Əlməhdi qəsəbəsi
Əli Müqəddəm, Hüseyn Cahanbəxş
Bir ay idi müharibə başlamışdı. İbrahim Hacı Hüseynlə
və digər dostları ilə birgə Sərpol Zəhabın yaxınlığındakı
Əlməhdi qəsəbəsinə gedib orada müdafiə səngərləri
qurdular.
Cəm halda qılınan sübh namazı bitdi. Uşaqların
İbrahimi axtardıqlarını duydum. Təəccüblə nə baş
verdiyini soruşdum. Dedilər ki, axşamdan bəri İbrahimdən
xəbər yoxdur.
Mən də uşaqlarla birgə səngərləri və nəzarət postlarını
axtarmağa başladım. İbrahimi görən yox idi.
Bir saatdan sonra nəzarət postundakı uşaqların biri dedi:
"Qarşıdakı cığırdan bir neçə nəfər buraya gəlir".
Həmin cığır düşmənlə bizim aramızda idi. Dərhal posta
qalxıb baxdıq. Qolları bağlı on üç düşmən əsgəri bizə
doğru gəlirdi. İbrahim və uşaqlardan başqa biri onların
arxasından irəliləyirdi. Onlarda çoxlu silah, daraq və əl
qumbarası var idi.
Heyrətamiz olsa da, İbrahim başqa bir döyüşçü ilə birgə
belə bir qəhrəmanlıq etmişdi; özü də Əlməhdi qəsəbəsində
silah-sursatın az olduğu bir şəraitdə. Orada bəzi
döyüşçülərin silahı da yox idi.
Uşaqların biri sevincək yaxınlaşıb ilk düşmən əsgərinin
üzünə möhkəm bir sillə vurdu.
- Muzdur iraqlı!
Bir anlığa hamı sakit oldu. İbrahim əsirlərin yanından
keçib həmin gəncin qarşısında dayandı, silahları bir-bir
çiynindən yerə qoydu və sonra qışqırdı: "Onu niyə
vurdun?"
84
Gənc çox təəccübləndi və dedi: "Nə olar ki?! O,
düşməndir".
İbrahim gözlərini onun üzünə dikib dedi: "Əvvəla o,
düşmən olub, indi isə əsirdir. İkincisi isə bunlar nə üçün
bizimlə vuruşduqlarını bilmirlər, sən belə başa salırsan?!"
Gənc döyüşçü bir neçə saniyədən sonra dedi:
"Bağışlayın, mən bir az həyəcanlandım".
Sonra gedib iraqlı əsgərin alnından öpdü və üzr istədi.
Təəccüblə bizim hərəkətlərimizi izləyən düşmən əsgəri
İbrahimə baxdı. Onun baxışında çoxlu sözlər vardı.
***
Müharibə başlayandan iki ay sonra İbrahim
məzuniyyətə gəldi. Dostlarla onu görməyə getdik.
İbrahim bizə müharibə xatirələrindən, orada baş verən
hadisələrdən danışırdı, özü barədə isə heç nə demirdi.
Söhbət döyüşçülərin namazından və ibadətindən düşəndə
birdən gülüb dedi: "İlk günlərdə Əlməhdi bölgəsində bizə
beş gənc qoşuldu. Onlar bir kənddən birlikdə cəbhəyə
gəlmişdilər. Bir neçə gündən sonra bildim ki, namaz
qılmırlar. Onlarla söhbət etdim. Çox sadə uşaqlar idilər; nə
savadları vardı, nə də namaz qılmağı bilirdilər. Onlar
yalnız İmam Xomeynini sevdiklərinə görə cəbhəyə
gəlmişdilər.
Özləri də namazı öyrənmək istəyirdilər. Mən onlara
dəstəmaz qaydasını öyrədəndən sonra uşaqların birini
səsləyib dedim: "Bu ağa sizin pişnamazınızdır; nə etsə,
təkrarlayın. Mən də sizin yanınızda dayanıb namazın
zikrlərini ucadan deyəcəyəm ki, öyrənəsiniz”.
İbrahim burada özünü saxlaya bilməyib ucadan güldü.
Bir az sonra sözünə davam etdi: "Birinci rəkətdə Həmd
surəsini oxuyanda pişnamaz başını qaşımağa başladı.
Gördüm ki, onların beşi də başlarını qaşıdılar. Məni bərk
85
gülmək tutdu, amma özümü saxladım. Pişnamaz səcdədən
qalxanda möhür alnına yapışmışdı və oradan yerə düşdü.
Pişnamaz möhürü götürmək üçün sol tərəfə əyildi. Bir də
gördüm ki, onların hamısı sol tərəfə əyilib əllərini
uzatdılar. Burada artıq özümü saxlaya bilməyib gülməyə
başladım".
|