Salam olsun İbrahimə



Yüklə 1,59 Mb.
səhifə7/49
tarix17.11.2018
ölçüsü1,59 Mb.
#84206
1   2   3   4   5   6   7   8   9   10   ...   49

İlahi izdivac

Rza Hadi


Axşamüstü idi. İbrahim işdən qayıdırdı. Küçəyə girəndə gözü bir anlığa qonşu oğlana sataşdı. Gənc bir qızla danışırdı. Oğlan İbrahimi görən kimi tez qızla sağollaşıb getdi.

Bu hadisə bir neçə gündən sonra yenə təkrar olundu. Bu dəfə də qızla sağollaşmaq istəyəndə İbrahimin onlara yaxınlaşdığını gördülər. Qız tez küçənin o biri tərəfinə keçdi və oğlan İbrahimin qarşısında qaldı.

İbrahim onunla salamlaşdı, halını soruşdu. Oğlan qorxurdu, amma İbrahim həmişəki kimi gülümsəyirdi. O, oğlanın əlini buraxmadan xüsusi aramlıqla danışmağa başladı.

– Bax, bizim məhəlləmizdə belə şeylər olmayıb. Mən səni və ailəni yaxşı tanıyıram. Sən həqiqətən bu qızı istəyirsənsə, mən atanla danışaram...

Gənc İbrahimin sözünü kəsib dedi: "Yox, sən Allah, atama heç nə demə. Mən səhv etdim, qələt etdim, bağışla...”

– Yox, məqsədimi başa düşmədin. Atanın böyük evi var, sən də mağazasında işləyirsən. Mən bu axşam məsciddə atanla danışaram, inşallah bu qızla ailə qurarsan.

Gənc çox utanırdı, başını aşağı salmışdı.

– Atam bilsə, çox hirslənəcək.

– Atan mənlikdir. Mən Hacını tanıyıram, məntiqli adamdır.

– Bilmirəm nə deyim, siz necə məsləhət görürsünüzsə, elə də olsun.

Sonra sağollaşıb getdi.

Axşam namazından sonra məsciddə o gəncin atası ilə danışdı. Əvvəlcə izdivacdan danışdı, ailə qurmağa şəraiti olan və münasib həyat yoldaşı tapan birinin evlənməli olduğunu dedi. Bildirdi ki, evlənməyib günaha düşsə, Allah qarşısında cavab verəcək. Həm də dedi ki, bu işdə gənclərə kömək etmək lazımdır.

Hacı İbrahimin sözlərini təsdiqlədi, amma mövzunun oğlu olduğunu biləndə üzünü turşutdu.

– Hacı, oğlun özünü qoruyub günahdan uzaqlaşmaq istəyir, özü də belə bir mühitdə. Məgər pis iş görür?!

Hacı bir neçə saniyə sükutdan sonra dedi: "Yox".

Ertəsi gün İbrahimin anası o gəncin anası ilə danışdı və sonra da qızın anası ilə.

İbrahim bir aydan sonra axşam bazardan qayıdanda küçənin sonunda rəngli işıqlar yanırdı. O, şeytani bir dostluğu ilahi bir izdivaca çevirdiyinə görə sevinib təbəssüm etdi. Bu izdivac hələ də davam edir və cütlük ailə həyatlarını İbrahimin gözəl təşəbbüsünə borcludurlar.

İnqilab günləri

Əmir Rəbii


İbrahim uşaqlığından İmam Xomeynini çox sevirdi. O böyüdükcə bu sevgi də artdı.

1977-ci il idi. Hələ mitinq və yürüşlərdən xəbər-ətər yox idi. Bir cümə səhəri ozamankı Jalə meydanında keçirilən bir dini yığıncaqdan evə qayıdırdıq.

Meydandan uzaqlaşmamış dostlarımızdan bir neçəsi bizə qoşuldu. İbrahim bizə İmam Xomeynini tərifləməyə başladı. Sonra da ucadan qışqırdı: "Salam olsun Xomeyniyə!" Biz də onun kimi qışqırdıq. Başqa bir neçə nəfər də bizə qoşuldu. Şəms dördyolunun yaxınlığına qədər şüar deyə-deyə getdik. Bir neçə dəqiqədən sonra bir neçə polis avtomobili bizə hücum etdi. İbrahim tez uşaqları dağıtdı. Biz küçələrə girdik.

İki həftə ötdü. Yenə həmin yığıncaqdan sonra İbrahim kinoteatrın önündəki meydanda dayanıb qışqırdı: "Salam olsun Xomeyniyə!" Biz də təkrarladıq. Oradakıların hamısı təkrarlayırdı. Maraqlı səhnə yaranmışdı.

Bir neçə dəqiqədən sonra polislər gəlmədən İbrahim hamını dağıtdı. Sonra birlikdə taksiyə minib Xorasan meydanına doğru yola düşdük.

Bir qədər gedəndən sonra gördük ki, irəlidə avtomobilləri saxlayıb bir-bir sərnişinlərə baxırlar. Küçədə bir neçə SAVAK avtomobili və təxminən on məmur dayanmışdı. Avtomobillərin içini axtaran məmurun üzü tanış gəldi. O, meydanda şüar verən camaatın arasında idi.

İşarə ilə məsələni İbrahimə başa saldım. Növbə bizim taksiyə çatmamış qapını açıb tez səkiyə sarı qaçdı. Küçənin ortasındakı məmur İbrahimi görüb qışqırdı: "Odur! Odur! Tutun onu!"

Məmurlar İbrahimin arxasınca qaçdılar. İbrahim küçəyə girdi, onlar da arxasınca. Məmurların başı qarışanda mən də taksinin pulunu verib maşından endim, xiyabanın o tərəfinə keçib yoluma davam etdim.

Günorta evə gəldim. Axşama qədər ondan heç bir xəbər öyrənə bilmədim. Yoldaşlarımızdan bir neçəsinə zəng vurdum, onlar da məlumatsız idilər.

Çox narahat idim. Təxminən gecə saat 11-də həyətdə oturmuşdum. Birdən küçədən səs eşitdim. Qapını açanda İbrahimin həmişə təbəssümlü üzünü gördüm. Görüşüb onu qucaqladım. Çox sevinirdim. Dedim: "Dadaş İbrahim, necəsən?"


Dərin nəfəs alıb dedi: "Allaha şükür, görürsən ki, sağ-salamatam".

– Şam yeməyini yemisən?

– Yox, ac deyiləm.

Tez evə keçib ona xörək gətirdim. Bir qədər yeyəndən sonra dedi: "Güclü bədən burada işə yarayır. Sayca çox olsalar da, Allahın köməyilə əllərindən qaça bildim".

Həmin gecə çox söhbət etdik, inqilabdan, imamdan danışdıq. Sonra da qərara gəldik ki, axşamlar birlikdə Lorzadə məscidinə Hacı ağa Çavuşinin moizəsini dinləməyə gedək.

Axşam İbrahimlə və dostlarımızdan üçü ilə birgə Lorzadə məscidinə getdik. Hacı ağa Çavuşi1 çox qorxmaz adam idi, çoxlarının danışmağa cəsarət etmədiyi sözləri minbərdən deyirdi.

O, İmam Musa Kazimdən (ə) belə bir hədis söyləyirdi: "Qumdan bir kişi xalqı haqqa çağıracaq. Dəmir kimi möhkəm insanlar onun ətrafına toplaşacaqlar".1 Bu, camaata çox maraqlı gəlirdi.

Birdən qapı tərəfdə səs-küy qopdu. Gördüm ki, SAVAK məmurları dəyənəklə məscidin önünə tökülüşüb hamını vururlar. Camaat məsciddən çıxmağa tələsirdi. Məmurlar keçən hər bir adamı möhkəm zərbələrlə vururdular. Onlar qadın və uşaqlara da rəhm etmirdilər.

İbrahim çox hirsləndi, qapıya qaçıb məmurların bir neçəsi ilə dalaşdı. Namərdlərin neçəsi birdən İbrahimi vururdu. Bu arada yol açıldı, qadın və uşaqların çoxu məsciddən çıxdı.

İbrahim cəsarətlə onlarla vuruşurdu. Birdən onların bir neçəsini vurub qaçdı. Biz də onun arxasınca məsciddən uzaqlaşdıq. Sonra öyrəndik ki, həmin axşam hacı ağanı tutublar, bir neçə nəfər şəhid olub və bir neçə nəfər yaralanıb.

Orada İbrahimin belinə güclü zərbələr vurulmuşdu. O zərbələrin yaratdığı güclü bel ağrısı ömrünün sonuna qədər davam etdi, onun güləşməsinə də mənfi təsir bağışladı.

1978-ci ildə İbrahimin bütün fikri-zikri inqilab məsələlərinə yönəlmişdi. O, kaset paylayır, bəyanat yayır və çox cəsarət tələb edən digər işlər görürdü. Yayda çoxlu uşaqları özü ilə Qeytəriyyə təpələrinə apardı və Şəhid Müfəttihin fitr bayramı namazında iştirak etdi. Namazdan sonra elan olundu ki, cümə günü Jalə meydanına doğru yürüş olacaq.



Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin