar (şakilər) və andiyalılar urartulularla eyni mövqedən çıxış edirdilər.
Belə bir vəziyyətdə Manna ilə ittifaqa sadiq qalan Aşşur hökmdarı ll Sarqon Saqarta və Andiyaya hücum edərək üsyançıları darmadağın etdi. ll Sarqon Urartu ordusunu da məğlub edərək, itirilmiş 22 şəhər-qalanı mannalılara geri qaytardı. Üstəlik də 55 Urartu istehkamı və 11 Urartu qalası Mannanın tərkibinə keçdi. Bu döyüşdə Dayukku əsirlikdən azad edidi, əvəzində isə Uratu hökmdarı l Rusa əsir edildi (1.98-99). Həmin döyüşdə psevdosaklar da (işquz - iç oğuzlar)Manna tərəfdən Uratuya qarşı çıxış edirdilər və Rusanın məğlub edilməsində böyük rol oynamışdılar. Qələbədən sonra Kappadokiya və Uratunun böyük bir hissəsi sakların hakimiyyəti altına keçdi. Bu barədə Strabon yazır:

Yüklə 1,21 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin