Salam olsun İbrahimə



Yüklə 1,59 Mb.
səhifə4/49
tarix17.11.2018
ölçüsü1,59 Mb.
#84206
1   2   3   4   5   6   7   8   9   ...   49

Təkbaşına voleybol

Şəhidin dostları


İbrahimin güclü qolları hələ doqquzuncu sinifdən onun bir çox idmanlarda mahir olduğunu göstərdi. O, idman saatlarında həmişə voleybol oynayardı. Heç kim ona bata bilmirdi.

Bir dəfə təkbaşına altınəfərlik bir komandaya qarşı oynadı. Ona topa üç zərbə vurmaq icazəsi verilmişdi.

Bizim hamımız, o cümlədən idman müəllimi onun necə qələbə çaldığını gördük. Ondan sonra İbrahim çox vaxt voleybolu təkbaşına oynayırdı.

Tətil günlərində çox zaman 17 Şəhrivər xiyabanındakı yanğınsöndürmə məntəqəsinin arxasında oynayırdıq. Çoxlu iddialılar gəlir, amma İbrahimə uduzurdular.

İbrahimin ən yaxşı voleybol xatirəsi müharibə dövrünə və Gilanqərb şəhərinə aiddir. Orada bir voleybol meydançası var idi.

Bir gün döyüş zonalarına baş çəkmək üçün Gilanqərbə bir neçə mikroavtobus adam gəldi. Onlara Bədən Tərbiyəsi Komitəsinin sədri ağa Davudi başçılıq edirdi. O, liseydə İbrahimin idman müəllimi olmuşdu və onu yaxşı tanıyırdı.

Ağa Davudi İbrahimə bir qədər idman aləti verib dedi ki, məsləhət bildiyiniz şəkildə istifadə edin. Sonra əlavə etdi: "Bizim dostlarımız müxtəlif idman sahələrindəndirlər və buranı ziyarətə gəliblər".

İbrahim idmançılarla söhbət etdi, onlara şəhərin müxtəlif yerlərini göstərdi. Nəhayət, voleybol meydançasına çatdıq.

Ağa Davudi dedi: "Tehranın voleybol komandasının uşaqlarından bir neçəsi bizimlə gəlib. Bir yarışa nə deyirsiniz?"

Günorta saat 3-də yarış başlandı. Bir tərəfdə üçü peşəkar voleybolçu olan beşnəfərlik bir komanda yarışırdı, digər tərəfdə də İbrahim təkbaşına. Çoxlu tamaşaçı vardı.

İbrahim adəti üzrə ayaqyalın, şalvarının balağını qatlamış halda və alt köynəklə oyuna çıxdı. Elə yaxşı oynadı ki, hamı mat qaldı.

Həmin oyun 10 qol fərqi ilə İbrahimin xeyrinə bitdi. Sonra idmançılar İbrahimlə şəkil çəkdirdilər.

Onlar sadə bir döyüşçünün peşəkar idmançılar kimi oynamasına inanmırdılar.

Bir dəfə Dokuhə qarnizonunda döyüşçülərə İbrahimin voleybol oynamasından danışdım. Uşaqların biri gedib voleybol topu gətirdi, sonra da iki komanda yığıb İbrahimi səslədi.

İbrahim oynamaq istəmirdi, lakin biz israr edəndən sonra dedi: "Onda mən tək oynayacağam".

Oyundan sonra komandirlərin bir neçəsi dedi: “İndiyə qədər bu qədər gülməmişdik. İbrahim hər dəfə zərbə vuranda bir neçə nəfər topa qaçıb bir-birinə dəyir və yıxılırdılar”.

Sonda İbrahim böyük fərqlə qalib gəldi.

Mərc oyunu

Mehdi Fəridvənd, Səid Saleh


Deyəsən, 1975-ci il idi. Bir cümə səhəri voleybol oynayırdıq. Tanımadığımız üç nəfər bizə yaxınlaşıb dedi: "Biz Tehranın qərbindənik. İbrahim kimdir?"

Onlar təklif etdilər ki, adambaşına iki yüz tüməndən oynayaq. Bir neçə dəqiqədən sonra oyun başladı. İbrahim tək idi, onlar üç nəfər. Lakin İbrahim uddu.

Həmin gün şəhərin cənub məhəllələrindən birinə gedib 700 tüməndən mərc gəldik. Yaxşı oyun oldu və çox tez udduq. Pulu alanda İbrahim başa düşdü ki, onlar bir-birindən borc alırlar. Birdən dilləndi: "Biri gəlib təkbaşına mənimlə oynasın. Udsa, pul almayacağıq”.

Biri yaxınlaşdı və oyun başlandı. İbrahim çox zəif oynadı və rəqibi qalib gəldi.

Hamısı oradan sevinclə ayrıldı. Mənsə çox hirsləndim.

- Ağa İbrahim, niyə belə oynadın?

Təəccüblə baxdı.

- İstədim ki, pərt olmasınlar. Ümumilikdə ciblərində 100 tümən pul yox idi.

Bir həftədən sonra Tehranın qərbindən olan uşaqlar əlavə iki nəfərlə gəldilər. Onlar 500 tüməndən mərc gəldilər. İbrahim şalvarının balağını qatladı, ayaqqabısını çıxarıb oynamağa başladı. Topa elə zərbə vururdu ki, heç kim götürə bilmirdi. İbrahim həmin gün də böyük fərqlə qalib gəldi.

Axşam İbrahimlə birgə məscidə getdik. Namazdan sonra Hacı ağa şəriət hökmlərindən danışarkən oyunda mərcdən və haram puldan söhbət etdi, Peyğəmbərdən belə bir hədis söylədi: "Haram yolla pul əldə edən adam onu batil yolda və ağır hadisələrdə xərcləyər".1

Sonra isə Peyğəmbərdən bu hədisi söylədi: "Haram tikə yeyənin qırx gecə namazı və qırx gün duası qəbul olmaz".2

İbrahim təəccüblə dinləyirdi. Sonra birlikdə hacı ağanın yanına getdik. O dedi: "Mən bu gün voleybolda 500 tümən udmuşam". Sonra hadisəni danışıb əlavə etdi: "Əlbəttə, pulu kasıb bir ailəyə bağışladım".

Hacı ağa dedi: "Bundan sonra ehtiyatlı ol; idman elə, amma mərc oyunu oynama".

Növbəti həftə həmin adamlar yenə gəldilər. Bu dəfə daha bir neçə güclü oyunçu gətirmişdilər və 1000 tüməndən oynamaq istəyirdilər. İbrahim onlara dedi: "Mən oynayıram, amma mərclə yox". Onlar İbrahimi mərcə təhrik etməkdən ötrü masqaraya başladılar: "Qorxur, bilir ki, uduzacaq". Başqa birisi dedi: "Pulu yoxdur..."

İbrahim onlara dedi: "Mərc oyunu haramdır. Mən bilsəydim, öncəki həftələrdə də sizinlə oynamazdım. Sizin pullarınızı da yoxsula verdim. İstəyirsinizsə, mərcsiz oynayaq".

Çoxlu danışıqdan və masqaradan sonra oyun baş tutmadı.

***

Bir dostu deyir: "İbrahim bizə çox deyirdi ki, mərc oyunu oynamayaq. Lakin bir dəfə Naziabad məhəlləsinin uşaqları ilə oynayıb çoxlu uduzduq. Oyunun sonlarında İbrahim gəldi. Mərc etdiyimizə görə bizə çox hirsləndi.



Digər tərəfdən, uduzduğumuzu vermək üçün o qədər pulumuz yox idi. Oyun bitəndə İbrahim yaxınlaşıb topu götürdü və dedi: "Təkbətək oynayan var?"

Naziabad uşaqlarının arasında milli komandanın bir oyunçusu vardı. Xüsusi qürurla qarşıya çıxıb dedi: "Neçəyə?"

Əgər uduzsan, bu uşaqlardan pul almayacaqsan.

O da qəbul etdi. İbrahim o qədər yaxşı oynadı ki, hamımız məəttəl qaldıq. O, böyük fərqlə rəqibini məğlub etdi, amma sonra bizi çox danladı”.

***

İbrahim voleyboldan əlavə bir çox idman sahələrində də mahir idi. Alpinistlikdə peşəkar idi. İnqilabdan təxminən üç il öncədən inqilaba qədər hər cümə günü səhərlər zorxana uşaqlarından bir neçəsi ilə birgə Təcrişə gedirdi. Sübh namazını İmamzadə Saleh məqbərəsində qılıb qaça-qaça dağa çıxırdılar. Orada səhər yeməyi yeyib qayıdırdılar.



Yadımdadır, İbrahim güləşə hazırlaşır və ayaqlarını gücləndirirdi. O, Dərbənd meydanından uşaqların birini çiyninə atıb əkiz şəlalələrin yanına qədər apardı.

Dərbənd və Küləkçal bölgəsindəki bu alpinistlik inqilabın qələbəsinə qədər davam etdi.

İbrahim futbolu da çox yaxşı oynayırdı. Stolüstü tennisdə də usta idi; ikiəlli oynayırdı və heç kim qarşısına çıxa bilmirdi.


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin