---------------------------------------------------------------------------------------------------- Qədim türkcə Yakut türkcəsində Avestada ---------------------------------------------------------------------------------------------------- Tenqri Menqu Tanqra Menqu Anqra Manyu ---------------------------------------------------------------------------------------------------- Qədim türklər sitayiş etdikləri tək Tanrıya çox vaxt "Tenqri Menqü" də deyirdilər. "Menqü" qədim türk dilində əbədi deməkdir (14.342). Odur ki, bu halda söhbət əbədi olan Tanrıdan gedir. Bəzi türk ləhcə və şivələrində "Tanrı","Tenqri" əvəzinə "Tanqara" forması işlədilməkdə, "Tenqri Menqü" ifadəsi də "Tanqara Menqü" kimi səslənməkdədir (127.35).
Qatı bir fars milliyətçisi olan və əsərindən də göründüyü kimi, türklərə dərin nifrət bəsləyən Zərdüşt öz saxta dinində Tanqra Menqunu "Anqra Manyu" adı altında iblis elan etmiş, ona qarşı Babil-Aşşur mifologiyasından götürdüyü Ahura Məzdanı, yəni Hörmüzü, eləcə də Arti, Anahid, Mitra, Vritraqan və sairə fars tanrılarını qoymuş, Hörmüzü və fars tanrılarını xeyrin,işığın rəmzi kim qələmə vermişdi. Avestada turanlılar, yəni türklər şərin və qaranlığın ,iranlılar, yəni farslar isə xeyrin və işığın əsgərləri kimi qələmə verilir, turanlıların Anqra Manyuya sitayiş etdikləri qeyd edilir.
Maninin öz dinində Əhrimənin, yəni Anqra Manyunun yerinə Şimnunu, yəni təpəgözü iblis elan etməsinin əsil səbəbi türk Tanrısını Zərdüştün ona biçdiyi iblis obrazından xilas etmək idi. Türk Mani bununla da yetinməmiş, Tenqrini Hörmüzdən də, digər fars tanrılarından da yuxarı qaldırmış, ikinci yerə türk mi-fologiyasından götürdüyü Gün, Ay tanrılarını və Yer-Suyu yerləşdirmiş, Hörmüzü və onun beş tanrısını, yəni fars tanrılarını isə onlardan aşağı tutmuşdur:
"...Gün, Ay tanrılara, iki işıqlı sarayda əyləşən tanrılara, bütün bürhanların müqəddəs adının, ləyaqətli ruhların, Yer-Su nurunun əsası Tanrı məkanına gedəndə ilk qapı Gün, Ay tanrısının olacaqdır.Beş tanrını qurtarmaq, işığı-zülməi ayırmaq üçün işıq göydə dolanır."(118.291). Bənzər ierarxik sistem türk şamanizmində müşahidə edilməkdədir (127.43).Maninin təliminə görə, beş tanrı Şimnu ilə, yəni təpəgözlə və onun beş şeytanı ilə döyüşdə yaralandıqları və murdarlandıqları üçün onların qurtarılmağa, təmizlənməyə ehtiyacları var.Yalnız bundan sonra onlar Gün,Ay qapılarından keçib Tanrı dərgahına qalxa bilərlər.Gördüyümüz kimi, maniçilikdə Əhrimənin yerini Şimnu tutduğu kimi, Hörmüzün də yerini işıq tanrısı, yəni türk Tenqrisi tutur.O, Tanq Tenqri, yəni dan tanrısı adlandırılır.
Manixey əlifbası ilə, türkcə yazılmış mətnlərin heç də hamısı sırf uyğur türkcəsində deyildir. Bəzi mətnlər var ki, onların dili oğuz türkcəsinə daha yaxındır və oğuz türkcəsi ilə uyğur türkcəsinin bir-birindən hələ tam ayrılmadığı vəziyyəti əks etdirir.Şübhəsiz ki, onlar daha arxaikdirlər:
"Tanq Tenqri kəlti,Tanq tenqri özi kəlti! Tanq Tenqri kəlti,Tanq Tenqri özi kəlti! Turunqlar,kamağ bəglər,kadaşlar, Tanq Tenqriq ögəlim! Körünüqmə Kün Tenqri,siz bizi küzədinq! Körünüqmə Ay Tenqri,siz bizi kurtarınq!..." Tərcüməsi:
"Dan Tanrı gəldi,Dan Tanrı özü gəldi! Dan Tanrı gəldi, Dan Tanrı özü gəldi! Şəhərlər,bütün bəylər,qardaşlar, Dan Tanrını öyəlim! Parlaq Gün Tanrı, siz bizə nəzər salın! Parlaq Ay Tanrı,siz bizi qurtarın!..."(70.55;73.89;118.122-123). "Bu şerin dili Alpınçur Təkinin şerlərinin və Bötürmüş Tərxanın "Xuastu- anift"inin dilindən daha sadə və daha anlaşıqlıdır və şübhəsiz ki, lll-V əsrlərdə Azərbaycanda qələmə alınmışdır. Fəqət onun Maninin qələminə mənsub olub-olmadığını tam qətiyyətlə söyləmək mümkün deyildir.Lakin əldə olan və dili bu şerin dilindən fərqlənməyən daha bir şer var ki, onun Maninin qələminə məxsusluğu heç bir şübhə oyatmır:
"Tüzün bilgə kişilər, üriləlim, Tenqrinin bitiqin biz işidəlim.