Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə27/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   23   24   25   26   27   28   29   30   ...   86
Salam-olsun-İbrahimə-1

İkinci iştirak 
Əmir Məncər 
Sentyabrın  29-da  korpusun  Əməliyyat  bölməsinin 
uşaqları  ilə  döyüş  bölgəsinə  getdik.  Yolda  Həmədan 
korpusunun qərargahında bir az dayandıq. 
Günorta azanı idi. Korpus qüvvələri ilə döyüş bölgəsinə 
gedən qardaş Bürucerdini orada ziyarət etdik. 
İbrahim  azan  verirdi.  Uşaqlar  namaza  hazırlaşırdılar. 
Onlarda qəribə mənəvi hal yarandı. Məhəmməd Bürucerdi 
dedi: "Əmir ağa, bu İbrahim haralıdır?" 
– Öz məhəlləmizdəndir, Xorasan meydanından. 
–  Gözəl  səsi  var.  Onu  bir-iki  dəfə  cəbhədə  görmüşəm, 
cəsarətli  gəncdir.  Mümkün  olsa,  onu  Kermanşaha  bizim 
yanımıza gətir. 
Camaat  namazından  sonra  yola  düşdük.  İkinci  dəfə  idi 
Sərpol  Zəhaba  gedirdik.  Əsğər  Vüsali  çox  rəşadətli  və 
qorxmaz  komandirlərdən  idi.  O  gələndən  sonra  bölgədə 
bir  qədər  sabitlik  yaranmışdı.  İbrahim  onu  çox  sevir  və 
həmişə  deyirdi:  "Əsğər  kimi  cəsarətli,  qorxmaz  və 
təşkilatçı  bir  partizan  görməmişəm.  O  hətta  həyat 
yoldaşını  da  cəbhəyə  gətirib.  Özünün  silah  anbarına 
bənzəyən  peykan  avtomobili  ilə  bütün  cəbhələrə  baş 
çəkir”. 
Əsğər  də  İbrahim  haqda  yüksək  fikirdə  idi.  Bir  dəfə 
kəşfiyyat  və  əməliyyat  planı  olanda  İbrahimə  dedi: 
"Hazırlaş, kəşfiyyata gedək". 
Əsğər  kəşfiyyatdan  qayıdanda  dedi:  "Mən  inqilabdan 
öncə  Livanda  vuruşmuşam,  Kürdüstandakı  bütün 
döyüşlərdə iştirak etmişəm. Bu gənc isə heç bir hərbi təlim 
görmədən  belə  məharətlidir  və  hərbi  sirləri  çox  yaxşı 
bilir". 


 
 
79 
Məhz buna görə də, əməliyyatlarda İbrahimdən yardım 
alırdı. 
Onlar  bir  hücumda  heç  bir  itki  vermədən  düşmənin  8 
tankını partladıb çoxlu canlı qüvvəsini əsir tutdular. 
Əsğər  Vüsali  Əbuzər  qarnizonunun  binalarından  birini 
könüllü  döyüşçülərə  verdi,  onları  lazımi  bölüklərə  ayırıb 
şəhərdə nizam-intizam yaratdı. 
Şəhər  bir  qədər  qaydasına  düşəndə  İbrahim  digər 
döyüşçülərlə  birgə  zorxana  idmanını  təşkil  etdi.  Hər  gün 
səhər  çağı  bir  qazanla  zərb  vurub  isti  nəfəsi  ilə  oxuyur, 
Əsğər  də  miyandar  olurdu.  J3  silahı  zorxana  milini 
əvəzləyirdi.  Top  mərmilərindən  və  digər  silahlardan  da 
idman alətləri hazırlamışdılar. 
Komandirlərin  biri  deyirdi:  "O  günlərdə  şəhərdə  qalan 
əhalinin  çoxu,  habelə  tibb  işçiləri  və  döyüşçü  uşaqlar 
səhərlər zorxanaya gəlirdilər". 
Beləliklə,  onlar  şəhərə  həyat  və  ümid  ruhunu 
qaytardılar. İbrahim həqiqətən, böyük insan idi. 
*** 
İmam Sadiq (ə) buyurur: "İnsanın gördüyü hər yaxşı işə 
bir savab təyin olunub, gecə namazından başqa. Bu namaz 
o  qədər  əhəmiyyətlidir  ki,  Allah  onun  savabını  bəlli 
etməyərək buyurmuşdur: "Onlar ibadət üçün yataqlarından 
qalxar,  qorxu  və  ümid  içində  Rəbbinə  dua  edər  və  onlara 
verdiyimiz  ruzilərdən  sərf  edərlər.  Etdikləri  əməllərin 
mükafatı  olaraq  onlar  üçün  göz  oxşayan  nə  cür  nemətlər 
gizlənib saxlandığını heç kəs bilməz!"
1
  
Sərpol  Zəhabda  qaldığımız  qısa  müddətdə  İbrahim 
adətən,  sübh  azanına  bir-iki  saat  qalmış  yuxudan  oyanır, 
uşaqlara baş çəkmək adı ilə istirahət yerindən uzaqlaşırdı. 
                                                 
1
 Səcdə, 16-17. 


 
 
80 
Mən şübhə etmirdim ki, o, gecənin oyaqlığından həzz alır 
və gecə namazı qılır. 
Bir dəfə sübh  azanına  bir saat  qalmış  çətinliklə bir  qab 
tapdı. Qüsl verib gecə namazı qılmağa hazırlaşırdı. 


 
 
81 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin