Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə23/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   19   20   21   22   23   24   25   26   ...   86
Salam-olsun-İbrahimə-1

İdman müəllimi 
Şəhid Rza Huryar 
1980-ci ilin mayı idi. Şəhidlər liseyində idman müəllimi 
çalışırdım.  Yaxınlıqda  Əbu  Reyhan  liseyi  vardı.  İbrahim 
də orada idman müəllimi idi. 
Bir  gün  onu  görməyə  getdim.  Çox  söhbətləşdik.  Onun 
düşüncəsinə  və  əxlaqına  vuruldum.  Axırda  mənə  dedi: 
"Təkbətək voleybol oynayaq?" 
Məni  gülmək  tutdu.  Mən  voleybol  üzrə  milli 
komandada beynəlxalq yarışlara çıxmışdım, o isə mənimlə 
təkbətək oynamaq istəyirdi. Dedim ki, oynayaq. Ürəyimdə 
fikirləşdim ki, zəif oynayaram, pərt olmasın. 
İlk servisi atdı. O qədər möhkəm idi ki, tuta bilmədim. 
İkincisi, üçüncüsü... Rəngim qaçmışdı. 
Şagirdlərin önündə pərt oldum. Qolunun qəribə zərbəsi 
vardı, servislərini götürmək həqiqətən, çətin idi. Hər tərəf 
də uşaqlarla dolmuşdu. 
Mənə  baxıb  bu  dəfə  yavaş  vurdu.  Mən  ilk  xalı 
qazandım, sonra da növbəti xalları. 
O, bilə-bilə topları yavaş vururdu ki, mən pərt olmayım. 
Hesab bərabərləşdi və mən məğlubiyyətdən qurtuldum. O, 
servis atmaq istəyəndə səs gəldi: "Allahu Əkbər!” Günorta 
azanı  verilirdi.  Topu  yerə  atıb  üzüqibləyə  dayandı  və 
ucadan azan verdi. Səsi bütün məktəbə yayıldı. 
Uşaqların bəzisi namaza, bəzisi də evinə getdi. 
O,  həyətdə  namaza  başladı,  uşaqlar  da  arxasında 
dayandılar. Hamımız ona iqtida etdik.  


 
 
68 
Namaz bitəndən sonra yaxınlaşıb mənə əl verdi və dedi: 
"Ağa Rza, rəqabət rəfaqətlə (dostluqla) olanda yaxşıdır".
1
 
                                                 
1
  İdmançı  komandir  Rza  Huryar  kar  olmasa  da,  inqilabdan  öncə 
karların  voleybol  komandasında  beynəlxalq  yarışda  iştirak  etmiş  və 
komandaları  birinci  yerə  çıxmışdı.  O,  Kərbəla-5  əməliyyatında 
şəhadətə qovuşdu. 


 
 
69 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin