Salam olsun İbrahimə



Yüklə 1,59 Mb.
səhifə31/49
tarix17.11.2018
ölçüsü1,59 Mb.
#84206
1   ...   27   28   29   30   31   32   33   34   ...   49

Vəlfəcr-hazırlıq

Əli Nəsrullah


Kumeyl batalyonu cənub istiqamətindən, zastava tərəfdən hücuma keçəcəkdi. Komandirlərin biri batalyonun uşaqları ilə danışmağa başladı:

"Qardaşlar! Bu axşam Vəlfəcr əməliyyatı üçün Fəkkəyə yola düşəcəyik. Düşmən sizin yolunuzda sərhədlə paralel olaraq üç böyük kanal qazıb. Başqa maneələr də var. Siz inşallah, bu maneə və kanallardan keçəcəksiniz və əməliyyat baş tutacaq. Siz Tavusiyyə və Rüşeydiyyə zastavalarının ətrafında yerləşəndə əməliyyatın birinci mərhələsi bitmiş olacaq. Sonra Seyyidüş-şühəda diviziyasının təzə nəfəsli uşaqları və digər döyüşçülər sizin yanınızdan keçib əməliyyatı İraqın əl-Ümarə şəhərinə doğru davam etdirəcəklər".

Komandir hərəkət tərzi, maneə və yollar haqda danışıb dedi: "Siz minalanmış sahələrin içindəki ensiz bir yoldan keçəcəksiniz. Hamınız Fəkkənin cənub istiqamətinin mövqe yaran hücumçularısınız və inşallah, nəzərdə tutulmuş məqsədlərə çatacaqsınız".

Onun sözləri bitəndən dərhal sonra İbrahim məddahlığa başladı, amma həmişəki kimi yox, çox qəribcəsinə rövzə oxuyur, özü də ağlayırdı.

O, həzrət Zeynəb rövzəsinə başladı, sonra uşaqlar sinə vurdular. Mən bu gözəl beyti ilk dəfə onda eşitdim:

Aman Zeynəbin ürəyindən!

Necə qan oldu Zeynəbin ürəyi!

Uşaqlar da sinə vururdular. İbrahim sonra həzrət Zeynəbin əsirliyindən və Kərbəla şəhidlərindən rövzə oxudu və axırda dedi: "Uşaqlar! Bu gecə ya yarın görüşünə gedəcəksiniz, ya da seyidlərin bibisi kimi əsir düşüb qəhrəmancasına müqavimət göstərməlisiniz”.1

İbrahimin gözəl məddahlığından sonra uşaqlar yaş üzlərlə ayağa qalxıb şam namazlarını qıldılar. İbrahim gələndən bəri kölgə kimi arxasınca gəzirdim, ondan bir an da ayrılmırdım.

İkimiz ağır hərəkətli körpülərin birini götürüb yola düşdük.

Fəkkənin qumları üzərində getmək çox çətin idi. Hər bir döyüşçünün iyirmi kilodan artıq yükü vardı, biz isə bu yükdən əlavə ağır bir körpünü də tabut kimi çiynimizə qoymuşduq.

Hamı bir sıra ilə minalanmış sahələrin arasındakı yoldan keçirdi. Təxminən 12 km. piyada yol gedəndən sonra Fəkkənin cənubundakı birinci kanala çatdıq. Uşaqlarda taqət qalmamışdı.

Fevralın 6-sı, axşam saat 21:30 idi. Hərəkətli körpüləri və nərdivanları düzüb kanaldan keçdik. Bölgəni qəribə sükut bürümüşdü. İraqlılar bir güllə də atmırdılar.

15 dəqiqədən sonra ikinci kanala çatdıq. Onu da keçəndən sonra ratsiya ilə komandirə xəbər verildi.

Bir neçə dəqiqədən sonra üçüncü kanala çatdıq. İbrahim hələ ikinci kanalın yanında idi və uşaqlara kömək edirdi. Kanalların ətrafı minalanmış sahələrlə və müxtəlif maneələrlə dolu idi.

Üçüncü kanala çatmaq sərhəd zastavalarının yanında olmaq və əməliyyatın başlanması demək idi. Lakin batalyon komandiri uşaqları saxlayıb dedi: "Xəritədə göstərilənlərə görə, daha çox yol getməli idik, amma qəribədir ki, həm tez çatdıq, həm də zastavalar yoxdur”.

Təxminən bütün uşaqlar ikinci kanaldan keçdilər. Birdən Fəkkənin səması gündüz kimi aydın oldu. Sonra atəş açmağa başladılar. Onlar pulemyotdan tutmuş bomba və raketlərə qədər hər şey atırdılar. Hər tərəfdən üstümüzə atəş yağırdı. Sanki düşmən bütün qüvvəsini toplayıb bizi gözləyirmiş.

Uşaqlar heç bir iş görə bilmirdilər. Günəşəbənzər istehkam milləri və mina sahələri hər bir hərəkətin qarşısını alırdı.

Uşaqların kiçik bir qismi üçüncü kanala girdi, çoxu isə qumların üzərində qaldı. Hamı oyan-buyana gedirdi.

Bəzi uşaqlar istehkam millərindən keçib düzənlikdə mövqe seçmək istəyirdilər, amma minalara düşüb şəhadətə qovuşdular.

Yolun ətrafı mina ilə dolu idi. İbrahim bunu bilirdi. Buna görə də, üçüncü kanala qaçdı və qışqırıb heç kimi ətrafa səpələnməyə qoymadı. Əlimizdən heç nə gəlmirdi. İraq artilleriyası bizim hansı yerdən keçəcəyimizi yaxşı bilir və oranı vururdu.

Aləm bir-birinə dəymişdi. Hərə bir tərəfə qaçırdı. Vəziyyətin idarəsi mümkün deyildi. Nisbətən təhlükəsiz yer kanalların içi idi. O qaranlıqda və qarışıqlıqda İbrahimi itirdim.

Üçüncü kanala qədər getdim, amma kimisə tapmaq mümkün deyildi. Dostlardan birini görüb İbrahimi soruşdum. Dedi: "Bir neçə dəqiqə öncə buradan keçdi".

Eləcə oyan-buyana qaçırdım. Komandirlərin birini gördüm. Məni tanıyıb dedi: "Tez keçidə get, yoldakı uşaqları geri göndər. Kanalın içində nə yer var, nə də təhlükəsizlik. Get və tez qayıt".

Komandirin əmrinə uyğun olaraq, ikinci kanalın ətrafındakı və yoldakı uşaqları geri qaytardım. Hətta çoxlu yaralılara da kömək edib geriyə çatdırdıq.

Bu iş iki-üç saat sürdü. Qayıtmaq istəyəndə diviziyanın uşaqları dedilər: "Qayıda bilməzsən". Təəccüblə soruşdum: "Nə üçün?"

Dedilər: "Geri çəkilmə əmri verilib, irəli getməyin faydası yoxdur. Digər uşaqlar da səhərə qədər qayıdacaqlar".

Bir saatdan sonra sübh namazımı qıldım. Hava yavaş-yavaş işıqlanırdı. Yorulmuşdum və ümidsiz idim. Qayıdan bütün uşaqlardan İbrahimi soruşurdum, amma heç kimin xəbəri yox idi. Bir neçə dəqiqədən sonra Müctəbanı gördüm. Üz-başı tozlu və yorğun halda əməliyyat yerindən qayıdırdı. Məyus səslə soruşdum: "Müctəba, İbrahimi görmədin?"

Mənə yaxınlaşa-yaxınlaşa dedi: "Bir saat öncə birlikdə idik".

Sevindim.

- Bəs indi haradadır?

– Bilmirəm. Ona dedim ki, geri çəkilmə əmri verilib, nə qədər ki hava qaranlıqdır, gəl qayıdaq. O isə dedi ki, uşaqlar kanaldadırlar, mən onların yanına gedirəm, hamımız birlikdə qayıdarıq.

Müctəba əlavə etdi: "Mən İbrahimlə danışanda Aşura diviziyasının bir batalyonu oraya gəldi. İbrahim tez onların komandiri ilə danışıb geri çəkilmə əmrini çatdırdı. Yolu tanıdığıma görə, məni onlarla geri göndərdi. Özü isə bir RPG minomyotu və bir neçə mərmi götürüb kanala getdi. Daha ondan xəbərim olmadı".

Bir saatdan sonra Meysəm Lətifini gördüm, bir neçə yaralı ilə geri qayıdırdı. Onlara kömək etdim. Meysəmdən vəziyyəti soruşanda dedi: "Biz bu yaralı uşaqlarla birgə kanaldan irəlidə təpələrin arasında qalmışdıq. İbrahim Hadi bizə yardım etdi".

Birdən təəccüblə dedim: "Dadaş İbrahim?! Yaxşı, sonra nə oldu?"

– Çətinliklə bizi toplayıb alatoranlıqda geri gətirdi. Yolda bir kanala çatdıq. Çox enli kanal idi, içi də palçıqla dolu. İbrahim iki xərək tapıb körpüyə bənzər bir şey düzəltdi, bizi keçirib geri göndərdi, özü isə qayıtdı".

Səhər saat 10-da komandirlər diviziyanın Fəkkədəki qərargahına get-gəl edirdilər. Deyirdilər ki, bir neçə batalyon düşmən mühasirəsində qalıb.


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin