Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə28/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   24   25   26   27   28   29   30   31   ...   86
Salam-olsun-İbrahimə-1

Təsbeh zikri 
Əmir Sipehrnejad 
1980-ci  ilin  2  oktyabrı  idi.  İbrahim  iki  gün  idi  yoxa 
çıxmışdı.  Xəbər  öyrənmək  üçün  Müharibə  Əsirləri 
Komitəsinə  getdim,  amma  faydası  olmadı.  Gecənin 
yarısına  qədər  çox  narahat  halda  oyaq  idim.  Ən  səmimi 
dostumdan  heç  bir  xəbərim  yox  idi.  Sübh  namazından 
sonra  bayıra  çıxdım.  Əbuzər  Qarnizonuna  qəribə  sükut 
çökmüşdü. Həyətdə torpağın üzərində oturdum. İbrahimlə 
bağlı bütün xatirələrim gözlərim önünə gəlirdi. 
Hava hələ işıqlanmamışdı. Birdən səs gəldi, qarnizonun 
qapısı  açıldı  və  bir  neçə  nəfər  içəri  girdi.  Havanın 
alaqaranlığında  gözümü  onların  üzünə  dikdim.  Birdən 
diksinib yerimdən qalxdım. Özü idi, onlardan biri İbrahim 
idi. Qaçdım və onunla görüşüb qucaqlaşdıq. 
O  anın  sevinci  vəsfə  sığmaz.  Bir  qədər  sonra  uşaqlarla 
birgə  oturduq.  İbrahim  həmin  üç  gündə  baş  verənləri 
danışdı: 
"Bir  maşınla  irəli  getmişdik.  İraqlıların  haraya  qədər 
gəldiklərini  bilmirdik.  Bir  təpənin  yanında  mühasirəyə 
düşdük. Yüzə yaxın düşmən təpədən və düzənlikdən bizə 
atəş açırdı.  Beşimiz də təpənin  yanında bir  çalaya uzanıb 
atəş  açmağa  başladıq.  Axşama  qədər  müqavimət 
göstərdik.  Hava  qaralanda  onlar  geri  çəkildilər. 
Yoldaşlarımızdan yolu tanıyan iki nəfər şəhid oldu. 
Biz səngərdən çıxdıq. Ətrafda heç kim yox idi. Təpənin 
arxasındakı  ağacların  arasına  girib  şəhidlərin  cəsədini 
gizlətdik.  Yorulmuş  və  acmışdıq.  Günəşin  batdığı 
istiqamətdən qibləni təxmin edib namaz qıldıq. Namazdan 
sonra yoldaşlarıma dedim: "Bu problemi aradan qaldırmaq 


 
 
82 
üçün  həzrət  Zəhra  (ə)  təsbehini  zikr  edin.  Qızı  çox 
çətinlikdə olanda Peyğəmbərimiz bu zikri öyrətmişdi". 
Zikrdən  sonra  qabaqkı  səngərə  qayıtdıq.  İraqlılar  yox 
idilər, bizim sursatımız da az idi.  Birdən təpənin  yanında 
bir  neçə  düşmən  ölüsünü  gördüm.  Onların  silahlarını, 
patronlarını və əl qumbaralarını götürdük. Yeməyə də bir 
şey tapıb  yola düşdük. Lakin haraya getməli olduğumuzu 
bilmirdik. 
Hava  qaralmışdı  və  ətrafımızda  geniş  düzənlik  vardı. 
Əlimdəki  təsbehlə  daim  zikr  deyirdim.  Yorğun,  qaranlıq 
gecə, özü də düşmənlərin arasında... Lakin çox soyuqqanlı 
idik.  
Gecənin yarısı düzənlikdə torpaq bir yol tapıb getməyə 
başladıq. Böyük bir posta çatdıq. İçəridə radar da var idi, 
səngərlər də görünürdü. Oranı bir neçə gözətçi qoruyurdu. 
Biz  harada  olduğumuzu  bilmirdik,  qayıtmağa,  sağ 
qalacağımıza  ümidimiz  yox  idi.  Buna  görə  qəribə  bir 
qərara gəldik. Sonra təsbehlə istixarə etdim və yaxşı gəldi. 
Biz də işə başladıq. 
Allahın köməyilə əl qumbarası və avtomat güllələri ilə o 
postu  dağıtdıq.  Radarı  zərərsizləşdirəndən  sonra  üçümüz 
də oradan uzaqlaşdıq və yolumuza davam etdik. 
Səhərə  yaxın  təhlükəsiz  bir  yer  tapıb  bütün  günü 
istirahət  etdik.  İnanılası  deyildi,  çox  soyuqqanlı  və  sakit 
idik.  Hava  qaralanda  yenə  yola  düşdük  və  Allahın 
köməyilə öz mövqelərimizə çatdıq". 
Sonra  İbrahim  əlavə  etdi:  "Bu  müddətdə  bizim 
yaşadıqlarımızın hamısı Allahın lütfü idi. Həzrət Zəhra (ə) 
təsbehinin  zikri  bizim  çoxlu  problemlərimizi  həll  etdi. 
Düşmən  də  imansız  olduğuna  görə  bizimkilərdən  qorxur. 
Biz nizamsız döyüşləri bacardığımız qədər artırmalıyıq". 


 
 
83 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin