olan dairəvi disk bərkidilmişdi.”(35.24). Tolstov, Bernştam və Bekmıradov kimi tanınmış türkoloq alimlər də oğuzların ən qədim zamanlarda öküzə totem münasibəti bəslədiklərini söyləmişlər.Bu alimlər bu halda “Oğuznamə”də yer alan sözlərə istinad etmişlər:
“Olsun dedilər.Onun anqağusu budur.”(10.124). “ “Oğuznamə”nin uyğur versiyasının birnci səhifəsinin birinci sətrində təs-
vir edimiş göy öküz oğuzların əcdadı Oğuz xanın şəkli,daha dəqiq desək,anqağusu,
yəni ideoqrafik işarəsi kimi təqdim edilir.Bu şəkil əsərə sadəcə bir illüstrasiya ki-mi qəbul edilə bilməz.Çünki o,mətnin ayrılmaz tərkib hissəsi kimi çıxış edir və Oğuz xanın mətndəki sözlü təsviri ilə üst-üstə düşmür.Mətndə Oğuz xanın sözlü təsviri fərqlidirdir:
“Yenə günlərin bir günü Ay kağanın gözləri yarıdı,bir oğlu oldu .Bu oğlanın üzü göy idi.Ağzı atəş kimi qırmızı,gözləri ala,saçları,qaşları qara idi.Gözəllikdə mələkdən də gözəl idi... ...Ayağı öküz ayağına,beli qurd belinə,kürəyi samur kürəyinə,köksü ayı köksünə bənzəyirdi.” (10.124). Gördüyümüz kimi, sözlü təsvirdə söhbət oğlan uşağından gedir və onun xarici görünüşü bu təsvirdən əsaslı surətdə fərqlənir.Deməli,bu halda öküz təsviri
“Oğuz”kəlməsinin sadəcə ideoqrafik ifadəsidir.Elə bu səbəbdən də Əbülfəz Hü-seyni və Zelen Yampolski kimi alimlər Qobustandakı öküz təsvirlərini oğuzların ulu babalarının cızdıqlarını söyləmişlər.Burada sıhbətin məhz piktoqrafik yazıdan, yəni şəkil-yazıdan getdiyini elm aləmində şərti olaraq “7gözəl”adlanan petroqlif də sübut etməkdədir. Şərti olaraq, “7 gözəl”adlanan bu piktoqramda böyük öküz təsvirinin fonunda 8 qadın təsvir edilmişdir. Burada öküz oğuz xalqını,8 qadın isə 8 oğuz soyunu təmsil etməkdədir.Nəzərə alsaq ki,ilk soybirləşmələri məhz Mezolit dövründə formalaşmışdır və bu birliklərdə birləşən soyların başında qadınlar dururdu,tam cəsarətlə deyə bilərik ki,burada söhbət 8 oğuz soyunun birləşməsini ifadə edən böyük bir qəbilədən,daha doğrusu bu qəbilənin özünü ifadəsindən gedir.
Orxon-Yenisey mətnlərində Üçok,Onok,Onuyğur,Otuztatar,Üçoğuz, Altıo-ğuz,Doqquzoğuz,Üçkarluq və sairə soybirləşmələri ilə birlikdə Səkkizoğuz soybir-ləşməsindən də söhbət açılmaqdadır. Beləki, “Moyonçur”abidəsinin şərq tərəfində belə bir cümlə yer almaqdadır:
"Səkkizoğuz,Otuztatar qalmadı gəldi...” (11.150 ). Doğrudur, mütəxəssislər sözügedən petroqlifdə öncə 7 qadının təsvir edildiyini, 8-cinin isə sonradan əlavə edildiyini qeyd edirlər. Elə bu üzdən də təsviri "7 gözəl adlandırmışlar. Fəqət bu hal işin mahiyyətini dəyişmir. Bu o deməkdir ki, öncə 7 oğuz qəbiləsi ittifaq bağlamış, sonra 8-ci qəbilə də bu ittifaqa qəbul edilmiş, nəticədə təsvirdə korrektə edilmişdir. Arxeoloqların fikrincə, petroqlifdəki qadınları bir-birindən fərqləndirən cizgilər onların, deməli, həm də ayrı-ayrı soyların qəbilə ittifaqındakı, yəni boydakı ictimai mövqelərinə işarə etməkdədir.
Elmdə kutilərin dilini Elam-Zaqroş(?!) və Qafqaz dillərinə bağlamaq cəhdləri də olmuşdur. Bu barədə Nizami Xudiyev yazır:
"Ön Asiyanın qədim dillərində-yazılı abidələrində bir sıra türk sözləri (güman ki, Azərbaycan ərazisində yaşayan türklərin dillərindən keçmiş) qeydə alınmışdır ki,bu, türk etnoslarının Azərbaycanda, ümumən Ön Asiyada...müəyyən rol oynadıqlarını təsdiq edir. Azərbaycan ərazisində ən qədim zamanlardan məskunlaşan kuti və lullubilər, məlum olduğu kimi, şumer və akkadlarla sıx əlaqə şəraitində yaşamış, daha doğrusu o zamana qədər mövcud olan münasibətləri yeni tarixi şəraitdə davam etdirmişlər. Azərbaycan ərazisində mövcud olan...bu ən qədim tayfaların dil mənsubiyyəti barədə daha hansı mülahizələr mövcuddur? İlk tədqiqatçılar lullubi dilini elam dilinə qohum hesab edirdilər. Elam dilinin ilk tədqiqatçılarından Q.Hüzinq lullubi, həm də kuti dilini elam dilinə, sonuncusunu isə Qafqaz dilləri ailəsinə daxil etmişdir. Q.Kameron həmin dillərin elam dilinə aid olduğunu göstərmişdir. A.Şpayzer regionun bir sıra toponimlərinin müqayisəsinə əsaslanaraq kuti, lullubi və elam dillərini Zaqroş dil qrupunda birləşdirmişdir. Q.A.Melikaşvili elam, kassi, kuti və lullubi dillərini Zaqr-elam dil qrupuna daxil etmiş və həmin qrup dillərin Qafqaz dillərinə yaxın olduğunu göstərmişdir. E.Hersfeld elamları elamları,kassiləri, kutiləri, lullubiləri və s. eyni etnolinqvistik qrupa aid etmişdir. İ.M. Dyakonov kuti və elam dillərinə aid etmiş və eyni xamanda kutilərin dili ilə Qafqaz albanlarının dili arasındakı qohumluq ehtimalından danışmış, sonra isə lullubi etnosunun mövcudluğunu inkar edib kutilərin dilini şimal-şərqi Qafqaz qrupuna daxil etmişdir. İ.Əliyev kuti dilinin Qafqaz, lullubi dilinin isə kassi və elam dillərinə yaxınlığını qeyd etmişdir və s. və i.a." (70.15). Maraqlıdır ki, bu gün dilçilik elminə nə "Elam-Zaqroş", nə də "Zaqr-elam" adlı dil qrupları məlum deyildir. Bu "qrupları" böyük tarixçi alim olmalarına baxmayaraq, dilçilik sahəsində tam diletant olan elm adamları uydurmuşlar və bu cür uydurmaların heç bir ciddi elmi əsası yoxdur (100.304-329). Qədim elam dilinə gəldikdə isə, onun Qafqaz dilləri ilə qohumluğu barədəki fərziyyələr özünü doğrultmamışdır və dilçi alimlər həmin dili dravid dilinə qohum sayırlar (1.86).
Mövzu ilə bağlı, şübhəsiz ki, bizim üçün ən mötəbər fikir qədim şərq dilləri və mixi yazılar üzrə görkəmli mütəxəssis Yusif Yusifovun və ömrünü bu kimi məsələlərə həsr etmiş professional dilçi alim Firidun Ağasıoğlunun fikirləridir. Xüsusən də həm böyük tarixçi, həm də böyük dilçi olmuş mərhum Yusif Yusifovun söylədikləri maraq doğurmaqdadır:
"Kutilərin dil və etnik mənsubiyyəti barədə müxtəlif fərziyyələr irəli sürülmüşdür. Q.Hüzinq və F.Borkun elam dilinə aid araşdırmalarında kuti dilinin elam dilinə qohum olması və bunların öz növbəsində Qafqaz dilləri ilə qohumluq təşkil etməsi barədə mülahizə irəli sürülmüşdür. Lakin bu qohumluğu göstərə biləcək dəlillər gətirilməmişdir. Digər ehtimala görə (Z.Yampolski), kuti adı sonralar antik qaynaqlarda Azərbaycan ilə əlaqədar yad edilən "uti" etnoniminin ilkin forması olmuşdur, yəni sonrakı dövrlərdə guya "k" səsi düşmüşdür. Lakin bu hal da müşahidə olunmur. Əksinə, mixi qaynaqlar göstərir ki, kuti və utu // itu (uti adının ilkin forması) tayfa adları müxtəlif formalarda işlənirdilər." (1.81).
Yusif Yusifov eyni zamanda bildirir ki, utu // itular turuk (türk) etnosuna mənsub idilər (1.80). Alimin fikrincə, kutilər türkdilli olmuşlar (1.82).
Elmi ədəbiyyatda, kutiləri utilərl, sonuncular isə udinlərlə eyniləşdirmək meylləri hələ də davam edir. Halbu ki, kuti, uti və udinlər tamam başaqa xalqlar olmuşlar. Yuxarda qeyd etdiyimiz kimi, e.ə.Vlll-Vll əsrlərə aid aşşur mixi mənbələrində "uti" (utu, itu) adlı etnonimə də rast gəlirik. Bu barədə Yusif Yusifov yazır:
"Eyni zamanda qaynaqlar burada turukki və lullularla əlaqədar Uta/Utem (-m şəkilçidir) ölkəsinin adı çəkilir. Şübhəsiz, ad Utu/İtu etnonimindən əmələ gəlmişdir. Məlum olduğu kimi utu/itu tayfası sonralar (e.ə. Vlll-Vll əsrlər) Assuriyada (Aşşurda) muzdlu döyüşçü sifətilə hərbi xidmətə cəlb olunurdular. Utu/itular turukki etnosuna mənsub idilər. Çox güman ki, utu/itu tayfa adı sonrakı (e.ə. V əsrdən etibarən) Azərbaycan ərazisində çox geniş təmsil olunmuş "uti" tayfa adının ilkin formasını təşkil edirdi. Etnonim hun tayfalarından olan türk mənşəli "utiqur" (uti xalqı) adını təmsil edir." (1.80).
Biz utilərin utiqurlarla eyniləşdirilməsini düzgün saymırıq və utiqurlarla bağlı fikrimizi kimmerlərdən söz açarkən ortaya qoyacağıq. Mixi yazılara istinadən, kuti və utilərin qohum olmalarına baxmayaraq, ayrı-ayrı etnik qruplar olduğunu göstərən Yusif Yusifov (1.81) eyni mənbələrdə udinlərin də adına fərqli bir etnonim kimi (udin adamı) rast gəlindiyini göstərmişdir (1.80).
Uti və udinlərin ayrı-ayrı etnuk qruplar olduğu və Qafqaz Albaniyasının fərqli bölgələrində yaşadıqları Musa Kağankatlının "Alban tarixi" kitabından da açıq aydın sezilməkdədir.Musa Kağankatlı özünün "Alban tarixi" kitabında Yafəs soyundan olan Albaniya hökmdarı Aranın adını çəkərək bildirir ki, albanlar,utilər və qarqarlar bu hökmdarın nəslindəndirlər.Bu məlumatı əldə əsas tutan və utiləri qafqazdilli udinlərlə eyniləşdirən bəzi mütəxəssislər utilərlə birlikdə albanları və qarqarları da qafqazdilli xalq hesab etmişlər.Halbuki, utilər və udinlər ayrı-ayrı xalqlar olmuş və Albaniyanın öz adları ilə adlanan iki fərqli bölgəsində yaşamışlar.Bu bölgələrdən biri Bərdə ətrafında yerləşirdi və Uti vilayəti adlanırdı. Digəri isə Şəki ətrafında idi və Udin vilayəti adlanırdı. Musa Kağankatlı yazır: