...İssık sərdabəsində üzərində horizontal yazı olan qab tapılmışdı: 26 hərf-dən ibarət ilan bu əlifba Orxon-Yenisey yazısını xatırladır." (48.178).
Mahmud İsmayıl bildirir:
"Məlum olduğu kimi, 1970-çi ildə Alma-Ata şəhəri yaxınlığında, İssık rayonunda arxeoloqların açdıqları kurqanda bir sak döyüşçüsünün qızıl geyimi və üzərində yazı olan bir gümüş cam aşkar edilmişdir. Qazax alimi A.S.Amonjolov cam üzərindəki yazını oxumuş və belə qənaətə gəlmişdir ki, bu qəbrin sahibi türkdilli sak olmuşdur." (137.14).
İssık kurqanından tapılmış yazı ilə bağlı Murad Aci yazır:
"Arxeoloq K.A.Akişevin tədqiqatarı xüsusi maraq doğurur, o," iskit məsələ-si" mövzusunda son nöqtəni qoymuşdur. Alim Yeddisudakı (Qazaxıstan)İssık kurqanından üzərində run əlifbası ilə dəqiq türkcə yazı olan qab tapmışdır. Tapıntının, eynən kurqanın özü kimi, 2500 il yaşı var. Beləcə, bu yazı iskit və sakların ilk yazılı abidəsi oldu, bu abidə onların dili barədə məlumat verməkdə-dir." (32.114). İssık yazısının hərflərinin Orxon-Yenisey əlifbasının daha qədim və xüsusi bir variantı olduğunu və onlar arasındakı genetik bağlılığı inandırıcı şəkildə açıb göstərən Elməddin Əlibəyzadə (47.Qeyd 2) mövu ilə bağlı deyir:
"İssık yazısı nəsr dili nümunəsidir. Öz yığcamlığı ilə diqqəti cəlb edir. İkicə cümlədə hər şey aydın olur. Bu dil, təxminən 2500-3000 il bundan əvvəl danışdığımız ümumtürk dili və onun yazıda ifadəsidir" (19.290).
Tanınmış qazax alimi A.Amonjolov isə bildirir:
"Alma-Ata yaxınlığında sak qəbrindən tapılmış runabənər yazı, nəticə etibarilə, Yeddisu köçərilərinin danışdıqları qədim türk dilidir" (174.66).
İssık kurqandan tapılan və Orxon-Yenisey yazılarından daha qədim olan yazının əlifbası, yuxarıda qeyd edildiyi kimi, türk-run əlifbasının variantlarından biridir və İssık yazısı həmin əlfba ilə yazılmış yeganə epiqrafik abidə deyildir. Mu-rad Acinin yazdığına görə, Termez yaxınlığındakı Kara-Təpədə aparılan arxeoloji tədqiqatlar zamanı ll-lV əsrlərə aid qədim bir buddist məbədi tapılmışdır. Həmin məbəddən tapılan qabların üzərində də eyni əlifba ilə qələmə alınmış yazılar aşkar-lanmışdır. Eyni yazı növünə Əfqanıstan ərazisində fransız geoloqları da rastlamış-lar (32.115).
Murad Acinin söylədiklərini İ.Dyakonov da (28.224), B.Livşits də (189.165-166, qeyd 14; 190.220) təsdiqləməkdədirlər. Fəqət bütün əsərlərində iskit və sakla-rı irandilli kimi təqdim etməyə çalışan bu alimlər fakt qarşısında qaldıqlarından, yazıların dilinin türk dili olduğuna göz yummuş və onu sadəcə "İssık yazısı" adlandırmışlar. Məsələn İ. Dyakonov yazır:
"Lap bu yaxın zamanlarda Orta Asiyada və Əfqanıstanda ilk tapıldığı yerin--Alma-Atadan 50 km aralıdan tapılmış kurqanın (Qazaxıstan; kurqanın e.ə.Vl-V əsrlərdən gec olmayan dövrə aid edilir) adı ilə şərti olaraq "İssık" adlandırılan heca və ya hərf yazısı tapılmışdır. Eyni yazıya Mərkəzi Əfqanıstandan tapılan e.ə. l əsrə aid trilinqvada da, kxaroştxi əlifbası ilə hind-prakrite dialektində və yunan əlifbasının bir növü ilə baktriya dilində qələmə alınmış yazılarla birlikdə rastlanmışdır.Eləcə də Cənubi Özbəkistan, Cənubi Tacikistan və Şimali Əfqanıstandan tapılan və l-Vl əsrlərə aid edilən (?) qab qırıqları üzərində də eyni yazı nümunələri ilə rastlaşırıq. Bu yazının yaranma yeri, ehtimal ki, sovet Özbəkistanı və Tacikistanının cənub-şərq hissəsi və Əfqanıstan olmuş və çox güman ki, oradan köçəri saklar tərəfindən gətirilmişdir." (28.224).
Bir sözlə, İ.Dyakonov təkzibedilməz fakt qarşısında qalmasına baxmayaraq həmin yazının guya sakların kənardan əxz etdiklərini, yəni onların öz kəşfi olmadığını söyləyir, fəqət nədən həmin yazının ən qədim nümunəsinə məhz saklara aid kurqanda rast gəlindiyini izah etmir. Və bu onun yeganə ziddiyyətli fikri deyil. O bir yandan yazır ki, həmin yazı təqribən 1000 il işlənmişdir, bir qədər sonra isə onun guya birdəfəlik istifadə üçün kəşf edildiyini iddia edir. Daha sonra isə "İssık" yazısının başqa yazı növləri ilə, o cümlədən kxroştxi və brahmi əlifbaları ilə əlaqəsinin olmadığını söyləyir, o biri yandan isə onun qədim hind yazıları kxroştxi və ya brahmidən törəmiş ola biləcəyini iddia edir və dolayısı ilə həmin əlifbalar arasında müəyyən oxşarlığın olduğunu etiraf edir (28.224), amma nədən "İssık" yazısını həmin yazılardan daha qədim dövrə aid olduğunu izah etmir.
Fakt isə budur ki, Orxon-Yenisey əlifbası ilə genetik qohum olan (47. qeyd 2) İssık yazısı adı çəkilən iki hind yazısının qədim variantları ilə bəzi oxşar cəhətlərə malikdir.Brahmi əlifbalarının bəzi işarələrinin bəzi türk tamğaları ilə eyniliyinə hələ vaxtilə Əbülfəz Hüseyni və Cəfər Cəfərov diqqət çəkmişdilər. Məsələn, Cəfər Cəfərov göstərmişdir ki, qaranoqayların as və ya az soyunun tamğası Sofu Novruz pirində tapılmış işarə ilə eyni olmaqla yanaşı, həmin işarəyə eramızdan əvvəl 3-cü əsrdə Hindistanda formalaşdığı ehtimal edilən brahmi əlifbasının “ça” və “ba” hecalarının qrafik təsvirində də rast gəlinir (6.29-36).
Həmin əlifbada “tha”hecasını bildirən qrafem də ağnoqayların türkmən soyunun tamğası ilə eynidir və bu işarənin ən qədim nümunəsi gəmiqayadan tapıl-mışdır.Brahmi əlifbasındakı “dha” hecasının işarəsi isə qaranoğayların konqes və ya kəngər soyunun tamğası ilə üst-üstə düşür və eyni işarəyə Sofu Novruz pirində də rast gəlinməkdədir (6.29-36).
Sakların Çinə qədər gedib çıxdıqları dövrlə təqribən eyni dövrdə Hindistana qədər gedib çıxdıqları da məlumdur. Bu barədə Cəvahirləl Nehru yazmışdır:
"Bizim eradan öncə, iki yüz il boyunca Hindistana bir neçə belə axın olmuşdur. Lakin sən belə düşünmə ki, köçlərin məqsədi buraları tutmaq və yağmalamaq idi. Bu xalqlara yeni ərazilərdə məskunlaşmaq zəruri idi, çünki Məkəzi Asiyada köçəri boylarının əksəriyyəti çoxalıb artdıqca. yaşadığı əazilər onların dolanışığı üçün çatmırdı. Və onlar da yeni torpaqlara köçüb yurd salmağa məcbur idilər.Belə böyük yerdəyişmələrə bir çox hallarda başqa bouların təyiqləri də səbəb olurdu...Sonra sak axınları başlandı. Onlar çox idilər və Hindistanın şimal və qərb ərazilərinə yayıldılar. Saklar türklərin böyük köçəri boylarından idilər. Onları da öz yerlərindən başqa böyük bir boy olan kuşanlar çıxarmışdı. Bütün Baktriya və parfiyanı bürüyən saklar tədricən Pəncab, Racputan və Katxivarda yurd saldılar." (188.129). Maraqlıdır ki, brahmi əlifbasının ilk nümunələri məhz sakların Hindistan-dakı hakimiyyəti dövründə ortaya çıxmışdır. Qədim hind mənbələrində eradan bir neçə yüzillər öncə sakların bir qisminin Hindistanın şimalında məskunlaşaraq tez bir zamanda burada yeni türk dövləti yaratmalarından söhbət açılmaqda və buddizmin əsasını qoyan Şakya Muninin də bir sak şahzadəsi olduğu qeyd edilməkdədir.
Hindistanda buddizmin yayılmağa başladığı dövrlərdən etibarən paralel olaraq, elm aləmində hind-brahmi əlifbası adlanan əlifba da istifadə edilməyə başlamışdır.
İohannes Fridrix yazır:
"Eradan əvvəl lV əsrə aid sikkələrin üzərindəki brahmi yazıları...sağdan soladır, Aşoki dövrünə aid yazılarda isə bunun tam əksini görürük.Öncələr bu əlifbanın arami əlifbasından törədiyi hesab edilirdi,indi isə hesab edilir ki, onun əsasında finikiya yazısı durur."(28.154). Yazı tarixinin gözəl bilicisi İohannes Fridrixin qeyd etdiyi kimi, bu yazının ən qədim nümunələrinə qədim sikkələrin üzərində rast gəlinmişdir.Və bu yazılar sonrakı dövrə aid olan və soldan sağa yazılan hinddilli mətnlərdən fərqli olaraq sağdan sola yazılmışdır.Bu mətnlərin hind dilində olmadığı məlumdur və onların dilini müəyyəmləşdirmək mümkün olmamışdır.
Maraqlıdır ki, dövrümüzədək eyni əlifba ilə türkcə yazılmış mətnlər də çatmışdır və bu mətnlərdə yazının istiqaməti hinddilli mətnlərdəki yazıların istiqamətindən fərqli olaraq, soldan sağa deyil, qədim sikkələrdə olduğu kimi sağdan soladır (28.385 şəkil 271, 386 şəkil 273). Elə bu fakt da sözügedən əlifbanın saklar tərəfindən əski türk əlifbası əsasında, yeni dini-buddizmi təbliğ etmək üçün icad edildiyini sübut edir.
Yeri gəlmişkən qeyd edək ki, türkdilli brahmi yazılarının dili uyğurcadır, yəni bu mətnlər türk elitasının dilində-xaqaniyyə türkcəsindədir.Mətnlərdə çox sayda hind sözünə də rast gəlinir ki, bu da onların Hindistan mənşəli olmasından, yəni Hindistan sakları tərəfindən yaradıldığı faktından qaynaqlanır.
Mütəxəssislər buddizmin yaradıcısı hesab edilən Buddanın (e.ə 557-447) sak əsilli Hindistan şahzadədəsi olduğu fikrində yekdildirlər. Onun sak əsilli olmasını hinddilli sutralarda adının "Şakya Muni" yəni "sak Muni" kimi çəkilməsi də təsdiqləyir. Şərqdəki saklar barədə ilk məlumat verən tarixçilərdən olan Van Qunun (32-92) məşhur "Xanşu" əsərinə şərhlər yazan Yan Şiqu qədim Çin mənbələrində "se" kimi işlənən, "sək" kimi oxunan və sak anlamına gələn işarənin ifadə etdiyi xalq, yəni saklar haqqında yazır: