Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə22/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   18   19   20   21   22   23   24   25   ...   86
Salam-olsun-İbrahimə-1

Nümunəvi müəllim 
Abbas Hadi 
İbrahim  deyirdi:  "Əgər  inqilabın  yaşaması  və  sonrakı 
nəsillərin  də  inqilabçı  olmasını  istəyiriksə,  məktəblərdə 
fəaliyyət  göstərməliyik.  Çünki  ölkənin  gələcəyi  tağut 
dövrünün ağır şəraitindən xəbərsiz insanlara tapşırılacaq”. 
O,  əsla  inqilabçı  olmayanların  məktəblərdə  müəllim 
çalışdığını  görəndə  çox  narahat  olurdu,  düşünürdü  ki, 
məktəblərdə,  xüsusən  də  yuxarı  siniflərdə  ən  yaxşı 
inqilabçılar dərs deməlidirlər. 
Məhz  buna  görə  rahat  işini  buraxıb  maaşı  az,  əziyyəti 
isə çox olan bir peşə fəaliyyətinə başladı. 
Onun  fikirləşmədiyi  yeganə  şey  maddiyyat  idi. Deyirdi 
ki, ruzini Allah verir, pulun bərəkəti mühümdür və Allaha 
görə görülən iş səmərəli olar. 
O,  iki  məktəbdə  tədrisə  başladı.  Əbu  Reyhan  liseyində 
idman  müəllimi,  məhrum  bölgələrin  birində  də  ərəb  dili 
müəllimi idi. 
İbrahimin  ərəbcə  tədrisi  çox  uzun  sürmədi,  həmin  ilin 
ortalarından  daha  o  məktəbə  getmədi.  Bunun  səbəbini  də 
söyləmirdi. 
Bir  gün  məktəbin  direktoru  mənim  yanıma  gəlib  dedi: 
"Sən  Allah,  siz  ağa  Hadinin  qardaşısınız,  onunla  danışın, 
məktəbə qayıtsın”. Dedim ki, məgər nə olub? 
Bir qədər dayanıb dedi: "Düzü, ağa İbrahim öz cibindən 
şagirdlərin birinə pul verirdi ki, hər gün birinci tənəffüsdə 
pendir-çörək  alıb  gətirsin.  O,  uşaqların  məhrum  bölgədən 
olduqlarını nəzərə alırdı. Bilirdi ki, sinifdə əksəri acdır və 
ac uşaq dərsi başa düşməz". 
Direktor sözünə əlavə etdi: "Mən ağa Hadiyə etiraz edib 
dedim  ki,  məktəbimizin  nizam-intizamını  pozursan. 


 
 
65 
Halbuki  nizam-intizama  heç  bir  xələl  gəlməmişdi.  Onun 
üstünə qışqırıb dedim ki, daha belə bir iş görməyə haqqın 
yoxdur. Ağa Hadi də məktəbimizdən getdi. İndi isə şagird 
və valideynlər məndən onu qaytarmağımı istəyirlər. Hamı 
onun  əxlaqını  və  tədrisini  tərifləyir.  O,  qısa  müddətdə 
məktəbin bir çox yoxsul və yetim şagirdlərinə bəzi zəruri 
əşyalar  almışdı.  Bundan  hətta  mənim  də  xəbərim 
olmayıb". 
İbrahimlə  danışıb  məktəb  direktorunun  sözlərini 
çatdırdım,  amma  faydası  olmadı.  O,  artıq  vaxtını  digər 
işlərlə doldurmuşdu. 
İbrahim  Əbu  Reyhan  liseyində  yalnız  idman  müəllimi 
yox,  həm  də  əxlaq  müəllimi  idi.  Öz  müəllimlərinin 
çempionluğunu eşidən şagirdlər onu çox sevirdilər. Əksər 
inqilabçıların 
öz 
zahiri 
görkəmlərinə 
əhəmiyyət 
vermədikləri  bir  dövrdə  İbrahim  məktəbə  yaraşıqlı 
geyimdə və kostyumda gedirdi. 
Gözəl  və  nurlu  siması,  səlis  nitqi  və  yaxşı  rəftarı  onu 
ideal  bir  müəllimə  çevirmişdi.  Sinfi  çox  yaxşı  idarə  edir, 
yerində  gülür,  uşaqların  diqqətini  cəlb  edirdi.  Tənəffüs 
saatlarında  məktəbin  həyətinə  çıxanda  uşaqların  çoxu 
onun  başına  toplaşırdı.  Məktəbə  hamıdan  tez  gəlib, 
hamıdan  axırda  gedirdi  və  ətrafı  həmişə  uşaqla  dolu 
olurdu. 
Siyasi  cərəyanların  fəallaşdığı  o  dövrdə  İbrahim 
inqilaba xidmət üçün ən yaxşı yeri seçmişdi. 
Yadımdadır,  bəzi  yuxarı  sinif  uşaqları  siyasi 
cərəyanların  təsiri  altına  düşmüşdülər.  Bir  axşam  onları 
məscidə  dəvət  etdi,  bəzi  inqilabçı  və  məlumatlı  dostlarla 
birgə  sual-cavab  məclisi  təşkil  elədi.  Orada  uşaqların 
bütün suallarına cavab verildi. Məclis bitəndə gecə saat iki 
idi. 


 
 
66 
1979-80-ci  dərs  ilində  ağa  Hadi  nümunəvi  müəllim 
seçildi. Həmin il onun ilk və son dərs ili oldu. 
1980-ci ilin sentyabrında İbrahim Tehranın 12-ci rayonu 
üzrə  müəllimliyə  qəbul  olundu,  amma  müharibə 
başladığına  görə  dərs  deyə  bilmədi.  Həmin  il  onun  işi 
olduqca çox idi: məktəbdə tədris, komitədə iş, zorxana və 
güləş, məsciddə fəaliyyət, heyətdə məddahlıq və digər bir 
çox inqilab proqramlarında əməkdaşlıq. 


 
 
67 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin