Salam olsun İbrahimə


Problemləri həll edən insan



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə30/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   26   27   28   29   30   31   32   33   ...   86
Salam-olsun-İbrahimə-1

Problemləri həll edən insan 
Şəhidin dostlarından biri 
Peyğəmbərdən soruşdular ki, hansı möminin imanı daha 
kamildir?  Buyurdu  ki,  Allah  yolunda  canı  və  malı  ilə 
mübarizə aparanın.
1
  
Həzrət 
Rəsul 
diviziyasının 
keçmiş 
komandiri 
Məhəmməd Kövsəri İbrahim haqda deyirdi:  
"Müharibənin  ilk  günlərində  Sərpol  Zəhabda  İbrahimə 
dedim:  "Qardaş  Hadi,  sizin  maaşınız  hazırdır,  nə  vaxt 
uyğun görsəniz, gəlib alın". 
Cavabda  çox  yavaşdan  dedi:  "Siz  Tehrana  nə  vaxt 
gedirsiniz?" 
– Həftəsonu. 
– Üç ünvan yazaram, Tehrana gedəndə maaşımı həmin 
evlərə verərsiz. 
Mən  dediyini  etdim.  Sonra  bildim  ki,  hər  üç  ev 
başqasına ağız açmayan yoxsul ailələrin evləri imiş”. 
*** 
Cəbhədən  qayıdırdım.  Xorasan  meydanına  çatanda 
üstümdə heç bir pul qalmadı. Fikirli idim ki, evə çatanda 
yoldaşım və uşaqlarım məndən pul istəyəcəklər. Hələ evin 
kirayə  pulunu  da  verməliyəm.  Düşünürdüm  ki,  haraya 
gedim,  kimə  ağız  açım?  Qardaşımın  yanına  getmək 
istədim, amma onun da vəziyyəti yaxşı deyildi. 
Arif  dördyolunda  dayanmışdım.  Düşündüm  ki,  gərək 
yalnız Allah kömək etsin, mən nə edəcəyimi bilmirəm. 
Bu  fikirdə  idim  ki,  birdən  İbrahimi  gördüm. 
Motosikletlə  mənə  doğru  gəlirdi.  Çox  sevindim.  Görən 
                                                 
1
 "Əl-Hikəm əl-zahirə", c. 2. s. 280. 


 
 
87 
kimi  motosikletdən  enib  məni  qucaqladı.  Bir  neçə  dəqiqə 
söhbət etdik. Getmək istəyəndə soruşdu: "Maaş aldın?" 
– Yox, hələ almamışam, amma önəmli deyil. 
Əlini cibinə salıb bir dəstə pul çıxardı. Dedim ki,  yox, 
sənin canın üçün almaram, özünün ehtiyacın var. 
– Bu, borcdur, maaşını alanda qaytararsan. 
Pulu cibimə qoyub motosikletə mindi və getdi. 
O  pul  çox  bərəkətli  oldu,  çox  problemi  həll  etdi  və  bir 
müddət maddi çətinliyim olmadı. 
Ona  çox  dua  etdim.  Həmin  gün  İbrahimi  Allah  yetirdi 
və o, həmişəki kimi problemi həll etdi. 


 
 
88 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin