Salam olsun İbrahimə



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə35/86
tarix31.12.2021
ölçüsü1,48 Mb.
#111406
1   ...   31   32   33   34   35   36   37   38   ...   86
Salam-olsun-İbrahimə-1

İmam Həsən (ə) bölgəsi 
Hüseyn Allahkərəm 
Düşmən  mövqelərində  ilk  partizan  əməliyyatlarına 
hazırlaşırdıq.  Bu  əməliyyat  üçün  İbrahim,  Cavad 
Əfrasiyabi, Rza Dəstvarə, Rza Çıraği, mən və başqa dörd 
nəfər seçildik. Sonra yolları yaxşı tanıyan yerli kürdlərdən 
ikisi  bizə  əlavə  olundu.  Daha  çox  xurma  və  çörəkdən 
ibarət birhəftəlik azuqə götürdük. Çantalarımıza yetərincə 
silah, partlayıcı maddə və avtomobil əleyhinə mina qoyub 
yola düşdük. 
Yüksəkliklərdən,  sonra  da  İmam  Həsən  (ə)  çayından 
keçib  İmam  Həsən  (ə)  bölgəsinə  daxil  olduq.  Düşmənin 
bir  briqadası  oraya  yerləşmişdi.  Dərə-təpələrin  arasında 
gizləndik. 
Düşmən bizim o yüksəklikdən keçə biləcəyimizi güman 
etmirdi. Buna görə də, asanlıqla xəritə çəkməyə başladıq. 
Üç  gün  orada  qaldıq.  Güclü  yağıntı  işlərimizə  əngəl 
törətsə də, uşaqların səyi ilə yaxşı xəritələr hazırlandı. 
Kəşfiyyat  və  xəritə  işləri  bitəndən  sonra  hərbi  yolda 
avtomobil  əleyhinə  bir  neçə  mina  quraşdırdıq,  sonra  cəld 
öz mövqelərimizə qayıtdıq. 
Hələ  çox  uzaqlaşmamış  bir  neçə  partlayış  səsi  gəldi. 
Düşmən maşınlarının yandığını gördük. 
Biz  sürətlə  təhlükəli  zonadan  uzaqlaşdıq.  Bir  neçə 
dəqiqədən  sonra  düşmən  tankları  piyadalarla  birgə  bizi 
təqib  etməyə  başladı.  Biz  təpələrin  arasından  keçib 
özümüzü  İmam  Həsən  (ə)  çayına  çatdırdıq.  Çaydan 
keçəndən sonra isə tanklar bizi təqib edə bilmədi. 
Çayın  arxasında  yaxşı  bir  yer  tapıb  istirahət  etməyə 
başladıq. Bir neçə dəqiqədən sonra uzaqdan helikopter səsi 
gəldi. 


 
 
97 
Bu barədə düşünməmişdik. İbrahim dərhal xəritələri bir 
çantaya  yığıb Rzaya  verdi  və  dedi:  "Cavadla mən  qalırıq, 
siz tez gedin". 
Başqa  çarə  yox  idi.  Əlavə  daraqları  və  bir  neçə 
qumbaranı  onlara  verdik,  narahat  halda  onlardan  ayrılıb 
yola düşdük. 
Bütün bu əməliyyat həmin xəritələri əldə etməkdən ötrü 
idi.  Bu,  növbəti  əməliyyatlarda  qələbəyə  çox  kömək 
edəcəkdi. 
Uzaqdan 
İbrahimlə 
Cavadın 
tez-tez 
yerlərini 
dəyişdirdiklərini  və  J3  silahı  ilə  helikopterə  atəş 
açdıqlarını görürdük. Düşmən helikopteri də tez-tez dövrə 
vurub onlara atəş açırdı. 
İki saatdan sonra yüksəkliyə çatdıq. Daha səs gəlmirdi. 
İbrahimi  çox  sevən  uşaqların  biri  ağlayırdı.  Bizim 
onlardan 
heç 
bir 
xəbərimiz  yox  idi,  yaşayıb 
yaşamadıqlarını bilmirdik. 
Yadıma  düşdü  ki,  bir  gün  öncə  dərənin  içində 
gizlənəndə İbrahim xüsusi soyuqqanlılıqla yarış keçirir və 
oyun  oynayırdı.  O  qədər  soyuqqanlı  idi  ki,  düşmən 
mövqelərində olduğumuz barədə əsla fikirləşmirdik. 
Namaz  vaxtı  gələndə  də  ucadan  azan  vermək  istəyirdi, 
lakin uşaqların israrı ilə çox yavaşca azan verdi və xüsusi 
mənəvi  halla  namaza  başladı.  O  müddətdə  İbrahim  elə 
cəsarətli  idi  ki,  uşaqların  heç  birində  qorxu  qalmamışdı. 
İndi  isə  axşam  düşür  və  İbrahimlə  son  görüşümüzdən 
saatlar ötürdü. 
Təyin  olunmuş  yerə  çatdıq.  İbrahim  və  Cavadla 
danışmışdıq  ki,  hava  işıqlaşmadan  öncə  özlərini  oraya 
çatdırsınlar.  Biz  bir  neçə  saat  istirahət  etdik,  amma 
onlardan xəbər çıxmadı. Hava get-gedə işıqlanırdı. Oradan 
getməli  idik.  Uşaqlar  daim  zikr  deyir,  dua  oxuyurdular. 


 
 
98 
Yola  düşmək  istəyəndə  uzaqdan  səs  gəldi.  Silahları 
hazırlayıb oturduq. 
Bir  neçə  saniyədən  sonra  səsdən  İbrahimlə  Cavadı 
tanıdıq.  Hamının  üzündə  sevinc  yarandı.  Yorğunluğunu 
çıxarmış  uşaqlarla  onlara  yardıma  getdik  və  tez  oradan 
uzaqlaşdıq. 
Həmin  əməliyyatda  əldə  olunan  xəritələr  sonrakı 
hücumlarda  çox  işə  yaradı.  Bu  isə  qrupun  cəsur 
uşaqlarının, o cümlədən İbrahim və Cavadın qəhrəmanlığı 
ilə mümkün olmuşdu. Ertəsi gün günorta İbrahimlə Cavad 
həmişəki  kimi  hazırlıqlı  və  enerjili  idilər.  Rza  ilə 
İbrahimin  yanına  getdik.  Mən  dedim:  "Dadaş  İbrahim, 
dünən helikopter gələndə nə etdiniz?" 
Özünəməxsus  soyuqqanlılığı  ilə  cavab  verdi:  "Allah 
kömək etdi. Cavadla mən bir-birimizdən ayrıldıq. Tez-tez 
yerlərimizi dəyişdirib helikopterə atəş açırdıq. O da tez-tez 
dövrə  vurub  bizə  atəş  açırdı.  Patronları  bitəndə  də  dönüb 
getdi.  Biz  də  piyada  qüvvələr  gəlməzdən  öncə  tez  oradan 
uzaqlaşdıq.  Əlbəttə,  yadigar  qalsın  deyə  bizə  bir  neçə 
xırda qəlpə dəydi”. 


 
 
99 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin